Məhkəmə qərarları › İş №2-1(102)-1137/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1137/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1137/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehin iddiaçını vergi ödəyicisi kimi qeydiyyata alınmasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının vergi ödəyicisi kimi uçotdan çıxarılması və VÖEN şəhadətnaməsinin ləğv edilməsi öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İd diaçı (AZE:********, FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinə qarşı “vergi uçotundan çıxarılması və VÖEN şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(103)-618/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun vergi ödəyicisi kimi qeydiyyatının və onun adına açılmış VÖEN şəhadətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

2. Cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birin ci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 16 mart 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi öhdəliyinin X2, VÖEN-nin ləğv edilməsi öhdəliyinin isə Bakı şəhər X4 üzrə Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 0,06 ha torpaq sahəsini xx.xx.2013-cü il tarixində 28 saylı Notariat Kontorunda bağlanmış alqısatqı müqaviləsi əsasında 60.000,00 manata satmış, sonradan devalvasiyadan ehtiyatlanaraq əldə etdiyi həmin pulun bir hissəsini konvertasiya edərək 15.000 ABŞ dollarına çevirmişdir. Bundan so nra vergi orqanın əməkdaşı telefon vasitəsi ilə əldə etdiyi gəlirin mənbəsi barədə məlumat verməsini ondan tələb etmiş, daha sonra iddiaçıya rəsmi məktub ünvanlayaraq, ********** nömrəli VÖEN açılaraq ona 3575,25 manat vergi borcu hesablandığı bildirilərək ödənilməsi tələb olunmuşdur. O, dəfələrlə vergi orqanına müraciət etsə də vergi borcunun yaranma səbəbi izah olunmamış, hesablanmış borcun silinməsi üçün müvafiq tədbirlər görülməmişdir. Vergi Məcəlləsinin 13.2.37 və 34.1-ci maddələrinə istinadən iddiaçı hesab edir ki, vergi ödəyicisi kimi uçota alınaraq ona VÖEN açılması qanuna ziddir.

5. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçı 5 saylı Ərazi Vergilər İdarəsinin xidməti məktubu əsasında vergi uçotuna alınmış, bundan sonra iddiaçıya bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumata əsasən, iddiaçı tərəfindən 25.537,50 manat məbləğin konvertasiya olunmasına baxmayaraq konvertasiya olunmuş vəsaitin mənbəyi haqqında hər hansı izahat və ya təsdiqedici sənədin təqdim edilməmiş və bu hal gəlir vergisi bəyannaməsi üzrə 3.575,25 manat məbləğin dövlət büdcəsindən yayındırılmasına səbəb olmuşdur. Bundan sonra iddiaçıya məktub ünvanlanmış, gəlirin əldə edilməsi ilə əlaqədar müvafiq təsdiqedici sənədlərin təqdim olunması tələb olunmuş, lakin zəruri sənədlərin surətləri təqdim olunmamışdır. Bununla da, iddiaçı barəsində qərar qəbul edilmiş və 2019-cu ilin gəlir vergisi üzrə 3.575,25 manat vergi məbləği hesablanmışdır. Eyni zamanda bildirilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman iddianın mümkün şərtlərinə əməl olunmamaqla, müvafiq müraciət olunmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5032/2021 nömrəli 10 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı vergi ödəyicisi kimi uçotdan çıxarılması və ********** №-li VÖEN şəhadətnaməsinin ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin sahibkarlıq fəaliyyəti həyata keçirməsi ilə bağlı cavabdeh inzibati orqanda əsaslı şübhələrin olması şəxsin vergi ödəyicisi qismində uçota alınması və ona VÖEN təqdim edilməsi ilə nəticələnməməlidir. Qanunveric ilik normalarının, eləcə də Ali Məhkəmənin məhkəmə təcrübəsini formalaşdıran qərarlarından da göründüyü müvafiq müraciət olmadan şəxsin vergi ödəyicisi qismində qeydiyyata alınması qanunvericiliyin tələblərinin pozuntusu olması ilə yanaşı, eyni zamanda cinayət və inzibati xəta qanunvericiliyi ilə tənzimlənmiş münasibətlərə də müdaxilə kimi qiymətləndirilməlidir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər C.A. Yusifovsədrlik edən, A.P.Oruczadə və E.E.Nağıyeva) 10 mart 2022-ci il tarixli, 2-1(103)618/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarı dəyişdiri lmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh özünün kassasiya şikayətində Vergi Məcəlləsinin 33.3-cü maddəsinə istinadən bildiririk ki, "Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər vergi ödəməsi vəzifəsini şərtləndirən halların olubolmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin məcəllənin 33.5-ci maddəsinə əsasən isə bu halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlu mat verir. Ali Məhkəmənin iddiaçı X1 Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı "şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərin qanunsuz hesab edilməsi və qərarın ləğv edilməsi" barədə iddia tələbi ilə bağlı 2-1(102)-478/18 nömrəli iş üzrə 12 aprel 2018-ci il tarixli qərarında (hakim-Sevda Hüseynova) qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 32.1-ci, 33.1-33.3-cü maddələrinin mənasına görə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə vergi orqanları vergi ödəyicilərini uçota almalıdırlar. Fiziki şəxslərə münasibətdə uçota alınmanın şərtləri həmin şəxslərin fərdi sahibkar və gəlirin əldə edilməsi ilə bağlı bəyannamə verməli olan rezident olmasıdır. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər hər bir halda vergi uçotuna alınmalıdır və bu barədə onlara 5 gün müddətində məlumat verilməlidir. Bu qaydaya görə, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər vergi orqanı tərəfindən vergi nəzarətini həyata keçirilməsi məqsədilə məcburi qaydada uçota alınırlar. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun şəkildə həyata keçirilmişdir kassasiya şikayətinə etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Vergi Məcəlləsi: Maddə

33. Vergi ödəyicilərinin uçotu 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezi dentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.4. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Maddə

34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları. 34.1. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir.

15. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilmə məsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

16. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiy ası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yal nız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fərdi sahibkar kimi vergi ödəyicisi qismində uçota durmaq üçün müvafiq ərizə ilə cavabdehə müraciət etmədiyi halda cavabdeh vergi orqanı tərəfindən onun vergi ödəyicisi kimi qeyddiyyata alması vergi qanunvericiliyinin tələblərinə də ziddir. Cavabdeh özü də iddiaçı tərəfindən belə bir ərizənin verilmədiyini təkzib etmir. Apellyasiya instansiyası məhkəməsinin müvafiq sorğusuna əsasən də cavabdeh tərəfindən iddiaçının belə bir müraciətinin mövcudluğuna dair sənədlər məhkəməyə təqdim olunmamışdır.

23. Məhkəmələr müəyyən etmişdir ki, iddiaçı vergi ödəyicisi kimi onun ərizəsinə əsasən deyil, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş, iddiaçının 25537,50 manat məbləğində pul vəsaitini konvertasiya etməsinə dair məlumatlara və 5 saylı Ərazi Vergilər İdarəsinin xidməti məktubuna əsasən vergi uçotuna alınaraq, VÖEN şəhadətnaməsi verilmişdir.

24. Apellyasiya in stansiyası məhkəməsi hazırkı qərarın 14-cü bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qanuni və əsaslı qərar qəbul etmişdir.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(103)-618/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 21(103)-618/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar