Məhkəmə qərarları › İş №2-1(102)-1138/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1138/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1138/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiya tələbi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN:OW1NNEM) cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) “cavabdehin hərəkətlərinin qeyriqanuni hesab edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)1143/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının ““ADA” Universitetinə yaşayış binası, tələbə yataqxana binası və idman kompleksinin tikintisinin layihələndirilməsi haqqında” 17 noyabr 2017-ci il tarixli 527 №-li sərəncamı ilə “ADA” Universitetinin 10 noyabr 2017-ci il tarixli 14/6001-17-14 nömrəli müraciəti nəzərə alınaraq, Nərimanov rayonu, 802-803-cü məhəllədə “ADA” Universitetinin ərazisində müəllimlər üçün yaşayış binası, tələbə yataqxana binası və idman kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilmiş və Bakı Şəhər İcra Hakimiyyət i Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2018-ci il tarixli 18/134 nömrəli Ayrıc Aktı və torpaq sahəsinin cizgisi tərtib olunmuşdur.

2. İddiaçı iddia edir ki, həmin ərazidə yerləşən qaraj kompleksindəki qarajlardan birinin sahibidir. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində həmin qaraj məhv edilmiş, ona maddi ziyan dəymişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona dəymiş ziyanın ödənilməsini tələb etmiş, lakin sonuncu imtina edərək məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu ərazisində M.Məmmədov 17 küçəsindəki qaraj kompleksində yerləşən qara jın məhv edilməsi ilə nəticələnən hərəkətlərinin qeyri-qanuni sayılması, bu hərəkətlər nəticəsində ona dəymiş ziyana görə qarajda saxlanılan əmlakın itkisinə görə 32.695 manat, bərpası üçün 29.658 manat, cəmi 62.353,00 manat məbləğində kompensasiyanın cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Malik Məmmədov küçəsində yerləşən qaraj kompleksindəki qarajlardan birinin sahibidir. Cavabdehin qanuna zidd hərəkətləri və özbaşınalığa yol verməsi nəticəsində həmin qaraj məhv edilmiş, ona 62.353 manat dəyərində maddi ziyan dəymişdir. Həmin məbləğin 29.658 manatı məhv edilmiş qarajın, dağıdılmış giriş yolları və normal istifadə üçün zəruri olan digər kommunikasiyalar ın bərpasına tələb olunan xərclər, 32.695 manatı isə qarajda saxlanılan itmiş əmlakın dəyəridir. O, 2021ci ilin mart ayında ərizə ilə cavabdehə müraciət edərək ona dəymiş ziyanın ödənilməsini tələb etmiş, lakin sonuncu imtina edərək məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 1 noyabr 2021-ci il tarixli, 2-1(112)-6170/2021 nömrəli qərardadı ilə (hakim Pərviz Hüseynov) iddia mümkün sayılmamışdır.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi buna cavab verməli orqana qarşı verilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)-1143/2022 nömrəli qə rardadı ilə (hakimlər: Cahangir Yusifov-sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Elmira Nağıyeva) apellyasiya şikayəti təmin edilməmişdir.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətində işin halları sadalanmış və məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 12.1 və 12.2-ci maddələrinin tələblərinin pozulduğu bildirilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz t əqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair idd ia mümkün sayılır. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəb indən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

16. Apellyasiya instan siyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən iddiaçıya məxsus qarajın sökülməsi ilə bağlı cavabdeh orqan tərəfindən qəbul olunmuş hər hansı bir inzibati aktın mövcudluğu müəyyən olunmur.

17. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyəti də həyata keçi rirlər.

19. Beləliklə, hazırkı məzmunda iddianın irəli sürülməsi üçün cavabdeh tərəfindən hər hansı inzibati aktın qəbulu şərt deyil.

20. Apellyasiya instansiyası məhkəməsinin digər qənaəti ondan ibarət olmuşdur ki, iddia ərizəsinə etirazında cavabdeh qeyd edir ki, mübahisəli ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 N-li qərarına əsasən “Tələbə Kampusu və digər tikililərin inşası məqsədi ilə “ADA” universitetinə ayrılması, həmin ərazidə köçürmə işlərinin aparılması və kompensasiyaların verilməsi universitetin əməkdaşlarından ibarət yaradılmış komissiya tərəfindən həyata keçirilməsi barədə maraqlı şəxslər məlumatlandırılmışdır. Bakı şəhər Nərimanov İcra Hakimiyyəti, iddiaçının müraciəti ilə əlaqədar sonuncuya ünvanladığı xx.xx.2021-ci il tarixli məktub unda da məhz mübahisəli ərazidə yerləşən müvəqqəti qaraj və tikililərin “qeyd olunan “Tələbə Kampusları”nın tikintisi məqsədilə söküldüyü bildirmişdir. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçıya məxsus olmuş mübahisəli qarajın - sözügedən aktlarla tikintisinə icazə verilmiş tələbə yataqxanasının və s. tikintisi ilə əhatə olunan ərazidə yerləşir. Həmin aktlar isə cavabdeh Bakı şəhər Nərimanov İcra Hakimiyyəti tərəfindən qəbul olunmamış və onlarda sonuncunun üzərinə hər bir öhdəlik qoyulmamışdır.

21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərini də iddianın mümkünsüzlüyünün əsası kimi qəbul etmir. Belə ki, tikinti ərazisinin hökumət qərarı ilə ayrılması və həmin qərarda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmaması iddianın mümkünsüzlüyünü özü -özlüyündə müəyyən etmir. İddiaçıya məxsus tikili də daxil olmaqla, həmin ərazidə söküntü işlərinin aparıldığı göstərilir. Bu zaman, məhkəmənin müəyyən etməli olduğu hal həmin söküntü işlərinin aparılmasında cavabdehin faktiki xarakterli fəaliyyəti, iddiaçıya zərərin vurulması və zərərin bilavasitə cavabdehin həmin fəaliyyəti nəticəsində baş verib-verməməsidir.

22. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipi iddianın mümkünlüyünün yoxlanılmasına da aiddir.

23. Beləliklə, İPM-in 12.1, 35.1, 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Yuxarıda göstəril ənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 21(103)-1143/2022 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar