Məhkəmə qərarları › İş №2-1(102)-1144/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1144/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1144/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Q Açar sözlər: 57 yaşdan güzəştli şərtlə pensiya təyin olunması, ali təhsil müddətinin staja daxil edilməsi. 24.06.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə t Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın təyin olunması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)112/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1960-cı ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil almış və həmin təhsil dövrü həqiqi hərbi xidmət dövrü kimi götürülmüşdür. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər tara fabrikində fəhlə, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər sovxozda fəhlə, xx.xx.1983-cü ildən xx.xx.2011-ci il tarixə qədər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində matros, kapitanın 3-cü, 2-ci, baş köməkçisi və kapitan vəzifələrində işləmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etmiş və ********** saylı, xx xxxx 2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək, onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmamasına əsasən pensiya təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəs i ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil aldığı illərin ümumi iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən pensiya təyin edilməsi barədə qarar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx xxxxxx 2006-cı ilədək 25 ildən çox ümumi iş stajı var və bu stajın 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında XXİ «Nəqliyyat» bölməsinin 21.2b bəndində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günəd ək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazı yuxarıda göstərilən imtina məktubunun məzmununa uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 60 yaşı tamam olduğu vaxtdan yaranır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3658/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər Bakı Dənizçilik Məktəbində təhsil aldığı illər ümumi iş stajına daxil edilməklə 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən pensiya təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 28 il 13 gün ümumi iş stajı və 22 il 11 ay güzəştli iş stajı vardır. Bundan başqa, iddiaçının işlədiyi matros, kapitanın 3-cü, 2-ci, baş köməkçisi və kapitan vəzifələri «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 N-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «b» yarımb əndinə qeyd edilmişdir. Göründüyü kimi hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-112/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2006-cı ilədək qanunla tələb olunan güzəştli iş stajını toplamışdır. Cavabdeh xx.xx.2020-ci ildə qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. "Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslə rə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı işlədiyi peşənin Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixl, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya aid olduğunu iddia edir. 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış şəxslərin pensiyaya çıxması üçün 25 il ümumi, 12 il 6 ay isə isə güzəştli iş stajının olması və 57 yaşı doldurmaları tələb edilir. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdə əmək fəaliyyətinə başlamışdır və 2006-cı ilin yanvar ayının 1-dək onun ümumi stajı 25 ildən az edir. Dolayısı ilə, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin təsir dairəsinə düşmür. Digər tərəfdən, iddiaçı bu halı bildiyi üçün təhsil aldığı müddəti n də əmək stajına daxil edilməli olmasını iddia edir. "Vətəndaşların pensiya təminatı haqqında” qanunun 67-ci maddəsinin (ğ) bəndi təhsil müddətini əmək stajına daxil edirdi. Lakin hazırda belə bir göstəriş «Əmək pensiyaları haqqında» Qanunda öz əksini tapmayıb. Qanunun 9.8-ci maddəsindəki “yaş və staja görə” ifadələri yalnız pensiyaya çıxmaq üçün tələb edilən yaş və staj həddini ifadə edir. Həmin müddəalar, hansı müddətlərin staja daxil edilməsi ilə bağlı halları tənzimləmir. Bu mənada, ümumi staja hansı dövrün daxil olduğunu müəyyənləşdirən norma Qanunun 21-ci maddəsidir ki, həmin maddə təhsil müddətini staja aid etmir. Tərəflərin izahatları: Cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əsaslandırıcı his sə Kollegiya iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə güzəştli şərtlərlə yaşa görə əm ək pensiyasının təyin olunması üzrə yaranmış mübahisədir. Belə ki, iddiaçı onun xx.xx.2006-cı il tarixə 25 il sosial sığorta stajına malik olduğunu, bu dövrün 12,5 ilinin güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrə aid olduğunu iddia edir və bu əsasla ona pensiya təyin olunmasını xahiş edir. İddiaçının bu tələbinin hüquqi əsaslarını təşkil edən «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasında deyilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanları n: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndin ə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci ildən qüvvədə olan redaksiyasında deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin a zı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilmiş işlərdə çalışması barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin Siyahının 21-ci bölməsinin 21.2 bəndinin «b» yarım bəndində matros, kapitanın 3-cü, 2-ci, baş köməkçisi və kapitan vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr kimi nəzərdə tutulmudur. Həmçinin məhkəmələr iddiaçının təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində qeyd olunmuşdu ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi iddiaçının ali təhsil aldığı müddətin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələ bidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan başqa, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi təhsil illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün, həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalıdır. Lakin məhkəmə işin hallarını «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasının dispozisiya şərtləri əsasında təhlil edib əsaslandırmamışdır. Belə ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur və 57 yaşına xx.xx.2017-ci il tarixdə çatmışdır. Artıq həmin vaxtı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilərin pensiya yaşı 60 yaş müəyyən edilmişdi. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etirazın dəlillərindən biri olaraq həmçinin bildirmişdir ki, iddiaçı 1960-cı il təvəllüdlüdür və «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixli 543-VDQ nömrəli Qanunla verilmiş yeni redaksiyasına əsasən, onun 60 yaşı tamam olduqda pensiya hüququ yaranır. Cavabdehin nümayəndəsi apelyasiya şikayətində də bu dəlili təkrarlamışdır. Lakin işə baxmış məhkəmələr cavabdehin bu dəlilini araşdırmamış, həmin dəlilə qiymət verməmiş, işin hazırki vəziyyətində iddiaçının Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tətbiq edilə bilməyəcəyini əsaslandırmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Naz irliyi Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.10-cu bəndində də deyilir ki, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Həmin Qaydaların 4.1.11-ci bəndinə görə, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciə t etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübatlarla əsaslandırılmalıdır. Həmin Məcllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə qiymət verilməlidir. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsi sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə belə dəlillərin rədd edildməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin T.Mənsirovun şikayəti üzrə x xxxxxx 2011-ci il tarixli qərarı). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdı rılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-112/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş materialları işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar