Məhkəmə qərarları › İş №2-1(102)-1144/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1144/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1144/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 2-1(107)-41/2 023 tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1534/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 ya nvar 2023-cü il tarixli, 2-1(107)-41/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1534/202 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT.

6. Cavabdehin nəzərinə çatdırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarı poçt rabitəsi vasitəsi ilə iddiaçıya 1 fevral 2023-cü il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2 mart 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olmuşdur. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati prosessual Məcəllə: Maddə 23.1 Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya i nstansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

8. Şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

9. İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-ci il tarixli qərarı poçt rabitəsi vasitəsi ilə cavabdehə 1 fevral 2023-cü il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 2 mart 2023-cü il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Beləliklə, prosessual müddət ötürülmüşdür.

11. Prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyinə dair sübut məhkəməyə təqdim olunmamışdır.

12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli, 21(107)-41/2023 tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar