Məhkəmə qərarları › İş №2-1(102)-114/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-114/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-114/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun qeydə alınmasından imtina; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçı cavabdeh Azərbaycan Res publikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “çıxarış verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2021-ci il tarixli, 2-1(107)-293/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 09.09.2008-ci il tarixli 161 nömrəli Sərəncamı ilə Mingəçevir şəhərində 499,33 m2 fərdi bağ sahəsi verilmişdir.

2. İddiaçı 07.09.2020-ci il tarixində həmin fərdi bağ sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alınması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh 11.09.2020-ci il tarixli **********65 nömrəli imtina məktubunda bildirmişdir ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş X6 Kombinatının “X” bağçılıq təsərrüfatının adlı siyahısında X1 adı 52 sıra nömrəsi ilə qeyd olunmuş və onun adına torpaq sahəsinə dair bağçılıq pasport verilmişdir. Sonradan həmin daşınmaz əmlak 20.06.2002-ci il tarixli ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. Ərizədə həmçinin torpaq sahəsində X3 tərəfindən 2 otaqlı, kürsülü yaşayış evinin inşa olunması qeyd edilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən 06.12.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adın a DTX və XK-nin Mingəçevir şöbəsi tərəfindən 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir “X6” Kombinatı tərəfindən “X” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X1 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi" b arədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mingəçevir «X6» Kombinatı tərəfindən «X» bağçılıq təsərrüfatından 52 saylı torpaq sahəsi X2 ayrılmış və onun adına torpaq sahəsinə dair bağçılıq pasportu verilmişdir. X7un 20.06.2002-ci il tarixli ərizəsi ilə torpaq sahəsi daimi olaraq onun istifadəsinə verilmiş və 06.12.2004-cü ildə onun adına bağçılıq təsərrüfatı tərəfindən 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. Torpaq sahəsini X7dan satın alarkən orada 2 otaqlı yaşayış evi inşa olunsa da, o da orada müxtəlif tikinti işləri, təmir işləri aparmışdır. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin sənədlər onda o lmadığından ərizəyə əlavə edə bilmir. Ancaq Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2020-ci il tarixli məktubda həmin məlumatların doğruluğu öz təsdiqini tapmışdır. Həmin bağ torpraq sahəsini 2010-cu ildə X4 və X5 adlı ər-arvada satmışdır. Belə ki, bağ sahəsini 30000 (otuz min) manata satmaq istəsə də, 20000 manatını ona X4 yanında X2 anası X3 ödəmiş, 2000 manat əvəzinə X4un adına olan 21063 markalı avtomobili mülkiyyətinə verməklə ödəmişlər. 2000 və 2000 manat olmaqla pulu müxtəlif vaxtlarda X4 və X3 ona ödəmişdir. Hazırda torpaq sahəsini X3 və X4un adına sənədləşdirib qalıq pulunu almaq istəyir. Bu əsasla da cavabdeh orqana müraciət etsə də, imtina almışdır.

5. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı Mingəçevir şəhər “X6” Kombinatının “X” bağçılıq təsərrüfatından X2 ayrılmış torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə baxılmış, Ərazi idarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təhvil verilmiş X6 Kombinatının “X” bağçılıq təsərrüfatının adlı siyahısında X1 adı 52 sıra nömrəsi ilə qeyd olunmuş və onun adına torpaq sənəsinə dair bağçılıq pasportu verilmişdir. Sonradan həmin daşınmaz əmlak 20.06.2002-ci il tarixli ərizə ilə İddiaçı istifadəsinə verilmişdir. Ərizədə həmçinin torpaq sahəsində X3 tərəfindən 2 otaqlı, kürsülü evinin inşa olun ması qeyd edilmişdir. İddiaçı adına bağçılıq təsərrüfatı tərəfindən 06.12.2004-cü il tarixli, 16/00 nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı adına DTX və XK-nin Mingəçevir şöbəsi tərəfindən 18.05.2009-cu il tarixli, **********1453 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü mövcudur. Təqdim olunmuş sənədlərdəndə göründüyü kimi ilkin hüquq sahibi X3 ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırki vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, A zərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmeti ola bilər. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquq ların dövlət qeydiyyatı ücün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır.

6. Şəki İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarına əsasən (hakim İlqar Cabbarov) iddia təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, ilkin hüquq sahibi X3 ilə İddiaçı arasında şifahi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralarında olan şifahi razılaşma hazırkı vəziyyətə və o cümlədən Mülki Məcəllənin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına hüquq vermir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2021-ci il tarixli, 21(107)-293/2021 nömrəli qərarına əsasən (sədrlik edən Vəzirxan Məlikov, hakimlər Rövşən Rəfiyev və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2-1(116)-280/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı “Mingəçevir “X6” Kombinatı tərəfindən “X” bağçılıq təsərrüfatından 52 sayla qeydə alınmış, X1 20.06.2002-ci il tarixli imtina məktubu əsasında ona verilmiş və 18.05.2009-cu il tarixli, **********1453 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş 0.49933 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmaqla adına Çıxarış verilməsi” öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulmuşdur.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh orqan iddiaçıya imtina verərkən sənədləri deyil, torpaq sahəsinin əvvəlki sahibinin X7 olmasına istinad etmişdir. Halbuki, X7 2004-cü ildə torpaq sahəsindən imtina etmiş və sənədləri həmin vaxt fəaliyyət göstərən Mingəçevir şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarəsinə təqdim etmiş, bunun əsasında həmin torpaq sahəsinə iddiaçının adına “vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu” tərtib edilmiş və torpaq sahəsi iddiaçının qanuni idarəçiliyinə keçmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hallara dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

11. Məhkəmə qərarı cavabdehə 12.10.2021-ci il tarixində təqdim edilmişdir.

12. Cavabdeh 10.11.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2021-ci il tarixli, 2-1(107)-293/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə istinad etməklə mad di hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddəyə əsasən 2007-ci ilin may ayının 22-dək bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edildikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi göstərilib. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən 2004-cü ilin dekabr ayının 6-da tərtib edilmiş texniki pasport təqdim edilmişdir, habelə onun adına 18.05.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Halbuki, həmin Qanunda “texniki pasport” və “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədlər nəzərdə tutulmamış, həmçinin 18.05.2009-cu il tari xli Torpaq sahəsinin planı və ölçüsü 2007-ci ilin may ayının 22-dək deyil, ondan 2 il sonrakı, yəni 18.05.2009-cu il tarixinə təsadüf edir. Göründüyü kimi, Ərazi İdarəsi tərəfindən imtina Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur.

14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağlarən) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə istinad edərkən nəzərə almamışdır ki, iddiaçı hüquqlarının qeydiyyatı alınması üçün Ərazi İ darəsinə 2020-ci ildə müraciət etmiş, bundan 4 il əvvəl, Azərbaycan Respublikası Prezidentinin 05.02.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə sözügedən Fərman artıq qüvvədən düşmüşdür. Deməli, məhkəmə kollegiyası qüvvədə olmayan normativ hüquqi akta istinad etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

15. Hüquqların dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Göstərilən halda isə iddiaçı tərəfindən Ərazi İdarəsinə 2004-cü ilin dekabr ayının 6-da tərtib edilmiş texniki pasport təqdim edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçıya 18.05.2009-cu il tarixl i torpaq sahəsinin planı və ölçüsü haqqında sənədin verilməsinə istinad etmişdir. Halbuki, göstərilən Qanunun 8-ci maddəsində “texniki pasport” və ya “Torpaq sahəsinin planı və ölçüsü” adlanan sənədlər nəzərdə tutulmamışdır. Yəni həmin sənədlərə malik olan şəxslərin hüquqlarının dövlət qeydiyyatına alınması nəzərdə tutulmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı (-) 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə

3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. (-) Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanu nla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-) Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (-)

18. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında y enidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya m ümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

22. Belə ki, hazırkı qərarın 17-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları müəyyən edilmişdir.

23. Həmin Qanunun 8-ci maddəsi isə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasların nədən ibarət olduğunu özündə əks etdirir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarkən sözügedən maddədə təsbit olunmuş məhz hansı əsasa görə hüququn qeydə alındığı müəyyən edilməlidir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-252/2021 nömrəli, 02.02.2021-ci il tarixli qərarı).

24. Hazırkı işə baxan apellyasiya instansi yası məhkəməsi iddia tələbini təmin etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hansı əsasın iddiaçıya şamil olunduğunu və bununla bağlı iddiaçının hansı mötəbər sübutu inzibati orqana və ya məhkəməyə təqdim etdiyini öz qərarında əks etdirməmişdir.

25. İddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” adıçəkilən Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas hesab edilə bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi sözügedən torpaq sahəsinin iddiaçıya Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 09.09.2008-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə verildiyini qeyd etsə də, iş materiallarına həmin Sərəncam əlavə olunmamışdır. İşə baxan məhkəmə Mi ngəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 09.09.2008-ci il tarixli, 161 nömrəli Sərəncamını tələb etmədən, onu araşdırmadan iddiaçının həmin sərəncam əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığını qeyd etmişdir. Bu hal isə İPM-in 12 və 58-ci maddələrinin tələblərinə ziddir. Həmin normaların məzmunundan görünür ki, məhkəmə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tərəflərin bildirməsindən asılı olmayaraq araşdırmalı, zəruri olduqda əlavə sübutlar tələb etməli və həmin sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməlidir.

27. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 18-ci bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv ed ilməlidir.

28. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan kassasiya şikayəti həmin hissədə təmin oluna bilməz.

29. Odur ki, göstərilənlərə əsasən cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2021-ci il tarixli, 21(107)-293/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

30. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasının əsaslarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbləri baxımından araşdırmalı, bu məqsədlə Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 09.09.2008-ci il tarixli, 161 nömrəli Sərəncamını tələb edərək iş materiallarına əlavə etməli, həmin Sərəncamı araşdıraraq qanuni və ədalətli qərar qəbul etməlidir.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.09.2021-ci il tarixli, 21(107)-293/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar