Məhkəmə qərarları › İş №2-1(102)-1136/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1136/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1136/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" ASC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini cavabdehin vəsaiti hesabına söküb əvvəlki vəziyyətinə bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" ASC) qarşı “torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini cavabdehin vəsaiti hesabına söküb əvvəlki vəziyyətinə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-688/2022 nömrəli iş üzrə 1 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin dövlət reyestrindən çıxarışa əsasən Vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1995-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 torpaq sahəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.x x.2017-ci il tarixli 2- 1(82)95/2017 saylı qərarı ilə İddiaçı xeyrinə yüklü edilmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinməyi xahiş etmişdir.

4. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 2019-cu il 11 dekabr tarixli çıxarışa (reyestr nömrəsi **********59) əsasən ünvan 1 ünvanında yerləşən 1,0 ha torpaq sahəsinin təyinatı (kateqoriyası); “Kənd təsərrüfatı təyinatlı torpaqlar”, mülkiyyət növü: “dövlət” olmaqla İddiaçı istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndində kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsə rrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verildiyi nəzərə alınaraq əsaslı tikililərin inşası məqsədəuyğun hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı ‘İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində cavabdehin icazəsi və göstərişi ilə çəkilmiş asfalt yolun və cavabdehin icazəsi ilə üçüncü şəxs tərəfindən torpaq sahəsindən çəkilmiş kanalizasiya xəttlərinin cavabdehin və üçüncü şəxsin vəsaiti hesabına sökülərək torpaq əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehə və üçüncü şəxsə həvalə edilməsi və cavabdehin iddiaçı tərəfindən istifadəsində olan qeyd edilən torpaq sahəsinin hasarlanmasına mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində iddiaçıya dəymiş 400.000 min (dörd yüz min) manat zərər və əldən çıxmış gəlir, 50.000 (əlli min) manat kompensasiya və 100.000 (yüz min) manat mənəvi zərər cəmi 550.000 (beş yüz əlli min) manat iddiaçıya ödənilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4108/2020 saylı, 2020-ci il 24 sentyabr tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

8. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)95/2017 saylı qərarı ilə İddiaçı Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1,0 ha. torpaq sahəsi üzərində daimi istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 2019cu il 11 dekabr tarixdə daşınmaz əmlakın dövlət reyestrində 882 nömrəli reyestr kitabının 83612 saylı vərəqində qeydiyyata alınaraq, bu barədə iddiaçıya dövlət reyestrindən elektron çıxarış verilmiş, eyni zamanda 2019- cu il 11 dekabr tarixdə həmin torpaq sahəsinə dair A seriyalı 456494 saylı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Göründüyü kimi, iddiaçının daimi istifadə hüququ dövlət səviyyəsində tanınmış və sonra bu barədə müvafiq çıxarış verilmişdir. Müəssisəsiyə məxsus torpaq sahəsini kənar şəxslər tərəfindən təkrar zəbt edilməsinin qarşısını almaq və sahibkarlıq fəaliyyətini nəhayət bərpa edərək kənd təsərrüfatı məhsulların istehsalı ilə sərbəst məşğul olmaq məqsədlə, iddiaçı 2019-cu il 13 dekabr və 2020-ci il 27 yanvar tarixlərdə Suraxanı rayon İcra Hakimiyyətinə və 6/T-57-076 nömrəli, 2020-ci il 27 yanvar tarixli ərizə ilə cənab Z.Nəğdəliyeva müraciət etmişdir. Cənab Z.Nəğdəliyevin qəbulunda olduqda deyilmişdir ki, kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvəqqəti tikililər, o cümlədən də hasar, torpağın kateqoriyasını nəzərə alaraq quraşdırmağa icazə verilir. Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən isə torpaq sahəsi nin təyinatı “kənd təsərrüfatlı təyinatlı torpaqlardan" kateqoriyasına aid olmasına istinad edərək hasar tikməyə icazə verilməmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı səlahiyyətli nümayəndəsi müvafiq mərkəzi icra hakimiyyətləri orqanlarına və Suraxanı RİH-ə çox saylı ərizələrlə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin daş hasara alınmasına icazə verilməsini xahiş etmişdir. RİH-in xx.xx.2020-ci il tarixli T-6113 №-li, xx.xx.2020-ci il tarixli yt/6 №-li cavab məktubları ilə İddiaçınə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndində kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, m üvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verildiyi nəzərə alaraq əsaslı tikililərin inşası məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Qeyd olunanları və sözügedən torpaq sahəsinin təyinatı (kateqoriyası) “Kənd təsərrüfatı təyinatlı torpaqlar”, mülkiyyət növü: “dövlət” olduğunu nəzərə alaraq, Suraxanı RİH-ə qarşı iddianı əsassız hesab edirlər.

10. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli qərardadı ilə iddia “iddiaçı ‘İddiaçı daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində cavabdehin icazəsi və göstərişi ilə çəkilmiş asfalt yolun və cavabdehin icazəsi ilə üçüncü şəxs tərəfindən torpaq sahəsindən çəkilmiş kanalizasiya xəttlərinin üçüncü şəxsin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəziyy ətdə bərpa edilməsi vəzifəsinin üçüncü şəxsə həvalə edilməsi” hissəsində və “ cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyətlər nəticəsində İddiaçı ÇKMyə dəymiş 100.000 min (yüz min) manat zərər və əldən çıxmış gəlir, 50.000 (əlli min) manat kompensasiya və 100.000 (yüz min) manat mənəvi zərər cəmi 250.000 (iki yüz əlli min) manat İddiaçı ÇKM-yə ödənilməsini cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” hissəsində mümkün sayılmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2020-ci il tarixli, 2-1(112)-4108/2020 nömrəli (hakim E.Ə.Əliyev) qərarı ilə iddia qismən təmin edilərək İddiaçı istifadəsində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin səmərəli təşkil edilməsi üçün yüngül konstruksiya ilə çəpərlənməsi nə mane olan hərəkətlərdən çəkinmək vəzifəsi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin, iddia qalan hissədə rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı əsaslı tikilinin inşa edilməsini deyil torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsinin tələb edir. Məhkəmə iddia tələbinin “iddiaçının istifadəsində olan torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsinə mane olan hərəkətlərdən çəkinmək vəzifəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin iddiaçı torpaq sahəsinin yüngül konstruksiya ilə çəpərlənməsini tələb etdiyindən, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilm əlidir. Məhkəmə iddia tələbinin “iddiaçının daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1,0 hektar torpaq sahəsində çəkilmiş asfalt yolu və kanalizasiya xətlərini cavabdehin vəsaiti hesabına söküb əvvəlki olan vəziyyətə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində asfalt yolu və kanalizasiya xətlərinin cavabdeh tərəfindən çəkilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(103)-662/2021 nömrəli (hakimlər E.E.Nağıyeva-sədrlik edən və məruzəçi, V.M.Məmmədov və H.Ç.Məmmədov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən hissədə (iddia tələbinin rədd olunmuş hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1548/2021 nömrəli (İ. K.Hüseynov-sədrlik edən hakim, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) qərarı ilə iddianın rədd edilən hissəsində ləğv edilsin, işin həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin 1 aprel 2022-ci il tarixli, 2-1(103)-688/2022 nömrəli (S.İ.Bəktaşi-sədrlik edən hakim, M.N.Tağızadə və A.S.Hüseynov) qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarı iddianın təmin edilməyən hissədə ləğv edilmiş, iddia tələbi iddiaçının daimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 saylı ərazidə yerləşən 1 ha torpaq sahəsində çəkilmiş asfalt yolun və kanalizasiya xətlərinin cavabdehin vəsaiti hesabına sökülərək torpağın əvvəlki vəzi yyətdə bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində mümkün sayılmaması qərara alınmışdır.

19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 1 aprel 2022-ci il tarixli qərardadının iddianın təmin olunmayan hissəsində ləğv edilsin və iddia tələbimiz həmin hissədə təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Dövlət Proqramı” əsasında Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması" üzrə 2012-2014-cü il tarixli layihə-smeta sənədlərinə əsasən su xətlərinin inşası 2013-cü ildə, kanalizasiya xətlərinin inşası isə 2019-cu ilin n oyabr ayında başa çatdırılmışdır. ("xxxx" ASC-in xx.xx.2021 -ci il tarixli cavab məktubu). Həmin cavab məktuba əlavə edilmiş kanalizasiya xəttinin faktiki sxemindən görünür ki, kooperativə məxsus torpaq sahəsində 2020-ci ilin fevral ayında çəkilmiş kanalizasiya xəttlər həmin layihə-smeta ilə planlaşdırılmamışdır. Beləliklə, “ Dövlət Proqramı" ilə planlaşdırılmamış layihə 2019-cu ilin noyabr ayında başa çatdırılmışdır və 2020-ci ilin fevral ayında kooperativin ərazisində apanlan işlər həmin “Dövlət Proqramı”-na aidiyyəti olmayan və qanunsuz inşaatdır. 21. "xxxx" ASC-ti tərəfindən kanalizasiya xəttinin çəkilməsindən sonra yerli icra orqanlarının iştiraki və nəzarəti ilə Bakı şəhəri. Suraxanı rayonu. Yeni Suraxanı qəsəbəsi. 14 iyul küşəsi. 8-ci döngə. 12C ünvanda yerləşən ərazidə yolun tiki ntisi işləri yerinə yetirilmişdir (Azərbaycan X4 Agentliyinin xx.xx.2021-ci il tarixli, 3/02-4090 nömrəli cavab məktubu).

22. Ancaq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı İnzibati məhkəməsinə təqdim olunmuş xx.xx.2021 -ci il tarixli, ********** nömrəli ikinci cavab məktubunda isə yerli icra orqanlann nümayəndələrin iştiraki naməlum səbəbdən qeyd olunmamışdır. Bu hall, Azərbaycan X4 Agentliyinə cavabdeh tərəfindən müəyyən təzyiq olmasını göstərir. "xxxx" ASC-nin məhkəməyə təqdim olunan cavab məktublardan da həmin hall hiss olunur.

23. Torpaq sahəsində apanlan tikinti işlərinin və tikinti texnikalannın ərazidə yerləşdiyini 18.02-03.03 2020-ci il tarixli fotoşəkillər; Suraxanı Rayon İcra Hakimiyyətinə və DİN-in 102 xidmətinə xx.xx.2020-ci il tarixdə kooperativin müraci ətləri; 24.02.202 tarixdə Suraxanı Rayuon İcra Hakimiyyətinin Apellyasiya Şurasının qəbulunda olması; Suraxanı Rayuon İcra Hakimiyyətinin 1/330 nöfnrəli. 03 mart 2020 il tatixli və yt/6 nömrəli, 1 lmart 2020-ci il tarixli cavab məktubları; Suraxanı RPİ-nin 31 -ci PB-nin xx.xx.2020 tarixli və Sabunçu RPİ-nin İŞ-nin xx.xx.2020 tarixli qərarlar; Suraxanı rayon Prokurorluğuna verilmiş xx.xx.2020 tarixli şikayət iddiaçıya məxsus torpaq sahəsində inşaat işlərinin 2020ci ilin fevral ayında aparılması faktını və tarixini sübuta yetirir. 24. "xxxx" ASC-ti tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasından və həmin ərazinin iddiaçıya məxsus olmasından cavabdehin məlumatı olduğu halda cavabdeh öz hərəkətsizliyi ilə Qanuna zidd olan hərəkətlərə göz yumaraq işlərin dayandırm aq əvəzinə 15 gün ərzində sürətli qaydada həmin işlərin tamamlanmasına, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün torpaq sahəsini yararsız vəziyyətə salınmasına və üçüncü şəxslər tərəfindən göstərilən ərazinin zəbt edilməsinə şərait yaranmasına yol vermişdir. Bu da cavabdehin qanunsuz görülən işlərdə marağlı olması səbəbindən mümkün olmuşdur. Belıliklə, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçı sahibkarlıq fəaliyyətinə başlayıb kənd təsərrüfatı məhsullarının istehsalı ilə sərbəst məşğul olmaq əvəzinə pozulmuş öz hüquqlarını məhkəmə çəkişmələrində bu günə kimi müdafiə etmək məcburiyyətindədir. Dövlət tərəfindən kooperativə verilmiş torpaq sahəsinə daimi istifadə hüququna iddiaçı faktiki olaraq göstərilən səbəblərdən sahiblik hüququna nail ola bilmir. Bu d a İcra qurumu tərəfindən dövlət rəhbərliyin tapşırıqlarına formal yanaşmasına dəlalət edir.

25. Məhkəmə tərəfindən iddiaçının cavabdehlə olan yazışmalarına diqqətlə yanaşsaydı torpaq sahəsinin iddiaçıya məxsus olmasım, həmin torpaq sahəsində əsaslı tikinti işlərinin gedişi barədə və iddiaçının cavbdehdən həmin işlərin təcili qaydada dayandırılması tələbin olması barədə cavabdehin xəbəri var idi. Qeyri-qanuni işlərin aparılan ərəfədə iddiaçının cavabdehə dəfələrlə verilən-şikayət ərizələri ilə sübuta yetirilir və bu hall məhkəmə tərəfindən nəzərə alınmalı idi. Bununla da iddiaçının publik hüquqdan irəli qələn subyektiv hüquqlarının müdafiəsi məqsədi ilə inzibati məhkəmə icraatı qaydasında iddianın qaldırılmasına və iddianın mümkün sayılmasına əsas verir. Belə olan vəziyyətdə. Ali Məhkəməsi Plenumunun “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərara istinad edib iddiaçının hüquqların pozulmasına Apellyasiya Məhkəməsinə hüquqi əsas vermir.

26. Həm "xxxx" ASC-nin, həm də X4 Agentliyi tərəfindən Bakı İnzibati məhkəməsinə və Apellyasiya Məhkəməsinə təqdim olunmuş əvvəlki və sonraki ziddiyyətli cavab məktublarından hiss olunur ki, cavabdeh tərəfindən onlara müəyyən təzyiq göstərilir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı: bənd 1.3. “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxm ağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar bənd 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çı xarıldığı anda mövcud olmalıdırlar. bənd

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 29. “İnzibati icraat haqqında” Qanun: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hak imiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. İnzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələ r yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

30. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kif ayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini ya lnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

35. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. Hazırkı işdə iddia tələbi iddiaçın ın torpaq sahəsinə çəkilmiş asfalt yolu və kanalizasiya xətlərinin cavabdehin vəsaiti hesabına söküb əvvəlki vəziyyətinin bərpa edilməsi barədədir.

37. Belə ki, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş 1 aprel 2022-ci il tarixli qərardadda iddiaçının torpaq sahəsinə çəkilmiş asfalt yolu və kanalizasiya xətlərinin cavabdehin vəsaiti hesabına söküb əvvəlki vəziyyətinin bərpa edilməsi hissəsində iddia tələbi mümkün sayılmamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi tərəfindən "xxxx" ASC-yə sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq bildirilmişdir ki, “göstərilən torpaq sahəsində yerləşən xəttlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “Yeni Suraxanı qəsəbəsinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi çərçivəsində, ərazidəki yaş ayış məntəqələrində formalaşan tullantı sularının bir hissəsinin kənarlaşdırılması, eyni zamanda abonentlərin fasiləsiz, dayanıqlı su ilə təchiz olunması, suya olan tələbatının tam ödənilməsi məqsədilə inşa edilmişdir. Nəzərinizə çatdırırıq ki, 2011-2012-ci illərdə işlənmiş layihəyə Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Təsisatdankənar Dövlət ekspertizası tərəfindən xx.xx.2012-ci il tarixli, 4452 nömrəli rəy verilmişdir. Su və kanalizasiya xəttinin inşası yerli icra orqanlarının razılığı və bilavasitə iştirakı ilə həyata keçirilmişdir. Belə ki, inşaat işləri zamanı kanalizasiya və su xəttinin əhəmiyyətliyini nəzərə alaraq layihəyə uyğun olaraq, qəsəbə daxili yollardan keçilərkən yerli icra nümayəndələrinin (Suraxanı Rayon İcra Hakimiyyəti, qəsəb ə icra nümayəndəsi və qəsəbə bələdiyyəsinin) rəyləri əsas götürülmüşdür. Müraciətinizdə qeyd olunan ərazi ümumi istifadədə olan yol kimi göstərilmiş, su və kanalizasiya xətti həmin küçə boyu inşa olunmuşdur. Bildiririk ki, qeyd etdiyiniz ərazidə bir neçə fərdi yaşayış evləri yerləşir və həmin evlərin sakinləri tərəfindən su və kanalizasiya problemləri ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Suraxanı Rayon İcra hakimiyyətinə və digər yüksək instansiyalara dəfələrlə müraciətlər ünvanlanmışdır. Qeyd edilən ərazidə kanalizasiya xətlərinin inşası 2019-cu ilin dekabr ayında başa çatdırılmışdır. Məlumat üçün bildiririk ki “Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən su və kanalizasiya xəttinin layihələndirilməsi mərhələsində həmin ərazidə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sənəd (çı xarış və torpağın plan ölçüsü) aşkarlanmamışdır. Yeni ünvan 4 ünvanında yerləşən torpaq sahəsini İddiaçı mülkiyyətində olması ilə əlaqədar hüquqi sənədlər yalnız su və kanalizasiya xətləri çəkilib başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda, su və kanalizasiya xəttinin inşası zamanı hər hansı bir şəxsin istifadəsinin təsdiqi kimi həmin ərazinin daş divarı və ya ayırıcı dəmir tellərlə ayrılması müşahidə olunmamışdır. Ərazinin çox hissəsi açıq sahədir, qalan sahə isə faktiki olaraq fərdi yaşayış binaları və onların ümumi istifadəsində olan yolla əhatələnibdir. Bildirmək istəyirik ki, su və kanalizasiya xətləri çəkildikdən sonra qazılmış xəndəklərin üstü örtülərək kipləşdirilmiş və ərazi hamarlanaraq əvvəlki vəziyyətinə qaytarılmışdır. Yuxarıda qeyd oluna nlarla əlaqədar vətəndaş Vəkil Azərbaycan Respublikası müxtəlif Dövlət orqanlarına ünvanladığı əvvəlki müraciəti araşdırılaraq müvafiq qaydada cavablandırılmış və aidiyyəti üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə edilmişdir”.

39. Həmçinin apellyasiya məhəkəməsi tərəfindən verilən sorğuya cavab olaraq bildirilmişdir ki, AAY X2 Yollarının istismarı və Təmiri Baş İdarəsinin Şəhər yollarının istismarı və təmiri şöbəsinin mütəxəssisi A.Abdullayev, "xxxx" İnstitutu MMC-nin mühəndisi F.Mütəllimov, "Bakı 1 №-X5" MMC-nin baş mühəndisi N.Məmmədov, "xxxx" MMC-nin mühəndisi M.Muradov və "xxxx" MMC-nin iş icraçısı İ.Məmmədov Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində küçələrə baxış keçirərək və həmin küçələrin təmir olunması üçün qüsurlar müəyyən etmişlər.

40. Nəzərə almaq lazımdır ki, hazırkı qərarın 28-ci bəndində qeyd edilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.

41. Həmçinin qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

42. Beləliklə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetiri lmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmamışdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

44. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 21(103)-688/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar