Məhkəmə qərarları › İş №2-1(102)-1135/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1135/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1135/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyası ödənişinin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən day andırılmış pensiyanın ödənilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(107)-91/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 246 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarına əsasən tələb olunan sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeyd olunmuş PSK olmadığı üçün pensiya işi ləğv edilmişdir. Qə rarda qeyd edilir ki, araşdırma zamanı 1993-2001-ci illərin sığorta stajı təsdiq olunmamış, cəmi sığorta stajı 19 il 4 ay, artıq vermənin məbləği isə 10127,34 manat təşkil edir.

3. Cavabdehin “sosial müavinət təyinatı üzrə” xx.xx.2022-ci il tarixli, 35271/**********6 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Qərarda qeyd edilir ki, pensiya işi üzrə xx.xx.2018xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş vəsait yaşa görə müavinətdən əvəzləşdirilərək tutulmalıdır.

4. İddiaçı pensiyanın qanunsuz dayandırılması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********9 nömrəli imtina məktubunda göstərmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 27 il 4 ay sığorta stajı əsasında yaşa görə əmək p ensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixədək ödənişi davam etdirilmişdir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən 1993-2001-ci illərdə işlədiyi Zaqatala tikiş fabrikində adına əmək haqqı hesablanmamışdır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən 25 il sığorta stajı olmadığı halda iddiaçıya 27 il 4 ay sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10127,34 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. “S osial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya hüququ olmadığı üçün iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Fondun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən artıq ödənilmiş yaşa görə əmək pensiyasının məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli 35271 nömrəli qərar qəbul edilmişdir. İddiaçıya artıq ödənilmiş 10127,34 manat pensiya məbləği xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan 4878,33 manat müavinət ödənişi ilə əvəzləşdirildikdən sonra yekun borc 5249,01 manat təşkil edir ki, bu məbləğ aylıq 36 manat olmaqla (20 faizdən çox olmamaqla) sosial m üavinətdən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı 7 sentyabr 2022-ci il tarixdə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Zaqatala tikiş fabrikində işlədiyi 1993-2001-ci illərdə olan dövrü sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən yaşa görə əmək pensiyası alınaq hüququ yaranmış və xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə 268,61 manat pensiya almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən onun əmək pensiyasını dayandırıb, qanunsuz olaraq hüquqlarını pozur və əmək pensiyasını ləğv etmişdir. Cavabdehə pensiyanın dayandırılması səbəbi barədə sorğu və müraciət yazmış, pensiyanın dayandırılan gündən bərpa olunmasını tələb etmişdir. Lakin cavabdeh onun əmək pensiyasını bərpa etməmiş cavabında yazdığı məktubda isə təyin olunmuş sosial pensiyadan tutulma apardığını yazmışdır. Eyni zamanda cavabdeh göndərdiyi 23 avqust 2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, onlara təqdim etdiyi sənədlərə əsasən onun 27 il 4 ay sığorta stajı vardır. Lakin arxiv arayışına əsasən onun pensiyası dayandırılmışdır. Arxiv arayışında yazılmışdır ki, 1993-2001-ci illərdə işlədiyi Zaqatala tikiş fabrikində adına əmək haqqı hesablanmamışdır. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Onun sığorta stajını təsdiq edən əmək kitabçası vardır. Cavabdehin etirazları:

8. Cavabdehin yazılı etirazının dəlilləri onun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 2-1(116)-1999/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Zaqatala tikiş fabrikində 1993-2001-ci illərdə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2022-ci il tarixindən dayandırılmış əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kita bçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-ci il tarixli, 21(107)-91/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 21(116)-1999/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazında göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Maddə

13. Etimad hüququnun qorunması prinsipi Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin işt irakı Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.... Maddə

28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şik ayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahi sələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Apellyasiya instansiya məhkəməsinin qərarı qismən - “İddiaçı Zaqatala tikiş fabrikində işlədiyi 1993-2001-ci illərdə olan dövrü sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə ə mək pensiyasının təyin edilməsi” tələbinin təmin edilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə mümkün sayılmamalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

22. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Zaqatala tikiş fabrikində işlədiyi 1993-2001-ci illərdə olan dövrü sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi; 2) xx.xx.2022-ci il tarixdən cavabdeh tərəfindən dayandırılmış pensiyanın ödənilməsi.

23. Yuxarıda qeyd olunduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 246 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təy in edilmişdir. Əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixədək davam etmiş, ödəniş həmin tarixdən dayandırılmışdır. Lakin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 246 nömrəli qərarının ləğv edildiyinə dair işdə məlumat yoxdur. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarında “pensiya işi ləğv edilir” məzmunda qeyd də, xx.xx.2018-ci il tarixli, 246 nömrəli qərarının hüquqi qüvvəsinə özü-özlüyündə təsir etmir.

24. Beləliklə, iddiaçıya əmək pensiyası təyin edilməsi barədə cavabdehin xx.xx.2018-ci il tarixli, 246 nömrəli qərarı qüvvədədir. Belə olan halda, “əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” məzmunda tələ b mümkün sayıla bilməz.

25. İddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

26. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

27. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayan dırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

28. Dayandırılmış əmək pensiyası ödənişinin bərpası ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Həmin tələbə münasibətdə şikayətin təmin olunması üçün əsaslar yoxdur.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 19 yanvar 2023-cü il tarixli, 21(107)-91/2023 nömrəli qərarı qismən – “İddiaçı Zaqatala tikiş fabrikində işlədiyi 19932001-ci illərdə olan dövrü sığorta stajı kimi nəzərə alaraq əmək pensiyası almaq hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinin təmin edilməsi hissəsində ləğv edilir. İddia həmin hissədə mümkün sayılmır. Qərar “xx.xx.2022-ci il tarixindən dayandırılmış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılır. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar