Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1142/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı X1 (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “18 mart 2020-ci il tarixli qərarın ləğv edilməsi” təl əbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2-1(103)-201/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı fəaliyyətinin 12 yanvar 2016-cı il tarixdən 12 yanvar 2021-ci il tarixədək dayandırılması barədə vergi orqanına 12 yanvar 2016-cı il tarixli ərizə ilə müraciət etmiş və onun müraciəti vergi orqanı tərəfindən təsdiq olunmuşdur.
2. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11.869,9 manat məbləğində ƏDV hesablanması ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07 avqust 2017-ci il tarixli, **********211 600 nömrəli qərar qəbul edilmişdir.
3. İddiaçı xx.xx.2020-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək 07 avqust 2017-ci il tarixli, **********211600 nömrəli qərarla hesablanmış məbləği azaltmışdır.
4. Bundan sonra, cavabdeh tərəfindən iddiaçıya kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11.869,9 manat məbləğində ƏDV hesablanması ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 mart 2020-ci il tarixli, **********726800 nömrəli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 12 may 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin **********726800 saylı, 18 mart 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bəyannamənin təqdim edildiyi hesabat dövrü ərzində hər hansı mallara (işlərə, xidmətlərə) görə pul vəsaiti əldə etməmiş və ya avans almamışdır. Lakin vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə ƏDV tutulan əməliyyatlar üzrə kameral olaraq ona əlavə vergi məbləği hesablanmışdır. Mübahisələndirilən qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında bununla bağlı heç bir əsas göstərilməmişdir. Vergi orqanı həmin qrafada “bu dövr üzrə analoji qaydada vergi məbləği hesablanmışdır” qeydini aparmaqla kifayətlənmişdir. Əslində vergi məbləği cavabdeh tərəfindən vergitutma mənbəyi və qaydası göstərilməklə hesablanmalı idi. İddiaçı vergi orqanına mü raciət edərək, təqdim olunmuş bəyannamənin və digər hesabat sənədlərinin nəzərə alınmasını, əsassız olaraq hesablanmış vergi məbləğinin azaldılmasını, 18 mart 2020-ci il tarixli qərarın ləğvini xahiş etmişdir. Lakin onun müraciəti təmin olunmamışdır.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim olunmuş sonuncu mənfəət vergisi bəyannaməsində ilin sonuna 65.943,89 manat mal qalığı qeyd edildiyi halda, həmin tarixdən sonra iddiaçı tərəfindən təqdim olunmuş bəyannamələrdə dövriyyə məbləğinin göstərilmədiyi məlum olmuşdur. Qeyd olunanlar, eyni zamanda iddiaçının fəaliyyətini dayandırması onun istifadəsində qalmış malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilmiş və vergi dən yayınma riski yaratmışdır. Müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 17 iyul 2017-ci il tarixli, **********638300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri, idxal olunmuş malların saxlanma yeri və mal qalığı barədə ətraflı məlumat, idxal olunmuş malların satış qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim etməmişdir. Ona görə də iddiaçıya Vergi Məcəlləsinin 37, 67, 83cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11.869,90 manat əlavə vergi hesablanmış, bu barədə vergi ödəyicisinə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 avqust 2017-ci il tarixli, **********211600 nömrəli qərar göndərilmişdir. Bundan sonra, iddiaçı 4 fevral 2020-ci il tarixdə 2017-ci ilin may ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək, həmin ay üzrə vergi tutulan əməliyyatlarının olmadığını bəyan etmişdir. Lakin bu dəfə də iddiaçı tərəfindən idxal edilmiş malların saxlanma yeri və mal qalığı barədə ətraflı məlumat, idxal olunmuş malların satış qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlə r təqdim edilmədiyinə görə, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 mart 2020-ci il tarixli, **********726800 saylı qərarı ilə 2017-ci ilin may ayı üzrə 11869.90 manat ƏDV məbləği iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 24 sentyabr 2020-ci il tarixli, 21(112)-4486/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 mart 2020-ci il tarixli, **********726800 nömrəli qərarı ləğv edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə üzrə sübutetmə yükü daşıyan cavabdeh iddiaçının 2016-cı ilin sonuna 65.943,89 manat məbləğində mal qalığının olm ası, yəni əvvəlki hesabat dövrü üzrə mövcudluğu və sonrakı dövr üzrə bəyan olunmamasına dair heç bir sübut təqdim edə bilmədiyindən, cavabdehin mübahisələndirilən 18 mart 2020-ci il tarixli, **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanuna zidd qiymətləndirilməlidir. Belə ki, qəbul edilmiş həmin akt iddiaçı üçün vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəy yən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.
10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A.Cəmilovasədrlik edən, N.Ş.Cəfərov və E.C.Kazımov) 17 mart 2021-ci il tarixli, 2-1(103)-782/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən qərar Vergi Məcəlləsinin 37.2-ci maddəsinin müddətlə bağlı tələblərinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi nə uyğun olmamışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər İ.K.Hüseynov-sədrlik edən və məruzəçi, K.N.Bədəlov və N.İ.Rəsulbəyova) 22 iyun 2021-ci il tarixli, 2-1(102)-1128/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2021-ci il tarixli, 2-1(103)-782/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş 30 iş günü müddəti ilə bağlı tələbə cavabdeh tərəfindən riayət edilməməsini əsas landırmamışdır. Belə ki, iddiaçı tərəfindən 2017-ci ilin may ayı üzrə bəyannamənin təqdim edildiyi 4 fevral tarixdən sonrakı gündən başlayaraq hesabladıqda (VM-in 68.2-ci maddəsi) martın 18-nə təqvim tarixi ilə 43 gün təşkil edir ki, bunun da 13 günü (8, 9, 15, 16, 22, 23, 29 fevral; 1, 7, 8, 9, 14, 15 mart) qeyri-iş günlərinə təsadüf edir (VM-in 68.2-ci maddəsi). Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinin pozulması halının İPM-nin 70.1-ci maddəsi baxımından işin nəticəsinə təsirini əsaslandırmamışdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.S.Hüseynovsədrlik edən, H.Ü.Həmidov və A.Ə.Hüseyn) 18 fevral 2022-ci il tarixli, 2-1(103)-201/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, vergi orqanı xx.xx.2020-ci il tarixli qərarında vergiyə cəlb olunan hesabat dövrünün 2017-ci ilin may ayı olduğunu qeyd etsə də, faktiki olaraq hesablanan verginin iddiaçının 2015-ci il üzrə təqdim etdiyi bəyannamənin əhatə etdiyi hesabat dövrünə aid olması iş materiallarına əsasən sübut olunur. Vergi orqanı tərəfindən vergilərin hesablanması barədə xx.xx.2020-ci il tarixli qərar vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülməklə qəbul olunduğundan qanuna ziddir. Bundan başqa, qeyd edilmişd ir ki, 2015-ci ilin gəlir vergisi bəyannamələrinin təqdim edilmə müddəti 1 aprel 2016-cı il tarixinə qədər olaraq müəyyən edilmişdir. İddiaçının 2015-ci ildən sonra 2016-cı ilin gəlir vergisi üzrə mal-material qalığı mövcud olmamışdır.2017-ci ilin may ayı üzrə ƏDV-nin hesablanması ilə bağlı qərarda həmin dövr üzrə analoji hesablama qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları nəzərdə tutulmuşdur.
18. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı vergi ödəyicisi 2008-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış, bu dövrün böyük bir hissəsi sadələşdirilmiş vergi ödəyicisi olmuş, 2015-ci ilin sonuna olan malları isə həmin 2016-cı il yanvar ayı üzrə ƏDV bəyannaməsi üzrə təqdim etmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2016-cı il 18 may tarixində təqdim etdiyi illik bəyannaməyə lazımi münasibət bildirilməmiş, o cümlədən qalıq mallara münasibətdə həmin vaxt malların mövcud olub-olmaması və bu malların nədən ibarət olması, malların elektron VHF ilə alınması və ya alınmaması, həmin elektron VHF ilə alınmış malların ƏDV depozit hesabı vasitəsilə ƏDV ödənilib-ödənilməməsi, həmin ƏDV depozit hesabı ilə ödənilmiş ƏDV-nin əvəzləşdirilib-əvəzləşdirilməməsi, malların əvəzləşməsinin verilib-verilməməsi aydınlaşdırılmamışdır
19. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayəti məzmun baxımından işin halları, iddia tələbinə qarşı verdiyi etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, vergi orqanının kameral qərarla hesablamasının əsasını məhz əvvəlki dövrlərdə mal qalığı kimi bəyan edilən məbləğin sonradan heç bir hesabatda əks etdirilməməsi təşkil etmişdir. Halbuki, vergi ödəyicisi tərəfindən əvvəlki dövr üzrə bəyan edilən mal qalığı növbəti hesabat dövründə ya təqdim edilərək müvafiq qaydada bəyannamədə öz əksini tapmalı, ya da Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ilə bağlı rəsmilə şdirilməsi həyata keçirilməli və ya növbəti dövrdə də mal qalığı olaraq təsbit edilməli idi. Hazırki iş üzrə mövcud olan mal qalığı qeyd edilən heç bir hala uyğun əks olunmadığına baxmayaraq, məhkəmə tərəfindən sözügedən hal ümumiyyətlə araşdırılmamışdır. Əlavə olaraq apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürüldüyündən, cavabdeh tərəfindən qəbul olunmuş qərar qanuna ziddir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Əvvəlki dövrdə bəyan edilmiş malların vergi ödəyicisinin sahibliyində olmadığı məhz 2017-ci ilin may ayında aşkar edildiyindən, vergi də həmin dövrə münasibətdə hesablanmışdır. Belə ki, iddiaçının təqdim etdiyi 2015-ci il gəlir vergisi bəyannaməsinin 1.3.2-ci bəndinin "Ehtiyatlar" hissəsində hesabat dövrünün sonuna 65.943,89 manat mal qalığı göstərilmiş, lakin 2016-cı ilin gəlir vergisi bəyannaməsində həmin mallarla bağlı məlumat göstərilməmişdir. Cavabdeh orqan kameral vergi yoxlaması ilə bağlı Vergi Məcəlləsinin tələblərinə əməl edərək, yoxlanış apardıqdan sonra, müvafiq uyğunsuzluq məktubu göndərmiş, ödəyici isə vaxtında sənədləri təqdim etməmiş və mövcud mal qalığı barədə məlumat verməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim ed ərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddı 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenid ən kameral vergi yoxlaması keçirilə bilməz. Maddı 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.
23. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsi nin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖ VQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi mə sələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından və Ali Məhkəmənin həmin iş üzrə göstərişləri nəzərə alınmaqla mübahisə predmeti olan qərarın ləğvi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bunun la bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
31. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 2015-ci ilin gəlir vergisi bəyannaməsində ilin sonuna 65943.89 manat mal qalığının olduğunu göstərmişdir. İddiaçının 12 yanvar 2016-cı il tarixli ərizəsinə əsasən, onun fəaliyyəti 12 yanvar 2016-cı il tarixdən 12 yanvar 2021-ci il tarixədək vergi orqanı tərəfindən dayandırılmışdır. Bundan sonra, iddiaçı 18 may 2016-cı il tarixdə həmin il üzrə fiziki şəxslərin gəlir vergisi bəyannaməsini təqdim etmiş, həmin bəyannamədə isə ilin sonuna mal qalığının olmadığını göstərmişdir. Cavabdehin 2017-ci ilin may ayı üzrə ƏDV hesablanması ilə bağlı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 07 avqust 2017-ci il tarixli, **********211600 nömrə qərarı ilə iddiaçıya 11.869,9 manat məbləğində vergi hesablanmış və hesablamanın əsas ını iddiaçının istifadəsində qalmış malların təqdim olunması ehtimalı təşkil etmişdir. 04 fevral 2020-ci il tarixində iddiaçı tərəfindən həmin məbləğ azaldılmışdır. Məhz bundan sonra cavabdeh mübahisələndirilən qərarı qəbul edərək hesablanmış vergini iddiaçının şəxsi hesab vərəqəsində bərpa etmişdir.
32. İş üzrə materiallardan görünür ki, kassator mübahisələndirilən qərarın qanuniliyini Vergi Məcəlləsinin 67.15-ci maddəsi ilə əsaslandırır. Həmin maddənin (mübahisələndirilən qərarın qəbul edildiyi zaman qüvvədə olan redaksiyasında) məzmununda isə qeyd olunmuşdur ki, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə, vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır.
33. Başqa sözlə, cavabdeh 67.15-ci maddənin tələbi baxımından hesab edir ki, iddiaçının mal qalığının (2015-ci ilin gəlir vergisi bəyannaməsindəki məlumatlara əsasən) faktiki olaraq onun sahibliyində olmadığı 2017-ci ilin may ayında müəyyən (aşkar) edildiyindən, həmin dövr üzrə verginin hesablanması qanuni olmuş və 3 illik müddət ötməmişdir.
34. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı 2016-cı ilin 18 may tarixində fiziki şəxslərin gəlir vergisi bəyannaməsini təqdim etmiş və həmin bəyannamədə mal qalığını “0” göstərmişdir. Başqa sözlə, 18 may 2016-cı il tarixindən cavabdeh malların iddiaçının sahibliyində olmadığı barədə məlumatlı olsa da, ilkin kameral yoxlamanı 2017-ci ilin iyul-avqust aylarında aparmış və həmin malların 2017ci ilin may ayında təqdim edildiyi nəticəsinə gəlmişdir. Eyni zamanda, cavabdeh 2016-cı ilin fiziki şəxslərin gəlir vergisi bəyannaməsində qeyd olunmuş məlumatları mübahisələndirməmiş, həmin bəyannamə üzrə hər hansı hərəkət etməmişdir.
35. Göründüyü kimi, 2016-cı ilin 18 may tarixindən etibarən vergi orqanı mal qalığı ilə bağlı məlumatlı olmuş (diqqətli olacağı təqdirdə ən azından məlumatlı olmalı idi), buna baxmayaraq kameral yoxlamanı 2017-ci il tarixində (beləliklə də Vergi Məcəlləsinin 37.2-ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olan redaksiyasının tələblərinə zidd olaraq) aparmaqla və malların 2017-ci ilin may ayında təqdim edilməsi nəticəsinə gəlməklə qanunun tələblərini pozmuşdur. Bu baxımdan cavabdeh hazırda mübahisələndirilən qərarın əsasını iddiaçı barəsində 2017-ci ildə aparılmış kameral vergi yoxlamasının təşkil etdiyinə, eləcə də malların iddiaçının faktiki sahibliyində olmadığının 2017-ci ilin may ayında müəyyən edildiyinə istinad etsə də, qeyd edilən dəlillər işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə və iş üzrə toplanmış sübutlarla təkzib olunur.
36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verginin malların iddiaçının faktiki sahibliyində olmadığının aşkar edildiyi hesabat dövrü üzrə hesablanmadığı, həmçinin 18 may 2016-ci il tarixindən Vergi Məcəlləsinin 85.4-cü maddəsində təsbit edilmiş 3 illik müddətin keçdiyi nəzərə alınaraq mübahisələndirilən qərar qanunsuz sayılmalıdır. 37 Nəticə etibarı ilə, cavabdehin kassasiya şikayəti əsassız olduğu ndan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 21(103)-201/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.