Məhkəmə qərarları › İş №2-1(102)-1142/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1142/2020

21.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1142/2020 21.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə (üçüncü şəxslər Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: İnzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr; kompensasiya verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Dadaşovdan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin iştirakı ilə) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)287/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə (üçüncü şəxslər Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin iştirakı ilə) qarşı texniki pasporta əsasən cəmi meydançanın sahəsi 401.2 kv.metr təşkil edən iddiaçının ümumi paylı mülkiyyətçisi olduğu Bakı şəhəri, nnn ev üzrə mülkiyyətində olan 3/48 hissənin və qanuni sahiblik və istifadə hüquqlarının mövcud olduğu müvafiq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar yuxarıda qeyd edilən 18750 manat, 37500 manat, 1875 manat, 3750 manat, 4125 manat və 8250 manat pul kompensasiyalarının, 7425 manat vurulmuş maddi zərərin əvəzinin və 10000 manat vurulmuş mənəvi zərərin əvəzinin cəmi kimi yekun olaraq 91.675 manat pul kompensasiyasının və vurulmuş zərərin əvəzinin müvafiq qaydada rəsmiləşdirmə aparılmaqla ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, nnn hissəsi ümumi paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. nnn evin Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1966-cı ildə tərtib edilmiş 3452 reyestr nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən Bakı şəhəri nnn ev üzrə cəmi meydançanın sahəsi 401,2 kv.metr, tikin tinin sahəsi isə 199,8 kv.metr təşkil edir. Söküntü zonasına düşmüş nnn ümumi paylı mülkiyyətçisi olmağını və torpaq sahəsi üzərində qanuni sahiblik və istifadə hüquqlarını təsdiq edən müvafiqhüquqmüəyyənedici sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1966-cı ildə tərtib edilərək verilmiş 3452 reyestr nömrəli evin texniki pasportunu və digər zəruri sənədləri qanunvericiliyin tələblərinə uyğun surətdə pul kompensasiyasının hesablanaraq əvəz kimi ona verilməsi üçün Bakı şəhəri Cavabdeh nəzdində Köçürmə Komissiyasına təqdim etmişdir. Lakin ona məxsus olan daşınmaz əmlakı n - söküntü zonasına düşmüş Bakı şəhəri, nnn evin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona əvəz kimi verilməli olan hansı məbləğdə pul kompensasiyasının hesablanması barədə hal-hazıra kimi rəsmi qaydada məlumat verilməmiş, bu barədə sənədlər - müstəqil qiymətləndirici kimi cəlb edilmiş “xxxx” MMC-nin təklifinin “Qiymətləndirmə hesabatı”nın və qiymətləndirmə komissiyasının qərarının surətləri ona rəsmi qaydada təqdim olunmamış və onunla notariat qaydasında təsdiq edilməklə alqı-satqı müqaviləsi bağlanmamışdır. Hazırda isə əvəz kimi ona müvafiq pul kompensasiyasının ödənilməsi təmin edilmədən ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, nnnev sökülmüşdür və nəticədə Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq müqavilələrlə təminat verilmiş və qorunan mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-2870/2019 nömrəli (sədrlik edən hakim E.Əliyev) qərarı ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, nnn ev üzrə İddiaçı mülkiyyətində olan 3/48 hissəsinin dövlət ehtiyacları məqsədi ilə sökülməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq iddiaçıya məxsus sahəsi 10.55 kv.m olan tikilinin sökülməsinə görə 15825 manat məbləğinin Cavabdehndən İddiaçı ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının qismən ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsi hissəsində rədd edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-287/20 nömrəli (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2870/2019 saylı qərarının mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,mübahisə predmeti olan evə dair iddiaçının, onun qardaşı X5 və bacısı X2 hər birinin 3/48 hissəyə dair mülkiyyət hüquqları olsa da, həmin ünvanda 1977-ci il tarixind ən yaşamadıqları və həmin sahələrin faktiki olaraq mövcud olmadığı aşkar edildiyindən «Daşınmaz əmlakın alınması Qrupu» tərəfindən iddiaçıya, eyni zamanda digər payçılar olan iddiaçının qardaşı X7 və bacısı X4 ümumi 31,65 kvadrat metr yaşayış sahəsinə dair 15000 manat məbləğində kompensasiya depozit hesabına köçürülmüşdür. İddiaçının atası mərhum aaa mülkiyyətində olan Bakı şəhəri, nnn evi vəfatından əvvəl keçmiş həyat yoldaşı olan X3 və övladları X8 və X1 vəsiyyət etmişdir.Həmçinin, İddiaçı həmin ünvanda 1977-ci il tarixindən yaşamaması barədə digər payçılar və həmin ünvanda yaşayan şəxslər tərəfindən tərtib edilərək imzalanmış xx xxxxxx 2018-cı il tarixli akt mövcuddur. aaa Bakı şəhəri, nnn mənzilini xx xxx 1997-ci il tarixində ikinci həyat yoldaşı olan X6 adınan özəlləşdirərək onu və öv ladları İddiaçı, xxx mənzillə təmin etmişdir. Beləliklə, İddiaçı mübahisə predmeti olan evə dair mülkiyyət hüququnun hansı əsaslarla alması məlum deyildir. Çünki, İddiaçı, xxx atalarından qalan miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı 12 saylı Dövlət Notariat kontorunun şəhadətnamənin verilməsinə dair imtinası mövcuddur. Kompensasiya məbləğinin depozit hesabına qoyulması ilə bağlı məhkəməyə sübut təqdim edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən hər hansı tədbir görülməmiş və şərait yaradılmamışdır. Apelyasiya məhkəməsi sözügedən məbləğin iddiaçının depozit hesabına qoyulması ilə bağlı araşdırma aparmayaraq bu məsələdə yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)2870/2019 saylı qərarında qeyd olun anlara əsaslanmışdır. Beləliklə, iddiaçınin RX seriyalı ******* sayli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mübahisə predmeti olan evə dair 10,55 kvadrat metr sahəsinə mülkiyyət hüquqları olsa da, «Daşınmaz əmlakın alınması Qrupu» tərəfindən əmlaka baxış keçirən zaman faktiki olaraq həmin sahənin mövcud olmaması və sözügedən ünvanda iddiaçının yaşamaması aşkar edilmişdir. Belə ki, mövcud olmayan sahəyə görə kompensasiya ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 nömrəli Qərarının 1-ci hissəsi ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara m əxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındaki ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayil bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Baki şəhəri Cavabdeh müəyyən edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-287/2020 saylı qərarını ləğv edərək işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prose ssual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülərək məhkəmə kollegiyası tərəfindən tərəflərə İPM-in 16.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, xx xxxxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-287/2020 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 21( 81)-2870/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən, Mülki Məcəllənin 140-cı maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 19.1, 19.2-ci maddələrinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 4.1, 7.1, 7.2, 7.3.1-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, cavabdehin kasasiya şikayətindəki dəlillərinin xülasəsi ondan ibarətdir ki, iddiaçının mülkiyyət hüququnu hansı əsasla əldə etməsinin məlum olmaması və onun Bakı şəhəri, nnnevdə faktiki olaraq yaşamamasıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin dəlillərə əsaslanaraq bildirdiyi hüquqi mövqeyi yanlışdır. Bu baxımdan da apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının mübahisə predmeti olan evə dair mülkiyyət hüququnun hansı əsaslarla əldə edilməsinin araşdırılması və mülkiyyət hüququnu əsassız əldə etməsi əsası ilə kompensasiya ödənişinin məbləğinin azaldılması qanunsuz və əsassızdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azər baycan Respublikası Qanununun 7.1-ci maddəsinə görə torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə müvafiq olaraq alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla k ompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 7.3.1-ci maddəsinə əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Həmçinin, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh orqanın sifarişi ilə «xxxx» MMC tərəfindən hazırlanmış iddiaçının paylı mülkiyyətində olan fərdi yaşayış evinin qiymətləndirmə hesabatından çıxarışına əsasən həmin evin əsas və köməkçi sahələrinin 1 kvadrat metri üçün digər paylı mülkiyyətçilərə 1500 manatdan (Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və d igər əlavələr nəzərə alınmaqla) kompensasiya ödənilməli olduğu müəyyən edilmişdir. Cavabdeh orqan iddiaçıya və digər mülkiyyətçilər X7, X4 mülkiyyətlərində olan 31,65 kvadrat metr yaşayış sahəsinə görə təklif edilən cəmi 15000 manat kompensasiya məbləğinin hansı qaydada hesablandığını əsaslandırmamış, həmin məbləğin iddiaçının depozit hesaba qoyulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. «Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qə rarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X15 küçəsi, nnn ünvanda yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakın işdəki çıxarışa əsasən ümumi sahəsi 168,8 kvadrat metr olduğundan, iddiaçının mülkiyyətində olan payın sahəsi 10,55 kvadrat metr təşkil etdiyi üçün əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçıya ödənilməli olan kompensasiya məbləği 15825 (10,55 x 1500 = 15825) manat təşkil edir. Buna görə də, həmin məbləğin cavabdehdən tutulması hissəsində məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şik ayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-287/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar