Məhkəmə qərarları › İş №2-1(102)-1139/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1139/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1139/2021 22.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə (Açar sözlər: hərbi qulluqçuya hərbi geyim və əşya əmlakları əvəzinə pul kompensasiyasının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçı tərəfindən alınmamış və istifadə olunmamış hərbi geyim və əşya əmlakının əvəzinə m üvafiq pul kompensasiyasının hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli, 2-1(103)293/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 20.07.1999-cu il tarixdən 04.12.2017-ci il tarixədək X2 xidmət etmişdir.

2. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək 1999-2006-cı illər üçün paltar pulunun ona ödənilməsini xahiş etmiş, cavabdeh 27.05.2019-cu il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları Nazirlər Kabinetinin 21.05.2004-cü il tarixli 80 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 2005-ci ilin noyabr ayında razılaşdırılmışdır və həmin müddətdən sonrakı illər üçün şamil edilmişdir. Digər illər üçün nəzərdə tutulmuş hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyası 2015-ci ilədək təminat normalarına əsasən ödənilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən son hesab olaraq 12.12.2018-ci il tarixində 432,80 manat ödənilmişdir. Hərbi qulluqçu tərxis olunarkən son hesab zamanı əşya geyim təminat vərəqəsi ilə tanış olmalı və hər hansı anlaşılmazlıq olduqda aidiyyəti üzrə hərbi hissə rəhbərliyinə müraciət etməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövl ət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1999-2006-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzi olaraq ümumilikdə 1500 manat pul kompensasiyasının ödənilməsinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edlməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbini belə əsaslandırmışıdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh hesab edir ki, iddiaçının 1999-cu il tarixindən 2006-cı il tarixinədək olan xidmət müddətində dövlət hesabına əşya əmlakı olan hərbi geyim əvəzi pul kompensasiyasının verilməsi Nazirlər Kabinetinin 31.05.2004-cü il tarixli, 80 nömrəli qərarına əsasən mümkün deyil. Çünki, tələb edilən kompensasiya həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hesablanmış və ödənilmişdir. Lakin qanunve riciliyə əlavə və dəyişikliklər edilməsi iddiaçının hüquqlarını məhdudlaşdırmır. Belə ki, iddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq ona hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası hesablanmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Çünki, hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmalıdır. İddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq hərbi geyim və əşya ilə təmin olunmadığından pul əvəzi kompensasiya ödənilməli idi. Belə ki, qeyd olunanlar həmin dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 641 nömrəli 30.12.1993-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin tıminat normaları haqqında” Qərarı ilə təsdiq olunmuşdur. İnzibati orqanın ist inad etdiyi DSX-nın hərbi qulluqçularına xidmətkeçmənin xüsusiyyətindən asılı olaraq hərbi geyim və əşya əmlakları əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydaları özlərinin də qeyd etdiyi kimi sonrakı dövrlərə şamil olunur. Həmin qərar isə xərcliyin indeksi və əlavə ödənişlərlə bağlı olmuşdur. Yəni, həmin vaxtadək “Hərbi qulluqçuların statusu haqqında” Qanun qüvvədə olmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-1373/2020 saylı qərarı ilə (hakim Fərid Mədətli) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanun 25.12.1991-ci ildə qanuni qüvvəsini alsa da, DSX-nın hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları Nazirlər Kabinetinin 31.05.2004-cü i l tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmişdir və həmin qərar əsasında hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası müəyyən edilmişdir. Həmin qərar əsasında DSX-nın hərbi qulluqçularına hərbi xidmətkeçmə xüsusiyyətlərindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi” Qaydası müəyyən edilmiş, həmin Qaydalar 04.11.2005-ci il tarixində təsdiq edilərək 11.11.2005-ci il tarixində Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır. İddiaçıya həmin dövrdən sonrakı illər üzrə əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyası 2015-ci ilədək ona ödənilmiş, son hesab olaraq 12.12.2018-ci il tarixində 432,80 manat ödənilmişdir. Belə olan halda, iddiaçının həmin dövrdən əvvəlki dövrlər üzrə ona hərbi qulluqçuların hərbi gey im və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi barədə tələbi əsassızdır.

8. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 21(103)-293/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Valeh Ağayev və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli, 2-1(112)-1373/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Məhkəmə qərarı iddiaçıya 01.04.2021-ci il tarixində təqdim edilmişdir.

12. İddia çı 30.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 2-1(103)-293/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə məhkəmə lazımi qaydada araşdırma aparmadan formal mülahizələr və əsassız rəylərə istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının 1999-2006-cı illər üçün hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi Nazirlər Kabinetinin 31.05.2004-cü il tarixli 80 nömrəli qərarına əsasən deyil, həmin dövrdə qüvvədə olan qanunvericiliyə m üvafiq olaraq hesablanmış və ödənilmişdir. Qeyd olunan mövqe isə əsassızdır. Belə ki, qanuna edilmiş əlavə və dəyişikliklər həmin vaxtdan sonraya şamil edilməlidir. Bu səbəbdən də qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi iddiaçının hüquqlarını məhdudlaşdırmır. Yəni, iddiaçı xidmət etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq ona hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyası ödənilməsi nəzərdə tutulmuşdur. Çünki, hüquq münasibətləri yarandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblər nəzərə alınmalıdır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.1993-cü il tarixli 641 nömrəli Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyətinin təminat normaları haqqında qərarı il təsdiq olunmuşdur. Cavabdehin istinad etdiyi DSX-nın hərbi qul luqçularının xidmətkeçmənin xüsusiyyətindən asılı olaraq hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi qaydaları özlərinin də qeyd etdiyi kimi, sonrakı dövrlərə şamil olunur. Həmin qərar isə xərcliyin indeksi və əlavə ödənişlərlə bağlı olmuşdur. Yəni, həmin vaxtadək “Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.03.1992-ci il tarixli 633 nömrəli Fərmanında, həmçinin Fərmanın 6-cı bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19.05.1992-ci il tarixli 271 nömrəli qərarında (qərarın 7-ci bəndi) zabit heyətinə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçularına, sıravi və rəis heyətinə xidmətin gedişatının spesifikası nəzə rə alınmaqla, maddi əmlak əvəzinə pul kompensasiyası və hərbi paltar tikdirmək üçün müəyyən olunmuş normalara əsasən pul vəsaitinin verilməsi təsdiq olunmuşdur.

15. Bundan başqa, Nazirlər Kabinetinin 30.12.1993-cü il tarixli 641 nömrəli qərarında qeyd olunan Nazirliklərin təminat normalarını hazırlayıb təsdiq olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması tapşırılmışdır. Göstərilənlərdən də göründüyü kimi, 2005-ci ilədək təminat normaları ayrı-ayrı Nazirliklərdə deyil, ümumi qaydada Nazirlər Kabinetinin özü tərəfindən təsdiq olunmuş normalara əsasən müəyyən olunaraq dövlət büdcəsi hesabına ödənilmişdir. Ümumilikdə isə bütün təminat məsələləri “Hərbi qulluqçuların statusu haqqında” Qanunun tələblərinə müvafiq olaraq istinad edilmiş və həyata keçirilmişdir. Qeyd ed ilən hallardan göründüyü kimi, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklif ləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

20. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

21. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

23. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

24. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 25. 1991-ci il 25 dekabr tarixli “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 5-ci maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazir lər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. 26. “Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 31.03.1992-ci il tarixli 633 nömrəli Fərmanında, həmçinin Fərmanın 6-cı bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19.05.1992-ci il tarixli 271 nömrəli qərarında (qərarın 7-ci bəndi) zabit heyətinə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçularına, sıravi və rəis heyətinə xidmətin gedişatının spesifikası nəzərə alınmaqla, maddi əmlak əvəzinə pul kompensasiyası və hərbi paltar tikdirmək üçün müəyyən olunmuş normalara əsasən pul vəsaitinin verilməsi təsdiq olunmuşdur.

27. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin təminat normaları haqqında” 30.12.1993-cü il tarixli 641 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin sülh dövrü üçün əşyalar, tibbi və təsərrüfat əmlakı, sanitar-gigiyena vasitələri və xüsusi geyimlə təminat normaları təsdiq edilsin. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

31. Belə ki, iddiaçının tələbi 1999-2006-cı illər üçün paltar pulunun ona ödənilməsidir. Bununla bağlı məhkəmələr qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu 25.12.1991-ci il tarixdə qanuni qüvvəsini alsa da, DSX-nın hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları Nazirlər Kabinetinin 31.05.2004-cü il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmişdir və həmin qərar əsasında 04.11.2005-ci il tarixində qəb ul edilmiş Qaydalarla DSX-nın hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi qaydası müəyyən edilmişdir.

32. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəli məsələnin (paltar pulunun ödənilməsinin) qanunvericilikdə 2005-ci ildən sonra hansı formada tənzimləndiyini müəyyən etsə də, iddiaçının xidmət etdiyi dövrdə, yəni 1999-cu ildən hansı formada tənzimləndiyini araşdırmamışdır.

33. Halbuki, 24-cü bənddə göstərilən normanın məzmunundan görünür ki, mübahisənin həlli üçün məhkəmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməli idi.

34. Odur ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam, hə rtərəfli araşdırmamış, bununla da hazırkı qərarın 19-20-ci bəndlərində göstərilən prosessual normaların tələblərini pozmuşdur.

35. Belə ki, məhkəmə nəzərə almalı idi ki, 25.12.1991-ci il tarixində “Hərbi qulluqçuların statusu haqqında” Qanun qəbul edilmişdir. Məhkəmə həmin Qanunda mübahisəli məsələnin hansı formada tənzimləndiyini araşdırmamış, bununla da 1999-cu ildən 04.11.2005-ci ilədək iddiaçının tələb etdiyi paltar pulunun ödənilmə qaydasını müəyyən etmədən birbaşa olaraq 04.11.2005-ci il tarixli Qaydalara istinad etmişdir.

36. Odur ki, qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə əlavə halların araşdırılması tələb edildiyindən iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

37. İşə təkrar baxan məhkəmə hazır kı qərarın 34-cü bəndində göstərilən istiqamətdə araşdırma aparmalıdır. Məhkəmə sözügedən vəsaitin digər qurum tərəfindən ödənilməli olduğu qənaətinə gələrsə, bu zaman məhz hansı qurumun sözügedən vəsaiti ödəməli olduğunu da öz qərarında göstərməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021-ci il tarixli 21(103)-293/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar