Məhkəmə qərarları › İş №2-1(102)-1140/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1140/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1140/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-80/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980- xx.xx.1985-ci il tarixlərdə ali təhsil almışdır.

2. H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur.

3. İddiaçıya məxsus əmək kitabçasına əsasən, xx.xx.1979-cu ildən xx.xx.2022-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

4. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçının qulluq etdiyi avadanlıqlar " xxxx" MMC-nin (stansiyanın) Qazan və Turbin sexində yerləşir və o, əmək funksiyasını avadanlıqların yerində təmiri və qaynaq işlərini həmin sexdə yerinə yetirir.

5. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və həmin müraciətə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar vəzifəs i nəzərdə tutulmuşdur. Mərkəzi filiala təqdim edilmiş sənədlərdə xx.xx.200105.01,2009-cu il tarixləri arasındakı dövr ərzində "Azərbaycan istilik Elektrik stansiyası” MMC-nin Qaynaq sexində və xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "Azenco” ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Qaynaq sexində usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi Qaynaq sexi qeyd olunmuş sahələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az (6 il 2 ay 28 gün (xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsilə Bakı İnzibati Məhkəməsinə məhkəməyə müraciət edərək, “60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7520/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 3 yanvar 1962-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı, ümumi və xüsusi əmək stajını nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

10. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının xx.xx.2001-xx.xx.2009-cu il tarixlərdə "xxxx" MMC-nin Qaynaq sexində və xx.xx.2010- xx.xx.2012-ci il tarixlərdə "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir sahəsinin Qaynaq sexində usta vəzifəsində işləməsi ilə bağlı vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (qaz turbini) yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar vəzifəsinə uyğun olmaması ilə əsaslandırmışdır.

11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1661/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hаkim V.Ə.Musayev) iddia təmin edilmiş, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə X3 Filialının üzərinə İdd iaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyuluşdur.

12. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli və "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli işin xarakteri haqqında güzəştli arxiv arayışları ilə sübut olunur ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2009cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi vəzifələr, həmçinin xx.xx.2010-cu il tarixindən xx.xx.2012-ci il tarixinədək tutduğu usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın 24- cü bölməsinin “b” bəndinə əsasən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar qazanxana, turbin (buxar-qaz-turbini) yanacaq ötürülmə, tozhazırlama) vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (kod 2140000b-23398 uyğundur. Müvafiq arayışların məzmunundan görünür ki, iddiaçının işlədiyi zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, toz, mq/3, titrəmə, səs-küy, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olması qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

13. Ca vabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-80/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏT İNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2001xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Qaynaq sexində və xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Qaynaq sexində usta vəzifəsində işlədiyini iddia edir. Lakin yuxarıda qeyd edilən “Qaynaq Sexi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından həmin dövrlər güzəştli iş stajı kimi nəzərə alına bilməz.

18. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Qaynaq sexi yuxarıda qeyd olunan sahələrə uyğun deyildir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 2 ay 28 gün (xx.xx.2012- xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir.

19. Birinci instansiya məh kəməsində icraat zamanı İddiaçı qanunvericiliklə tələb edilən şərtlər ödənildiyi təqdirdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaranmasına baxmayaraq Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-cİ il tarixli 2- 1(116)-1661/2022 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən yəni 59 yaş 6 ayla (qeyd: İddiaçı doğum tarixi xx.xx.1962-ci ildir.) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və bu Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə edilmiş son dəyişiklik ilə əsaslandırılmışdır.

20. Beləliklə iddiaçının pensiya hüququnun qanunvericiliklə nəzərdə tutulan şərtlər ödənildiyi təqdirdə xx.xx.2022-ci il tarixdən yarandığını və bunun da 28 iyun 2022-ci ildən (dəyişikliklərin qüvvəyə mindiyi tarixi) əvvələ aid olduğunu nəzərə alsaq qanunun qeyd edilən redaksiyası İddiaçı münasibətdə şamil oluna bilməz.

21. Həmçinin həmin redaksiyadakı dəyişikliklər tətbiq edildiyi təqdirdə xx.xx.2021- ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən yaş həddi 65 olduğunu nəzərə alsaq qanunun yeni redaksiyasının 9.1-ci maddəsindəki 5 il azaldılmaqla tələbi tətbiq olunduğu təqdirdə belə İddiaçı pensiya hüququ 60 yaşla xx.xx.2022-ci il tarixdən yaranmış olacaqdır.

22. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda hüquqi əsaslar da mövcud deyildir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edil məmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin q ərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məlum olduğu kimi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7520/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

29. Xüsusi olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhk əməsinin inzibati kollegiyası 19 yanvar 2023-cü il tarixli qərarında yazır ki, “Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.”

30. Lakin apellyasiya məhkəməsinin həmin cümləsi tarixlərin, rəqəmlərinin yazılması baxımından yanlışdır, belə ki, işin 88-ci səhifəsində olan iddiaçının nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsinə rəsmi olaraq təqdim etdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə”də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin 1 iyul 2022-ci il tarixdən cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

31. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə sözügedən ərizəsinin məhkəmənin 24 oktyabr 2022-ci il tarixli iclas protokolunun qərardadı ilə icraata qəbul edilməsini, özünün 24 oktyabr 2022-ci il tarixli qərarında həmin ərizəni nəzərə almayaraq, sözügedən ərizə qeyd edildiyi kimi 1 iyul 2022-ci il tarixli kimi deyil, yanlış olaraq “1 iyul 2021-ci il tarixi” kimi yazılmışdır.

32. Apellyasiya məhkəməsi də sözügedən yanlışlığı düzəltməyərək, özünün 19 yanvar 2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır.

33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərinə gəldikdə hesab edir ki, həmin dəlillər əsaslı sayıla bilməz.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1962-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb.

35. İddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Eyni zamanda iddiaçı, əmək fəaliyyətinin 14 il 4 ay 26 gün müddətində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır və həmin müddət tələb olunan - 12 il 6 ay müddətdən çoxdur.

36. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli və "xxxx" ASC-nin xx.xx.2022-ci il tari xli işin xarakteri haqqında güzəştli arxiv arayışları ilə sübut olunur ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi vəzifələr, həmçinin xx.xx.2010-cu il tarixindən xx.xx.2012-ci il tarixinədək tutduğu usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın 24-cü bölməsinin “b” bəndinə əsasən avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar qazanxana, turbin (buxar-qaz-turbini) yanacaq ötürülmə, tozhazırlama) vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən (kod 2140000b-23398 uyğundur. Müvafiq arayışların məzmunundan görünür ki, iddiaçının işlədiyi zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, toz, mq/3, titrəmə, səs-küy, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olması qeyd edilmişdir.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

38. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən, hüquq normalarını düzgün tətbiq etmiş, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə, Əmək pensiyaları haqqında” Qanunun 5.3, 9.1-ci maddələrinə, “İnzibati icraat haqqında” qanunun 19.1-ci maddəsinə istinad etmişdir.

39. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, tarix rəqəmlərində olan yanlışlıq iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə”si düzəldilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi onun iradəsinə uyğun olaraq 1 iyul 2022-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

40. Belə olan halda kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 2-1(107)-80/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkə mə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-80/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə X3 Filialının üzərinə İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar