Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1139/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi, uyğunsuzluq halı, vahid icraat, müraciət üzrə ayrı-ayrı vaxtlarda, ayrı-ayrı imtina səbəblərinə istinad edilməklə imtina qərarının çıxarılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1986-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsini və cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardım təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023-cü il tarixli, 2-1(107)-107/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 04 may 2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh həmin müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinin araşdırılması za manı müəyyən edilmişdir ki, o, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olmamışdır, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X1 torpaq mülkiyyətçisi olması barədə məlumat öz təsdiqini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 20 may 2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardımın ayrılmasından imtina haqqında cavabdehin qərarının ləğv edilməsini və cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı sosial yardı m təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 3 azyaşlı övladı var. Ailəsi ilə birlikdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yaşayır. Dost iş Mərkəzi MMC-də (Göyçay rayonunda) ictimai işlərdə işləyir. Aylıq əmək haqqı 300 manat təşkil edir. Əmək haqqının az olması səbəbindən ailənin maddi ehtiyaclarını ödəyə bilmir. Maddi vəziyyəti çox pisdir. Bu səbəbdən 2022-ci ilin müxtəlif aylarında ünvanlı sosial yardımla bağlı X12 və X19 vasitəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişdir, lakin 2022-ci ilin əvvəllərindən dəfələrlə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Hər dəfə cavabdeh müxtəlif bəhanələrlə ona və ailəsinə ÜSY ayrılmasına mane olmuşdur. So nuncu dəfə xx.xx.2022-ci il tarixli müraciəti X12 və X19 tərəfindən **********7302 nömrə ilə qeydiyyata alınaraq, elektron qaydada müvafiq dövlət qurumlarına sorğular göndərilmiş və uyğunsuzluq aşkarlanmadığına görə maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə göstəriş verilmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********701 nömrəli müraciətinə sosial yardım təyin olunmasından imtina edilmiş və imtinaya səbəb kimi həyat yoldaşı X1 adına JN 40814058-0016 torpağın olması qeyd edilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-0016 №-li dövlət aktına əsasən X1 Göyçay rayonu ərazisində yerləşən 0,75 hektar torpağın aktda göstərilən şəxslərlə birlikdə paylı mülkiyyətçisidir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişd ir ki, iddiaçının ailə tərkibi kimi iddiaçının arvadı xx.xx.1992-ci il təvəllüdlü X3, azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X5 və 04.01.201-cu il təvəllüdlü X4 göstərilmişdir. VEMTAS-da qeyd edilən məlumatlara əsasən, iddiaçının ailəsi aztəminatlı ailədir. VEMTAS tərəfindən iddiaçının xx.xx.2022 tarixli, **********57304 nömrəli müraciətinə
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olmaması,
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X1 torpaq mülkiyyə tçisi olması barədə məlumatın öz təsdiqini tapmaması əsas göstərilərək ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilmişdir.
6. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1387/2022 nömrəli qərarı ilə (hakim: X8) iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli müraciətə imtinası ləğv edilərək iddiaçıya ailə üzvləri ilə birlikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 300 manat əmək haqqı alması, arvadının paylı mülkiyyət hüququ ilə torpaq sahəsinə malik olması ünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, şəxsin torpaq sahəsinə malik olması hələ onun torpaq sahəsindən ailənin maddi rifahının lazımi s əviyyədə təmin edilməsi qədər gəlir əldə etməsi anlamına gəlmir. Cavabdeh iddiaçının ailəsinin həmin torpaq sahələri ilə bağlı nə qədər gəlir əldə etməsini məhkəmədə sübuta yetirməmişdir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023-cü il tarixli, 2-1(107)-107/2023 nömrəli qərarı (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X2 və X6) ilə Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2022 tarixli, **********57304 nömrəli ərizə ilə müraciət etmişdir. Ailə tərkibi kimi İddiaçı arvadı 20.03,1992-ci il təvəllüdlü X3, azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 göstərilmişdir. VEMTAS-da qeyd edilən məlumatlara əsasən, iddiaçının ailəsi aztəminatlı ailədir. VEMTAS tərəfindən İddiaçı xx.xx.2022 tarixli, **********57304 nömrəli müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sos ial Müdafiə Fondunun İnformasiya sistemində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olmaması və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X1 torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması əsas göstərilərək ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina edilmişdir.
13. Cavabdeh müraciət etmiş vətəndaşa ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün onun müraciəti iki mərhələ olaraq yoxlanır. Birinci mərhələdə ünvanlı sosial yardımın təyin edilib-edilməməsi barədə qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla verilir. İkinci mərhələdə isə müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi əyani formada cavabdeh orqanın əməkdaşları tərəfindən video qeydiyyat aparılma və müavinə aktı tərtib edilməklə aparılır. İddiaçının xx.xx.2022 tarixli, **********57304 nömrəli müraciətinə yoxlamanın birinci mərhələsində, yeni elektron qaydada müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən əldə olunmuş məlumatlara əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə isə yuxarıda göstərilənləri nəzərə almadan iddiaçının xx.xx.2022ci il tarixli müraciətinə imtinanı ləğv edilərək, iddiaçıya ailə üzvləri ilə birlikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyini qoymuşdur. Vətənda şın xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq verilmiş imtina məhkəmə tərəfindən ləğv edilsə belə, vətəndaşa ünvanlı dövlət sosial yardımın təmin edilməsi mümkün deyildir. Belə ki, vətəndaşın müraciətinə yoxlamanın birinci mərhələsində imtina verilmiş və ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmamışdır (yoxlamanın ikinci mərhələsi aparılmamışdır). İddiaçının müraciətinə VEMTAS tərəfindən yoxlamanın birinci mərhələsində edilmiş imtinanın ləğv edilməsi ona ünvanlı dövlət sosial yardımının təyin edilməsini ehtiva etmir. Belə ki, ailənin maddi- məişət şəraitinin əyani müayinəsi zamanı cavabdeh orqanın əməkdaşları iddiaçıya sosial yardımın təyin edilməsindən imtina edilməsinə əsas ola biləcək hallar aşkar edilə bilər.
14. Yuxarı abzasda qeyd edilənlər iddiaçının məhkəmə mübahisə si davam edərkən xx.xx.2022-ci il tarixli ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciəti əsasında aparılmış yoxlama ilə öz təsdiqini tapmışdır. Belə ki, sözügedən müraciət VEMTAS tərəfindən yoxlamanın birinci mərhələsindən uğurla keçmişdir. Bununla belə, ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı cavabdeh orqanın əməkdaşları tərəfindən iddiaçının yaşadığı evdə qaz xəttinin olduğu və xətdən istifadə edildiyi, lakin ərizə-bəyannamədə qaz sayğacı barədə məlumatların qeyd edilmədiyi aşkar edilmişdir. Qanunvericilik normalarından da göründüyü kimi, vətəndaşın qeyd etdiyi məlumatlarda uyğunsuzluq aşkar olunduğu hallarda sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qarar çıxarılır.
15. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə vətəndaşın müraciəti V EMTAS tərəfindən aparılan yoxlamanın hər iki mərhələsindən uğurla keçdiyi təqdirdə ona ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilir. Hazırkı işdə isə vətəndaşa ünvanlı sosial yardımın təyin edilməsindən yoxlamanın birinci mərhələsində imtina edilmiş və həmin imtinanın ləğv edilməsi onun yoxlamanın ikinci mərhələsindən də uğurla keçdiyini ehtiva etmir. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdeh orqanın üzərinə iddiaçıya ailəsi ilə birlikdə ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyini qovmaqda haqlı olmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİL ƏN HÜQUQ 17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ma likdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də q eyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə tə chiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından im tina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X4 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 19. “İnzibati icraat haqqında” Qanun Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İn zibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə
28. İnzibati icraatın başlanılması ü çün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;... 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır.... 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin ver ilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv ed ərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlan ılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli he sab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası iddia tələbi və kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Mübahisənin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı müraciətini təmin etməkdən imtina edərkən cavabdeh ilkin olaraq aşağıdakılara istinad etmişdir: “1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi qeydiyyatda olmaması;
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun informasiya sistemi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X1 torpaq mülkiyyətçisi olması barədə məlumatın öz təsdiqini tapmaması.”
27. Cavabdeh daha sonra məhkəmə mübahisəsi davam edərkən iddiaçının xx.xx.2022-ci il tarixli ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə müraciətini təmin etməkdən imtina haqqında başqa bir qərar qəbul etmişdir. Cavabdeh həmin qərarını isə belə əsaslandırmışdır ki, sözügedən müraciət VEMTAS tərəfindən yoxlamanın birinci mərhələsindən uğurla keçmişdir. Bununla belə, ailənin maddiməişət şəraitinin müayinəsi zamanı cavabdeh orqanın əməkdaşları tərəfindən iddiaçının yaşadığı evdə qaz xəttinin olduğu və xətdən istifadə edildiyi, lakin ərizəbəyannamədə qaz sayğacı barədə məlumatların qeyd edilmədiyi aşkar edilmişdir.
28. Cavabdehin dəlilləri ondan ibarətdir ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün daxil olmuş müraciətlər iki mərhələli olaraq yoxlanır. Birinci mərhələdə ünvanlı sosial yardımın təyin edilib-edilməməsi barədə qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla verilir. İkinci mərhələdə isə müraciət etmiş ailənin maddi-məişət şəraitinin müayinəsi əyani formada cavabdeh orqanın əməkdaşları tərəfindən video qeydiyyat aparılma və müavinə aktı tərtib edilməklə aparılır. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə vətəndaşın müraciəti VEMTAS tərəfindən aparılan yoxlamanın hər iki mərhələsindən uğurla keçdiyi təqdirdə ona ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilir. Hazırkı işdə isə vətəndaşa ünvanlı sosial yardımın təyin edilməsindən yoxlamanın birinci mərhələsində imtina edilmişdir və həmin imtinanın ləğv edilməsi onun yoxlamanın ikinci mərhələsindən də uğurla keçdiyini ehtiva etmir. Göründüyü kimi məhkəmə cavabdeh orqanın üzərinə iddiaçıya ailəsi ilə birlikdə ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyini qoymaqda haqlı olmamışdır.
29. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin dəlillərini əsassız hesab edir.
30. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. 31. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması.
32. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir - sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə.
33. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım e tməlidir.
34. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün daxil olmuş müraciətlərin iki mərhələli yoxlamadan keçirildiyini, yoxlamanın hər iki mərhələsindən uğurla keçdiyi təqdirdə şəxsə ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsinin mümkünlüyü ilə bağlı cavabdehin mövqeyinə dair aşağıdakıları qeyd edir.
35. Qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. Ona görə də, müraciət üzrə ayrı-ayrı vaxtlard a, ayrı-ayrı imtina səbəblərinə istinad etməklə ünvanlı sosial yardım təyin edilməsindən imtina edilməsi yolverilməz və qanunsuzdur. Cavabdeh imtinaya əsas təşkil edən halları eyni anda aşkar etməli və bir dəfə qəbul etdiyi qərarla onlara dair mövqeyini bildirməli və əsaslandırmalıdır.
36. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh iddiaçının müraciəti üzrə iki dəfə imtina qərarı qəbul etmiş və hər iki qərarda fərqli imtina səbəblərinə istinad etmişdir. Cavabdehin iki mərhələli yoxlama qaydasına istinadı heç bir halda belə bir nəticəyə gətirib çıxarmamalıdır ki, müraciət üzrə müxtəlif səbəblərə əsaslanan bir neçə imtina qərarı qəbul edilməsi imkanı mümkün olsun. Bu qaydada yaradılmış inzibati praktika qanunçuluq və səmərəli dövlət idarəçiliyi prinsipləri ilə ziddiyyət yaradır.
37. Cavabdehin istinad etdiyi iki mərhələli yoxlama qaydasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”ın 3.1-ci bəndində təsbit edilmişdir ki, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydalarda həmçinin müəyyən edilmişdir ki, sözügedən qərarlardan biri qəbul edilməmişdən əvvəl inzibati orqan başlanılmış inzibati icraat çərçivəsində müvafiq araşdırmalar aparılmalıdır. Belə araşdırmalara həm VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması, həm də ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması daxildir. Yekun qərar isə hər iki araşdırmanın nəticələri əldə edildikdən və qiymətləndirildikdən sonra verilməlidir. Beləliklə, cavabdeh hər iki araşdırmanı birgə və eyni andan aparmaq öhdəliyi daşıyır. Müvafiq olaraq imtina qərarı da hər iki araşdırmanın nəticələrinə əsaslanmalıdır. Ona görə ki, hər iki araşdırma vahid icraatın tərkib hissəsidir və cavabdeh müxtəlif vaxtlarda, müxtəlif imtina səbəblərinə əsaslanmaqla eyni müraciət üzrə müxtəlif imtina qərarları verməkdə haqlı deyildir.
38. Kollegiya cavabdehin istinad etdiyi “ərizə-bəyannamə”də qeyd edilmiş məl umatların yoxlanılması zamanı uyğunsuzluq aşkar olunması ilə bağlı məsələyə münasibətdə isə qeyd edir ki, bu halın mövcudluğu özü-özlüyündə hər zaman imtina qərarının verilməsinə gətirib çıxarmamalıdır. Belə ki, uyğunsuzluq halının mövcudluğu ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mənada, uyğunsuzluq o halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina haqqında qərarın qəbul edilməsinə səbəb ola bilər ki, yoxlama zamanı şəxsin bəyan etdiyindən fərqli halın müəyyən edilməsi yekun olaraq onun qanunvericiliyin müəyyən etdiyi meyarlar baxımından aztəminatlı kimi qəbul edilməməsi nəticəsinə gətirib çıxarsın. Ona görə də, istənilən uyğunsuzluq deyil, yalnız belə nəticələrə səbəb olan uyğunsuzluq imtinanın əsasını təşkil edə bil ər. Müvafiq olaraq istinad edilən uyğunsuzluq sözügedən nəticələrə səbəb olmursa, ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilməz. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh bəyan edilən məlumatlarla yoxlama zamanı aşkar edilənlər arasındakı uyğunsuzluq hallarına formal yanaşmış, ünvanlı sosial yardımın təyin edilməsi məqsədi və meyarları nəzərə alınmaqla qiymətləndirmə aparmaqla qərar qəbul etməli olduğu halda, bu qaydada davranmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə müraciətin araşdırılması zamanı hər hansı uyğunsuzluğun aşkar edilməsi halı yaranarsa, cavabdeh ilk növbədə yardım etmə vəzifəsinə uyğun olaraq həmin uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş fəaliyyəti həyata keçirməlidir. Çünki uyğunsuzluq halının aradan qaldırılması ehtimalı və ərizəçinin müraciətinin təmin edilməsi imkanı qalır. Yalnız bu qaydada davrandıqdan sonra aşkar edilmiş uyğunsuzluğun ünvanlı sosial yardım təyin edilməsi meyarları baxımından imtina səbəblərini aradan qaldırmadığı halı mövcud olmaqda davam etdikdə, ərizənin təmin edilməməsi haqqında qərar çıxarıla bilər.
39. Hazırkı işin hallarından isə görünür ki, ilkin olaraq cavabdeh uyğunsuzluğun aradan qaldırmasına yönəlmiş hər hansı fəaliyyət göstərmədən, eləcə də yuxarıda qeyd edilən qaydada qiymətləndirmə aparmadan imtina qərarı qəbul etmişdir. Təsadüfi deyildir ki, cavabdeh sonradan qəbul etdiyi ikinci imtina qərarında isə artıq uyğunsuzluğun aradan qalxdığını qəbul etmişdir. İkinci dəfə cavabdeh artıq başqa əsasla, yəni, ailənin maddi-m əişət şəraitinin müayinəsi zamanı cavabdeh orqanın əməkdaşları tərəfindən iddiaçının yaşadığı evdə qaz xəttinin olduğu və xətdən istifadə edildiyi, lakin ərizə-bəyannamədə qaz sayğacı barədə məlumatların qeyd edilmədiyinə istinadla imtina qərarı vermişdir.
40. Cavabdehin bu əsasla imtinası da qanuni sayıla bilməz. Belə ki, iddiaçının yaşadığı evdə qaz xəttinin olduğu və xətdən istifadə edildiyinin müəyyən olunmasına baxmayaraq, ərizədə bu barədə məlumatın göstərilməməsi Qaydaların 3.7.6-cı bəndində göstərilmiş vəziyyəti yaratdıqda imtinaya əsas təşkil edə bilərdi. Həmin bəndə görə ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda ünvanlı sosial yardımın təyin edilməsindən imtina oluna bilər. Cavabdeh isə Qaydaların 3.7.6-cı bəndində göstərilən səbəbin mövcud olduğunu sübut etmədən və əsaslandırmadan imtina qərarı vermişdir.
41. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı müraciətə baxılarkən cavabdeh inzibati icraatın gedişində müxtəlif vaxtlarda müxtəlif imtina səbəblərinə istinad etməkdə haqlı deyildir. Bu, qanuna uyğun və səmərəli idarəçilik prinsipləri ilə ziddiyyət təşkil edir. Sözügedən inzibati praktika həmçinin şəxsin özünün səmərəli hüquqi müdafiəsinin qurulmasına da ciddi mane təşkil edir. Belə ki, qeyd edilən vəziyyətlərdə o, inzibati orqanın dəyişən və qeyri-müəyyən mövqelərinə münasibətdə hüquqi müdafiə həyata keçirməli olur.
42. Şərh edilənləri və Azərbaycan Respublikası İ PM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023-cü il tarixli, 2-1(107)-107/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.