Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1141/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə aktına əsasən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Ucar Bələdiyyəsi) “Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 540 kv.m torpaq sahəsi üzrərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-48/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ucar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı iclas protokolundan çıxarışa əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ucar şəhərinin Azərbaycan küçəsi ərazisində mağaza tikintisi altına 540 kv.metr torpaq sahəsi iddiaçıya satılmışdır. 2. xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmış torpaqların alqı-sa tqısına dair aktına əsasən iddiaçının direktoru X3 540 kv.m torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsi, Ucar bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilərək təsdiq edilmişdir. 3. 25 mart 2004-cü il tarixli kassa mədaxil orderinə əsasən 1 560 000 manat iddiaçı tərəfindən bələdiyyənin hesabına ödənilmişdir.
4. Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən 540 kv.m torpaq sahəsinin faktiki koordinatları əsasında baza məlumatlarında aparılmış araşdırma zamanı elektron (DWG) xəritələrdə həmin ərazi ictimai tikililərin ərazisi kimi qeyd olunmuşdur. Həmin ərazinin dövlət torpağı olub-olmaması ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. Elektron uçot xəritələrinə əsasən h əmin ərazi bələdiyyə mülkiyyəti olmaqla, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası isə təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar (ticarət obyekti) kimi qeyd olunmuşdur.
5. İddiaçı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********40 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Ucar şəhərinin Azərbaycan küçəsində yerləşən 540 kv.metr sahibkarlıq torpaq sahəsinin qeydiyyatı ilə bağlı Ucar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı protokoldan çıxarış, ləğv edilmiş DTXK-nin Ucar rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarix li 184 nömrəli torpaqların alqısatqısına dair akt əsas sənəd kimi təqdim edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nin Ucar rayon şöbəsinin və Ucar RİHB-nın Memarlıq və Tikinti şöbəsinin rəyi təqdim edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd edilən sənədlər X1 aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 540 kv.m torpaq sahəsi üzrərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhd əliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması:
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə Ucar Bələdiyyəsinə müraciət edərək, Ucar şəhəri, Azərbaycan küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 540 kv.m torpaq sahəsinin satılmasını xahiş etmişdir. İddiaçının ərizəsi Ucar Bələdiyyəsinin 8 aprel 2004-cü il tarixli iclasında müzakirə edilmiş, Ucar Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ucar şəhəri, Azərbaycan küçəsi ərazisindən 540 kv.m torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Sözügedən qərar qəbul edilməmişdən öncə satılmış torpaq sahəsinə aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən baxış keçirilmiş, baxışın nəti cəsinə dair müvafiq akt və sxematik plan tərtib edilərək 540 kv.m topraq sahəsinin iddiaçıya satılması məqsədə müvafiq hesab edilmişdir. Ucar Bələdiyyəsinin 8 aprel 2004-cü il tarixli 4 nömrəli qərarı əsasında xx.xx.2004-cü il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilərək, Ucar Bələdiyyəsinin sədri, ləğv olunmuş Azərbaycan Republikası DT və XK-nın Ucar rayon şöbəsinin müdiri və iddiaçının direktoru tərəfindən imzalanmış, sözügedən akt xx.xx.2005-ci il tarixdə 184 nömrə ilə Azərbaycan Republikası DT və XK-nın Ucar rayon şöbəsində qeydiyyata alınmışdır. Torpağın alqı-satqısına dair akt tərtib edilərkən iddiaçı tərəfindən Ucar Bələdiyyəsinin hesabına 1560.000 AZM ödənilmişdir. Ucar Bələdiyyəsi tərəfindən satılmış 540 kv.m torpaq sahəsi üzərində iddiaçı mülkiyyət hüquqlarını dövl ət qeydiyyatına aldırmaq üçün cavabdeh inzibati orqana müraciət etsə də, sözügedən inzibati orqan xx.xx.2021-ci il tarixdə iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir, imtinanın səbəbi kimi ləğv edilmiş DT və XK-nin Ucar rayon şöbəsinin və Ucar RİHB-nın Memarlıq və Tikinti şöbəsinin rəyinin təqdim edilməməsini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 verilmiş sorğunun nəticəsi olaraq, Ucar Bələdiyyəsinin iclas protokolunun X1 aşkar edilməməsini göstərmişdir. Cavabdehin etirazları:
9. Cavabdehin etirazının əsaslarını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Ucar Bələdiyyəsi üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-95/2022 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilmiş, cavabdehin üzərinə Ucar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli iclasının 04 saylı protokolunun qərarı ilə satılmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 540 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ucar Bələdiyyəsinin xx.xx.2004cü il tarixli 04 saylı iclas protokolundan çıxarış qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 540 kv.m torpaq sahəsi satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, Ucar bələdiyyəsi və DTXK-nin Ucar rayon şöbəsi tərəfindən təsdiq edilmiş, satılması nəzərdə tutulan torpaq sahəsinin sxematik planı ilə də təsdiq edilir.
13. Torpaq sahəsi Ucar bələdiyyəsinin mülkiyyətində olmuş, bələdiyyə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara tam riayət edilmədən, prosedur pozuntularına yol verilməklə iddiaçıya satılmışdır. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Odur ki, müvafiq rəyin əldə edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icra at nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
14. Ucar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı iclas qərarı Ədliyyə Nazirliyinin X1 aşkar edilməməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, müvafiq qərarın X2 təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onunan hal iddiaçının ziyanına şərh edilə və həmin qərarın mötəbərliyinin şübhə altına salınmasına əsas ola bilməz. 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-48/2023 nömrəli qərarı ilə (hakimlər V.İ.Məlikov /sədrlik edən, məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-95/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi ni, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətinin məzmunu və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun imtina məktubunun, birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 23. “İnzibati icraat haqqında” Qanun: Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
24. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Şi kayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
28. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə ko llegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, Ucar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı ilə Ucar Bələdiyyəsinin torpaqlarına aid olan Ucar şəhərinin Azərbaycan küçəsi ərazisində mağaza tikintisi altına 540 kv.metr torpaq sahəsinə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır. 31. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona eti mad göstərmək haqqına malikdir”.
32. Ucar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində göstərilən sənədlərə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. 33. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmü ş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
34. UcarBbələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 nömrəli qərarı geri çağırılmamış, ləğv edilməmiş, hər hansı səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, hazırkı halda da hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
35. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normaların məzmunundan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-48/2023 nömrəli qərarı dəyişdirilmədən