Məhkəmə qərarları › İş №2-1(102)-1140/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1140/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1140/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: tutulma müddəti bitmiş əsas vergı və maliyyə sanksiyaları üzrə borcların ümidsiz borc kimi silinməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil1 iştirakı ilə, İd diaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “maliyyə sanksiyasının silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-59/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı tərəfin bildirdiyinə görə, 01.08.2010-cu il tarixə 428.806,71 manat əsas borcu, 543.200,19 manat faiz borcu yaranmış, sonradan Qanuna əsasən ona hesablanmış faizlər silinmiş, lakin müddəti keçmiş əsas borc silinməmişdir.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departament inin 03.06.2013-cü il tarixli qərarına əsasən iddiaçıya 2010-2013-cü illəri əhatə etməklə müxtəlif tədiyyələr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq tərtib olunmuş 15.11.2013-cü il tarixli səyyar vergi yoxlaması aktına əsasən müxtəlif tədiyyələr üzrə cəmi 73.260,52 manat vergi hesablanmış və 37.430,27 manat maliyyə sanksiyası təklif olunmuş, Vergi Auditi Departamentinin 19.12.2013-cu il tarixli **********710991 nömrəli məsuliyyətə cəlb etmə haqqında qərarına əsasən iddiaçıya 73.260,52 manat vergi hesablanmış və 37.430,27 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.

3. Bundan sonra, Vergi Auditi Departamenti tərəfindən səyyar vergi yoxlama materialları Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmiş və Departament tərəfindən fakt üzrə 29.12.2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.

4. Eyni zamanda, iddiaçının cavabdeh Vergi Auditi Departamentinə qarşı yoxlama aktının və qərarın ləğv olunmasına dair iddiası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 14.04.2014-cü il tarixli 2-1(82)-942/2014 saylı qərarına əsasən qismən təmin edilmiş, Vergi Auditi Departamentinin 15.11.2013-cü il tarixli səyyar vergi yoxlaması aktı və həmin akt əsasında qəbul edilmiş 19.12.2013-cu il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mənfəət vergisi tutulmasına dair hissəsi ləğv edilmiş, iddiaçının mənfəət vergisi 25.274,24 manat müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Vergi Auditi Departamenti 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 14.04.2014cü il tarixli qərarından apellyasiya şikayəti vermiş, iş apellyasiya məhkəməsinin icraatında olarkən Departament öz qərarını, yəni 19.12.2013-cu il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv etdiyindən, apellyasiya məhkəməsi inzibati işin icraatına xitam vermişdir.

6. Azərbaycan Respublikası Baş prokurorunun İ müavini R.Usubovun 22.04.2014-cü il tarixli təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsinin 29.04.2014-cü il tarixli 5(005)- 351/2014 saylı qərarı ilə iddiaçının 01.06.2010-cu il tarixdən 01.04.2013-cü il tarixədək olan dövrü əhatə edən fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və müvafiq sə nədlərin əldə edilməsi Vergilər Nazirliyinə həvalə edilmişdir.

7. Vergi Auditi Departamentinin 15.05.2014-cü il tarixli qərarına əsasən, iddiaçıda mədən vergisi üzrə 2010-cu ilin iyun ayından 2013-cü ilin mart ayınadək, ÖMV üzrə 2010cu ilin 2-ci rübündən 2013-cü ilin 1-ci rübünədək, ƏDV üzrə 2010-cu ilin iyun ayından 2013-cü ilin mart ayınadək, mənfəət vergisi üzrə 2010-2012-ci illər, MÖMV üzrə 2010-cu ilin 2-ci rübündən 2013-cü ilin 1-ci rübünədək, Aksiz vergisi üzrə 2010-cu ilin iyun ayından 2013-cü ilin mart ayınadək, torpaq vergisi üzrə 2011-2012-ci illər, yol vergisi üzrə 20102012-ci illər, sadələşdirilmiş vergi üzrə 2010-cu ilin 2-ci rübündən 2013-cü ilin 1-ci rübünədək, əmlak vergisi üzrə 2010-2012-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq 05.09.2014-cü il tarixdə tərtib olunmuş, **********799389 nömrəli səyyar vergi yoxlaması aktında yoxlanılan dövr üzrə mənfəət vergisi 140.001,56 manat, torpaq vergisi 6.133,76 manat, MÖMV 1.617 manat, əmlak vergisi 2.048,61 manat, qeydiyyatsız fəaliyyət göstərdiyi dövr üzrə ƏDV 116.269,2 manat, cəmi 266.070,13 manat verginin yayındırılması və 134.635,06 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Vergi Auditi Departamentinin 16.10.2014cu il tarixli **********816074 nömrəli məsuliyyətə cəlb etmə haqqında qərarına əsasən, iddiaçıya 266.070,10 manat vergi hesablanmış və 98.134,60 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində başlanılmış cinayət işi üzrə aparılmış istintaq zamanı 102.084,81 manat məbləğdə ver gilərin və 2.887,50 manat məbləğdə məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödəməkdən yayındırılması müəyyən olunmuşdur.

8. Müddəti keçmiş vergilərin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı məhkəmədə iddia qaldırılmış, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. 23.10.2017-ci il tarixli ekspert rəyindən də göründüyü kimi, iddiaçının 27.04.2017-ci il tarixə vergi borcu 33.955,87 manat təşkil etmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Preventiv tədbirlər və təhqiqat idarəsinin Preventiv tədbirlər şöbəsi tərəfindən iddiaçı tərəfindən borcların ödənilməməsi ilə bağlı araşdırma aparılmış, Cəmiyyətin 17.07.2017-ci il tarixə cəmi 429.062,39 manat vergi borcu yarandığı, həmin borcun 35.582,8 manatının 13.06.2007-ci il tarix dən sonra yarandığı müəyyən edilmiş və bu barədə, 17.07.2017-ci il tarixli akt tərtib olunmuşdur. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Preventiv tədbirlər və təhqiqat idarəsinin Preventiv tədbirlər şöbəsi tərəfindən iddiaçı tərəfindən borcların ödənilməməsi ilə bağlı təkrar araşdırma aparılmış və Cəmiyyətin 25.10.2017-ci il tarixə cəmi 410.108,18 manat vergi borcu yarandığı, həmin borcun 54.573,88 manatının 13.06.2007-ci il tarixdən sonra yarandığı müəyyən edilmiş və bu barədə, 25.10.2017-ci il tarixli akt tərtib olunmuşdur. Fakt üzrə 25.10.2017-ci il tarixdə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ********* nömrəli cınayət işi başlanmış, Cəmiyyətin direktoru M.Həsənov yayındırılmış 54.573.88 manat məbləğdə vergiləri dövlət büdcəsinə ödədiyinə görə 18.12.2017-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilmişdir.

9. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, Bakı şəhər Lokal Gəlirlər Departamenti borcları sildikdən sonra Cəmiyyətin 03.07.2018-ci il tarixə vergilər üzrə 82.135,78 manat, maliyyə sanksiyası üzrə 53.248,69 manat, cəmi 136.608,55 manat dövlət büdcəsinə borcu yaranmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı 12 aprel 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, şəxsi hesab vərəqəsindən 82.135,78 manat əsas borcun ümidsiz borc kimi silinməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının dövlət mülkiyyəti formasında fəal iyyəti dövründə vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmış, lakin həmin borc silinməmişdir. “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, həmin Qanun “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş və özəlləşdirilməsi barədə qərar qəbul edilmiş müəssisələrə şamil edilir. Həmin Qanunun 2.2-ci bəndinə əsasən, bu Qanunun 1.0.2-ci maddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 2003-ci il 1 noyabr tarix inə dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği və faizlər) silinir. Bundan əlavə, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli, 497 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi və tənzimlənməsi” Qaydalarının 2.1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ “Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatmış müəssisələrin, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin isə 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara, büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan banklara və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borcları silinir. Dəfələrlə müraciət olunmasına baxmayaraq, iddiaçıya hesablanmış borclar silinməmiş və üstəlik həmin borclara külli miqdarda faizlər hesablanmışdır. Cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticələrinə dair 2017-ci il 25 oktyabr tarixli aktdan görünür ki, iddiaçının 2017-ci il 25 oktyabr tarixə 410.108,18 manat borcu yaranmışdır ki, həmin borcun 54573,88 manatı 2007-ci il tarixdən sonra yaranmışdır.

12. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verdiyi etirazda göstərilmişdir ki, ASC yoxlanılan dövrdə ünvan 1 ünvanda ümumi sahəsi 30668 kv.m qeyri-yaşayış sahəsinə görə 2011 və 2012-ci illər üzrə torpaq vergisi bəyannaməsini vergi orqanına təqdim etməməklə 2011-ci il üzrə 3.066,88 manat və 2012-ci il üzrə 3.066,88 manat torpaq vergisi hesablanmamış və aidiyyəti üzrə ödənilməmişdir. Müəssissə yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, lakin yoxlanılan dövrdə vergi orqanına bəyannamə təqdim etməmişdir. Fakt üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində 2013-cü il 29 dekabr tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işi üzrə istintaqın hərtərəfli, tam və obyektiv aparılması məqsədilə Respublika Baş prokurorluğunun vəsatətinə əsasən ASC-də 2010-cu il 1 iyun tarixdən 2013-cü il 1 aprel tarixədək olan dövr üzrə vergilər və digər icba ri ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması barədə Nərimanov Rayon Məhkəməsi tərəfindən 2014-cü il 29 aprel tarixdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması zamanı ümumilikdə 266.070,10 manat məbləğində vergilərin, o cümlədən, 1.848 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması aşkar olunmuş və yoxlamanın nəticələri 2014-cü il 5 sentyabr tarixli **********799389 nömrəli aktla rəsmiləşdirilmişdir. Akta əsasən, 2014-cü il 16 oktyabr tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı qəbul edilmişdir. İbtidai istintaq zamanı Cəmiyyətdə 2010-cu il 1 iyun tarixdən 2013-cü il 1 aprel tarixədək olan dövr ərzində dövlət büdcəsinə hesablanmalı və ödənilməli olan vergilərin müəyyən edilməsi məqsədilə mühasibatlıq sahəsində xüsusi biliyə malik olan şəxslərin rəyinin alınması zərurəti yarandığından məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2015-ci il 17 fevral tarixli, 3203 nömrəli rəyində Cəmiyyətdə 102.084,81 manat məbləğində vergilərin və 2.887,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının azaldılması və həmin məbləğdə vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılmasının müəyyən edildiyi göstərilmişdir. 13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2-1(82)2144/2018 nömrəli qərarı ilə (Z.M.Tağıyev) iddia təmin edilmiş, iddiaçının şəxsi hesab vərəq əsindən 82.135,78 manat əsas borcun ümidsiz borc kimi silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının hesablanmış vergi borcunu 5 il ərzində tutmaq hüququna malik olduğu halda, həmin müddət ərzində tələb etməmişdir.

15. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 11 dekabr tarixli 2-1(103)-2813/2018 nömrəli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) 2 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 19 iyul 2018-ci il tarixli, 2-1(82)-2144/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1219/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 20 18-ci il tarixli 2-1(103)-2813/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə borcun tərkibini, yaranma əsaslarını – cavabdehin etiraz və şikayətində irəli sürdüyü dəlillərlə birgə yoxlamadan qərar qəbul etmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1763/2019 nömrəli iş üzrə 29 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: S.S.Seyidova və İ.B.Əhmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 21(82)-2144/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apelyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. d) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)121/2020 nömrəli iş üzrə 07 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: A.S.Hüseynov və X.S.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli, 2-1(103)-1763/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

25. K assasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməmiş, silinməsi tələb olunan 82.135,78 manat vergi borcunun tərkibi iddiaçının şəxsi hesab vərəqindəki məlumatlarla əlaqəli şəkildə araşdırılmamış, həmin məbləğin konkret olaraq hansı dövrlərdə yaranması, hansı vergi növünə aid olması, bundan sonra həqiqətən 5 illik müddətin keçib-keçməməsi müəyyən edilməmiş, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyi müzakirə edilməmişdir. e) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

26. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-59/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və Ş.A.Məmmədova) cavabdehin apelya siya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2-1(82)-2144/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

28. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayəti və ona əlavənin dəlilləri

29. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmə tərəfindən verilmiş göstərişlərin heç birinə riayət etməmişdir. Belə ki, işə yenidən baxan Bakı Apelyasiya Məhkəməsi Ali Məhkəmənin qərarında əks olunmuş göstərişlərin icrası ilə əlaqədar olaraq ekspertiza təyin etmiş, ekspertizanın rəyi cavabdeh orqanın nümayəndəsinə məhkəmə prosesindən bir gün əvvəl təqdim olunmuş və məhkəmə cavabdehə rəyə dair mülahizə təqdim etmək imkanı yaratmamışdır. Bundan əlavə, rəydə iddiaçının bəyannamələri və bu bəyannamələr üzrə vergi öhdəliklərinin icra olunması araşdırılmamışdır. Başqa sözlə, rəydə iddiaçının vergi borcunun tərkibi, vergi növü və yaranma tarixi qeyd olunsa da, ödənişlər haqqında məlumat yoxdur. Bu səbəbdən də hazırkı ekspert rəyi iş üzrə sübut qismində çıxış edə bilməz.

30. Daha sonra qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının dövlət büdcəsinə olan vergi borcunun tərkibini araşdırmamışdır. Məhkəmə 25.10.2017-ci il tarixli aktı sü but kimi qiymətləndirsə də, nədənsə bu aktı onda əks olunan məlumatların əldə edildiyi ilkin mənbə, yəni iddiaçının şəxsi hesab vərəqəsindəki məlumatlarla müqayisə etməmiş, şəxsi hesab vərəqəsi məlumatlarını təhlil etməmişdir.

31. Eyni zamanda şikayət müəllifi qeyd etmişdir ki, iddia tələbi faizlərin və maliyyə sanksiyaları üzrə borcların deyil, yalnız 03.07.2018-ci il tarixə şəxsi hesab vərəqəsi üzrə mövcud olan əsas vergilər üzrə borcların ümidsiz borc hesab edilərək silinməsindən ibarət olmuşdur. İddiaçının 03.07.2013-cü il tarixə dövlət büdcəsinə əsas vergilər üzrə 328.263,93 manat borcu olmuş, vergi orqanı tərəfindən silinmiş ümidsiz borclar, azaldılmış və ödənilmiş məbləğlər ardıcıllıqla əvvəlki borcları bağlamışdır. Göründüyü kimi, iddiaçının tələbetmə müddəti ötmüş borcları qanunla müəyyən edilmiş qaydada silindiyindən, iddiaçının şəxsi hesab vərəqəsi üzrə 03.07.2018-ci il tarixə mövcud olmuş borcunun tələbetmə müddətinin keçməsinə dair məhkəmənin mövqeyi haqlı hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

33. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbini rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər.

34. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası i şə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 85.4 Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 93.1 Vergilər, faizlər və maliyyə sanksiyala rı üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə.

36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi va sitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir.

40. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı iddia tələbinə verdiyi dəqiqləşdirmə ilə (İ cild: iş v.157) 82.135,78 manat məbləğində əsas borcun ümidsiz borc kimi silinməsini xahiş edir (ərizənin mətnində borcun 03.07.201 8-ci il tarixə mövcudluğu barədə qeyd vardır). 41. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.01.2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənil məsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VMin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya di gər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (ye nidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstit usiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.

42. Kassasiya şikayətinə əlavədə qoşma kimi iddiaçının 03.07.2018-ci il tarixə mövcud olan borcunun tərkibi barədə məlumat və şəxsi hesab vərəqəsinin surəti əlavə edilmişdir. Həmin məlumatın təhlilindən görünür ki, iddiaçının həmin tarixə 68845,5 manat borcu (22052,02 manat əsas vergi, 46793,8 manat maliyyə sanksiyası) üzrə 5 illik tələb etmə müddəti ötmüşdür. Belə ki, həmin vergi borcları 03.07.2013-cü il tarixi ndən əvvəlki dövrə aiddir.

43. Belə olan halda, cavabdeh həmin məbləğlə bağlı 5 il ərzində vergi ödəyicisinin öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar, yəni vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına verilən hüquqdan istifadə etməmiş, iddiaçının ödənilməmiş vergilərinin qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. 44. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.01.2011-ci il tarixli Qərarında qeyd edildiyi kimi, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliy i və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır.

45. Beləliklə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.

46. İşə baxan apellyasiya instansiya məhkəməsi iş materiallarında olan 25.10.2017ci il tarixli “cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair akt”a və ekspertiza rəyinə istinad etməklə hesab etmişdir ki, iddia tələbi tam təmin edilməlidir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, İPM-nin 58.8-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

47. Hazırkı halda isə konkret cinayət işi üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət tərkibi yaradan vergi borclarının tərkibinin müvafiq qurum tərəfindən araşdırılması və nəticələrinə dair tərtib edilmiş akt hazırkı iş üzrə preyudisiallıq təşkil etmir.

48. Bundan əlavə, məhkəmənin mötəbər hesab etdiyi 21.01.2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, cavabdeh tərəfindən verilmiş vergi borcunun tərkibi barədə cədvəldən (cavabdehin **********439700 saylı məktubuna əlavə edilmiş- İ cild: iş v.167) müəyyən edilir ki, əks olunmuş borc “cinayət tərkibi yaradan vergi borclarının araşdırılmasının nəticəsinə dair akt”da qeyd olunan və ödənilən borcdan, həmçinin əksər hissəsi vaxtı keçmiş və məhkəmə qərarları ilə silinmiş səyyar vergi yoxlaması ilə hesablanmış vergi məbləğlərindən ibarətdir. Halbuki, ekspertin istinad etdiyi həmin cədvəldə yalnız vaxtı keçmiş yox, həmçi nin 2014-2018-ci illərdə yaranmış borc məbləğləri mövcud olmuş, rəyin özündə konkret hansı borcların vaxtının keçməsi, həmçinin riyazı üsulla vaxtı keçmiş borcun məbləğinin iddia tələbində silinməsi tələb olunan məbləğlə üstüstə düşməsi məsələsinə aydınlıq gətirilməmişdir.

49. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində olan məlumatlarla ekspert rəyi arasında uyğunsuzluq var. Belə ki, silinməsi tələb olunan borcun hamısı üzrə yox, bir qismi üzrə tələbetmə müddəti keçmişdir.

50. Belə olan halda, ümumi ifadə ilə qeyd edilən iddiaçının 03.07.2018-ci il tarixə 82135,78 manat borcunun olmamasına dair rəyin əsası yoxdur və apellyasiya məhkəməsi düzgün olmayaraq bu ekspert rəyinə istinad etmişdir. Hazırkı halda isə, kassatorun məhkəməyə təqdim etdiyi vergi bor cunun tərkibi barədə cədvəldəki məlumatlardan müəyyən olunur ki, iddiaçının 03.07.2018-ci il tarixə 68845,5 manat borcu (22 052,02 manat əsas vergi, 46793,8 manat maliyyə sanksiyası) üzrə 5 illik tələb etmə müddəti ötmüşdür.

51. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)59/2021 saylı 04 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçının 03.07.2018-ci il tarixə mövcud borcundan 22 052,02 manat (iyirmi iki min əlli iki manat iki qəpik) əsas vergi borcu və 46793,8 manat (qırx altı min yeddi yüz doxsan üç manat səksən qəpik) maliyyə sanksiyası olmaqla, ümumilikdə 68845,5 manat (altmış səkkiz min səkkiz yüz qırx beş manat əlli qə pik) borc ümidsiz borc kimi silinsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar