Məhkəmə qərarları › İş №2-1(102)-1143/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1143/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1143/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya sının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(103)-856/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 21 iyul 1979-cu il tarixli 6956 nömrəli attestata əsasən iddiaçı 1 sentyabr 1978cu il tarixdən 21 iyul 1979-cu il tarixədək peşə məktəbində təhsil almışdır.

2. N/Z ******* nömrəli hərbi biletə əsasən iddiaçı 25 oktyabr 1979-cu il tarixdən 9 dekabr 1981-ci i tarixədək hərbi xidmətdə olmuşdur.

3. İT-İ № ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-ci il tarixədək 8 nömrəli enerji sahəsinə 2-ci dərəcəli montyor), xx.xx.1982-ci il tarix dən xx.xx.1984-cü il tarixədək 8 nömrəli enerji sahəsinə №16 elektrik avadanlıqlarının saxlanılması və qulluğu üzrə montyor, xx.xx.1984-cü il tarixdən 4 №-li əlvan metal tökmə sexində 4-cü dərəcəli montyor, xx.xx.1986-cı il tarixdən elektrik avadanlıqlarının saxlanılması üzrə 5-ci dərəcəli montyor, xx.xx.1987-ci il tarixdən həmin yerdə komplekt briqadasına elektrik avadanlıqlarının saxlanılması və təmiri üzrə 5-ci dərəcəli montyor, xx.xx.1993-cü il tarixdən elektrik avadanlıqlarının təmiri və saxlanması üzrə elektromontyor peşələrində işləmiş, xx.xx.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" Firmasında elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru, xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MM C-də elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru, xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-də elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru işləmişdir.

4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh 26 oktyabr 2020-ci il tarixli, **********1 nömrəli məktubla pensiya təyin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilən 10 oktyabr 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2003 - xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Firmasında, xx.xx.2008-xx.xx.2016-cı il tarixləri arasındakı dövr "xxxx" MMC-də, xx.xx.2016-cı il tarixdən bu günədək "xxxx" MMC-də işləməsi qeyd edilmişdir. Adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitorinq) ” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrləri onun ümumi iş stajına daxil etmək mümkün deyil və buna görə də onun ümumi iş stajı 24 il 02 ay 13 gün olmaqla qanunda nəzərdə tutulmuş 25 il müddətindən azdır. Həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.800 manat hesablandığı h alda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 27.465,62 manatdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə ilk dəfə 1979cu il tarixdən 2-ci dərəcəli elektrik montyoru kimi Mərkəzi Elektrotökmə zavodunda başlamışdır. Hərbi xidmətə getmiş və daha sonra xx.xx.1982-ci il tarixdən xx.xx.2003cü ilədək Mərkəzi Elektrot ökmə zavodunda elektrik avadanlıqlarının təmiri və qulluğu üzrə elektrik montyoru kimi zərərli işdə işləmişdir. 2003-cü ildən "xxxx" firmasında, "xxxx" və "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləmişdir. Adlar fərqli olsa da, bu şirkətlər bir müəssisədir. Hal-hazırda da "xxxx" MMC-də çalışır. Hazırda 41 il ümumi, ondan da 37 il (1982-ci ildən bu günədək) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə stajı vardır. Cavabdehin etirazları:

7. Cavabdeh iddiaya dair imtina məktubunun məzmununa uyğun etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 2-1(112)-2510/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddiaçıya 57 yaşının tamam o lduğu xx.xx.2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə iddiaçının "xxxx" Firmasında elektrik avadanlıqları üzrə təmirçi elektrik montyoru işlədiyi dövr “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67, 69-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 və 3-cü bəndləri, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının t əyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndini nəzərə almaqla hesab etmişdir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının həmin müəssisədə işlədiyi dövrlə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə əmək kitabçası ilə təsdiqləndiyindən sözügedən dövr üzrə hesablanan sığorta stajı müddəti iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(103)-856/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının ümumi sığorta stajı qanunda qeyd edilən müddətlərdən azdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 10 oktyabr 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2003xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Firmasında, xx.xx.2008xx.xx.2016-cı il tarixləri arasındakı dövr "Hüseyn LTD” MMC-də, xx.xx.2016-cı il tarixdən bu günədək "xxxx" MMC-də işləməsi qeyd edilmişdir. Adıçəkilən müəssələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılmış, həmin müəssisələrin X2 Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də həmin dövrləri onun ümumi iş stajına daxil etmək mümkün deyil və buna görə də ümumi iş stajı 24 il 02 ay 13 gün olmaqla qanunda nəzərdə tutulmuş 25 il müddətindən azdır. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kap italı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 27.465,62 manatdır.

15. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********9 saylı məktubundan görünür ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri” böl ümündə sığortaedən, “S.Steel Company“ MMC **********8 saylı SUN-la və ********** saylı VÖEN-lə uçota alınmışdır. Sığortaolunan, İddiaçı fərdi şəxsi hesabında "xxxx" və “Hüseyn” LTD ilə bağlı məlumatların qeyd olunmadığı müəyyən olunmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

18. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmay araq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... 19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edil ir: 3.2.1. əmək kitabçası;... 20. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gü ndən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil et diyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. İş materiallarında olan sənədlərə (attestat, hərbi bilet, əmək kitabçası, güzəştli ar ayış) əsasən, iddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq olduğu və bu stajın 12 il 6 aydan artıq hissəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışdığı təsdiq olunduğundan iddiaçının yuxarıda istinad edilən normaların məzmunundan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

28. Cavabdehin mübahisələndirdiyi tarixlərə aid əmək fəaliyyətinə dair apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir.

29. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

30. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

31. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

32. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 1 yanvar 2006cı il tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.

33. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 2 mart 2022-ci il tarixli, 21(103)-856/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar