Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1144/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı QƏRARİ (Açar sözlər: ödənilməyən sosial müavinətin ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən sosial müavinət in ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-594/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Biləsuvar rayon Müavinət Təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 473 №-li, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı 2-ci qrup əlilliyə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 50,00 manat məbləğində müavinət təyin olunmuşdur.
2. Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2020-ci il tarixli 32 №-li qərarı ilə İddiaçı 2-ci qrup əlilliyinə görə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi 143,73 manat pensiya təyin edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0011 №-li qərarının surətindən müəyyən olunur ki, İddiaçı orqanizim funksiyasının 50 faiz pozulması görə ümumi xəstəliklə (gözdən əlil) 2 il -xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək təkrar əlillik təyin olunmuşdur.
4. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş “Ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətinə görə, İddiaçı əlilliyə görə (50 faiz) xx.xx.2016-cı ildə pensiya təyin olunmuşdur. Hazırkı pensiya məbləği 342 manat 61 qəpik, yenidən hesablanmış əmək pensiyasının məbləği 342 manat 61 qəpik, yenidən hesablanmanın ödəniş tarixli xx.xx.2024-cü ildən xx.xx.2026-cı il tarixədək qeyd olunmuşdur. Eyni zamanda qərarda qeyd olunmuşdur ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3.1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunanları nəzərə alaraq ona ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ö dənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2015-ci il tarixində ümumi xəstəlik əsasında İİ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və xx.xx.2020-ci il tarixinədək tam ödənilmişdir. Adıçəkilən şəxsin əlilliyə görə pensiya hüququ yarandığından xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək ona əlilliyə görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçıya orqanizmin funksiyalarının 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs statusu verilmişdir. Buna əsasən isə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə ona xx.xx.2024-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və ödənişi davam etdirili r.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilir. İddiaçı müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlərin araşdırılması və sağlamlıq vəziyyətinin təkrar müayinəsi həyata keçirilmişdir. Müayinə zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilmiş göndərişdə qeyd edilmiş dia qnoza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq barəsində xx.xx.2024-cü il tarixdən 2 (iki) il müddətinə (28.02.206-cı il tarixədək) ümumi xəstəlik-gözdən əlilliyi şəxs səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərarı qəbul olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021ci ilin oktyabr ayından 2024-cü ilin fevral ayına kimi ödənilməyən sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, gözdən əlil ol mağı ilə bağlı ümumi xəstəliklə 2-ci qrup əlildir. Buna görə də ona pensiya təyin olunmuşdur. Əlilliyi 2021-ci ilin oktyabr ayında əsassız olaraq dayandırılmışdır və həmin tarixdən ona ödənilən müavinət də dayandırılmışdır. O, təkrarən Tibbi Sosial Ekspert Komissiyasından keçmiş, lakin müayinəsi əsassız olaraq 2024-cü ilin fevral ayının 12-dək davam etmişdir. 2024-cü ilin fevral ayında ona 3-cü qrup əlillik təyin olunmuşdur. Ondan asılı olmayan səbəblərdən ona 3 il müddətinə sosial müavinət ödənilməmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti təmin olunmamışdır.
9. Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)3773/2024 nömrəli qərarı ilə (hakim R.Quliyeva) iddia rədd edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə münasibətd ə cavabdehin iddiaçıya ötən müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğini ödəmək öhdəliyi yalnız iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində 6 ay ərzində onun əlilliyinin yenidən müəyyən edilməsi barədə aidiyyəti inzibati orqanın müvafiq qərarı əsasında yaranır. İddiaçının əlilliyinin 6 aydan çox müddət keçdikdən sonra yenidən müəyyən edilməsi hazırkı iş üzrə cavabdehin deyil, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyini müəyyən edən aidiyyəti inzibati orqanın məsuliyyət sferasına aiddir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2-1(106)-594/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, Q.Əliyev və H.Bəhmənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əlilliyi özü yox, cavabdeh təşkilat qiymətləndirmişdir. Həmin təşkilat isə ölkənin bütün Qanunlarını pozaraq nəinki 6 aya, əksinə 2 ildən sonra qi ymətləndirmişdir.
16. Əlavə olaraq bildirir ki, əlilliyi göz xəstəliyi ilə, yəni görmə qabiliyyəti olmadığına görə müəyyən olunmuşdur. Müayinə dövründə gözünün görməsi düzəlməmişdir. O, məhkəmənin daxili inamını başa düşə bilmir. Məgər məhkəmə onun təkrar əlilliyinin nəyə görə 6 ay müddətində deyil, 2 il müddətində bərpa olduğunu nə ilə əsaslandırmışdır. Məhkəmə qərarında isə bununla bağlı bir kəlmə də olsun müddəa yoxdur.
17. Hesab edir ki, apellyasiya məhkəməsi qanunun tələbini pozaraq əsasız qərar qəbul etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslə rlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icr a hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əl illiyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim ko missiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəm əsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasi bətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iddia tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, on a görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi 2021-ci ilin iyun ayından xx.xx.2024-cü ilə kimi pensiya məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir.
28. Cavabdeh tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə, yəni iddiaçının əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən onun əlilliyinin yenidən müəyyən olunduğu xx.xx.2024-cü il tarixədək 6 aydan çox müddət keçdiyinə istinadən həmin müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsindən imtina etmişdir.
29. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə, iddiaçı xx.xx.2021-ci il tarixədək əlillik vəziyyətində olmuş, lakin həmin tarixdən sonra uzun müddət keçdikdən sonra, 2024-cü ildə yenidən əlillik təyin edilmişdir.
30. Nəzərə almaq lazımdır ki, iddiaçının övladına təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, daha çox müddət keçdikdən sonra təyin edilmişdir. Yəni iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.
31. Belə olan halda, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya instansiyası məh kəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-594/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.