Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1142/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvvəlki müddət üzrə ödənilməmiş sosial müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.2005-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş sosial müavinətin 2020-ci ilin y anvar ayından hesablanması və müavinətin ödənilməmiş hissəsinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-54/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Tibbi-Sosial Ekspertiza və X3 çıxarışa əsasən, iddiaçı xx.xx.2020-ci ildə müayinə olunmuş, ona “iki tərəfli neyrosensor ağır eşitmə 3-4 dərəcə” diaqnozu qoyulmuş, lakin ona sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasından imtina edilmişdir. Səbəb kimi göndərişin natamam doldurulması (göndəriş mütəxəssis həkimlərin rəyi ilə əhatə olunmayıb) qeyd edilmişdir.
2. Tibbi-Sosial Ekspertiza və X3 çıxarışa əsasən, iddiaçı Zaqatala RMX-nin xx.xx.2020-ci il tarixli 0256003AAKVT nömrəli göndərişi əsasında xx.xx.2020-ci il tarixdə müayinə olunmuş, ona “eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, hər iki xarici qulaq keçəcəyi geniş və qurudur, hər iki qulaqda təbil pərdəsi tamdır. AD=AS-0 metrdir. İki tərəfli İV dərəcəli neyrosensor ağıreşitmə nitq pozğunluğu ilə, eşitmənin iki tərəfli itirilməsi ilə əlaqədar olaraq qüsurlu nitq pozğunluğu” diaqnozu qoyulmuş, lakin ona sağlamlıq imkanlarının məhdudluğunun təyin olunmasından imtina edilmişdir. Səbəb kimi göndərişin natamam doldurulması (diaqnozu təsdiq edən müayinələr sonadək aparılmayıb, bera testinin nəticələri dəqiqləşdirilsin) qeyd edilmişdir.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubuna əlavə olu nmuş Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********7 nömrəli əmri ilə yaradılmış 2 nömrəli komissiyanın xx.xx.2021-ci il tarixli **********3 nömrəli iclas protokolunda qeyd edilmişdir ki, əlilliyin müəyyən olunması məqsədilə aparılmış qiymətləndirmə üzrə Agentlikdə mütəxəssislərin iştirakı ilə baxılması zamanı 15 nəfər şəxsin təqdim etdikləri tibbi sənədlər, eləcə də sağlamlıqlarının mövcud vəziyyətinə əsasən onların əlillik vəziyyətinə yenidən baxılması zəruri hesab edilmişdir. Protokola əlavə olunmuş siyahıda adları qeyd edilmiş vətəndaşlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”y ə uyğun olaraq 6 nəfərə əlillik təyin edilməsi, 9 nəfərə isə “DƏƏTE” edilməsi və bu barədə qərar qəbul edilərək əlillik altsisteminə daxil edilməsi qərara alınmışdır. Həmin qərarla İddiaçı xx.xx.2020-ci il tarixdən 18 yaşına kimi əlillik müəyyən edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək, ödənilməmiş aylar üzrə sosial müavinətin ona ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci və 7.0.4-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pens iyası hüququ olmadıqda və bu Qanunun 9.1.3-cü maddəsinə uyğun olaraq 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin olunur. Bildirilmişdir ki, X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən iddiaçının xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuşdur. Müvafiq olaraq iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 150 manat, xx.xx.2022-ci il tarixindən 200 manat məbləğində sosial müavinət təyin edilmişdir (hazırda ödənişi davam etdirilir). Sözügedən Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin məbləği ötən dövrdəki ayların sayına bölünərək cari müavinətin üzərinə əlavə edilməklə ödəni lir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixindən ötən dövr üzrə hesablanmış sosial müavinətin məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq Qanuni nümayəndə övladının cari müavinətinin üzərinə əlavə olunaraq ödənilməkdədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 12 may 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya təyin edilmiş sosial müavinətin 2020-ci ilin yanvar ayından hesablanması və müavinətin ödənilməmiş hissəsinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uşaqlıqdan İV dərəcəli iki tərəfli eşitmə zəifliyi və nitq pozğunl uğu xəstəliklərindən əziyyət çəkir. İddiaçının sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı rəy verilmiş, lakin sosial müavinətin 2020-ci ilin noyabr ayından hesablanması qərara alınmışdır. Halbuki, iddiaçı 2020-ci ilin yanvar ayından etibarən sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı sosial müavinət almaq üçün müraciət etmişdir. İddiaçının qanuni nümayəndəsi cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
8. Cavabdeh iddia tələbinə qarşı etirazda imtina məktubunun dəlillərini sadalamış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlillik dərəcəsi xx.xx.2020-ci il tarixdə müəyyən edildiyi üçün sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgün təyin edilmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X 1 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçıya 18 mart 2020-ci il tarixli müayinə nəticəsində göndərişin tam doldurulmaması səbəbi ilə sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsindən imtina edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1332/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş, həmin tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət təyin edilmişdir. Həmçinin təyinat Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçının iddia tələbinə dair iş olduğu müddətdə aparılmış və iş üzrə icraata mübahisənin artıq aradan qalxması əsası ilə xitam verilmişdir. İddiaçı barəsində ödənişlər yenidən təyinat aparıldığı tarixdən həyata keçirilməkdədir. Göstərilənlərə əsasən, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edilmədiyindən o, ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməmişdir. Odur ki, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə uyğun olmuşdur.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-54/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1332/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KA SSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: -3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: -1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. -1.7. şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəll ənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya instan siyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
25. Bu mənada, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2020-ci il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan və iddiaçının sağlamlıq imkanlarının məhdudluğu xx.xx.2020-ci il tarixdən əvvəlki tarixlərdə təsdiq edilmədiyindən ona h əmin müddətə görə müavinət təyin edilməsi barədə tələb əsaslı hesab edilə bilməz.
26. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-54/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.