Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1138/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin əvvəlki üç il üçün hesablanaraq ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı müharibə vetera nı vəsiqəsi verildikdən əvvəlki 3 il üçün ödənilməmiş müavinətlərin ödənilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-220/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X1 xx.xx.1965-ci ildə İmişli rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı 2016-cı ili n 19 iyul tarixindən 2019-cu ilin 19 iyul tarixinə kimi, yəni ona müharibə veteranı vəsiqəsi verildikdən əvvəlki 3 il üçün ödənilməmiş müavinətlərin ödənilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, daxili işlər orqanlarında polis zabiti kimi xidmət keçərkən dəfələrlə döyüş bölgələrində xidməti ezamiyyətləri zamanı döyüş tapşırıqlarını yerinə yetirmişdir. Yəni, ona müharibədə iştirakı ilə əlaqədar DİN-nin müvafiq qurumu tərəfindən xx xxxx 2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən o, müharibə veteranı statuslu şəxs kimi dövlət tərfindən müəyyən edilmiş müavinət almaq hüququna malikdir. Lakin bu günə kimi ona heç bir məbləğdə müavinət hər hansı bir dövlət orqanı tərəfindən verilməmişdir. Bunula əlaqədar o, 2019-cu ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq həmin şöbə tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli imtina məktubu verildi. Həmin məktubda imtina belə əsaslandırılmışdır ki, AR Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Sərancamı ilə xx xxxxx 2019-cu il tarixli Fərmanı ilə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətlər ləğv olunaraq təqaüdlə əvəz olunmuşdur. Bu səbəbdən də müavinətlər ləğv olunduqdan əvvəlki 3 il üçün həmin müavinətin ona ödənilməsi qe yri-mümkündür. Təbii ki, o, şöbənin bu məzmunlu cavabı ilə razı deyil. Çünki, bu hal onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında - AR NK-nin xx xxxxxxxx 2015-ci il 311 №-li Qərarının 1.3-cü bəndində təsbit edilmişdir ki, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Məhz bu səbəbdən də mübahisənin ədalətli həll edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3764/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, xx xxxx 2016-cı ildən xx xxxx 2019-cu ilədək olan dövr üzrə hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Nizami rayon Şöbəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-cu il tarixli iş № 2-1(103)220/2020 (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vüsalə Baxışova) qərarı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsininxx.xx.2019-cu tarixli, 2-1(82)-3764/2019 saylı qərarının dəyişdirilməsi, iddiaçıya xx.xx.2016-cı il tarixdən – xx.xx.2019-cu il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan ödənilməyən sosialmüavinətin hesablanaraq ödənilməsi vəzifəsinin üzərinə qoyulması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçü n nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, məhkəmə tərəfindən müharibə veteranlarına müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsinin qərara alınması qanuni və əsaslı sayıla bilməz. Müəyyən olunmuş sosial müavinəti almaq hüququnun yaranması üçün şəxs müharibə veteranı olduğunu təsdiq edən sənədləri, yəni müharibə veteranı vəsiqəsini təqdim etməlidir. Şəxsin müavinət almaq hüququ müharibə veteranı adının alındığı tarixdə yarandığından, ona həmin tarixdən əvvəlki d övrə müavinət təyin edilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Belə olan təqdirdə, apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi səhv nəticəyə əsasən qərarında istinad etdiyi maddi hüquq normalarını hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-220/20 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməli, apelyasiy a instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, 2-1(103)-220/2020 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsininxx.xx.2019-cu tarixli, 2-1(82)-3764/2019 saylı qərarının dəyişdirilməsi, iddiaçıya xx.xx.2016-cı il tarixdən – xx.xx.2019-cu il tarixədək olan müddət üçün müharibə veteranları üçün nəzərdə tutulan ödənilməyən sosialmüavinətin hesablanaraq ödənilməsi vəzifəsinin üzərinə qoyulması qənaətinə gələrkən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlə r haqqında” xx xxxxxx 2019-cu il tarixli sərəncamına əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarla və cavabdeh tərəfindən həmin qərardan verilmiş kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə iddiaçının iddiasında irəli sürdüyü iddia tələbini xatırlatmağı zəruri hesab edir. Məlum olduğu kimi, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə kimi, müharibə veteranı vəsiqəsi verildikdən əvvəlki 3 il üçün müavinətin ödənilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndiril məsi haqqında Azərbaycan Respublikası Prezidenti xx xxxx 2005-ci il tarixli 257 saylı fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alınmışdır. Məlumat üçün bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx xxxxx 2006-cı il tarixli 11/27-12 saylı və xx xxxxxx 2007-ci il tarixli 11/27-10 saylı təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş, müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında «əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Güc strukturları (Müd afiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və s.) tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Müharibə veteranlarına müavinət həmin komissiyanın qərarı ilə müharibə veteranı adı və ya müharibə veteranı vəsiqəsi verildiyi tarixdən təyin edilib ödənilməlidir. İşin təkzib olunmaz halıdır ki, iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmişdir. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, «xx xxxx 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (xx xxx 1995-ci il tarixli 1029 nömrəli, xx xxxx 1995-ci il tarixli 1067 nömrəli və xx xxxxxx 2001-ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir «İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx xxxx 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqı nda» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabınetının xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir». Beləliklə, yuxarıda artıq qeyd olunduğu kimi iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx xxxx 2019-cu il tarixindən verilmiş, Azərbaycan Respublikası Prezidentinin məlum 641 saylı Fərmanı isə xx xxxxx 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019-cu ilin aprelin 1-dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə vet eranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir, başqa sözlə, iddiaçı müharibə veteranı vəsiqəsi xx xxxx 2019-cu il tarixdə, yəni, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanından sonra aldığı üçün iddiaçı xx xxxx 2019-cu il tarixindən sonra 80 manat məbləğində təqaüd almalı, əvvəlki 3 il üçün isə qeyd edilən sosial müavinətlərin tələb edilməsi qanuna uyğun deyildir. Lakin apelyasiya instansiyası məhkəməsi bunları nəzərə almayaraq, maddi hüquq normaları düzgün tətbiq etməməklə iş üzrə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmə li, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının hazırkı iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-220/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddia tələbi rədd edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1138/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1138/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver