Məhkəmə qərarları › İş №2-1(102)-1135/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1135/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1135/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair plan və ölçü sənədinin və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan və ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2022-ci il tarixli 2-1(103)-30/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Səbail rayon İcra Hakimiyyəti başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır.

2. Səbail rayon İcra Hakimiyyətinin 3/10-Ə125-091 saylı 30 iyul 2018-ci il tarixli məktubuna əsasən Səbail rayon İcra Hakimiyyəti başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir.

3. Situasiya planına əsasən Səbail rayon İcra Hakimiyyəti başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə İddiaçı Badamdar qəsəbəsində, fərdi evin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir.

4. İddiaçı torpaq sahəsinə plan və ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

5. Cavabdehin **********907 saylı 24 yanvar 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünva nında yerləşən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən Daş Karxanasının ərazisində yerləşir. 15 mart 2017-ci il tarixli ərizəyə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1997-ci il tarixli 2066 saylı sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hal-hazırda təqdim etdiyi yerləşmə cizgisi (Səbail rayon İcra Hakimiyyətinin 30 dekabr 1997-ci il tarixli, 2066 saylı sərəncamı ilə) fərqlidir. Bu səbəbdən də ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində onun adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması:

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində iddiaçının adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsi tərəfindən hasara alınmış, sərəncam verilən tarixdən bu günə kimi onun istifadəsindədir. İddiaçı torpaq sahəsinə plan və ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. cavabdehin eti razı:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-784/2019 saylı 22 fevral 2019-cu il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın, plan və ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında 2066 saylı, 30 dekabr 1997-ci il tarixli sərəncamına əsasən iddiaçıya Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmış və torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İş materialları ilə torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılması müəyyən edilmişdir. Torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması üçün hər hansı maneənin mövcud olduğu müəyyən edilməmişdir. Həmçinin Səbail Rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında 2066 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə iddiaçının adına torpaq sahəsinin ayrıldığını, həmin sərəncamın hazırda qüvvədə olduğunu, torpaq sahəsinin yerləşmə cizgisinin icra hakimiyyəti tərəfindən təsdiq edildiyini, imtina üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsasl arın olmadığını nəzərə alaraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2019cu il tarixli 2-1(103)-1101/2019 nömrəli qərardadı ilə Səbail rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1101/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər: S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və İ.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-784/2019 saylı 22 fevr al 2019-cu il tarixli qərarı ləğv edilmiş və iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sərəncamın verildiyi dövrdə qüvvədə olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. İş materiallarından sərəncamda nəzərdə tutulmuş torpaq sahəsinin, həmin dövrün torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq, yerində naturada ayrılaraq vətəndaşa təhvil verilməsi müəyyən edilmə miş, Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 30 iyul 2018-ci il tarixli 3/10- Ə-125091 saylı məktuba görə Səbail rayon İcra Hakimiyyəti başçısının 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş, cizgiyə görə təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmamış, iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi sahəyə dair mötəbər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmiş, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iddia etdiy i torpaq sahəsi ilə bağlı müvafiq qeydiyyatı aparmaqdan imtina edilməsi qanuni və əsaslı olmuş, beləliklə, mübahisəli torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün qanuni əsaslar müəyyən edilməmiş, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tələbinin təmin edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)3316/2019 saylı 18 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.Dadaşov - sədrlik edən və məruzəçi, K.Bədəlov və Ə.Rüstəmov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1101/2019 saylı 30 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kassasiya instansiyasının mövqeyinə görə, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə, cizgisinə görə təsdiq edilən möhür və imzalarda uyğunsuzluğun mövcud olub-olmadığı, torpaq sahəsinin Daş Karxanasının ərazisində yerləşib-yerləşmədiyi, iddiaçının hüquqlarının dövlət qeydiyyatından imtina üçün qanunla müəyyən edilmiş əsasların olub-olmadığı dəqiq müəyyən edilməli, bu məsələlərin araşdırılması məqsədi ilə müvafiq məhkəmə ekspertizası təyin edilməli, torpaq sahəsinə yerində baxış keçirilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. d) apel lyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyun 2020-ci il tarixli 2-1(103)-896/2020 nömrəli qərardadı ilə məhkəmə mühəndis-tikinti ekspertizası təyin edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2022-ci il tarixdə daxil olmuş ekspert rəyinə əsasən iddiaçının iddia etdiyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşmir.

20. Məhkəməyə daxil olmuş mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilmiş, naturada koordinatları müəyyə n edilməklə ölçülmüşdür, ölçülmüş ərazi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağıdır, sahəsi 570 kv.metrdir. Ölçülmüş ərazinin naturada müəyyən edilmiş koordinatlarına əsasən elektron kadastr bazasında araşdırma aparılmış və ölçülmüş ərazinin koordinatları baza məlumatları və digər texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elektron baza məlumatlarına əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin hər hansı hüquqi və fiziki şəxsə, eləcə də qeyd edilən Daş Karxanasına ayrılması və ya hüquqi və texniki sənədin verilməsi barədə elektron kadastr bazasında məlumat aşkar edilməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-30/2022 saylı 9 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-784/2019 saylı 22 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 2066 saylı xx.xx.1997-ci il tarixli sərəncam əsasında verilmiş yerləşmə cizgisi ilə xx.xx.2018-ci il tarixli ərizəyə əlavə edilmiş yerləşmə cizgisinin fərqli olması əsası iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməzdi. Belə ki, əvvəla nəzərə alınmalıdır ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 2066 saylı sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin sonuncu dəfə tərtib və təsdiq olunmuş, xx.xx.2 018ci il tarixli məktubla göndərilən yerləşmə cizgisi xx.xx.2017-ci il tarixli 3/10-354 saylı məktubdan sonra cavabdeh inzibati orqana məhz razılaşdırıldıqdan sonra göndərilmişdir, həmin yerləşmə cizgisinin düzgün tərtib olunmaması və ya təsdiq olunma qaydaları pozulmaqla verilməsi isə iş üzrə müəyyən olunmur.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya müvafiq torpaq sahəsinin ayrılması barədə olan Səbail rayon İcra Hakimiyyətinin 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı hal-hazırda da qüvvədədir, ləğv olunmamış və ya etibarsız hesab olunmamış, həmin sərəncam əsasında səlahiyyətli orqanın işlədiyi yerləşmə cizgisinin əvvəl təqdim olunmuş cizgidən fərqli olması isə sözügedən torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanmasından və onun üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz.

24. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd olunur ki, qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.

26. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir.

27. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1., 46.1., 55, 67 və 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 9.1.2, 11.1-ci,, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 1 və 13-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeyd iyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə ş ikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktın ın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.

35. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edir. Qərarın nəticəsi ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

36. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinə plan və ölçü sən ədinin və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbləri və Ali Məhkəmənin göstərişləri ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin iddiaçıya torpaq sahəsinin ayrılması barədə 2066 saylı 30 dekabr 1997-ci il tarixli sərəncamı ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır, hal-hazırda da qüvvədədir.

38. Beləliklə, “Daşınmaz əmlakı n dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir. 39. “Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməli olduğu barədə” dəlillərə gəldikdə, əvvəla, həmin torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə hər hansı aidiyyəti yoxdur. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, torpaq sahəsinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. İş üzrə məhkəmə mühəndis-tikinti ekspertizası keçirilmiş, ekspert rəyi apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki digər sübutlarla birgə q iymətləndirilmişdir.

40. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1., 46.1., 55, 67 və 68-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 9.1.2, 11.1-ci,, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 1 və 13-cü maddələrinə istinad etsə də, həmin normaların tələblərinin pozulmasının nədən ibarət olduğunu əsaslandırmamışdır.

41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 9 mart 2022-ci il tarixli, 21(103)-30/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar