Məhkəmə qərarları › İş №2-1(102)-1138/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1138/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1138/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, İddiaçı və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh A zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-250/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1966-cı il təvəllüdlüdür.

2. İddiaçıya məxsus hərbi biletə və əmək kitabçasına əsasən o, əmək fəaliyyətinə 01.12.1983-cü il tarixdə başlamış, 06.05.1985-ci ildə hərbi xidmətə getdiyi üçün işdən azad edilmiş, 09.05.1985-ci ildən 13.07.1987-ci il tarixəd ək həqiqi hərbi xidmət keçmiş, 02.01.1988-ci ildə partiyanın XXİ qurultay sovxozu 1 №-li qoyunçuluq briqadasına çoban təyin edilmiş, 15.12.1989-cu ildə işdən azad edilmişdir. 12.01.1990-cı ildə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə əhaliyə xidmət göstərilməsi üzrə təsərrüfat hesablı sahəyə 4-cü dərəcəli çilingər qəbul edilmiş, 10.05.1990-cı ildə kənd yardımçı təsərrüfatı sexinə 4-cü dərəcəli heyvandar keçirilmiş, 02.07.1990-cı ildə X5 İşləri İdarəsinə köçürülməsi ilə əlaqədar işdən azad edilmiş, 04.07.1990-cı ildə N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsindən köçürülmə qaydasında (X5 İşləri İdarəsinə) 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir. 01.03.1996-cı ildə X5 İşləri İdarəsi ləğv edilmiş, onun bazasında Sənqəçal quyuları əsaslı təmir idarəsi yaranmışdır. 1 5.05.1996-cı ildə 4cü dərəcə ilə buruqlara xidmət çilingəri işinə keçirilmişdir. 01.12.1996-cı ildə 4-cü dərəcə ilə qazma avadanlıqları sexinə təmirçi-çilingər işinə keçirilmişdir. 01.12.1996-cı ildə Səngəçal quyuları əsaslı təmir idarəsində qazma avadanlıqları təmiri sexinə buruqlarda avadanlıqların təmiri üzrə 5-ci dərəcə ilə təmirçi- çiçilingər işinə keçirilmişdir. 01.05.1998-ci ildə Səngəçal quyuları əsaslı təmir idarəsi ləğv edilib onun bazasında Pirallahı Dəniz qazma işləri idarəsi yaradılmışdır. 01.07.1998-ci ildə Pirallahı Dəniz qazma işləri idarəsinin qazma avadanlıqları prokat təmiri sexinə 5-ci dərəcə ilə buruqlarda avadanlıqların təmiri üzrə təmirçi - çilingər işinə qəbul edilmiş, 01.08.1998-ci ildə işdən azad edilmişdir. 01.08.1998-ci ildə N.Nərimanov adına NQÇİ-də 5 dərəcəli təmirçi-çilingər işinə qəbul edilmiş, 06.04.2007-ci ildə həmin sexdə 1-ci briqadaya 5-ci dərəcəli qazmaya xidmət edən çilingər peşəsinə keçirilmişdir. 14.04.2014-cü ildə quyuların əsaslı və yeraltı təmiri sexi 14.04.2014-cü il tarixindən quyuların əsaslı və yeraltı təmiri sahəsi adlandırılmışdır. 23.06.2015-ci ildə istismar avadanlıqlarının təmiri sahəsinə 5-ci dərəcəli təmirçi - çilingər peşəsinə keçirilmişdir. 01.10.2015-ci ildə istismar avadanlıqlarının təmiri sahəsi ştat cədvəlinə əsasən istismar avadanlıqları sahəsi adlandırılmışdır. Hal-hazıra kimi işləyir.

3. SOCAR "xxxx" tresti tərəfindən verilmiş 07 fevral 2019-cu il tarixli arxiv arayışında qeyd edilmişdir ki, iddiaçı 14.07.1990-cı il tarixdən 01.08.1998-ci il tarixədək X6 İşləri İdarəsində işləmişdir. 14.07.1990 - 15.05.1996-cı illərdə X3 Təmir İdarəsində 4-cü dərəcəli təmirçi-çilingər peşəsində işləmişdir. 15.05.1996 - 01.12.1996-cı il tarixlərdə buruqlara xidmət üzrə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmişdir. 01.12.1996 - 01.08.1998-ci illərdə Buruqlarda avadanlıqların təmiri üzrə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. 01.08.1998-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 10/11 №li 13.02.2019cu il tarixli güzəştli arayışda qeyd edilmişdir ki, iddiaçı 01.08.1998-ci il tarixdən 01.01.2006-cı il tarixinə qədər N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin Quyuların əsaslı yeraltı təmir sahəsində təm irçi-çilingər peşəsində işləyib. Azərbaycan Respublikası NK-nin 12.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas 1 saylı Siyahıya əsasən güzəştli sayılır, Bölmə 10 (bənd 2 hasilat), şifr 1100000a-18559, 01.01.2006-cı il tarixinə güzəştli stajı ixtisasa əsasən 07 il 05 ay təşkil edir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.

6. Cavabdeh **********7 saylı, 15.11.2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, 01 yanvar 2006-cı il tarixədək ümumi stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az olduğundan ona güzəştli şərtlərlə pensiya təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cav abdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 52 yaşının tamam olduğu vaxtdan, yəni 15.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərl ə Təyinat üzrə Mərkəzi Filialı) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1966-cı ildə doğulmuş, əmək fəaliyyətinə 1983-cü ildə başlamışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün lazım olan ümumi və güzəştli iş stajına malikdir. Ona görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh əsassız olaraq müraciətin təmin olunmasından imtina etmişdir.

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3680/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim: N.İ.Abı yev) iddia tələbi təmin edilmiş, iddiaçıya 52 yaşı tamam olduğu vaxtdan, yəni 15.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 01.01.2006-ci il tarixədək 20 ildən artıq, yəni 21 il 6 ay 9 gün ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib ödənilməlidir.

13. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın lə ğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-250/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və A.Ə.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3680/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİK AYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının 10 il güzəştli iş stajına malik olması iş materialları ilə öz təsdiqini tapmır. Xüsusilə də, iddiaçının 14.07.1990-15.05.1996-cı illərdə çalışdığı "təmirçi-çilingər" peşəsinin NK-nın 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 saylı Siyahıda 1100000a-18559 kodu altında (“bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi- çilingərlər”) nəzərdə tutulmuş peşə ilə eyniyyət təşkil edib-etməməsi sualı cavabsız qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqd im edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı iştirak etmiş, lakin o, vəkillə təmsil olunmamışdır. Odur ki, işə iddiaçının çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən as ılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək b u Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 1 0 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafiz ə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;...

24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensi yası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir;

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə b ilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k 52 yaşının tamam olduğu vaxtdan, yəni 15.12.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.

31. Cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıya pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində olan şərtlər mövcud olmamış, həmçinin 9.8-ci maddəsində nəzərdə tutulan 10 il güzəştli stajı 01.01.2006-cı ilə qədər to planmamışdır.

32. Məhkəmə kollegiyası qeyd edir i, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinə görə iddiaçı 01.01.2006-cı il tarixinədək 20 ildən az olmayan ümumi iş stajını toplamalı və bunun azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş güzəştli iş stajı sayılan peşələrdə işləmiş olmalıdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək 20 ildən artıq, yəni 21 il 6 ay 9 gün ümumi iş stajının mövcud olması iş materialları ilə təsdiq edilir. Cavabdeh tərəfindən kassasiya şikayətində mübahisə edilən hal iddiaçının 01.01.2006-cı il tarixədək 10 il güzəştli iş stajının toplamaması və bu barədə işlədiyi müəssisələr tərəfindən müvafiq arayışların verilməməsi ilə bağlıdır.

34. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan X Bölmə (1100000a) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi - çilingərlər, (kod 1100000a-18559), 1 nömrəli Siyahıda sadalanan istehsalatlarda məşğul olan təmirçi - çilingərlər (kod 1100000018559).

35. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının (iddiaçıya əmək kitabçası və hərbi biletdə qeyd olunmuş məlumatlar nəzərə a lınmaqla), o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə iş stajının mövcud olması (SOCAR "xxxx" tresti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş arayışlarda göstərilmiş məlumatlar nəzərə alınmaqla) iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçı 01.01.2006-ci il tarixədək 20 ildən artıq, yəni 21 il 6 ay 9 gün ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

36. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndində deyilir ki, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

37. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması işlədiyi müəssisələr t ərəfindən verilmiş arayışlarda ətraflı olaraq qeyd edilmiş, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı sıyahısında nəzərdə tutulduğu göstərilmişdir.

38. Göründüyü kimi, iddiaçı hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək ən azı 20 il ümumi iş stajına malik olduğundan və bu iş stajının 10 ildən çox hissəsi güzəştli iş stajı hesab edildiyindən, yəni onun çalışdığı istehsalat sahəsi və peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu n 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) bəndinin dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması barədə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişlər.

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilmədən, mübahisə edilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-250/2021 saylı iş üzrə 02 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar