Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1145/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış qadına “toxucu” peşəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci i l tarixli 2-1(103)-137/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ.
1. İddiaçı xx xxxxxx 1964-cü il tarixdə doğulmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Nəriman Nərimanov” adına Bakı Trikotaj İstehsalat Birliyində “toxucu” vəzifəsində işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona xx xxxxxx 2016-cı il tarixdən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 20 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının İdarəyə təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxx 2019-cu il tarixli Ə-331 nömrəli arayışında yalnız 1985-1990-cı illərdə Bakı İstehsalat Trikotaj Birliyində işləməsi ilə bağlı natamam məlumatlar mövcud olmuş, həmçinin həmin müəssisənin əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən, xx.xx.1980-xx.xx.2003-cü il tarixləri arasındakı dövr üzrə iş stajının müvafiq sənədlərə əsasən üzləşdirmə aparılmaqla dəqiqləşdirilməsi mümkün olmamışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 2 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona xx xxxxxx 2016-cı il tarixdən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin xx xxxxxx 2016-cı il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1980-ci ildən əmək fəaliyyətinə başlayaraq xx xxxxxxx 2003-cü ilə kimi “Nəriman Nərimanov” adına Bakı Trikotaj İstehsalat Birliyində toxuculuq sexində 4-cü dərəcə toxucu vəzifəsində işləmişdir. 23 il zərərli sexdə işlədiyinə görə 52 yaşında, yəni xx xxxxxx 2016-cı il tarixdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli idi. 2016-cı ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsd iq olunan siyahısı üzrə) çalışan sığorta olunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi gündən Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ olan əmək stajı olan pensiyaçılara yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən toxucu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, pe şələrin, vəzifələrin və göstəricilərin Siyahısında”, 32-ci paraqrafında “Toxuculuq istehsalatı” bölməsində qeyd olunmuşdur. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 21(82)-3773/19 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 20 il ümumi sığorta stajına malik olsa da, 10 il xüsusi sığorta stajına malik deyildir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-137/2020 nömrəli qərarı ilə 1 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin olunmuş, iddiaçıya xx xxxxxx 2016-cı il tarixdən 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin xx xxxxxx 2016-cı il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 20 il ümumi və 10 il xüsusi sığorta stajına malikdir. İddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü ilədək N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyi adlanan müəssisənin toxucu sexində işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.1-ci bəndində iddiaçının işləmiş olduğu yun və pambıq iplikdən hazırlanan məmulatların toxumasında “toxucu” (başqa sözlə, trikotaj məmulatların toxucusu) vəzifəsinə uyğundur.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. İddiaçı xx xxxxxx 2006-cı ilədək ümumi və güzəştli iş stajını topladığını iddia edir. İddiaçının çalışdığı peşənin güzəştli olub-olmadığını müəyyənləşdirmək üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 və 2 saylı Siyahılara baxılması mümkün idi. Məhkəmə ümumiyyətlə, Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarındakı peşənin adını düzgün qeyd etməyib. Halbuki, həmin peşənin adı “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları” kimidir. İşdə iddiaçının bu sahədə işləməsinə dair heç bir sənəd yoxdur.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahının XX başlığı “Yüngül sənaye” (kod: 22100000) adlanır. Bölmənin 1-ci bəndi “Toxuculuq sənayesi” adlanır və 2210200a kodundan 2200200b—19586 koduna qədər peşələri əhatə edir. Bu kodlar altında sadalanan peşələrin içərisində yalnız bir peşənin adında (kod 2200200a—11602: süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları) toxucu ifadəsi var. Ancaq burada, söhbət kətan toxucusundan gedir. İddiaçıya aid əmək kitabçasında onun peşəsinin toxucu olduğu öz əksini tapıb. Deməli, iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş Siyahıda onun peşəsi zərərli peşə kimi nəzərdə tutulmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, kassasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06. 1993-cü il tarixli, 320 nömrəli qərarının XX bölümündə kod 2210400a-17501 Yaş toxumada məşğul olan toxucu ifadəsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2-ci hissəsinin sonuncu bölümündə Toxucular ifadəsi aydın şəkildə yazılmışdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 26.1-ci bəndində iddiaçının işlədiyi yun və pambıq iplikdən hazırlanan məmulatların toxumasında Toxucu (başqa sözlə, trikotaj məmulatların toxucusu) qeyd olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəz ifələrin və göstəricilərin Siyahısında”, 32-ci paraqrafında “Toxuculuq istehsalatı” bölməsində axırıncı bənd “toxucular” qeyd olunmuşdur. İddiaçının işlədiyi sexdə 50 dərəcə temperatur olmuşdur. Kondisioner olmamışdır. Çünki kondisioner işləyərdisə sexdə toxuculuq zamanı istifadə olunan ipliklər əriyərdi.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmə k pensiyaları haqqında” Qanun (iddiaçının 52 yaşının tamam olduğu 26.8.2016-cı il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədə k bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... e) toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlarAzərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə — 52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda;...
19. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndiri lir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş h allarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şika yəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
23. İddiaçının əmək kitabçasının məlumatlarına görə, 1980-ci il 25 iyul tarixdən 2003-cü il 27 oktyabr tarixədək Bakı Trikotaj İstehsalat Birliyində “toxucu” vəzifəsində işləmişdir. 24. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi nəzərə alındıqda: 1) 1992-ci ildə qəbul edilmiş və iddiaçının “toxucu” vəzifəsində işlədiyi illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (e) bəndində “toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar” üçün xüsusi müddət – 20 illik iş stajı müəyyən etmişdir. Həmin istehsalat sahəsi və peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına 2 nömrəli Əlavədə (2 nömrəli Siyahının sonunda) təsbit olunmuş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ v erən istehsalatların və peşələrin Siyahısı”nda nəzərdə tutulmalı idi. Həmin Siyahıda isə, yalnız “metal və sintetik tor toxuyan toxucular” nəzərdə tutulmuşdur; (Məhkəmənin qeydi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına 2 nömrəli Əlavədə təsbit olunmuş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda nəzərdə tutulmuş sahə və peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, “32. Toxuculuq istehsalatı” bölməsinə daxil edilmişdir) 2) İddiaçının işlədiyi “toxucu” vəzifəsinin (peşəsinin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş Toxuculuq sənayesi (22102000) üzrə “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” (2200200a11602) peşəsinə, “3. Kətan və kəndir-cut istehsalları” (22104000) üzrə “yaş toxumada məşğul olan toxucular ” (2210400a—17501) və ya “yaş toxumada məşğul olan tesma toxucuları” (2210400a—19136) vəzifələrindən (peşələrindən) ən azı birinə uyğunluğu müəyyən edilməli idi.
25. İddiaçının 52 yaşının tamam olduğu 2016-cı ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün onun “toxucu” peşəsi, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarına 2 nömrəli Əlavədə təsbit olunmuş və sonradan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “32. Toxuculuq istehsalatı” b ölməsinə daxil edilmiş istənilən digər peşə üzrə 20 il xüsusi iş stajı tələb olunmur. Belə ki, həmin normaya əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların:...qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının azı 20 il ümumi sığorta stajına malik olduğunu müəyyən etsə də, onun 10 ildən artıq müddətdə işlədiyi “toxucu” peşəsin in istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan (Toxuculuq sənayesi (22102000) üzrə “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” (2200200a-11602) peşəsinə, “3. Kətan və kəndir-cut istehsalları” (22104000) üzrə “yaş toxumada məşğul olan toxucular” (2210400a— 17501) və ya “yaş toxumada məşğul olan tesma toxucuları” (2210400a—19136)), istərsə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərərı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan (26.1.Toxuculuq sənayesi: “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatların, kətanın toxucuları”; 26.3.Kətan və kəndircüt istehsalı: “yaş toxumada məşğul olan toxucular” və ya “yaş toxumada məşğul olan tesma toxucuları”; habelə iddiaçının iddia ərizəsində və cavabdehin kassasiya şikayətinə etirazında istinad etdiyi 32.Toxuculuq istehsalatı. toxucular: metal və sintetik tor toxuyan toxucular) vəzifələrə (peşələrə) uyğunluğunu müəyyən edə bilməmişdir.
27. İddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü ilədək “N.Nərimanov” adına Bakı İstehsalat-Trikotaj Birliyi adlanan müəssisənin toxucu sexində işlədiyi toxucu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, v əzifələrin və göstəricilərin Siyahısı”nın 26.1-ci bəndində iddiaçının işləmiş olduğu yun və pambıq iplikdən hazırlanan məmulatların toxumasında “toxucu” (başqa sözlə, trikotaj məmulatların toxucusu) vəzifəsinə uyğunluğuna dair apellyasiya instansiyası məhkəməsinin qənaəti isə hər hansı sübuta və yuxarıda istinad edilən Siyahılardakı peşə (vəzifə) adlarına əsaslanmır. Başqa sözlə, həmin qənaət İPM-in 12.1 və 57.8-ci maddələrinin tələbləri ilə uzlaşmır.
28. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə edilmiş mövqeyinə uyğun olaraq qeyd edir ki, əgər iddiaçı işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğ u peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərini n pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-137/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov