Məhkəmə qərarları › İş №2-1(102)-1136/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1136/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1136/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 mart tarixli, 2-1(105)83/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək iddiaçının nənəsi X3 miras qalan torpaq sahəsi və üzərində olan fərdi yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın və texniki pasportun verilm əsini xahiş etmişdir.

2. Cavabdeh 2016-ci il 10 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yaranmışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 17 yanvar tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Xndə yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış e vinin və 0,25 ha pay torpağının nənəsi X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının nənəsi X3 miras qalan torpaq sahəsi və üzərində olan fərdi yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Uzun müddətdir ki, cavabdeh onun müraciətlərini əsassız olaraq cavablandırmamış və ya müxtəlif bəhanələrlə rədd etmişdir. Cavabdeh tərəfindən verilmiş 2018-ci il 10 avqust tarixli, **********81 saylı cavab məktubu ilə iddiaçın ın müraciətindən əsassız olaraq imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, Xkəndində yerləşən mərhum X6 məxsus fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasına dair cavabdehə daxil olmuş 2016-cı il 22 iyul tarixli, ********** qeydiyyat nömrəli ərizəyə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yaranmışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Cavabdeh m üxtəlif bəhanələrlə uzun müddət ərzində süründürməçilik etmiş və nəhayətdə əsaslandırılmamış və qanunsuz cavab vermişdir. Qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi nənəsindən ona miras kimi qalmışdır. O, həmin torpaq sahəsini və fərdi yaşayış sahəsini faktiki qəbul edərək onun dəyərli xassələrindən istifadə edir. Qonşu ilə mübahisənin olması nənəsinin torpaq sahəsinə və fərdi yaşayış evinə reyestrdən çıxarış verilməsindən imtina üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 2016cı i l 10 avqust tarixli, **********81 nömrəli məktubla əsaslı olaraq imtina olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatını aşağıdakı qaydada aparılır: 9.1.2 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddə sinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 31 avqust tarixli, 2-1(118)-33/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının cavabdehə qarşı Quba rayonu Xkəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin və 0,25 ha pay torpağının nənəsi X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışd ır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh təşkilatın X7 ayrılmış torpaq sahəsinin rəsmiləşdirilməməsinə dair gətirdiyi arqument öz təsdiqini tapmadı. Belə ki, iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, Xndə yerləşən x, kod xsaylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X6 məxsus 0,34 ha torpaq sahəsinin JN-224A, kod xsaylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X5 məxsus 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşmür. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati p raktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yəni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

9. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 mart tarixli, 2-1(105)-83/2021 nömrəli qərarı ilə Sumqayıt İn zibati Məhkəməsinin 2020-ci il 31 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, cavabdehin imtinasının məzmunu mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından deyildir, həmin hüquqların qeydə alınması üçün texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə yaradılmış maneələrlə bağlıdır. İddia predmeti olan fərdi yaşayış evi üzərində hüquqlar dövlət qeydiyyatına alınmadığı üçün tikilinin ölçüləri barədə məlumat mövcud deyildir.

14. X2 Xndə yerləşən 0.25 ha pay torpağı ilə bağlı cavabdeh tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ümumiyyətlə müraciəti olmamış və bu barədə imtina cavabı verilməmişdir. Bununla yanaşı, iddiaçı iddianın növünü düzgün seçməmiş, öhdəliyin icrasi haqqında iddia vermək əvəzinə məcburetmə iddiası qaldırmış, məhkəmə qətnaməsini əsaslandırarkən məcburetmə barədə maddi hüquq normalarını tətbiq etməklə səhvə yol vermiş, lakin məhkəmə kollegiyasına buna dair heç bir münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellya siya şikayətinin dəlillərini tam və hərtərəfli araşdırmamış, onlara obyektiv qiymət verməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİL ƏN HÜQUQ

17. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instan siyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 0.25 ha pay torpaqla bağlı inzibati orqana ümumiyyətlə müraciət etmədiyi ilə bağlı cavabdehin dəlilinə qarşı qeyd etmişdir ki, iddiaçının ümumiyyətlə bu iş üzrə subyektiv hüququ o səbəbdən mövcuddur ki, mərhum nənəsi vəsiyyətnaməyə əsasən adına olan daşınmaz əmlakını nəvəsi İddiaçı vəsiyyət edərək vermişdir. İddiaçı da nənəsindən qalan bütün əmlaka dair mərhumun adına mülkiyyət hüququnu əldə etmək üçün cavabdeh inz ibati orqana müraciət etmişdir. İş materiallarına əlavə edilmiş vəsiyyətnamədən görünür ki, həmin vəsiyyətnamədə iddiaçıya 0.35 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində olan ev və 0.25 ha özəl pay torpağı vəsiyyət edilmişdir. Cavabdeh inzibati orqanın həmin torpaq sahəsinə baxışa gəlməsinə əsas məhz iddiaçının müraciəti əsasında vəsiyyətnamə ola bilərdi. Vəsiyyətnamə ilə isə 0,34 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi ilə yanaşı, 0,25 ha pay torpağının da X10 tərəfindən iddiaçıya vəsiyyət olunduğu aydın görünür. Digər bir tərəfdən isə cavabdeh inzibati orqan etirazında 0.25 ha pay torpaqla bağlı müraciətin olmamasını qeyd etmədiyi halda, yalnız apelyasiya şikayətində həmin məsələyə toxunmuş, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məzmunda əsaslandırmasını İPM-in 12.1,12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qənaətinin əsası kimi vəsiyyətnamədəki məlumatlardan irəli gələn ehtimallara deyil, iddiaçının cavabdehə mübahisələndirilən məzmunda müraciətini bilavasitə təsdiq edən və məhkəmə tərəfindən araşdırılan sübutlara istinad etməli idi. İddiaçı ərizəsində cavabdehin 2018-ci il 10 avqust tarixli **********81 saylı cavab məktubuna istinad edərək iddia ərizəsinə əlavə edilən sənədlər siyahısında məhz həmin tarix və nömrəli məktubu qeyd etsə də, əslində, işə cavabdehin 2016-cı il 10 avqust tarixli **********81 saylı məktubu əlavə edilmişdir ki, həmin məktubda 0.25 ha torpaq sahəsin ə dair məlumat yoxdur. Belə olan halda, iddiaçı cavabdehə iddia olunan məzmunda müraciətini təsdiq edən sənədi məhkəməyə təqdim etməli, bu, mümkün olmadıqda, cavabdehdən iddiaçının müraciəti ilə bağlı inzibati icraat materiallarını tələb etməli və araşdırmalı idi. Hazırkı halda, bu, baş verməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəyə istinadla qeyd etmişdir ki, Xndə yerləşən x kod xsaylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X8 məxsus 0,34 ha torpaq sahəsinin JN-224A kod xsaylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X5 məxsus 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşmür.

24. Bununla yanaşı, həmin rəyə görə, Xndə yerləşən x kod xsaylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X8 məxsus 0,34 ha torpaq sahəsi və JN224A kod xsaylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X5 məxsus 0,15 ha torpaq sahəsi sənədlərə əsasən naturada uyğun deyil. X1 məxsus olan torpaq sahəsinin X9 tərəfindən zəbt olunmasını müəyyən etmək mümkün olmadı.

25. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyindəki həmin cavablara hər hansı münasibət bildirməmiş, hazırkı məzmunda öhdəliyin cavabdehin üzərinə qoyulduğu nəzərə alındıqda, bunun mübahisəsiz, hər hansı izaha zərurət olmadan icra olunacağı imkanını nəzərdən keçirməmişdir. Halbuki, ekspert həmin nəticələri məhkəmənin qərardadında qoyulmuş suallara cavab olaraq müəyyən etmişdir. Məhkəmə həmin sualların araşdırılmasını iş üçün əhəmiyyətli hesab etmişdirsə, deməli mübahisənin düzgün həlli üçün onlara münasibət bildirməli idi. Hazırkı halda, həmin cavablarda göstərilən uyğunsuzluqlara aydınlıq gətirilməmiş, uyğunsuzluqların nədə ifadə olunduğu göstərilməmişdir. Ekspert rəyinə hər hansı plan, sxem və s. əlavə olunmamışdır, torpaq sahələrinin naturada, yoxsa sənəd üzrə üst-üstə düşmədiyi də aydın deyil. X6 məxsus olan torpaq sahəsinin X9 tərəfindən zəbt olunmasını müəyyən etməyin mümkün olmadığı halda, ekspertin “torpaq sahələrinin sənədlərə əsasən naturada uyğun olmadığı”nı necə müəyyən etdiyi də araşdırmanın predmeti olmayıb. Beləliklə, tikilinin yerləşdiyi torpaq sahəsinə münasibətdə qeyri-müəyyənlik aradan qalxmamışdır.

26. Digər tərəfdən, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ın dövlət reyestrindən çıxarışın təsviri”ndə daşınmaz əmlakın (tikilinin) yerləşdiyi torpaq sahəsinə dair məlumatların əks olunması təsbit olunmuşdur.

27. Eyni Fərmanla təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”ndə də torpaq sahəsinin hüquq-müəyyənedici sənədlərdə əksini tapmış sahəsinin (hektarla), torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsinin (hektarla), torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələrin, torpaq sahəsinin qonşu sərhədlərinin və s. göstərilməli olduğu təsbit olunmuşdur.

28. Belə olan halda, əgər məhkəmə cavabdehin üzərinə iddia olunan hazırkı məzmunda öhdəlik qoyursa, o, iddia olunan daşınmaz əmlakın (sənəd üzrə və ya faktiki) üçüncü şəxslərin hüquqlarından azad olduğun a əmin olmalıdır.

29. Üçüncü şəxs apellyasiya instansiyası məhkəməsinin qərarını mübahisələndirməsə də, eyni ilə iddiaçı tələbində tikilinin yerləşdiyi 0.34 ha torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını aşkar olaraq göstərməsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının səbəblərini nəzərə almalı idi. Cavabdeh şikayətində də təkrar olaraq qeyd edir ki, imtinanın məzmunu mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından deyildir, həmin hüquqların qeydə alınması üçün texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə yaradılmış maneələrlə bağlıdır.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkra r baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 mart tarixli, 2-1(105)-83/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar