Məhkəmə qərarları › İş №2-1(102)-1141/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1141/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1141/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iş illəri sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1961-ci ildə Lerik rayonunda doğulmuşdur və hazırda Bakı şəhərində yaşayır. İddiaçının əmək kitabçasında əksini tapmış məlumatlara əsasən, iddiaçı, Bakı Şin zavodunda xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək yığma sexində 4 dərəcəli avtoşin yığıcısı işləmiş, xx.xx.1983-cü ildə “Leninneft” NQÇİ-nin QƏYTS-nin 9-cu sahəsinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmiş, xx.xx.1988ci ildə quyuların yeraltı təmiri üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.1989-cu ildə 1 №-li NQÇS-nin (neft mədəni) 2-ci sahəsinə 5-ci dərəcəli neft və qazçıxarma operatoru peşəsinə keçirilmiş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 173 saylı qərarı və “Azneft” İB-nin xx.xx.1992-ci il tarixli, 111 nömrəli əmrinə əsasən “Leninneft” NQÇİ “Balaxanıneft” NQÇİ adlandırılmışdır. xx.xx.1995-ci ildə “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatına keçirilmiş, xx.xx.1995-ci ildə “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının 4 №-li MİS-nə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı ildə TİS-ə nasos qurğularının 2-ci dər əcəli maşinisti peşəsinə keçirilmiş, xx.xx.2006-cı ildə işdən azad olunmuşd, xx.xx.2006-cı ildə Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər İdarəsinin (MKXİ) 1 saylı MKT-nin TİS-nə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı ildə 4 saylı TİS-in Elektrik təsərrüfatı briqadasına nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmiş, xx.xx.2006-cı ildə müvəqqəti olaraq 4 saylı TİS-ə 4-cü dərəcəli qazanxana operatoru peşəsinə keçirilmiş, xx.xx.2007-ci ildə nasos qurğularının 2-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. ARDNŞ-nin xx.xx.2007-ci il tarixli, 25 saylı əmrinə əsasən MKXİ Mənzil Kommunal Xidmətləri Departamenti adlandırılmışdır. xx.xx.2007-ci ildə 9 saylı MİS-nə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir. İdd iaçı ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə xx.xx.2019-cu il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının xahişini təmin etməmiş və xx xxxx 2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az olduğuna görə pensiya təyin olunması mümkün deyildir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əs aslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır və o, həmin kateqoriya işçilərə aiddir. 9 ay 10 gün Bakı Şin zavodunda şinyığma sexində, 11 il 9 ay 15 gün isə NQÇİ Balaxanıneftdə mədəndə zərərli işdə çalışmışdır. Cavabdeh orqan ona 57 yaşdan yaşa görə pensiya təyin edilməsindən əsassız imtina etmişdir. Cavabdehin etiraz dəlilləri: Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının 1982-1983-cü illərdə gördüyü işlərin 2007-ci il tarixdə təsdiq edilmiş siyahıda nəzərdə tutulmamışdır. İddiaçının avtoşin yığıcısı kimi işlədiyi vəzifə güzəştli iş stajı olsa da, bu vəzifə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda 8.3.1-ci bəndinin a) yarımbəndində öz əksini tapmışdır. Həmin siyahıda sadalanan vəzifələr xx.xx.2007-ci il tarixdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edildiyindən iddiaçı xüsusi iş stajını xx.xx.2006-cı il tarixədək deyil, 0.06.2006-cı il tarixdən sonra toplamış olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3574/2019) saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim Ş.Süleymanova) iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğund an ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, tədqiq olunmuş əmək kitabçasına görə iddiaçının 01.01,2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı mövcuddur. İddiaçının xx.xx.1983-cü ildən-18.12.20Q9-cu ilədək işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-cı il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələ rin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130200a-15870, xx.xx.1989-cu ildən 01,09.1995-ci ilədək neft və qazçıxarma operatoru peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130200a15824, 01,09.1995-ci ildən-01,01,2006-cı ilədək “Balaxanmeft” NQÇİ-nin MKT nasos qurğularının maşinisti peşəsinin isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01,2007-cı il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130302a-13652 istinad edilməsi məqsədə müvafiq dir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-199/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), E.E.Nağıyeva və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3574/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci il tarixdə həmin normaya iddiaçının mənafeyinə uyğun olmayan dəyişiklik edilərək “57” yaşı sözü “60” yaş sözü ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2020 saylı, xx.xx.2020-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia təl əbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkəmə qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbini nəzərə almamışdır. İddiaçının İdarəyə təqdim etdiyi sənədlərdən xx xxxxxx 2016-cı il tarixinədək 12 il 6 ay güzəştli iş stajına malik olduğu müəyyən edilmir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təq dim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir. Belə ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçının tələbinin hüquqi əsası kimi birinci instansiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə, habelə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci və 9.8-ci maddələrinə istinad etmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin «b» bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş y erindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13- cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-cı ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin x xxxx 2017-ci ilədək qüvvədə olan redaksiyasında deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik old uqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilərək, “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş, həmçinin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu ma ddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu normaların təhlili o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün xx.xx.2006-cı il tarixə həmin şəxs istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun; bu şəxs azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə işləmiş olsun. Əgər bu şərtlərdən hər h ansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 ay güzəştli iş stajı vardır. Məhkəmə bildirmişdir ki, iddiaçının xx.xx.1983-cü ildənxx.xx.2009-cu ilədək işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130200a- 15870, xx.xx.1989-cu ildən xx.xx.1995-ci ilədək neft və qazçıxarma operatoru peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabi netinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130200a-15824, xx.xx.1995-ci ildən- xx.xx.2006-cı ilədək “Balaxanıneft” NQÇİ-nin MKT nasos qurğularının maşinisti peşəsinin isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130302a-13652 istinad edilməsi məqsədə müvafiqdir. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apelyasiya şikayətində iddiaçının güzəştli şərtlərlə iş stajının 12 il 6 aydan az olduğunu bildirmiş, yazılı etirazında da d əlillərini ətraflı olaraq izah edərək bildirmişdir ki, iddiaçının 11.1983-xx.xx.1989-cu illərdə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator vəzifəsində işlədiyi 6 il 1 ay 3 gün, xx.xx.1989-xx.xx.1995-ci illərdə 5-ci dərəcəli neft və qazçıxarma operatoru vəzifəsində işlədiyi 5 il 8 ay 13 gün müddətin Siyahılarda əksini tapmışdır. 1995-ci ildən 2006-cı ilədək işlədiyi peşə və sahələr isə bu Siyahılara aid deyildir. Lakin məhkəmə iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək “Balaxanıneft” NQÇİ-nin MKT-da işlədiyi nasos qurğularının maşinisti peşəsinin də Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130302a-1 3652 istinad edilməklə güzəştli iş stajı kimi qəbul olunmasını məqsədə müvafiq hesab etmişdir. Halbuki, əvvəla Nazirlər Kabinetinin xx.xx.2007-cı il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda bu cür kodlaşdırma yoxdur. Həmin siyahıda «Neft, qaz və qaz kondensatının hasilatı» adlanan 10.2-ci bölməsinin a) bəndində «işçi məhlulları laylara vuran nasos stansiyalarının maşinistləri» qeyd olunmuşdur. Göründüyü kimi, o nasos stansiyalarının maşinistlərinin işi zərərli sayılır ki, onlar işçi məhlulları laylara vuran nasos stansiyalarında işləsinlər. Yəni açıq-aydındır ki, bu maşinistlər bilavasitə neft, qaz və qaz kondensatının hasilatı ilə məşğul olmalıdır. Lakin id diaçının əmək kitabçasında olan qeydlərdən görünür ki, iddiaçı məhkəmənin göstərdiyi xx.xx.1995-ci ildə mədəndə məşğul olduğu neft və qazçıxarma operatorluğu peşəsindən köçürülmə yolu ilə “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 4 saylı Mənzil İstismar Sahəsinə nasos qurğusunun maşinisti işinə təyin olunmuşdur. İddiaçının “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 4 saylı Mənzil İstismar Sahəsinə nasos qurğusunun maşinisti işlədiyi və məhkəmələrin zərəli peşə sahəsi kimi qəbul etdikləri bu peşənin, neft hasilatı ilə bağlılığı olmamışdır. xx.xx.2006-cı ilə kimi olan bu dövr, 11 il 8 ay təşkil edir. Məhkəmə iddiaçının çalışdığı peşəni zərərli peşə sayarkən «SOCAR» şirkəti baş ofisinin xx.xx.2019-cu il tarixli arayışına, həmçinin «xxxx» ASC-nin Hərbi departamentə verilməsi üçün tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 01/48 saylı arayışına istinad etmişdir. Bu arayışların sübut kimi əhəmiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzər də tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri «Sokar» şirkəti tərəfindən verilmiş arayış, bu tələblərə cavab vermir və buna görə də mötəbər sübut kimi qəbul olana bilməz. Arayışda ümumiyyətlə iddiaçının işlədiyi peşə və sahənin Siyahılarla əksini taprmış hansı peş əvə sahəyə uyğun olması göstə rilməmişdir. «xxxx» ASC-nin arayışında da həmin müəssisədə istehsalatın «Kimya istehsalatı»na aid olunması barədə dəlil göstərilməmişdir. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu m üəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. İşin tam və hərtərəfli araşdırılması barədə bu prosessual tələblərə riayət olunmaması, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsasdır. Lakin iş üzrə yeni qərar çıxarılması üçün, əvvəlki abzasda göstərilən halların araşdırılması zəruridir və əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallard a Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. İşə apelyasiya instansiyasında təkrar baxılarkən, yuxarıda göstərilən hallar araşdırılmalı və nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respub likası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-199/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş materialları təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar