Məhkəmə qərarları › İş №2-1(102)-1143/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1143/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1143/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962-ci il) cavabdeh xxxna qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 2-1(103)-2134/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yaz ılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş 23 iyul 2015-ci il tarixli 126 nömrəli məlumat vərəqinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq ona 24 il 6 ay 17 gün xidmət müddəti üçün təminat xərcliyinə daxil olan vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payına görə verilən pul kompensasiyasından, büdcədənkənar fonddan vəzifə maaşına əlavə edilmiş 25 faiz əlavədən formalaşan ümumi əmək haqqından 13 iyun 2015-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli 2-1(81)3114/2018 saylı qərarı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə təqdim edilməsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir.

3. Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli yeni məlumat vərəqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Yeni məlumat vər əqəsinin digər növ əlavələr qrafasında büdcədənkənar fonddan daxil olmuş 60 faiz əlavəyə dair məlumatın cəmi məbləği 498.31 manat qeyd edilmişdir.

4. Bundan sonra, iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli 2-1(81)-3114/2018-ci il saylı qərarının izah olunması barədə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-1(112)-11/2020 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli 2-1(81)3114/2018-ci il saylı qərarının qərara aldı hissəsinə “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) sonrakı artım kimi (Azərbaycan Respu blikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1207 saylı Fərmanını qüvvəyə mindiyi tarixdən) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin” kimi başa düşülsün” məzmununda izah verilmişdir. Həmin qərarı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xx.xx.2022-ci il tarixdə icra edərək 31/2022 nömrəli yeni məlumat vərəqəsini təqdim etməklə, cəmi 1883 manat 73 qəpik pul təminatına əsasən pensiyası yenidən hesablanmaqla 1154.46 manat məbləğində müəyyən edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır.

5. İddiaçı cavabdehə müraciət edərək pensiyasının yen idən hesablanması qaydası barədə ona məlumat verilməsini xahiş etmişdir.

6. Cavabdeh 13 may 2022-ci il tarixli **********4 saylı məktubla iddiaçıya bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq onun pensiyası yenidən hesablanmış, 1154.46 manat məbləğində müəyyən edilmiş, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə istinad edilməklə, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmani ilə təsdiq edilmiş “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci bəndinə istinad edilməklə əmək pensiyas ının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyinin faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla, 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 2 faiz tətbiq edilməklə (4×2) təminat xərcliyinin 8 faizi, natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi, cəmi 59 faiz hesablanaraq əmək pensiyasına əlavə edilmişdir.

7. İddiaçı pensiyasının yuxarıda qeyd edilən şəkildə yenidən hesablanm ası ilə razılaşmayaraq yenidən cavabdehə müraciət etmiş və Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli. 31/2022 nömrəli yeni məlumat vərəqəsini Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4x3) təminat xərcliyinin 12 faizi, (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 1.5 faizi, cəmi 63.5 faiz hesablanmaqla icra edilməsini və Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq, pensiya hüququ yarandığı vaxtdan, 2012-ci ilin iyun ayından hesablayaraq birdəfəlik ö dənilməsini xahiş etmişdir.

8. Cavabdehin 19 iyul 2022-ci il tarixli **********2 saylı imtina məktubu 13 may 2022ci il tarixli məktubla eyni məzmundadır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4 × 3) təminat xərcliyinin 12 faizi, (il tamam olmadıqda isə natamam ildəki iş stajı ayl arının sayına mütənasib olaraq hesablanmaqla) 1.5 faizi, cəmi 63.5 faizi hesablamaqla, Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixə qədər hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini işin hallarına uyğun olaraq əsaslandırılmış və qeyd etmişdir ki, 2017-ci ilin yanvar ayında təminat xərcliyində artım olmasına baxmayaraq pensiyasında artım baş verməyib. Onun hüququ 2017-ci ilin yanvar ayında pozulub. xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5-ci qrafasındakı əlavə 2 017-ci ilin yanvar ayında edilmiş əlavədir. Yəni əslində həmin məlumat vərəqi 2017-ci ilin yanvar ayında təqdim edilməli və həmin vaxt qüvvədə olan Qanunun müddəaları tətbiq edilməli idi. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məktubla müraciət edərək, Qanunun yuxarıda qeyd edilən tələblərinə uyğun pensiyasının yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş məbləğin ödənilməsi üçün gömrük əməkdaşlarının vəzifə maaşına büdcədənkənar inkişaf fondundan daxil olmuş 60% əlavəyə dair məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş idarəsinə göndərilməsi barədə qərar verilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsində həmin ərizəyə baxılaraq im tina verilmişdir. O, xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2-1(81)- 3114/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir. 2017-ci ilin yanvar ayında təminat xərcliyinə edilmiş əlavəyə dair məhkəmə qərarının icra olunması gecikdirilmiş, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu dəyişilmiş, nəhayət xx.xx.2022-ci il tarixdə. 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5-ci qrafasına 2017-ci ilin yanvar ayına aid olan 974.23 manat digər növ əlavə yazılmaqla təqdim edilmişdir. “ 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası" Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Bu "Qaydaların 2.5-ci bəndi 25 iyun 2018-ci ildən sonrakı dövrə tətbiq edilməlidir. Əslində, Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanı veriləndən dərhal sonra təminat xərcliyinə edilmiş əlavəni, (yeni məlumat vərəqəsinin 14.5-ci qrafasındakı digər növ əlavənin, 974.23 manatı məlumat vərəqinə yazmaqla göndərsəydi, onda Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən yuxarı xidmət müddətinin (4) hər ili üçün 3 faizi tətbiq edilməklə (4×3) təminat xərcliyinin 12 faizi, (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 1.5 faizi, cəmi 63.5 faiz hesablanmaqla icra olunmalı və Qanunun həmin vaxt qüvvədə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilməli idi. Lakin, həmin vaxt Dövlət Gömrük Komitəsi müraciətinə imtina cavabı vermiş, o, məcbur olub məhkəməyə müraciət etmiş və pozulmuş hüququ bərpa edil mişdir. Lakin, Dövlət Gömrük komitəsi məhkəmə qərarını uzun müddət icra etməyərək 2017-ci ilin yanvar ayında təminat xərcliyinə edilmiş əlavəyə dair məlumatı, nəhayət xx.xx.2022-ci il tarixdə, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5-ci qrafasındakı digər növ əlavənin, 974.23 manatı yeni məlumat vərəqinə yazılmaqla təqdim edilmişdir. İstər Qanunun 32.1-1-ci və 37.7-ci maddələri, istərsə də, “2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı, Qanuna edilmiş dəyişikliklərdən və Fərmandan sonrakı dövrdə təminat xərcliyinə edilmiş əlavələrə tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, Dövlət Gömrük Komitəsi tərəfindən təq dim edilmiş xx.xx.2022-ci il tarixdə, 31/2022 nömrəli yeni məlumat vərəqəsinin 14.5-ci qrafasındakı digər növ əlavənin, 974.23 manat məlumatın Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə təminat xərcliyinə daxil edildiyindən həmin vaxt qüvvədə olan qanunlar tətbiq edilməklə icra edilməlidir. Oxşar xarakterli mübahisəyə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 20 yanvar 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanlmasına dair” 23 s entyabr 2021-ci il tarixli qərarı vardır.

11. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbini rədd olunmasını xahiş etmişdir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci və 37.7- ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. İddiaçı iddia edir ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3 7.7-ci maddəsinin 3 may 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyası tətbiq olunmalıdır. Lakin, Dövlət Gömrük Komitəsi tərəfindən İddiaçı məxsus məlumat vərəqəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2022-ci ildə göndərilmişdir, eyni zamanda İddiaçı iddia ərizəsində göstərir ki, yeni məlumat vərəqəsinin göndərilməsi üçün Dövlət Gömrük Komitəsinə xx.xx.2018-ci ildə müraciət etmişdir. Yəni hər bir halda 3 may 2017-ci il tarixindən sonra müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1 -ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesab lanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 2 faiz tətbiq edilməklə (4x2) təminat xərcliyinin 8 faizi; -natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi. İddiaçı təminat xərcliyinə əlavənin Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli Fərman ilə əlavə edildiyini və ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasının tətbiq edilməli olduğunu iddia etsə də, İddiaçı pensiyasının yenidən hesablanması üçün əsas Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən 15 fevral 2022ci il tarixli 31/2022 nömrəli məlumat vərəqəsi olmuşdur və həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiya yenidən hesablanmışdır. Göründüyü kimi, iddiaçının əvvəlki dövrdə qüvvədə olan qanunvericiliyə istinad edərək pensiyasının yenidən hesablanması tələbi əsassızdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yo l verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

12. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2-1(112)-11708/2022 nömrəli qərarı ilə (hakim A. Abdullayeva) iddia tələbi təmin edilmiş, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 31/2022 nömrəli yeni məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 20.14.1-ci maddəsi tətbiq edilməklə 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 3 faiz tətbiq edilməklə (4×3) təminat xərcliyinin 12 faizi, il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla - 1.5 faizi, cəmi 63.5 faiz hesablanmaqla, Qanunun həmin vaxt qüvvəd ə olan 37.7-ci maddəsi tətbiq edilməklə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixə qədər hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının pensiya hüququ xx.xx.2015-ci il tarixdə yaranaraq, ona həmin tarixdən pensiya təyin edilməsinə baxmayaraq, onun 2017-ci ilin əvvəllərindən etibarən aidiyyəti inzibati orqanlara etdiyi müraciətlərindən imtina edilməsi, həmin imtinalardan sonra məhkəmədə qaldırdığı iddianın təmin edilməsi nəticəsində məhkəmə qərarının icrasına əsasən Dövlət Gömrük Komitəsi tərəfindən təminat xərcliyi yenidən hesablanmış və düzgün tərtib olunmuş məlumat vərəqəsi son olaraq 15 fevral 2022-ci il tarixdə cavabdeh orqana təqdim edilmişdir. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə, ona əvvəlki üç il üçün ödənilməmiş pensiya hesablanmışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 20.14.1 hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üç ün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin— 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. İddiaçının əmək pensiyasının ümumi məbləği müəyyən olunmuş təminat xərcliyinin 63.5 % həcmində (20 il üçün təminat xərcliyinin 50%+4 il üçün aylar nəzərə alınmadan hər ilə görə 3%; il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının say ına mütənasib olaraq hesablanmaqla - 1,5 %) hesablanmalı idi. Lakin, cavabdeh tərəfindən iddiaçının təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi cəmi 59 faiz təşkil etmişdir.

14. İddia tələbinin digər hissəsi olan xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə də, əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbayca n Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin Maddəyə 30 noyabr 2018-ci il tarixində yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödən ilir. Hazırkı halda şəxs artıq təyin olunmuş pensiyanın yenidən hesablanması üçün 2 may 2017-ci il tarixindən öncə, yəni 2019-cu il 1 yanvar tarixindən əvvəl inzibati orqana müraciətlər etdiyindən, yenidən hesablanmış pensiya məbləği ötən bütün müddət üçün ödənilməlidir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 2-1(103)-2134/2023 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və C.Yusifov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı qismən - «yaranmış f ərqin ödənilməsinin birdəfəlik həyata keçirilməsi» hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsi ilə bağlı qeyd etmişdir ki, xx.xx.2022-ci ildə tərtib edilsə də, müvafiq əlavənin verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2017-ci il tarixdə verilmişdir və həmin dövrdə iddiaçı müvafiq tələblə müraciət etmişdir. Ona görə də əmək pensiyası həmin dövrdə qüvvədə olan normaların tələblərinə uyğun olaraq yenidən hesablanmalı (20 il üçün təminat xərcliyinin 50%+4 il üçün aylar nəzərə alınmadan hər ilə görə 3%; il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla 1,5 % - cəmi 63,5 faiz) v ə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği onu almaq hüququ yarandığı gündən ödənilməlidir.

18. İddianın rədd edilən hissəsi ilə bağlı isə qeyd edilmişdir ki, hazırda qüvvədə olan qanunvericilikdə yaranmış pensiya məbləği fərqinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır.

19. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.5, 20.1, 20.14, 26.3, 37.7-ci maddələrinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarına istinad etmişdir.

20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, pensiyasının yenidən hesablanması üçün əsas Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilən 15 fevral 2022ci il tarixli 31/2022 nömrəli məlumat vərəqəsi olmuşdur və həmin dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiya yenidən hesablanmışdır. Lakin məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyası tətb iq edərək pensiyanın yenidən hesablanması qənaətinə gəlmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiya): 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etm iş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin— 3 faizi miqdarında əlavə olunmaqla ((10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir). Maddə

26. Əmək pensiyasının yenidən he sablanması 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiya): 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir).

24. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ə rizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası m əhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜ YÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə f undamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hal ları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Hazırkı işdən görünür ki, iddiaçıya 13 iyun 2015-ci il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 24 y anvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 %-i Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşına əlavə edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək yuxarıda qeyd edilən əlavələrin onun təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3114/2018 saylı, 18 iyul 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına uyğun olaraq Gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin İddiaçı təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq, sonuncu dəfə Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məlumat vərəqəsi tərtib edilmişdir. Məlumat vərəqəsinin 14.5-ci bəndində - digər növ əlavələr bölməsində məbləğ 974.23 manat qeyd edilmişdir.

34. Bundan sonra iddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə ərizə ilə müraciət edərək, onun pensiya hüququnun xx.xx.2017-ci il tarixədək yaranmasına, həmin tarixdən hal-hazıradək mütəmadi olaraq əmək pensiyası məbləğinin düzgün hesablanması barədə müraciətlər etməsini nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan redaksiyasının 20.14.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanmasını və “Əmək pensiyaları haqqında” Qanunun həmin vaxt qüvvədə olan 37.1-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğini onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixə qədər hesablayaraq yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh onun pensiyasının artıq yenidən hesablandığını bildirmişdir.

35. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçının hüquqi marağı ona hesablanacaq əmək pensiyasının ümumi müəyyən olunmuş təminat xərcliyinin 63.5 % həcmində (20 il üçün təminat xərcliyinin 50%+4 il üçün aylar nəzərə alınmadan hər ilə görə 3%; il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla - 1,5 %) hesablanmasına (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun) yönəlmişdir.

36. Lakin cavabdeh iddiaçının təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsi cəmi 59 % (“Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş redaksiyasına uyğun) hesablamışdır (20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (4) hər ili üçün 2 faiz tətbiq edilməklə (4×2) təminat xərcliyinin 8 faizi; - natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faiz.)

37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası tətbiq etməkdə apelyasiya məhkəməsi haqlı sayılmalıdır.

38. Belə ki, iddiaçı pensiya hüququnu xx.xx.2015-ci il tarixdə qazanmış, bundan sonra o, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli 1207 nömrəli Fərmanının ona şamil edilməsi barədə əvvəl cavabdehə, sonra tələbi təmin edilmədiyi üçün isə məhkəməyə müraciət etmişdir. Belə olan halda apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məlumat vərəqəsi xx.xx.2022-ci ildə tərtib edilsə də, müvafiq əlavənin verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2017-ci il tarixdə verilmişdir və həmin dövrdə iddiaçı müvafiq tə ləblə ilk öncə cavabdehə, tələbi təmin edilmədiyinə görə isə məhkəməyə müraciət etmişdir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəala r qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

40. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarını «yaranmış fərqin ödənilməsinin birdəfəlik həyata keçirilməsi» hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, lakin iddiaçı tərəfindən iddianın rədd edilən hissəsindən kassasiya şikayəti verilmədiyində, qərarın həmin hissəsi kassasiya baxışının predmetini təşkil etmir.

41. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 23-24a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən sa xlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 21(103)-2134/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar