Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1140/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1983-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 2-1(103)-374/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 3 iyun 2013-cü il tarixli, 958 ş/h nömrəli əmr ilə 5(beş) il müddətdə öhdəlik verməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, Baş Qərargah rəisinin 7 avqust 2020-ci il tarixli, 139 ş/h nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdıqda) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, Baş Qərargah rəisinin 139 ş/h nömrəli xx.xx.2020-ci il tarixli əmrinin ləğv olunması, onun əvvəlki xidmət yerinə bərpa olunması və ona xx.xx.2020-ci il tarixdən başlayaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, işdən azad olunma barədə əmr xx.xx.2020-ci il tarixdə verilsə də, xx.xx.2020-ci il tarixədək ona bu haqda bildirilməmiş, adi qaydada işə gəlib-getmiş, öz vəzifə öhdəliklərini yerinə yetirmiş, xx.xx.2020-ci il tarixdə ona işə gələndə işdən azad olunduğu bildirilmişdir. O, işlədiyi müddət ərzində üzərinə düşən bütün xidməti öhdəliklərini lazımınca yerinə yetirmiş, hər hansı nöqsanlara və pozuntulara yol verməmiş, əksinə, nümunəvi xidmətinə görə “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü, 2-ci və 1-ci dərəcəli” medallarla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Sərhəd Mühafizəsinin 95 illiyi və 100 illiyi” yubiley medalları ilə təltif olunmuş, xidmət dövründə təşəkkürnamə və fəxri fərmanlara layiq görülmüş və heç vaxt intizam qaydasında töhmət və xəbərdarlıq almamışdır. Bununla yanaşı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.4-cü maddəsinin xidmət müddəti barədə müddəaları imperativ xarakter daşımır və həmin maddənin müddəalarına əsasən, xidmətdən ehtiyata buraxılma işəgötürənin vəzifəsi deyil, hüququdur. Belə olan halda işəgötürən onu xidmətdən ehtiyata buraxmaq əvəzinə qüsursuz xidməti dövründə nümunəvi xidmət aparmasını, xidmət müddətində heç bir intizam tənbeh tədbirinə məruz qalmamasını, habelə yaşlı ata və anasının onun himayəsində yaşamasını, ailənin yeganə qazanc yerinin onun işi olmasını, pandemiya dövründə işsiz qalmağın çətinliklərini nəzərə alaraq müqavilə müddətini uzada bilərdi. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.4-cü maddəsinə əsasən gizirlər üçün xidmət müddəti 5 il göstərilsə də sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır. Həmin Qanunun 39.1.2-ci maddəsinə əsasən gizirlər üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi isə 45 yaş müəyyən edilmişdir. Lakin xidmətdən ehtiyata buraxılma barədə mübahisəli əmr verilərkən onun xx.xx.1983-cü il təvəllüdlü (38 yaş) olması və gizir rütbəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmaması nəzərə alınmamışdır.
4. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2-1(112)-4896/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia tələbi rədd edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə 5 (beş) il müddətinə öhdəlik verməsi ilə əlaqədar Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi hərbi xidmətə qəbul edilmişdir. Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 139 ş/h nömrəli əmrinə əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdıqda) müvafiq olaraq iddiaçı şüa-diaqnostika bölməsinin rentgen-laborantı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hazırda iddiaçı xidməti öhdəliklərini tam icra etməsini, hər hansı intizam pozuntusuna yol vermədiyini bildirir və həmin əmrin ləğv edilməsini tələb edir. Lakin qeyd olunan əmrə əsasən iddiaçı xidmət müddəti başa çatdığı üçün Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı qanunvericiliyin tələblərinə əməl olunmaqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
6. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 3 mart 2022-ci il tarixli, 2-1(103)-374/2022 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov – sədrlik edən və məruzəçi, V.Baxışova və E.Nağıyeva) apellyasiya şikayəti təmin edilməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayətində qeyd edir ki, cavabdeh “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.4, 37.2, 40.3-cü maddələrinin tələblərini pozaraq ehtiyata buraxılması barədə DSX Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 139 ş/h nömrəli əmri ona xx.xx.2020 tarixinədək məlum olmamış,17 sentyabrda işə gələrkən ona işdən azad olduğu bildirilmişdir. Görünür ki, əvvəlki müqavilə xx.xx.2013-xx.xx.2018-ci ilədək 5 il davam etmişdir. Bu müddət bitdikdən sonra onun müqaviləsinə xitam verilməmiş, o cümlədən müqavilənin uzadılması barədə iddiaçının ərizəsi alınmışdır. Kadrlar şöbəsi ona müqaviləsinin bu il uzadılmayacağını bildirmiş, iddiaçının xidmət rəisinə ünvanladığı müraciətdən sonra xx.xx.2020-ci il tarixdə Hərbi Hospitalın rəhbərliyi tərəfindən xidmət rəisinin göstərişinə əsasən xidmət müqaviləsinin uzadılacağını bildirmişdir. Lakin göründüyü kimi artıq 7 avqust tarixində onun işdən azad olunması barədə əmr verilmişdi. Həmçinin iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161, 162-ci maddələrinin t ələblərini pozmuşdur. Belə ki, cavabdeh iddiaçını ehtiyata buraxılmaq barədə 2 ay qabaq xəbərdar etməmiş, həmçinin iddiaçının işdən azad edildiyi barədə də ona heç bir məlumat verməmişdir. Eyni zamanda Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı halda iddiaçı ilə belə bir söhbət aparılmayıb. İddiaçı cavabdeh tərəfindən “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 3.25.2-ci bəndi, Qaydaya əlavə 1-in 4-cü bəndində göstərilən öhdəliyi icra etməmişdir, belə ki, Bağlaşmanın müddətinin bitməsinə ən azı üç ay qalmış tərəflər yeni bağlaşmanın imzalanmasına və ya bağlaşmanın bitməsinə dair qarşılıqlı olaraq bir-birini məlumatlandırmağı öhdə lərinə götürürlər. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. Hərbi vəzifə və hərbi xidmət haqqında Qanun: Maddə
36. Həqiqi hərbi xidmətə daxilolma... 36.1.3. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; Maddə
38. Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətləri 38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir:... 38.1.4. gizirlər və miçmanlar üçün – 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır; Maddə
41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: [36] 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla);...
13. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsasl andırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetə rli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.
19. Hazırkı qərarın 12-ci bəndində qeyd olunan qanunvericiliyin normalarına əsasən 19 yaşından 40 yaşınadək gizir qadınlar, tərəflərin razılığı ilə ilk öncə, 5 il müddətinə həqiqi hərbi xidmətə qəbul edilir, həmin müddət bitdikdən sonra isə onlar son yaş həddi 40 yaşına çatanadək həqiqi hərbi xidmətdə olmanın müddəti 5 ilədək olan müddət çərçivəsində uzadılır, xidmət müddəti (istər uzadılmadan əvvəl, istərsə də uzadılma müddəti bitdikdən sonra) başa çatdığına görə onlar ehtiyata buraxılır.
20. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə iddiaçı ilk öncə 5 il müddətinə həqiqi hərbi xidmətə qəbul olunmuş, həmin xidmət müddəti bitdikdən sonra isə onun xidmət müddəti daha 2 il də uzadılmı ş, bundan sonra o, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır.
21. Belə olan halda apellyasiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçının həm xidmətə qəbul edilməsi, həm də ehtiyata buraxılması qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilməsi barədə mövqeyi əsaslı olmuşdur.
22. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 mart 2022-ci il tarixli, 21(103)-374/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.