Məhkəmə qərarları › İş №2-1(102)-1144/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1144/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1144/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin geri götürülməsi; kassasiya icraatına xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixə toplanmış sığorta kapitalına əsasən pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əl avələr azaldılmamaqla aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(104)-727/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəyə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya təyin olunduqdan sonrakı dövr üzrə işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə İnzib ati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3295/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-727/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir.

6. Cavabdeh xx.xx.2024-cü il tarixdə Ali Məhkəməyə kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təqdim edərək, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə

97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şika yəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır.

9. Belə ki, Azərbaycan Respublikası İPM-in 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər

10. Cavabdehin ərizəsi hə min normanın tələblərinə uyğundur.

11. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2023-cü il tarixli, 2-1(104)-727/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatına xitam verilsin. Cavabdehə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar