Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1144/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbi nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli 2-1(103)-2703/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 23 yanvar 2020-ci il tarixindən işsiz şəxs kimi qeydiyyata alınmışdır.
2. İşsizlik statusu qeydə alındıqdan sonra iddiaçı COVİD-19 pandemiyası ilə əlaqədar 190 manat birdəfəlik ödəmə verilməsi ilə bağlı 29 aprel 2020-ci il tarixində cavabdehə müraciət etmiş, “E-SOSİAL.AZ” portalı vasitəsilə göndərilmiş SMS-ə əsasən, iddiaçının həyat yoldaşının adına əmək müqaviləsi olduğuna görə ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya mə hkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə üç aylıq (2020-ci il üzrə) 190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh inzibat orqan “onun (iddiaçının) arvadının adına “əmək müqaviləsi” olması əsası ilə birdəfəlik ödəmənin verilməsindən imtina etmişdir. Halbuki, onun X2 ilə aralarında bağlanmış nikahı 1999-cu ilin dekabr ayının 16-da pozulmuşdur. Nikahın pozulmasını təsdiq edən sənədi də cavabdeh orqana təqdim etmişdir. İddiaçı hazırda Ukrayna vətənda şı X6 ilə ailə qurmuşdur və birlikdə Ukraynada yaşayırlar. Arvadı (əri) xarici vətəndaş olan şəxslərin birdəfəlik ödəməni ala bilməməsi ilə bağlı isə qanunvericilikdə qadağa yoxdur.
5. Cavabdeh iddia ərizəsinə etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun o laraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya ehtiyatlarından MAS-a inteqrasiya olunmuş məlumatda iddiaçının evli olduğu və arvadının adına 4CH8YJD000101 nömrəli aktiv əmək müqaviləsinin olması aşkarlanmışdır. Ər və ya arvaddan birinin MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişinin olması isə bu kateqoriya şəxslərə birdəfəlik ödəmənin həyata keçirilməsini istisna edir. Qeyd olunan səbəblərdən iddiaçının birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin ödənilməsindən imtina olunmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin 7 iyun 2021-ci il tarixli, 2-1(112)-4343/2021 nömrəli qərarı ilə (hakim R.L.Kərimli) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd e tmişdir ki, cavabdeh tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən onun arvadının adına aktiv əmək müqaviləsinin olmasının aşkarlanması əsas gətirilərək imtina edilmişdir. Lakin məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı ilə X2 arasındakı nikah 16 dekabr 1999-cu il tarixdə pozulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə icraatında cavabdeh tərəf iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim etməmiş, dəlil bildirməmişdir.
8. Həmin qərardan cavabdeh apellyasiya ş ikayəti verərək, qərarın ləğv edilməsi, iddianın mümkün sayılmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2-1(103)-2703/2021 nömrəli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), A.S.Hüseynov və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 7 iyun 2021-ci il tarixli, 2-1(112)-4343/2021 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı arvadı X1 adına 4CH8YJD000101 nömrəli aktiv əmək müqaviləsi mövcuddur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin veri lməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2.3.9-cu maddəsinə əsasən, ər və ya arvaddan birinin MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişinin olması bu kateqoriya şəxslərə birdəfəlik ödəmənin həyata keçirilməsini istisna edir. İddiaçı ilə həyat yoldaşı arasında olan nikahın 1999-cu ildə pozulmağına və bu barədə şəhadətnamənin 4 aprel 2017-ci ildə verilməsinə baxmayaraq, iddiaçıya imtinanın verilməsinə əsas olmuş məlumatlar (iddiaçının evli olması və həyat yoldaşının adına əmək müqaviləsinin olması) real vaxt rejimində “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxsl ərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”nın 3.8-ci bəndinə müvafiq olaraq dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Beləliklə, nikahın pozulması barədə qeydin müvafiq qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz.
11. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli, 2-1(103)-2703/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA Q ARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
12. İşə baxan apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qərar qəbul etmişdir. Belə ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun 19.1, 23.1, 24-cü maddələrinin tələblərini pozaraq iddiaçının müraciətini tam, hərtərəfli və obyektiv yoxlamadan məsələyə qiymət vermiş, məhkəmə isə cavabdehin dəlillərinin həqiqiliyini araşdırmamışdır. Cavabdeh inzibati orqanın imtinasından dərhal sonra iddiaçının keçmiş həyat yoldaşı X3 ilə olan nikahının pozulmasını təsdiq edən sənəd təqdim edilsə də, 190 manat məbləğində ödəmənin verilməsindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. Beləliklə, müvafiq icra hakimiyyəti orqanlarının hərəkətsizliyi, vəzifələrini tam və vaxtında i cra etməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”: 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardım ı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəql iyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara.
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məh kəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiya sı məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının hazırkı şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifə sinə görə araşdırmamaqla və müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamamaqla işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Eyni zamanda, imtinanın qanuniliyinə qiymət verərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
20. Belə ki, iddiaçının 23 yanvar 2020-ci il tarixindən işsiz şəxs kimi qeydiyyata alınması, iddiaçı ilə həyat yoldaşı arasında olan nikahın 1999-cu ildə pozulması, bu barədə 4 aprel 2017-ci ildə şəhadətnamə verilməsi işin mübahisəsiz hallarına aiddir.
21. Cavabdeh iddiaya qarşı etirazında Nazirlər Kabinetinin qərarı icra edilən zaman MAS sistemindəki məlumatlara istinad edilməli olduğ unu, bu məlumatlarla iddaçının evli statusunda olması və həyat yoldaşının aktiv əmək müqaviləsi bildirişinin olduğu müəyyən edildiyinə görə imtinanın əsaslı olduğunu bildirmişdir. Apellyasiya instansiya məhkəməsi də cavabdehin mövqeyinin haqlı olduğu qənaətinə gəlmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etdiyi zaman elektron informasiya sistemində evli kimi qeyd olunduğundan və həyat yoldaşının qüvvədə olan aktiv əmək müqaviləsi olması səbəbindən birdəfəlik ödəməni almaq hüququ yaranmamışdır. Nikahın pozulması barədə qeydin müvafiq qeydiyyat orqanı tərəfindən sistemdə vaxtında aparılmaması hazırkı halda cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərin ə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz.
23. Məhkəmə kollegiyası iddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etdiyi zaman MAS sistemində evli kimi qeyd olunmasının və həyat yoldaşının adına aktiv əmək müqaviləsinin olmasının müəyyən edilməsinin iddiaçıya birdəfəlik ödəmə verilməsindən imtina və iddianın rəddi üçün əsas olması ilə razılaşmır.
24. Belə ki, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh inzibati orqan ona daxil olan müraciəti elektron informasiya sistemindəki məlumatlardan istifadə etməklə yoxlamaq və onlara istinad etməklə cavablandırmaq səlahiyyətinə malikdir. Lakin şəxsin inzibati orqanın cavabında istinad etdiyi halı (hazırkı halda evli olmasını və həyat yoldaşının adına aktiv əmək müqaviləsi olmasını) müb ahisələndirmək və onu təkzib edən müvafiq sənədləri (sübutları) inzibati orqana təqdim etmək hüququ da vardır ki, hazırkı işdə iddiaçı bunu etmişdir. Eyni zamanda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq, o cümlədən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etməmək kimi xidməti vəzifələri mövcuddur ki, cavabdehin hazırkı iş üzrə qeyd edilən xidməti vəzifələrini vicdanla yerinə yetirməsi müəyyən olunmur.
25. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır.
26. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi də İPM-nin 12.1 və 58.7-ci maddələrinin tələblərini pozmaqla iş üzrə nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası razılaşır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın və ya hərəkətin qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Lakin yoxlama zamanı məhkəmə tərəfindən iş üzrə əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İ PM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
28. Hazırkı işdə məhkəmə kollegiyası iddiaçıya verilmiş imtina cavabının əsassız olması ilə bağlı kassatorun dəlilləri ilə razılaşsa da, işin bu halı mübahisə üzrə düzgün nəticəyə gəlmək üçün kifayət etmə diyindən, hazırki mərhələdə yeni qərar qəbul edilərək iddianın təmin edilməsi mümkün deyil.
29. Belə ki, iş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.
30. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də, daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq, hər bir halda, iddiaçının tələb etdiyi 190 manatlıq birdəfəlik ödəməni almaq hüququna malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.
31. Odur ki, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının tələb etdiyi aylar üzrə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüs usi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndində qeyd edilən istisnalara uyğun gəlib-gəlməməsi müəyyənləşdirilməklə müvafiq qərar qəbul edilməlidir.
32. Eyni zamanda, iddiaçı hal-hazırda Ukraynada yaşadığını qeyd etmişdir. İddiaçının birdəfəlik ödəmə tələb etdiyi aylarda Azərbaycan Respublikasında olubolmaması da məhkəmə tərəfindən araşdırılmalıdır (sərhədkeçmə məlumatları sorğu ilə tələb edilməlidir). Belə ki, birdəfəlik ödəmə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda yaşayan şəxslərə verilə bilər.
33. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə qanunvericiliyin tələblərinə uyğun baxmamış, bununla da həm maddi hüquq normalarının tətbi qində səhvə yol vermiş, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur.
34. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxarkən apellyasiya instansiyası məhkəməsi müvafiq sorğular verməli, iddianın əsaslılığı ödəmə tələb olunan hər ay üçün Nazirlər Kabinetinin qərarındakı əlavə və dəyişikliklər nəzərə alınmaqla yoxlanılmalı və qərar qəbul edilməlidir.
35. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2021-ci il tarixli 21(103)-2703/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.