Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1143/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" X1 Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 say lı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" X1 Cəmiyyətinə qarşı "cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 13089,23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 14000 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsi ilə satılması" tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(107)-131/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" X1 Cəmiyyətinin bəyannaməsi əsasında onun 2020-ci ilin iyun ayına 13089,2 manat vergi borcu yaranıb. 2. xx.xx.2021-ci il tarixli qərarla vergi öhdəliklərinin yerinə yetirilməsi ü çün iddiaçı tərəfindən cavabdehə məxsus olan Mingəçevir şəhəri Gəncə şossesində yerləşən maşın təmiri zavodunda olan əmlakın siyahıya alınması qərara alınmışdır.
3. Bundan sonra həmin qərar əsasında vergi orqanının əməkdaşları tərəfindən sözügedən maşın təmiri zavoduna baxış keçirilmiş, əmlakın siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokol tərtib edilmiş və tərəflər arasında vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında akt tərtib edilmişdir.
4. Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola 1 nömrəli əlavədə göstərilmişdir ki, "xxxx" X1 Cəmiyyətinə məxsus maşın təmiri zavodunda yerləşən qiyməti 14000 manat olan bir neçə əmlak, o cümlədən 1 ədədinin qiyməti 6000 manat, 1 ədədinin isə qiyməti 5000 manat olan 2 ədəd pardaqlayıcı dəzgah, qiyməti 3000 manat olan 1 ədəd deşici dəzgah siyahıya alınmışdır.
5. İddiaçı tərəfindən cavabdeh "xxxx" X1 Cəmiyyətinə əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xx.xx.2022-ci il tarixli **********046500 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir.
6. İddiaçı tərəfindən cavabdehə onun xx.xx.2020ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 13089,23 manat (9298,65 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə + 3790,58 manat faizlər üzrə) məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olduğu və yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə xx.xx.2022-ci il tarixli **********4 nömrəli bildiriş göndərilmiş, buna baxmayaraq cavabdeh tərəfindən vergi borcu ödənilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 13089,23 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 14000 manat məbləğində siyahıya alınmış əmlakın hərrac vasitəsi ilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsində işin hallarını sadalamış əlavə olaraq cavabdeh borcunu könüllü olaraq ödəməməsini qeyd etmişdir.
9. Şəki İnzibati Məhkəməsi 20 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2158/2022 nömrəli qərarı ilə (hak im V.Qasımov) iddia təmin edilmiş, cavabdeh "xxxx" X1 Cəmiyyətinin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 13089,23 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus olan, xx.xx.2022-ci ildə siyahıya alınmış 14000 manat dəyərində əmlakın (qiyməti 6000 manat olan 1 ədəd pardaqlayıcı dəzgah, qiyməti 5000 manat olan 1 ədəd pardaqlayıcı dəzgah, qiyməti 3000 manat olan 1 ədəd deşici dəzgah) hərrac vasitəsilə satılması öhdəliyinin iddiaçının üzərinə qoyulmuşdur.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh öz vergi öhdəliyini yerinə yetirməməsinə görə iddiaçı cavabdehə məxsus olan siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılmasını tələb etməkdə haqlıdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qə rarın ləğv edilməsini və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(107)-131/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsi 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsin ə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aiddir.
14. Həmin nəticəyə gələrkən məhkəmə Vergi Məcəlləsinin 23.1.15-1, 89.1, 90.1-ci maddələrə istinad etmişdir.
15. Cavabdeh h əmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh hesab edir ki, iddiaçı vergi orqanı öz səlahiyyətləri daxilində iddia qaldırmadan pul tələbinə dair olan qərarlarının icrasını təmin edə bilər. Vergi Məcəlləsinin 23.1.6-ci maddəsinə əsasən, müəyyən edilmiş müddətdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarıdır. Vergi orqanının vergi ödəyicisindən pul tələbinə dair qərarı icra sənədidir və vergi ödəyicisindən vergi borcun dövlət büdcəsinə alınması üçün hər hans ı bir məhkəmə qərarı olmadan inzibati akt sayılan vergi orqanının qərarının icra orqanlara təqdim edilməsi kifayətdir. Belə ki, İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq vəyahəll etməkməqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri inzibati orqandır, həmin orqanın maliyyə sanksiya sının tətbiq edilməsi barədə qərarı inzibati aktdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, inzibati orqan olan iddiaçı - vergi orqanı məcburi qaydada icra edilməsi üçün tələb etdiyi vergi borcunun tutulması barədə qərarı vergi ödəyicisinin yerləşdiyi yerin icra məmuruna göndərmək əvəzinə, vergi borcunun tutulmasına dair təkrarən qərar qəbul edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməklə yuxarıda şərh edilən qanunvericiliyin tələblərini pozmuşd ur. Bundan əlavə, ödənilmədiyi qeyd olunan 13089,23 manat məbləğində borc düzgün hesablanmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, təyin etməmiş, bununla da, əsassız qərar qəbul etmişdir.
17. Kassator mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 15.1, 24.0.1, 53.3, 54.0.2, 89.1, 89.9, 90, 94-cü maddələrinə və istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 2-1(107)131/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Vergi Məcəlləsi: Maddə
16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağ ıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;... Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək;... 23.1.15-1. hesablanmış vergilə r üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;... Maddə
65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicis i vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.... Maddə
78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.... Maddə
89. Əmlakın siyahıya alınması 89.1. Vergi ö dəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.... Maddə
90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraci ət edə bilər. 20. “İnzibati icraat haqqında” Qanun: Maddə
82. Pul tələblərinin icra edilməsi 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərə findən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırıl malıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri gö stərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya mə hkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla be lə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
28. Hazırkı işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, cavabdehin özünün təqdim etdiyi bəyannamə əsasında dövlət büdcəsinə xx.xx.2021-ci il tarixə ödənilməmiş 13089,23 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcu vardır. Cavabdeh həmin borcu ödəmədiyinə görə iddiaçı tərəfindən xx.xx.2021-ci ildə "Əmlakın siyahıya alınması haqqında qərar" qəbul edilmiş, xx.xx.2022-ci ildə cavabdehə məxsus olan bir neçə əmlak siyahıya alınmış, bu barədə "Əmlakın siyahıya alınması haqqında protokol" və "Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokola 1 nömrəli əlavə" tərtib olunmuş, həmçinin əmlakın fotoşəkilləri çəkilmişdir. Siyahıya alınmış əmlak xx.xx.2022-ci ildə cavabdehə məsul saxlamaya verilmiş və bununla əlaqədar "Vergi ödəyicisinin siyahıya alınmış əmlakının saxlanmaya verilməsi haqqında akt" tərtib edilmişdir. Lakin bundan sonra da cavabdeh öz vergi öhdəliyini yerinə yetirməmişdir.
29. Kassatorun əsas dəlili ondan ibarətdir ki, inzibati orqan olan iddiaçı - vergi orqanı məcburi qaydada icra edilməsi üçün tələb etdiyi vergi borcunun tutulması barədə qərarı vergi ödəyicisinin yerləşdiyi yerin icra məmuruna göndərmək əvəzinə, vergi borcunun tutulmasına dair təkrarən qərar qəbul edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməklə “İnzibati İcraat haqqında” Qanunun 82-ci maddəsinin tələblərini pozmuşdur.
30. Qeyd edilən dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı cavabdehin məcburi dövlət sosial sığort a haqqı üzrə yaranmış borcunun ödənilməsi məqsədilə ona məxsus əmlakın hərrac vasitəsi ilə satılması ilə bağlı məhkəməyə müraciət etməklə qanunvericiliyin tələblərini pozmamışdır. Belə ki, inzibati mübahisə ilə bağlı məhkəmə prosesi tərəflərdən hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaradır. Bu isə o deməkdir ki, iddiaçının məhkəməyə müraciət etməsi mübahisə ilə bağlı cavabdehin hüquq və vəzifələrinin bərabər şəkildə təmin olunması, ədalətli məhkəmə araşdırılmasının aparılması ilə nəticələnmiş və cavabdehin hüquqlarının müdafiəsi ilə bağlı əlverişli imkanlar yaradılmış və Vergi Məcəlləsinin 90.1-ci maddəsinin tələləri baxımından iddiaçı məhkəməyə müraciət etməklə hər hansı bir hüquq pozuntusuna yol verməmiş dir.
31. Digər tərəfdən nəzərə almaq lazımdır ki, hazırkı iş üzrə cavabdehin kassasiya şikayətində iddia etdiyi “İnzibati İcraat haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, iddia ərizə üzrə tələb olunan borc məbləğinin hesablanması ilə bağlı vergi orqanının qəbul etdiyi ilkin inzibati akt yoxdur, yəni borc məbləği vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş bəyannamələr əsasında yaranmışdır.
32. Belə olan halda mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 9 fevral 2023-cü il tarixli, 21(107)-131/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.