Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1139/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (4.12.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-379/2022 saylı, 3 mart 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 6 sentyabr 1982-ci il tarixdən 24 yanvar 1984-cü il tarixədək Əli-Bayramlı cihazlar zavodunda 3-cü dərəcəli xarrat vəzifəsində; 10 aprel 1984-cü il tarixdən 2 saylı trestin Tİ-29 2-ci dərəcəli işçi vəzifəsinə, 1 sentyabr 1984-cü il tarixdə 3-cü dərəcəli betonçu vəzifəsinə keçirilmiş və 27 sentyabr 1984-cü il tarixdə işdən azad edilmiş; 3 oktyabr 1984-cü il tarixdə Əli Bayramlı yağekstraksiya zavoduna 3-cü dərəcəli soyuducu qurğularının maşinisti vəzifəsinə təyin edilmiş, 1 fevral 1985-ci il tarixdə 3-cü dərəcəli soyuducu və hava kompressorlarının quraşdırılması üzrə maşinist keçirilmiş, 1 oktyabr 1985-ci il tarixdə 4-cü dərəcəli hidrogen kompressor qurğularının maşinisti keçirilmiş və 13 dekabr 1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 18 dekabr 1985-ci il tarixdən 7 avqust 1987-ci il tarixədək “Aznefyoltikinitəmir” trestinin Tikintinin Mexanizasiya İdarəsində 3-cü dərəcəli sürücü vəzifəsində; 14 oktyabr 1987-ci il tarixdən 28 avqust 1990-ci il tarixə kimi “C” kateqoriyalı üçüncü dərəcəli avtomobil sürücüsü kimi yük parkında işləmiş; 2 oktyabr 1990-ci il tarixdən 18 iyul 1992-ci il tarixədək 13 №-li Səyyar Mexaniki dəstədə 2-ci dərəcəli fəhlə kimi; 10 oktyabr 1992-ci il tarixdən 19 noyabr 1992-ci il tarixədək BAZ-53 avtomaşın sürücüsü kimi; 9 mart 1993-cü il tarixdən 29 sentyabr 1997-ci il tarixədək 8 saylı “Yoltəmirtresti” 10 saylı Yol Tikinti İdarəsində sürücü kimi; 2 mart 1998-ci il tarixdən 4 yanvar 1999-cu il tarixə kimi “EPA”Azərbaycan Rusiya energetika birgə müəssisəsində çilingər kimi; 4 yanvar 1999-cu il tarixdən 13 iyun 2002-ci il tarixədək Əli-Bayramlı turbin təmiri sahəsində çilingər; 14 iyun 2002-ci il tarixdən 31 avqust 2009-cu il tarixədək "xxxx" ASC-də turbin avadanlıqların təmiri üzrə çilingər; 1 senyabr 2009-cu il tarixdən 29 dekabr 2012-ci il tarixədək "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Şirvan Təmir sahəsinin tur bin avadanlıqlarının təmiri sexində çilingər; 30 dekabr 2012-ci il tarixdən 27 fevral 2015-ci il tarixədək "xxxx" MMC-də çilingər; 2 mart 2015-ci il tarixdən 4 mart 2019-cu il tarixədək "xxxx" ASC-də çilingər; 3 iyun 2019-cu il tarixdən 9 dekabr 2019cu il tarixədək "xxxx" MMC-də çilingər kimi işləmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdehin imtina məktubundan görünür ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36919,97 manat təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı vaxtdan (4 dekabr 2020-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiаçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmış və müvafiq arayışlar ilə təsdiq olunmuşdur. İddiaçı güzəştli şərtlərlə y aşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının kifayət olmaması səbəbi ilə imtina olunmuşdur.
6. Cavabdeh iddiaya dair etiraz ərizəsində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. Halbuki iddiaçının zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. Belə ki, iddiaçı ona pensiya təyin edilməsini tələb etdiyi tarixdə (2020ci ilin dekabrında) kişilər üçün pensiya yaşı 65 yaş olmuşdur. Dolayısı ilə, iddiaçı baxımından gözlənilən pensiya ödənişi müddəti 5 il artırılır. Həmin tarixdə minimum pensiya məbləği 200 mana t təşkil edir. İddiaçı baxımından pensiya ödənişi müddəti isə 204 aya bərabərdir. Bu müddət məbləğlə ifadə olunduqda, tələb edilən pensiya kapitalı 40800 manat (204 ay x 20 manat) təşkil edir. Göründüyü kimi, iddiaçı pensiya təyin edilməsi üçün ən azı 40800 manat pensiya kapitalına malik olmalı olduğu halda, onun pensiya kapitalı 36919,97 manat təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4870/2021 saylı 2 avqust 2021-ci il tarixli (hakim O.Həsənov) qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni 4 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır k i, cavabdeh tərəfindən iddiaçının müraciəti üzrə düzgün araşdırma aparılmamış, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər ödənildiyi halda, minimum əmək pensiyasının təyin olunması üçün pensiya kapitalının kifayət etmədiyinə əsaslanmışdır. Halbuki, hesablamaları rəhbər tutduqda məlum olur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hər hansı bir maneə yaranmamış, əksinə pensiya hüququnun yaranmasını təsdiqləyən kifayət qədər əsaslar mövcud olmuşdur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 04 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv e dilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli 21(103)-379/2022 nömrəli (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, V.Baxışova və E.Nağıyeva) qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabde hin kassasiya şikayətinin dəlilləri cavabdehin imtina məktubunun əsasları ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır....... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” 16.İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəz ərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Cavabdehin kassasiya şikayəti vax tında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin q ərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının ta m və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərlə pensiya yaş həddinə çatdığı, onun 25 il ümumi və12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan, güzəştli pensiya hüququ verən xüsusi staja malik olması mübahisələndirilmir.
23. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə mübahisələndirilən məsələ yalnız iddiaçının fərdi h esabında tələb olunan (40.800,0 manat) pensiya kapitalına malik olmaması ilə əlaqədardır.
24. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qazandığı əmək stajına görə pensiya kapitalının 23.361,19 manat, xx.xx.2006-cı il tarixdən hazırkı günədək pensiya kapitalının isə 19.831,97 manat olmuşdur ki, iddiaçının ümumilikdə pensiya kapitalı 43.193,16 manat təşkil etməsi iş materialları ilə öz təsdiqini tapmışdır.
25. Göründüyü kimi, ddiaçının 60 yaşının tamam olduğu tarixə olan pensiya kapitalının tələb olunan 40.800,00 manatdan da artıq olduğu, bununla da ona 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsində nəzərdə tutulan bütün şərtlərin ödənildiyi sübuta yetirilir.
26. Qanunveric iliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kol legiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-379/2022 nömrəli, 3 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.