Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-114/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məs ələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “A seriyalı 228142 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan Zaqatala rayonu Danaçı kəndində yerləşən 4099 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(107)-268/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nikahın bağlanması haqqında İ-OM 537499 nömrəli xx.xx.2003-cü il tarixli Şəhadətnaməyə əsasən, Qalmaqova Əminə X1 ilə nikaha daxil olmuş və nikahdan sonra “Şabanova” soyadını götürmüşdür. Nikah Rusiya Federasiyasının Tomsk vilayətində bağlandığından iddiaçının adı şəhadətnamədə rus dilində qeyd edilmişdir.
2. A seriyalı 228142 nömrəli plan-ölçü sənədinə əsasən, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 saylı qərarı ilə 4099 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 verilmişdir.
3. Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli 33/2075 nömrəli məktubunda qeyd olunur ki, iddiaçı 2000-2010-cü illər ərzində xx.xx.2004-cü ildə ölkədən çıxmış, ölkəyə girişi qeydə alınmamışdır, xx.xx.2004-cü ildə ölkədən çıxmış, xx.xx.2007-ci ildə ölkəyə qayıtmış, xx.xx.2007-ci ildə ölkədən çıxmış, xx.xx.2010-cu ildə ölkəyə qayıtmış, xx.xx.2010-cu ildə ö lkədən çıxmışdır.
4. Zaqtala rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 110 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə Zaqatala rayonu zanaçı kəndində 4099 kv.m. kənd təsərrüfütı təyinatlı torpaq sahəsi verilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair A seriyalı 228142 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir.
5. Hazırda iddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair ərizə ilə cavabdehə müraciət etmişdir.
6. Cavabdehin 28 aprel 2021-ci il tarixli iddiaçının müraciətinin təmin edilməməsi barədə məktubunda qeyd edilmişdir ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 0.4099 ha torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmalı olan Şabanova (Halmaqova) Əminə Məmmədrəsul qı zı xarici ölkə vətəndaşıdır. Qeyd olunanlara əsasən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, A seriyalı 228148 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan Zaqatala rayonu Danaçı kəndində yerləşən 4099 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 110 saylı qərarına əsasən onun mülkiyyətinə Zaqatala rayonu Danaçı kəndində 4099 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və onun həmin torpaq sahəsi üzərində hüquqları A seriyalı 228142 nömrəli planölçü sənədi ilə rəsmiləşdirilmişdir. O, cavabdehə müraciət edərək, 4099 kv.m torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
9. Cavabdehin iddia ərizəsinə qarşı etirazının əsasları imtina məktubunun əsasları ilə eynilik təşkil edir.
10. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-98/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarı ilə (hakim: F.İsmayılzadə) iddia təmin edilmiş, iddiaçı Şabanova (Halmaqova) Əminə Məmmədrəsul qızının adına tərtib edilmiş A seriyalı 228142 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan Zaqatala rayonu Danaçı kəndində yerləşən 4099 kv.m kənd təsərrüfatı təy inatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərtilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan ve rir. Belə ki, sözügedən torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), iddiaçının həmin torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Torpaq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində torpaq sahəsini özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət ed ir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsindəki icraat
13. Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-268/2022 nömrəli, 15 sentyabr 2022ci il tarixli qərarı ilə (hakimlər V.Məlikov - sədrlik edən və məruzəçi, M.Əsədli və R.Rəfiyev) Şəki İnzibati Məhkəməsinin 21 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayət inin dəlillərinə görə, məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçı xarici ölkə vətəndaşı olduğuna görə Zaqatala rayonu Dəmirçi kəndində yerləşən 0.4099 ha torpaq sahəsi üzərində hüquqları qeydiyyata alına bilməz.
17. Belə ki, sözügedən 0.4099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xarici ölkə vətəndaşı olan Şabanova (Halmaqova) Əminə Məmmədrəsul qızına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-ci il tarixli, 110 saylı qərarı ilə verilmişdir. Ancaq məhkəmənin iş materiallarında olan xx.xx.2003-cü il tarixli, l-OM 537499 nömrəli “Nikahın bağlanması haqqında Şəhadətnamə” sənədindən məlum olur ki, iddiaçı Şabanova (Halmaqova) X4 Federasiyasının Tomsk vilayətində nikahı xx.xx.2003-cü il tarixində bağlanmış və bundan sonra xarici ölkə vətəndaşı olan iddiaçıya Azərbaycan Respublikasının ərazisində Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-ci il tarixli, 110 saylı qərarı ilə qanuna zidd olaraq sözügedən torpaq sahəsi verilmişdir.
18. Məhkəmə kollegiyası qərarda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməli olduğu halda bunu etməmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hansı əsasın iddiaçıya şamil olunduğunu və bununla bağlı iddiaçının hansı mötəbər sübutu inzibati orqana və ya məhkəməyə təqdim etdiyini öz qərarında əks etdirməmişdir, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasının əsaslarını 'D aşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8-ci maddəsinin tələbləri baxımından araşdırmalı, qanuni və ədalətli qərar qəbul etməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; --Maddə 15 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası... Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə
49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ... Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər tor paq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətin də müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətb iq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də ş ikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
28. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zərurui hesab edir.
29. Cavabdehin kassasiya şikayətinin dəlilli ondan ibarətdir ki, iddiaçı islahatdan əvvəl və hal-hazırda xariçi ölkə vətəndaşı olduğu üçün sözügedən torpaq sahəsi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alına bilməz. 30.Cavabdeh iddiaçının xx.xx.2003-cü il tarixdə xarici ölkə vətəndaşı ilə nikah bağlamasına və AİK-nın torpaq sahəsi verilməsi haqqında qərarının xx.xx.2003-cü il tarixdə qəbul olunmasına istinad edərək bildirir ki, torpaq sahəsi verilən vaxt iddiaçı xarici ölkə vətəndaşı olmuşdur ki, belə olan halda onun mülkiyyətinə torpaq sahəsi verilə bilmə zdi.
31. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, xarici ölkə vətəndaşı ilə nikah münasibətlərinə daxil olma həmin ölkənin vətəndaşı olmaq anlamına gəlməyə əsas verə bilməz. İş materiallarında iddiaçının mülkiyyətinə torpaq sahəsi verilməsi barədə AİK-nın xx.xx.2003-cü il tarixli qərarı qəbul edilənədək onun xarici ölkə vətəndaşı olmasına dair heç bir sübut yoxdur. Beləliklə də, iddiaçıya torpaq sahəsi verilənədək onun Azərbaycann Respublikasının vətəndaşı olması işin təkzibedilməz halıdır.
32. Məhkəmə kollegiyası iddiaçının hal-hazırda xarişi ölkə vətəndaşı olduğu üçün torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünsüzlüyü barədə cavabdehin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.
33. Azərbaycan Respublikası Konstitusiyasının 13-c ü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanun i olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 9 3).
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).
36. Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə verilmiş (cavabdehin imtinasında bu hal mübahisə edilmir) iddiaçının həmin torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin v ətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Torpaq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində torpaq sahəsini özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamışdır.Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, qə rar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2-1(107)-268/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.