Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1141/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Səyyad Kərimov-məruzəçi, Xəqani Məmmədov və Zakir Quliyevdən ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-834/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır.
2. İddiaçıya məxsus BT-İ № ******* saylı əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, 1979-cu ildən xx.xx.2016-cı ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuş və təsdiqlənən tarix ərəfəsində də çalışmışdır. НZ ******* saylı hərbi biletə əsasən, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. ЖТ 038168 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1979-1985-ci il tarixlərdə Bakı T exnologiya texnikumunda təhsil almışdır.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək qeyd etmişdir ki, 1985-ci il 6 iyun tarixdə açılmış BT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan 1991ci il 17 yanvar - 2005-ci il 16 sentyabr və 2006-cı il 1 may - 2016-cı il 1 yanvar tarixləri arasındakı dövrlər ərzində "Bakı Metropoliteni” QSC-də işlədiyi “halvanik” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərici lərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər yarımbəndində (21.5) nəzərdə tutulmamışdır, həmçinin 2006-cı il 1 yanvar tarixədək onun ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, 1979-1985-ci illərdə işlədiyi dövr ümumi əmək stajına daxil edilməklə, ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1962- ci il 8 avqust təvəllüdlüdür. 1979-cu ildən 1985-ci ilə kimi Bakı Texnoloji Texnikumunda təhsil almış, həmçinin təhsil müddətində 1980-ci il 29 oktyabr tarixdən 1982-ci il 12 dekabr tarixə kimi hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 1985-ci il 6 iyun tarixdə başlamışdır. 1991-ci ildən isə Bakı Metropolitenində işləyir. Hal-hazırda da Bakı Metropoliteninin işçisidir. Bu müddətdə 1991ci il 17 yanvar tarixdən 2005-ci il 16 sentyabr tarixə kimi və 2006-cı il 1 may tarixdən 2014cü il 18 iyul tarixə kimi Bakı Metropoliteninin “N.Nərimanov” adına elektrik deposunda “halvanik” peşəsində, 2014-cü il 18 iyul tarixdən 2016-cı il 1 yanvar tarixə kimi "xxxx" QSC- nin Depolar üzrə iş Departamentinin Mexaniki sexində 5-ci dərəcəli “halvanik” peşəsində olmaqla tam iş rejimində zərərli iş şəraitində işləmişdir. Göründüyü kimi, zərərli iş şəraitində əmək stajı 24 il 3 ay 29 gün təşkil edir. Ümumi əmək stajı isə 34 ildən çoxdur. Qeyd olunan bu müddətlərin hamısına dair əmək kitabçasında müvafiq qeydlər vardır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi onun 34 ildən çox ümumi iş stajı var ki, bunun da 24 ildən çoxunu zərərli (güzəştli) iş şəraitində işləmişdir. Buna əsaslanaraq, 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Yuxarıda qeyd olunan hallara baxmayaraq, inzibati orqan bildirmişdir ki, 2006-cı il 1 yanvar tarixə onun ümumi iş stajı 25 ildən az təşkil edir. Bununla razı deyildir. Cavabdehin imtina etdiyi digər səbəb isə “halvanik" vəzifəsinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıda nəqliyyat bölməsinin metropolitenlər yarımbəndində nəzərdə tutulmaması ilə bağlıdır. Halbuki, 2019-cu il 6 avqust tarixli arayışa əsasən məhz “halvanik" peşəsində tam iş rejimində zərərli iş şəraitində işlədiyi təsdiq olunur. Onun 2019-cu il 8 avqust tarixdən, yəni 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh isə ona əsassız və qanunsuz olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmiş, bununla da onun sosial təminat və pensiya hüquqlarını birmənalı olaraq pozmuşdur.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından aydın olmuşdur ki, iddiaçı 1985-ci il 6 iyun tarixdən əmək fəaliyyətinə başlamışdır. Aradakı fasilələr nəzərə alınmadan, iddiaçının 1985-ci il 6 iyun tarixdən 2006-cı il 1 yanvar tarixədək olan ümumi əmək stajı 20 il 02 ay 11 gün təşkil edir. İddiaçı 1980-ci il 29 oktyabr - 1982-ci il 7 dekabr tarixlərdə, yəni 02 il 01 ay 08 gün həqiqi hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, hərbi xidmətlə birlikdə iddiaçının 2006-cı il 1 yanvar tarixədək olan ümumi əmək stajı 22 il 03 ay 19 gün təşkil edir. İddiaçı "xxxx" QSC-nin A/365 saylı, 2019-cu il 6 avqust tarixli güzəştli arayışına əsaslanaraq iddia etmişdir ki, 1991-ci il 17 yanvar - 2005-ci il 16 sentyabr tarixlərdə çalışdığı “halvanik” peşəsi, 2005-ci il 16 sentyabr - 2006-cı il 01 may tarixlərdə çalışdığı “çilingər” peşəsi NK-nın 12 nömrəli, 2007-ci il 23 yanvar tarixli Qərarı ilə təsdiqlənmiş siyahıda nəzərdə tutulub. İddiaçı 2006-cı il 1 yanvar tari xədək ümumi və güzəştli əmək stajını topladığını iddia edirsə, onda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiqlənmiş siyahıya deyil, 320 nömrəli, 1993-cü il 21 iyun tarixli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya istinad edə bilərdi. Güzəştli arayışda bu barədə hər hansı qeyd yoxdur. Arayışın özü natamamdır. Yəni arayışda iddiaçının çalışdığı peşənin siyahının hansı bölməsində öz əksini tapdığı qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiqlənmiş siyahının 21-ci bölməsi “Nəqliyyat” adlanır. Həmin bölmə 5 bənddən ibarətdir; 5 bənddən 2-sində 21.1-ci (“Dəmiryol nəqliyyatı və metropoliten” adlanır) və 21.5-ci (“Metropolitenlər" adlanır) bəndlərdə metropol itenlərlə bağlı peşələr nəzərdə tutulub. Lakin həmin bəndlərdən heç birində iddiaçının çalışdığı “halvanik” peşəsi öz əksini tapmamışdır.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2816/2020 nömrəli (hakim Ş. Hüseynova) qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 1979-1985-ci illər ümumi əmək stajına daxil edilməklə 57 yaşdan, yəni 2019-cu il 8 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi “halvanik” vəzifəsinin peşə təlimatına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 nömrəli Siyahısı”nın XİV bölməsinin 2150500a-11629 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci bölməsinin “a” bəndinə uyğun olduğu, 2006-ci il 1 yanvar tarixə qədər onun təhsil və hərbi xidmət dövrü də nəzərə alındıqda iddiaçının 25 il 01 ay 23 gün ümumi və 14 il 07 ay 29 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 2019-cu il 8 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.
10. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-198/2021 nömrəli qərarı (hakimlər E. Nağıyeva-sədrlik edən və məruzəçi, N. Cəfərov və V. Məmmədov) ilə Bakı İnzibati Məhkəməsinin 5 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd olunmuşdur.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmi ş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 nömrəli Siyahısının XİV bölməsinin 2150500a-11629 şifri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci bölməsinin “a” bəndi “Metal emalı” bölməsinə aid olmuş, iddiaçının çalışdığı sahə ilə heç bir əlaqəsi olmamışdır. Beləliklə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajına malik olması iş materialları ilə müəyyən edilmir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)2055/2021 nömrəli qərarı (hakimlər İ.Hüseynov-sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və K.Bədəlov) ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ver ən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Buna görə də, apellyasiya instansiyası məhkəməsi qeyd olunan texnoloji prosesin məhz halvanika metodu ilə iddiaçının çalışdığı istehsalat sahəsində də icra olunduğuna dair işdə olan sübutları, xüsusilə də iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş yazılı məlumatları tam və hərtərəfli araşdırmalı və qiymətləndirməli idi. Hazırkı işdə bu baş verməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-834/2022 nömrəli qərarı (hakimlər M.Tağız adə-sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Oruczadə) ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05 avqust 2020-ci il tarixli, 2-1(112)-2816/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1991xx.xx.2005 və xx.xx.2006-xx.xx.2014-cü illərdə işlədiyi halvanik peşəsinin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 sayli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır elan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XİV bölməsinin 2150500a-11 629 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci bölməsinin “a” bəndinə uyğun olması faktı iş materialları ilə öz təsdiqini tapır. Beləliklə, əmək fəaliyyətinin 14 il 07 ay 29 gününü əmək şəraiti zərərli və ağır olan işlərdə işləməklə, iddiaçının xx.xx.2006-cı ilə qədər 14 il 07 ay 29 gün güzəştli iş stajı mövcuddur. (xx.xx.1998 -xx.xx.1982 = 14 il 07 ay 29 gün)
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassas iya şikayətinin dəlilləri apelyasiya şikayətinin və imtina məktubunun dəlilləri ilə eynidir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin istinad etdiyi fəaliyyət sahəsi ilə iddiaçının çalışdığı peşənin aid olduğu sahə tamamilə fərqləndiyi halda, məhkəmə Nazirlər Kabinetinin 320 saylı qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının iddiaçının fəaliyyət sahəsinə aid olmayan şifrinə istinad etmiş və bunu əsaslandıra bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiy a hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddəti n azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına dax il edilir.
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik pr ezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
27. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Ali Məhkəmənin İnzibati Kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəb dən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Nəzərə almaq lazımdır ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldır ılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya tələb etdiyi əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin m əsələləri təkrarlamağa lüzum qalmır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı ona 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Bu baxımdan hazırkı mübahisə 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir.
35. İstinad edilən qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı disp ozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.
36. Bununla bağlı qeyd olunmalıdır ki, hazırkı qərarın 21-ci bəndində istinad olunan normaya görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların müddəaları baxımından 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək qazanmış olsun.
37. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şər tlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir.
38. Hazırkı mübahisəyə münasibətdə iddiaçının işləmiş olduğu peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin » 2 nömrəli Siyahısına əsasən müəyyənləşdirilməlidir.
39. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 8 oktyabr 2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Bu qərarın 16-cı bəndində istinad olunan normaya görə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, b u müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqları təqdirdə, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
40. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün iddiaçının 1 yanvar 2006cı ilə qədər, təhsil və hərbi xidmət dövrü də daxil olmaqla, azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajını topladığı məhkəmələr tərəfindən müəyyən edilmişdir.
41. Belə ki, tələb olunan tam əmək stajı ilə, yəni həm ümumi və həm də güzəştli pensiya hüququ verən xüsusi stajla bağlı şərtlərin iddiaçı t ərəfindən ödənildiyi “Bakı Metropoliteni" QSC-nin iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, A/365 saylı və xx.xx.2020-ci il tarixli arayışları, xx.xx.2020-ci il tarixli, 40N-10\3-600 saylı məktubuna əlavə edilmiş qalvançı peşəsinin vəzifə təlimatı, iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti, iddiaçıya məxsus НZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti və iddiaçıya məxsus ЖТ 038168 saylı diplomun notarial qaydada təsdiq edilmiş surəti ilə təsdiq olunur.
42. Cavabdeh kassasiya şikayətində yeganə dəlil olaraq siyahıda nəzərdə tutulmuş və məhkəmənin siyahıda istinad etdiyi fəaliyyət sahəsi ilə iddiaçının çalışdığı peşənin aid olduğu sahənin tamamilə fərqli olduğunu, eləcə də güzəştli pensiya hüququ verən müva fiq siyahının iddiaçının fəaliyyət sahəsinə aid olmayan şifrinə istinad etməsini əsaslandırmadığını qeyd edir.
43. Bununla bağlı nəzərə almaq lazımdır ki, hazırki iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-2055/2021 nömrəli qərarı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakter i, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan texnoloji prosesin məhz halvanika metodu ilə iddiaçının çalışdığı istehsalat sahəsində də icra olunduğuna dair işdə olan sübutları, xüsusilə də iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş yazılı məlumatları tam və hərtərəfli araşdırmalı və qiymətləndirməlidir.
44. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmış, Ali Məhkəmənin bununla əlaqədar göstərişləri yerinə yetirilmişdir. Məhkəmə hazırki iş üzrə istinad olunan Siyahıda “Metal emalı” bölməsində nəzərdə tutulmuş peşənin iddiaçının işlədiyi “halvanik” peşəsinin aid olduğu metropoliten sahəsi ilə əlaqəsini müəyyən e dərkən, “Metal emalı” bölməsinə aid peşə və vəzifələrin, hazırkı halda, iddiaçının çalışdığı “halvanik” peşəsinin, həmin peşənin icra olunduğu iş yerinin və əmək şəraitinin xüsusiyyətlərini araşdırmış və qiymətləndirmişdir.
45. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" QSC-nin xx.xx.2020-ci il tarixli, 40N10/3-600 saylı məktubundan və həmin məktuba əlavə edilmiş qalvançı peşəsinin vəzifə təlimatından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə İş Departamentinin mexaniki sexi tərəfindən metro vaqonlarının tutacaqları, qapılarının dəstəyi, qəza çıxışlarının tutacaqları, durma kranlarının dəstəyi və qapıların qəza açılma kranlarının dəstəklərinin xromlanması işləri yerinə yetirilir. Xromlama zamanı xüsusi kimyəvi maddələrdən istifadə edilir. Adı çəkilən sahədə aparılan işlər xüsusi zərərli şəraitdə icra edilir. “Nərimanov” elektrik deposunun mexaniki sexinin qalvançısının işinin xüsusiyyətləri hissələrin (indiki halda metro vaqonlarının tutacaqlarının və digər birləşdirici elementlərin) yağlardan, pasdan, korroziya yeyilməsindən təmizlənməsindən, 6-10-cu təmizlik dərəcələri üzrə cilalanmasından, sumbatanın keçə, ağac (taxta) və dəri dairələrinə çəkilməsi və yapışdırılmasından, sumbata tozunun (dənəciklərinin) xarrat yapışqanı və ya maye şüşə ilə cilalama dairəsinə yapışdırılmasından, hissələrin əli ilə metal şotkalarla, sumbata kağızı və cilalama dairələri ilə texnoloji xəritə üzrə texnoloji ardıcıllığa və emal rejimlərinə əməl etməklə ilkin pardaqlanmasından, keçə dairələrin 30m/san fırlanma sürəti ilə hissələrin cilalama-pardaqlama dəzgahlarında son mə rhələ cilalanmasından, pardaqlanmasından, qurudulmasından, təlimata uyğun elektrolitin hazırlanmasından, detalların xüsusi vasitələrə və məftilə asılmasından, vannalara doldurulmasından (indiki halda vannaya), xrom örtüyünün çəkilməsindən sonra onların vannadan çıxarılmasından, isti və soyuq suda yuyulmasından, qurudulmasından, məftil və anodların təmizlənib düzəldilməsi, cihazlara qoyulan iş rejiminə riayət edilməsi, örtükdən sonra detalların konservasiyası (ləkələrdən qorunması) və qablaşdırılması, zay örtüklərin çıxarılması və mövcud təlimata əsasən hissələrin örtüyünün bərpasından (əgər zay örtüklər olarsa) ibarətdir.
46. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların müddəalarının təfsirindən və işin faktiki hallarının qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, iddiaçın ın xx.xx.1991-xx.xx.2005 və xx.xx.2006-xx.xx.2014-cü illərdə işlədiyi halvanik peşəsi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 sayli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XİV bölməsinin 2150500a-11629 şifrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.7-ci bölməsinin “a” bəndinə uyğun olması faktı iş materialları ilə təsdiq olunur.
47. Nəzərə almaq lazımdır ki, halvanikləşdirmə proses (prosed ur) olaraq, müxtəlif təyinatlı məmulatların xromlaşdırılması, nikelləşdirilməsi və ya oksidləşdirilməsi üçün emal olunan predmetlərə xüsusi kimyəvi məhlullardanelektrolitlərdən ibarət üz örtüyünün çəkilməsini nəzərdə tutur. Halvanikləşdirmə proseduru metal emalı ilə bağlıdır və iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən maşınqayırma, tikinti, səhiyyə, kosmik sənayesi sahələrində həmin sahələrin ehtiyaclarının ödənilməsi məqsədi ilə geniş miqyasda istifadə olunur. Həmin prosedur qeyd olunan məmulatların istismar müddətinin uzadılması və istehlak keyfiyyətlərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Buna uyğun olaraq halvanik peşəsi halvanik metod vasitəsi ilə detallara və digər metal məmulatlara halvanik örtüyün çəkilməsi ilə bağlı fəaliyyəti ehtiva edir. Həmin peşə əmək şəraiti nə və halvanikləşdirmə (emal) prosesində istifadə olunan kimyəvi tərkiblərin xarakterinə görə kifayət qədər zərərli peşə hesab olunur. Beləliklə, istinad olunan siyahıda metal emalı bölməsində nəzərdə tutulmasına rəğmən, metal emalının fəaliyyət sahəsi kimi iqtisadiyyatın müxtəlif sahələrinin istehsalat ehtiyaclarının ödənilməsi məqsədlərinə xidmət etdiyi, bunun üzərindən halvanik peşəsinin də yalnız həmin sahə ilə məhdudlaşmadığı və ümumi xarakter daşıdığı nəzərə alınmalı, bu baxımdan iqtisadiyyatın müxtəlif sahələrinə bağlı halvanik peşəsi də qeyd olunan siyahıda nəzərdə tutulmuş halvanik peşəsinə uyğun hesab edilməlidir.
48. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmək də haqlı sayılmalıdır. Odur ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğundur.
49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
50. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-834/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.