Məhkəmə qərarları › İş №2-1(102)-1137/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1137/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1137/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehin üzərinə mənzillə təmin etmə öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “mənzillə təmin edilmə” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 fevral tarixli, 2-1(103)-478/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2020-ci il 04 iyun tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1990-cı il 11 iyun tarixdə Bakı şəhərində anadan olmuş, 1998-ci il tarixdə valideyni tərəfindən iki bacısı ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən 16 saylı (hazırda 12 saylı) internat məktəbinə atılmışlar. 2007-ci ilə kimi həmin internat məktəbində yaşamaqla təhsil almışlar. 2007ci ildə internat məktəbinin 9 illik təhsil səviyyəsini bitirdikdən sonra oranı tərk etmişlər. 2007-ci ildən hal-hazıradək bacıları ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayırlar. Mənzillə təmin olunması üçün tələb olunan bütün zəruri sənədləri toplayaraq 2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə və cavabdehə təqdim etmişdir. Lakin müxtəlif bəhanələrlə ona mənzil verilməmişdir. Onun rəsmi müraciətindən sonra 125 mənzilli ikinci bina və daha sonra 125 mənzilli üçüncü bina yaşayış üçün tam istifadəyə verilsə də, o əsassız olaraq mənzillə təmin olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 07 oktyabr tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən “xxxx” Sosial Müəssisəsinə valideyn himayəsindən məhrum olunmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətləri əsasında qəbul edilməsi göstərilmişdir. Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli, 05-20-1453/2016 saylı məktubunda onun adı qeyd edilmişdir. Lakin iki ildən artıq bir müddətdir ki, cavabdeh qurum tərəfindən hələ də mənzillə təmin olunmamışdır. Dəfələrlə fondun şöbə müdiri olan Vüqar Behbudovun qəbulunda olsa da o, onunla kobud rəftar edərək onun mənzillə təmin olunmasına maneçilik törətmişdir. Eyni zamanda internat məktəbinin məzunlarının məhkəmə qərarı ilə evlə təmin olunmasını əsas gətirərək ona qərar göstərmişdir. Hüquqlarının qorunması məqsədi ilə Ombudsman aparatında, Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq şöbəsinin məsul şəxsləri ilə şəxsən görüşərək pr oblemlər barədə şikayətini bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin qəbulunda olaraq şıkayət etmişdir. Qeyd etmişdir ki, şikayətin araşdırılması cavabdeh quruma həvalə edilsə də, hər dəfə müraciətinə imtina edilmişdir. Cavabdehin etirazları:

3. Cavabdeh iddia tələbinə qarşı yazılı müraciət təqdim etmişdir. Müraciətdə göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına uyğun olaraq cavabdehin nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “xxxx” Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 07 oktyabr tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən “xxxx” Sosial Müəssisəsinə val ideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan dövlət uşaq müəssisələrinin məzunları Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətləri əsasında qəbul edilirlər. Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli, 0520-1453/16 saylı məktubunda iddiaçının adı qeyd edilmişdir. Bildirilmişdir ki, halhazırda boş mənzil olmadığından iddiaçının yerləşdirilməsi qeyri-mümkündür. Əlavə olaraq bildirilmişdir ki, bu kateqoriyaya aid olan məzunların yerləşdirilməsi üçün binanın tikintisi bitdikdən sonra iddiaçının məsələsinə növbəlik qaydasında baxılacaqdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 29 sentyabr tarixli, 2-1(112)-4875/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçının mənzillə təmin edilməsi barədə müraciəti üzrə m əhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur.

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin 9-cu sinifdən 2007-ci ildə məzunu olmuş iddiaçı barəsində Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli məktubu cavabdeh orqana ünvanlansa da, iddiaçı indiyə kimi mənzillə təmin edilməmiş, iddiaçının bu barədə çoxsaylı müraciətlərinə baxmayaraq cavabdeh inzibati orqan hərəkətsizlik göstərmiş, məhkəməyə təqdim etdiyi etirazında da göstərdiyi kimi hal-hazırda boş mənzil olmadığından iddiaçının yerləşdirilməsinin qeyri-mümkün olduğunu, bu kateqoriyaya aid olan məzunların yerləşdirilməsi üçün binanı n tikintisi bitdikdən sonra iddiaçının məsələsinə növbəlilik qaydasında baxılacağını bildirərək, iddiaçının hansı növbədə olduğunu, növbəti mənzillə təmin olunanlar siyahısına daxil edilib-edilmədiyini, iddiaçının gözləntilərinin hansı vaxtda reallaşacağını bildirmədən, iddiaçını qeyrimüəyyən gözləmə vəziyyətində qoyaraq formal məktublar göndərməklə tələbin icrasından əsassız olaraq imtina etmişdir.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 dekabr tarixli, 2-1(103)-2210/2020 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 fevral tarixli, 2-1(103)-478/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 29 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir. Bundan ə lavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlilik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Cavabdehin cavab məktubunda da hazırkı dövr üzrə boş mənzil olmadığından iddiaçının yerləşdirilməsinin qeyri-mümkün olduğu, iddiaçının yerləşdirilmə məsələsinə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacağı bildirilmişdir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-478/2021 nömrəli, 2021-ci il 24 fevral tarixli qərarı əsassızdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin vəkili kassa siya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

13. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun:... Əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından buraxılmağa, cəzaçəkmə müəssisələrindən azad olunmağa üç ay qalmış müvafiq icra hakimiyyət i orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların növbədənkənar mənzil almaq hüququ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 32.3cü maddəsinə uyğun olaraq müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər. Sosial müdafiəyə ehtiyacı o lan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir....

15. Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiya cı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tari xi barədə qəbz verilir. 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və val ideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə;

16. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Ma ddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlük də qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. Yuxarıda istinad edilən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun müddəalarının tələbindən göründüyü kimi, əvvəllər mənzil sahəsi olmayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə qəyyumluqda (himayədə) olan uşaqlar bütün tipdən olan təhsil müəssisələrini bitirməyə, əhaliyə sosial xidmət müəssisələrindən buraxılmağa üç ay qalmış müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən olunmuş sosial normalardan az olmayan yaşayış yeri ilə növbədənkənar təmin olunurlar. Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan va lideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir.

21. Cavabdehin şikayətində də istinad etdiyi Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının tələbindən göründüyü kimi, həmin Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (51.1). Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır (51.2). Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sah ələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir.

22. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin 9-cu sinfinin 2007-ci ildə məzunu olmuş iddiaçı barəsində Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli məktubu cavabdeh orqana ünvanlansa da, iddiaçı indiyə kimi mənzillə təmin edilməmiş, iddiaçının bu barədə çoxsaylı müraciətlərinə baxmayaraq cavabdeh inzibati orqan hərəkətsizlik göstərmiş, məhkəməyə təqdim etdiyi etirazında da göstərdiyi kimi hal-hazırda boş mənzil olmadığından iddiaçının yerləşdirilməsinin qeyri-mümkün olduğunu, bu kateqoriyaya ai d olan məzunların yerləşdirilməsi üçün binanın tikintisi bitdikdən sonra iddiaçının məsələsinə növbəlilik qaydasında baxılacağını bildirərək, iddiaçının hansı növbədə olduğunu, növbəti mənzillə təmin olunanlar siyahısına daxil edilib-edilmədiyini, iddiaçının gözləntilərinin hansı vaxtda reallaşacagını bildirmədən, iddiaçını qeyrimüəyyən gözləmə vəziyyətində qoyaraq formal məktublar göndərməklə tələbin icrasından əsassız olaraq imtina etmişdir.

23. Cavabdehin şikayətində də dəlili ondan ibarətdir ki, “hazırkı dövr üzrə boş mənzil olmadığından iddiaçının yerləşdirilməsinin qeyri-mümkün olduğu, iddiaçının yerləşdirilmə məsələsinə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacağı bildirilmişdir”.

24. Bununla yanaşı, cavabdeh nəzərə almalıdır ki, onun cavab məktubunda istinad etdiyi hal onu Mənzil Məcəlləsinin “yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınma” ilə bağlı normalarının tələblərini təmin etmək öhdəliyindən azad etmir. Başqa sözlə, iddiaçının növbədənkənar yaşayış sahəsi ilə təmin olunmaq hüququnun olduğu halda da, o, həmin kateqoriya şəxslərə aid qaydada uçota alınmalı, ona bu barədə təsdiqedici sənəd verilməlidir və məhkəmələrin də qeyd etdiyi kimi, iddiaçı qeyri-müəyyən durumda saxlanılmalı deyil.

25. İşin materiallarında Mənzil Məcəlləsinin istinad edilən normalarının tələblərinə əməl olunduğuna dair məlumat yoxdur. Bu səbəbdən də məhkəmələr haqlı olaraq, məhkəmənin qərarında ifadə olunan hüquqi mövqe nəzərə alınmaqla iddiaçının müraciəti üzrə inzibati aktın qəbul edilməsi öhdəliyi qoymuşlar.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiya sı QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 fevral tarixli, 2-1(103)-478/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar