Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1138/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; elektrik qaz qaynaqçıları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının təyin edilm əsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)3082/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (21 il 6 ay 17 gün (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1993-cü il, xx.xx.1993xx.xx.1994-cü il (döyüşən ordunun tərkibində olduğu dövr ikiqat ölçüdə), xx.xx.2004cü il və xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala 1981-1984-cü illər ərzində təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd təqdim edilməmişdir. Bu səbəbdən də, həmin illəri iş stajınıza daxil etmək mümkün olmamışdır. Eyni zamanda, təhsil aldığı müddətin əyani olması barədə sənədi təqdim etdiyi təqdirdə belə, ümumi stajı 25 ildən az (24 il 4 ay 17 gün) təşkil edəcəkdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “X1 haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 20 il 9 ay 25 gün ümumi iş stajı (həqiqi hərbi xidmət də daxil olmaqla) mövcuddur. Əlavə olaraq, iddiaçı xx.xx.19 81-xx.xx.1984-cü il tarixində Bakı şəhər 16 nömrəli orta texniki peşə məktəbində əyani təhsil almışdır ki, həmin dövrü də qeyd edilən stajın üzərinə topladıqda, ümumilikdə, 23 il 8 ay 10 günlük staj ortaya çıxır. Hazırki iddia üzrə mübahisə doğuran yeganə məsələ isə, iddiaçının xx.xx.1993xx.xx.1994-cü (atəşkəsə qədər) tarixləri arasında döyüş bölgəsində xidmət dövrünün güzəştli şərtlərlə hesablanmasındadır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinin -Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir-müddəasına əsasən, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən, iş stajının hesablanmasında güzəştlər maddəsinin birinci hissəsinin ikinci abzasının həmin dövrdə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən üçqat ölçüdə hesablanmalı idi ki, cavabdeh bunu etməmiş, əvəzində həmin dövrü qeyd edilən 68-ci maddənin birinci hissəsinin ikinci abzasının xx.xx.2005-ci il tarixindən qüvvəyə minmiş redaksiyasının tələblərinə əsasən ikiqat ölçüdə hesablamış və nəticədə iddiaçının ümumi iş stajının 25 ildən az olması qənaətinə gəlmişdir. Halbuki, cavabdeh, iddiaçının xx.xx.1993-xx.xx.1994-cü il tarixlərində döyüş bölgəsində olduğu müddətin ümumi iş stajına üçqat ölçüdə daxil edildiyi dövrdə bu hüququ qazandığı üçün m əhz xx.xx.2005-ci il tarixinə kimi qüvvədə olmuş tələblərə uyğun staj hesablanması aparmalı idi.
5. Hazırkı iddiada mübahisələndirilən yeganə məsələ - döyüş bölgəsində aktiv döyüşlər gedən dövrdə əmək stajının güzəştli şərtlərlə hesablanmasında qanunvericilik tələblərinə cavabdehin qeyri-hüquqi və qeyri-qanuni olaraq fərqli yanaşmasıdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya “Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlərdən biri xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı mövcud deyildir.
7. İddiaçının inzibati orqana təqdim etdiyi sənədlərə əsasən, xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı aşağıdakı kimidir: xx.xx.1984 – xx.xx.1984-cü il xx.xx.1985 – xx.xx.1985-ci il xx.xx.1985 – xx.xx.1987-ci illər xx.xx.1987 – xx.xx.1993-cü illər xx.xx.1993 – xx.xx.1994-cü illər (döyüşən ordunun tərkibində olduğu üçün ikiqat ölçüdə); xx.xx.1994 – xx.xx.2004-cü illər xx.xx.2004 – xx.xx.2005-ci illər Cəmi: 21 il 6 ay 17 gün 8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə ç alışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
9. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlə r Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir.
10. İddiaçı 1981-1984-cü illər ərzində təhsil aldığı müddətin əyani olubolmamasını təsdiq edən sənəd cavabdehə təqdim edilməmişdir. Bu səbəbdən də, həmin illəri iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda, təhsil aldığı müddətin əyani olması barədə sənədi təqdim etdiyi təqdirdə belə iddiaçının ümumi stajı 25 ildən az (24 il 4 ay 17 gün) təşkil edəcəkdir.
11. Məhz bu səbəblərə görə də iddiaçıya qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisələndirilməyən ümumi stajı 21 il 6 ay 17 gündür.
14. İddiaçının ə yani olaraq peşə təhsili aldığı müddət nəzərə alınmamış və döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi müddət ikiqat ölçüdə nəzərə alınmışdır.
15. Qüvvədən düşmüş “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
16. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin təqdim etdiyi arayışa əsasən xx.xx.1981-ci il tarixində 16 nömrəli Bakı Texniki Peşə Məktəbini “Əl ilə elektrik qayn aqçısı, qaz qaynaqçısı” ixtisasına qəbul olmuş və xx.xx.1984-cü il tarixində həmin ixtisası əyani bitirmişdir.
17. Döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi dövrə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum qüvvədən düşmüş “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına uyğun olaraq ikiqat ölçüdə hesablanmışdır.
18. Lakin məhkəmə qeyd edir ki, xx.xx.2005-ci il tarixli 977-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünüm üdafiə dəstələrində və birləşmələrində olmaq müddəti—üçqat ölçüdə;
19. Odur ki, məhkəmə hesab edir ki, döyüş əməliyyatları dövründə (yəni xx.xx.1994-cü ilə qədər) iddiaçının xidmət etdiyi dövr o zaman qüvvədə olan (xx.xx.2005-ci il tarixə qədər) qanunvericiliyin tələbinə uyğun olaraq xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər olan dövr (8 ay 25 gün) üçqat ölçüdə nəzərə alınmalıdır.
20. İddiaçının əyani təhsil aldığı müddət və döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi dövr üçqat hesablandıqda ümumi stajı ən azı 25 il təşkil edir.
21. İddiaçının əmək şəraiti ağır və zərərli işlərdə stajı mübahisələndirilmir.
22. İddiaçının peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXX İİİ bölməsində (Ümumi peşələr) kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları (kod 23200000— 19756) uyğun olmaqla əmək şəraiti ağır və zərərli işlərdə stajı ən azı 12 il 6 aydır. Qeyd edilən hal iş yerindən verilən güzəştli arayışlarla təsdiq edilmişdir.
23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3082/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı də yişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
27. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-3082/2023 nömrəli qərarında məhkəmə kollegiyası bildirmişdir: - iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2022-ci il tarixl i 411 nömrəli arayışdan görünür ki, iddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. - iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi zaman qüvvədə olan “Vətəndaşların pensiya təminati haqqında Qanunun” xx.xx.2005-ci il tarixədək qüvvədə olan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasından görünür ki, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə hesablanır. - iddiaçının döyüş əməliyyatları dövründə xidmət etdiyi müddətlər, yəni, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər olan dövr (8 ay 25 gün) üçqat ölçüdə (2 il 6 ay 15 gün) nəzərə alınmalıdır və nəzərə alındıqda iddiaçının ümumi stajının 25 ildən artıq olduğu mübahisəsiz haldır. 28. “X1 haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə hesablanır.
29. Eyni zamanda, qeyd etmək lazımdır ki, iddiaçının inzibati orqana müraciət etdiyi zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbayca n Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilir.
30. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbindən də göründüyü kimi İddiaçı Müqabil oğlunun döyüş əməliyyatlarında iştirak dövrünün üçqat ölçüdə hesablanması mümkün hesab edilə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri
31. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X1 Haqqında” Azərbaycan Respubl ikası Qanunun 68-ci maddəsinin (İş stajının hesablanmasında güzəştlər) birinci hissəsinin ikinci abzasının həmin dövrdə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən iddiaçının xx.xx.1993-xx.xx.1994-cü il tarixlərində döyüş bölgəsində olduğu müddəti üçqat ölçüdə hesablanmalı idi ki, cavabdeh bunu etməmiş, əvəzində həmin dövrü qeyd edilən 68-ci maddənin birinci hissəsinin ikinci abzasının xx.xx.2005-ci il tarixindən qüvvəyə minmiş redaksiyasının tələblərinə əsasən ikiqat ölçüdə hesablamış və nəticədə mən iddiaçının ümumi iş stajının 25 ildən az olması qənaətinə gəlmişdir. Halbuki, cavabdeh iddiaçı xx.xx.1993-xx.xx.1994-cü il tarixlərində döyüş bölgəsində olduğu müddəti ümumi iş stajına üç qat ölçüdə daxil edildiyi dövrdə bu hüququ qazandığı üçün məhz xx.xx.2005-ci il tarixinədək qüvvədə o lan tələblərə uyğun hesablamalı idi. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsind ə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 33. “X1 haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
34. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şika yət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə ap ellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya instansiyası məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tə ləblərini nəzərə almaqla qiymətləndirmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, “X1 haqqında” Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsinin 1-ci hissəsinin ikinci abzası iddiaçının döyüşən orduda xidmət etdiyi vaxtda qüvvədə olan redaksiyada tətbiq edilməklə, onun xx.xx.1993-xx.xx.1994-cü il tarixlərində döyüş bölgəsində olduğu müddəti üçqat ölçüdə hesablanmalıdır. Belə olan halda, iddiaçının təhsil müddəti də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı vardır.
41. İddiaçının güzəştli iş stajına gəldikdə, əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx.xx.1984-xx.xx.1984-cü, xx.xx.1985-xx.xx.1985-ci, xx.xx.1987xx.xx.2004-cü və xx.xx.2004-xx.xx.2005-ci illərdə əl ilə elektrik qaynaqçısı və elektrik qaz qaynaqçısı peşələri üzrə işləmiş, 12 il 6 aydan artıq güzəştli iş stajı qazanmışdır. İddiaçının həmin iş stajı əmək kitabçası ilə bərabər iş yerindən verilmiş arayışlarla təsdiq edilmiş, cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
42. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrindən, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndindən irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3082/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.