Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1138/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasportun və torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi; vahid sənəd prinsipi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh A zərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Torpaq sahəsinin planölçüsünün verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-94/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı ilə İddiaçı2 bələdiyyənin perespektiv inkişaf fondu torpaqlarından 0.12 ha torpaq sahəsi satılmışdır.
2. Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı ilə İddiaçı2 0.12 ha torpaq sahəsi ay rılmış və tərəflər arasında alqı-satqı aktı tərtib olunmuşdur. Akt İsmayıllı şəhər Torpaq şöbəsində xx.xx.2006-cı il tarixdə 190/17 nömrə ilə qeydiyyata alınmışdır.
3. MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir.
4. Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarına əsasən, İddiaçı1 bələdiyyənin perespektiv inkişaf fondu torpaqlarından 0.12 ha torpaq sahəsi satılmışdır.
5. Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarı ilə İddiaçı1 0.12 ha torpaq sahəsi ayrılmış və tərəflər arasında alqı-satqı aktı tərtib olunmuşdur. Akt İsmayıllı şəhər Torpaq şöbəsində xx.xx.2006-cı il tarixdə 190/18 nömrə i lə qeydiyyata alınmışdır.
6. MH seriyalı ******* nömrəli xx.xx.2008-ci il tarixli ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir.
7. İddiaçıların hər biri cavabdeh orqana sözügedən torpaq sahələrinə dair planölçü sənədlərinin hazırlanıb verilməsi məqsədilə müraciət etmiş, lakin onların müraciətləri təmin olunmamışdır.
8. Cavabdeh xx.xx.2021-ci il tarixli **********47 və **********48 imtina məktublarında qeyd etmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə edilərkən məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə göstərilən torpaq s ahəsindən 0.0215 ha azdır və eyni zamanda faktiki istifadələrində olan torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış başqa vətəndaşların mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. Bu səbəbdən müraciətin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı qərarı ilə İddiaçı2 və İddiaçı1 hər birinə ayrılıqda satılmış 0.12 ha torpaq sahəsinə dair texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.
10. Daha sonra “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edilərək, “İsmayıllı rayon Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinə ayrılıqda 0.12 ha ölçüdə satılmış və müvafiq olaraq qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli və qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmiş torpaq sahələrinə dair plan-ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunması xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İsmayıllı rayonunun Qalacıq kəndində yaşayırlar. Onlar yaşayış evi inşa etdirmək üçü n torpaq sahəsi almaq məqsədilə İsmayıllı rayon Qalacıq Bələdiyyəsinə müraciət etmiş və torpaqların alqısatqısına dair 29 may 2006-cı ıl tarixli akta əsasən, Qalacıq Bələdiyyəsinin 15 iyun 2006-cı il tarixli 06 saylı qərarı ilə onların hər birinə ayrı-ayrılıqda 0.12 ha torpaq sahəsi satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 10 avqust 2006-cı il tarixli, 230/16 saylı rəyi ilə İddiaçı2 və 10 avqust 2006-cı il tarixli, 230/17 saylı rəyi ilə İddiaçı1 həyətyanı məqsədilə torpaq sahəsi satılmasına etiraz edilməmişdir. Hər iki torpaq sahəsinə dair yerquruluşu layihəsi tərtib edilmiş, layihə DTXK-nin səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Qeyd edilən sənədlər əsasında İddiaçı2 0.12 ha torpaq sahəsinə dair Daşınmaz əmlkın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 172 nömrəli vərəqində qeydiyyata alınmış, qeydiyyat tarixi xx.xx.2008, qeydiyyat nömrəsi 190801812, reyestr nömrəsi **********90 olan Seriya MH № ******* saylı, İddiaçı1 0.12 ha torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınan, qeydiyyat tarixi xx.xx.2008, qeydiyyat nömrəsi 190801810, reyestr nömrəsi **********89 olan Seriya MH № ******* saylı çıxarış verilmişdir. İddiaçıların hər biri cavabdeh orqana sözügedən torpaq sahələrinə dair plan-ölçü sənədlərinin hazırlanıb verilməsi məqsədilə müraciət etmiş, lakin onların müraciəti təmin olunmamışdır.
12. Cavabdeh iddiaya dair verdiyi yazılı etirazında işin hallarını sadalamış və iddiaçıların müraciətinə cavab verdiyi imtina məkt ubundakı dəlilləri təkrarlamışdır.
13. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 2-1(116)-995/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə İsmayıllı rayon Qalacıq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı qərarı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinə ayrılıqda 0.12 ha ölçüdə satılmış və müvafiq olaraq qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli və qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşın maz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmiş torpaq sahələrinə dair plan-ölçü sənədlərinin hazırlanıb verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçıların hüquqlarını pozmuşdur. Belə ki, aparılan araşdırma nəticəsində və eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh imtinasını mübahisəli torpaq s ahəsinin Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunarkən, torpaq sahələrinin sənəd üzrə göstərilən torpaq sahəsindən az olması və iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış başqa vətəndaşların mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi ilə əsaslandırmışdır. Halbuki, iddiaçıların adına hər birinin ölçüsü 0.12 ha olan torpaq sahələri ayrı-ayrılıqda qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli və qeydiyyat nömrəsi ********* olan xx.xx.2008-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət r eyestrindən çıxarışlar verilmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 2-1(107)-94/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-995/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tə min edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti imtina məktubunun və apelyasiya şikayətinin məzmunu ilə oxşardır. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası, oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da göstərmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növb ədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir. Məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. a) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Torpaq Məcəlləsi: Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
23. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi
24. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunve riciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Bununla bağlı, məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Bununla belə, apell yasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
32. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və tərəflər arasında mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, İsmayıllı rayonu Qalacıq kəndində yerləşən hər birinin sahəsi 0.12 ha olmaqla torpaq sahələri xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli və xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışlara əsasən iddiaçıların mülkiyyətindədir. İddiaçıların hüquqi marağı da məhz qanuni mülkiyyətlərində olan torpaq sahələrinə dair plan və ölçü sənədinin tərtib edilməsidir ki, eyni tələblə cavabdeh inzibati orqana da müraciət etmişlər. Eyni zamanda, torpaq sahələrinin iddiaçının mülkiyyətində olduğu və digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi, eləcə də torpaq sahəsi ilə bağlı hər hansı məhkəmə mübahisəsinin mövcud olmadığı mübahisəyə dair iş üzrə materialları ilə də təsdiq olunur.
34. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıların tələbinin təmin edilməməsi əsaslı olmamışdır. Çünki, istinad olunan hallar (torpaq sahəsi nin faktiki olaraq daha az olması, bir hissəsinin digər şəxslərin mülkiyyətində olması) imtina üçün əsas deyildir.
35. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əm lakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.
36. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıların adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
37. Məhkəmə kollegiyası Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur.
38. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı b arədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutulan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir.
39. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir.
41. Beləliklə, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-94/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.