Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1145/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiyanın dayandırılmasının qanunsuz hesab edilməsi və bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(103)-728/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus LV 019473 nömrəli diploma əsasən o, 1977-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutuna qəbul olmuş, 1986-cı ildə həmin institutda hidromeliorasiya ixtisası üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının 23 iyun 1986-cı il tarixli qərarı ilə ona hidrotexnika mühə ndisi ixtisası verilmişdir.
2. İddiaçı, ona məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən: - xx.xx.1977-ci il tarixdə Bakı Yaşıllaşdırma Trestinin 1 nömrəli Tikinti-Quraşdırma İdarəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə işdən azad olunmuşdur; - xx.xx.1978-ci il tarixdə Xüsusi Trest İdarəsinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinə fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə işdən azad olunmuşdur; - xx.xx.1979-cu il tarixdə X7 Tikinti Trestinin 3 nömrəli Tikinti-Quraşdırma İdarəsində fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1980-ci il tarixdən 2-ci dərəcəli fəhlə, xx.xx.1981-ci il tarixdən 4-cü dərəcəli fəhlə, xx.xx.1988-ci il tarixdən tikinti üzrə usta peşəsini icra etmiş, xx.xx.1992-ci il tarixdə işçilərin ixtisarı ilə əlaqədar usta və zifəsindən azad edilmişdir; - xx.xx.1997-ci il tarixdə 36 nömrəli X1 iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə 36 nömrəli X2 ləğv edildiyi üçün işdən azad edilmişdir; - xx.xx.2000-ci il tarixdən "xxxx" X4 tkinti filialına iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir; - xx.xx.2012-ci il tarixdə X5, Sənaye və Ticarət Səhmdar Cəmiyyətinə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci il tarixdə işdən azad edilmişdir; - xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə hid rotexnika mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2018-ci il tarixdə Enerji Tikinti Servis MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixədə öz ərizəsi ilə işdən azad olunmuşdur.
3. Cavabdehin 22 fevral 2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilən 20 mart 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının 7-11ci səhifələrində iddiaçının xx.xx.199 7 - xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Göyçay rayon “Azərsutikinti ASC-nin Şirvan Azərsutikinti Törəmə Müəssəsi”ndə işlədiyi qeyd olunmuş, onun həmin dövrə aid ümumi stajı, ödənilməli olan əmək haqqı və işlədiyi müəssisə tərəfindən xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin dəqiqləşdirilməsi ilə bağlı sorğu verilmiş, sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialı tərəfindən yuxarıda qeyd olunan dövr üzrə iddiaçıya aid əmək haqqı cədvəlləri araşdırılarkən 1997-2003-cü illərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi və 2004-2005-ci illərin əmək haqqı cədvəllərinin adıçəkilən müəssisənin rəhbər şəxsləri tərəfindən imza və möhürlə təsdiq edil mədiyi bildirilmişdir. Qeyd edilən faktlar X6 Filialı və 13 saylı regional ərazi filialı tərəfindən birgə 1 fevral 2021-ci il tarixli aktla təsdiq edilmişdir. Bu səbəbdən də həmin dövrləri iş stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (14 il 9 ay 3 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 7 ay 19 gün) təşkil edir. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38400,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabın ın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14160,63 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 5 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Zərdab rayonunun Məlikumudlu kəndində doğulmuş, orta məktəbi 1977-ci ildə bitirdikdən sonra həmin il Azərbaycan İnşaat Mühəndisl əri İnstitutuna qəbul olmuşdur. 9 il qiyabi təhsil aldıqdan sonra, 1986-cı ildə həmin təhsil müəssisəsini bitirmişdir. İlk əmək fəaliyyətinə 1977-ci ildə başlamışdır. Belə ki, xx.xx.1977-ci il tarixli əmrlə Bakı Yaşıllaşdırma Trestinin 1 nömrəli Tikinti-Quraşdırma İdarəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, 1 il 1 ay həmin vəzifədə işlədikdən sonra xx.xx.1978-ci il tarixdə həmin işdən azad olunmuşdur. xx.xx.1978-ci il tarixdə Xüsusi Trest İdarəsinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinə fəhlə vəzifəsinə qəbul edilmiş, iki ay işlədikdən sonra xx.xx.1978-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.1979-cu il tarixdə X7 Tikinti Trestinin 3 nömrəli Tikinti-Quraşdırma İdarəsində fəhlə vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək həmin İdarədə 2- ci dərəcəli fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək həmin İdarədə tikinti üzrə usta vəzifəsini icra etmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək tikinti üzrə usta vəzifəsinə rəsmi təyin edilmişdir. Bir müddət əmək fəaliyyətini dayandırsa da, xx.xx.1997-ci il tarixdə 36 nömrəli X1 iş icraçısı vəzifəsinə təyin edilmiş, həmin vəzifədə xx.xx.2011-ci il tarixədək işlədikdən sonra öz arzusu ilə işdən azad olunmuşdur. xx.xx.2012-ci il tarixdə X5, Sənaye və Ticarət Səhmdar Cəmiyyətinə mühəndis vəzifəsinə təyin edilmiş, həmin işdə xx.xx.2012-ci il tarixədək işlədikdən sonra AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən işdən azad olunmuşdur. Bundan sonra, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx. 2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, xx.xx.2018-ci il tarixdə Enerji Tikinti Servis MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, həmin vəzifədə xx.xx.2019-cu il tarixədək işlədikdən sonra öz ərizəsi ilə işdən azad olunmuşdur. xx. xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh 22 fevral 2021-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina etmişdir. Güzəştli şərtlərlə pensiya təyinatının aparılmasından imtinanın səbəbi kimi, ümumi stajının 25 ilindən az (14 il 9 ay 3 gün), güzəştli iş stajının isə 12 il 6 ayından az (10 il 7 ay 19 gün) təşkil etməsi göstərilmişdir. AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın XXVİİ bəndində b ina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəhlə və iş icraçısı işləmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə pensiya hüququna malik olduğu qeyd edilmişdir. xx.xx.1980-ci il tarixli 28 nömrəli əmrlə Su Tikinti Trestinin 3 nömrəli Tikinti-Quraşdırma İdarəsində xx.xx.1981-ci il tarixədək 2-ci dərəcəli fəhlə vəzifəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1988-ci il tarixədək həmin İdarədə tikinti üzrə usta vəzifəsinin icraçısı, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək tikinti ustası vəzifəsinə təyin edilməsi, xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 36 nömrəli X3 iş icraçısı vəzifəsində işləməsi iddia ərizəsinə əlavə edilən əmək kitabçası ilə təsdiq olunduğu halda, cavabdeh orqan əsassız və qanunsuz olaraq, 12 il 6 ay güzəştli şərtlərlə iş stajının olmadığını bildirmişdir.
6. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi tərəfindən 2017-ci ilin yanvar ayında ona güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin 2019-cu ilin mart ayında ona təyin edilmiş pensiya, Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıda göstərilən işdə işləməməsi əsası ilə ləğv edilmişdir. Ona görə də, iddia tələbini dəqiqləşdirərək ona 5 yanvar 2017-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
7. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddia ərizəsi əsassızdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixədək (yəni, "Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə birlikdə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstə rilməsi. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçının Filiala təqdim etdiyi 20 mart 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının 7-11-ci səhifələrində onun xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində Göyçay rayon "Azərsutikinti ASC-nin Şirvan Azərsutikinti Törəmə Müəssisə”də işlədiyi qeyd olunmuşdur. Həmin dövrlərin araşdırılması ilə bağlı sorğuya cavab olaraq DSMF-nin 13 saylı Regional Ərazi Filialı tərəfindən yuxarıda qeyd olunan dövr üzrə iddiaçıya dair əmək haqqı cədvəlləri araşdırılarkən 19972003-cü illərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi və 2004-2005-ci illərin əmək haqqı cədvəllərinin adıçəkilən müəssisənin rəhbər şəxsləri tərəfindən imza və möhürlə təsdiq edilmədiyi bildirilmişdir. Qeyd edilən faktlar X6 F ilialı və 13 saylı Regional Ərazi Filialı tərəfindən birgə 01 fevral 2021-ci tarixli aktla təsdiq edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi iş stajını - 25 ili (14 il 9 ay 3 gün) və güzəştli iş stajını -12 il 6 ayı (10 il 7 ay 19 gün) tamamlamamışdır. Bu mənada, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38.400,00 manat hesablanmışdır. İddiaçının isə pensiya kapitalı cəmi 14.160,63 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
8. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5279/2021 nömrəli qərarı (hakim R.L.Kərimli) ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vaxtilə işlədiyi müəssisənin əmək haqqı cədvəllərinin arxiv qurumuna təhvil verilmə məsi və ya imza və möhürlə təsdiqlənmədən təhvil verilməsi iddiaçının iradəsindən asılı olan hal deyil və həmin dövrün bir hissəsi 2002-ci ilin 1 yanvar tarixindən sonrakı dövrə təsadüf edir. Bununla yanaşı, həmin dövrlər üzrə iddiaçının iş fəaliyyəti ona məxsus əmək kitabçasında əks olunmuşdur və həmin məlumatlar onların həqiqətə uyğun olmaması barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı dəlil və sübut təqdim edilmədiyindən, mötəbər qiymətləndirilməlidir.
10. Cavabdehin “iddiaçının pensiya kapitalının tələb olunan həcmdə toplanmaması” dəlili ilə bağlı birinci instansiya məhkəməsi qeyd edir ki, pensiya təyinatının aparılmasında həmin şərt «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən 2017ci ilin 1 iyul tarixindən sonrakı dövrdə hüququ yaranmış şəxslərə münasibətd ə tətbiq olunur. İddiaçının əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən yaranmışdır və “Vətəndaşların pensiya təminatı haqqında” Qanun isə pensiya təyinatını “pensiya kapitalının toplanması” ilə şərtləndirmir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 2-1(103)-728/2022 nömrəli qərarı (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının pensiyası dayandırılarkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmişdir. İddiaçının pensiyası inzibati icraatın aparılması qaydalarının tələbləri pozulmaqla, hər hansı qərar qəbul edilmədən dayandırıldığından, iddiaçının tələbi, artıq formal-hüquqi baxımdan əsaslı olmuşdur. Beləliklə, iddiaçının hüquqi vəziyyətinə müdaxilə inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq əsaslandırılmış inzibati akt qəbul edilmədən həyata keçirilmişdir. Bu hal isə həm inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə səbəb olmuş, həm də iddiaçının hüquqlarının müdafiəsi imkanlar ını məhdudlaşdırmışdır. Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm "Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə "Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edil məsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdehin kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın və apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçin in əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafi q surətdə təyin edilir. Maddə
30. Əmək pensiyasını təyin edən orqan... 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin Qanunun 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azə rbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricil ərin 2 nömrəli Siyahısı”: 22900000 – XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri... 22901000 –
1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 №-li Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa)... 2290100b – b) rəhbərlər və mütəxəssislər 2290100b—23419 – tikinti və quraşdırma işlərinin ustaları 2290100b—24441 – iş icraçıları
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması bar ədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikay ətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə, cavabdehin iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də imtina məktubunun, etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.
28. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, daha əvvəl qərar əsasında iddiaçıya (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödəniş cavabdeh tərəfindən dayandırılmışdır. Lakin cavabdeh bu zaman inzibati icraat haqqında qanunvericiliklə tələb olunan qaydada lazımi inzibati icraat aparmamış və iddiaçıya pensiya ödənişinin dayandırılması barədə hər hansı əsaslandırılmış qərar (inzibati akt) qəbul etməmişdir. Cavabdeh tərəfindən pensiya ödənişinin dayandırılmasının səbəbi isə ondan ibarət olmuşdur ki, aparılan araşdırma nəticəsində pensiya təyin edilərkən iddiaçının təqdim etdiyi sənədlərdə qeyd edilən mə lumatlara əsasən, onun 4 dekabr 1997-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövr ərzində Göyçay rayon “Azərsutikinti ASC-nin Şirvan Azərsutikinti Törəmə Müəssisə”ndə işlədiyi qeyd olunmuş, həmin dövr üzrə iddiaçıya dair əmək haqqı cədvəlləri araşdırılarkən isə 1997-2003-cü illərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi və 2004-2005-ci illərin əmək haqqı cədvəllərinin adıçəkilən müəssisənin rəhbər şəxsləri tərəfindən imza və möhürlə təsdiq edilmədiyi müəyyən edilmiş və buna görə də, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır.
29. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən, eyni zamanda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm "Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normalarının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
30. Həmçinin nəzərə a lmaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
31. Bu baxımdan, inzibati icraat qanu nunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
32. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
33. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə o lma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.
34. Apellyasiya məhkəməsi tərəfindən araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçıya pensiyanın ödənişi dayandırılarkən, yuxarıda qeyd olunan qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşı yır.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın ödənişinin dayandırılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının fərdi hesabının sığorta hissəsində qe ydə alınan pensiya kapitalının qanunvericiliyə uyğun olaraq müəyyən edilən aşağı həddindən az olması ilə bağlı təkrarlanan dəlilinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Hazırkı qərarın 18-ci bəndində qeyd edilən normaya əsasən tətbiq edilən “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” şərti 1 iyul 2017-ci il tarixdən sonrakı dövrdə hüququ yaranmış şəxslərə münasibətdə tətbiq olunur. 39. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olan iddiaçıya əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. İddiaçının güzə ştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 1 yanvar 2006-cı il tarixdə qüvvədə olan qanunvericilikdə “pensiya kapitalının toplanması” şərti mövcud olmamışdır.
40. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu, habelə pensiya hüququnun yaranması ilə bağlı xüsusatları araşdırarkən da yuxarıda göstərilən maddi hüquq normalarına istinad etməklə düzgün nəticəyə gəlmişdir.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insdtansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 10 mart 2022-ci il tarixli, 21(103)-728/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.