Məhkəmə qərarları › İş №2-1(102)-1145/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1145/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1145/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; kabel lehimləyiciləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-551/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********5 №-li imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Rabitə bölməsində (30) q urğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilərlehimləyicilər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən cavabdehə təqdim edilən "xxxx" MMC-nin Gəncə Telekommunikasıya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə kabel cilalayıcısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda göstərilmiş qərarla təsdiq olunan qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər lehimləyicilər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 7 il 4 ay 29 gün ( xx.xx.1989-xx.xx.1997-ci il tarixləri arasındakı dövr) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983-cü kolxozda kolxozçu kimi işə başlamış, xx.xx.1985ci ilə kimi orada işləmiş, xx.xx.1985-ci ildə Ermənistanın Zod Qızıl mədənində hərbiləşdirilmiş mühafizə dəstəsində atıcı vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu ilə kimi orada çalışmış, həmin tarixdə məlum hadi sələr ilə əlaqədar olaraq işdən azad edilmişdir. 5. xx.xx.1989-cu ildə Gəncə şəhəri Telefon Şəbəkəsində 2 saylı ATS-ə xətt sahəsinə kabelçi kimi işə qəbul edilmiş, xx.xx.1997-ci ildə idarənin adı dəyişdirildiyindən xx.xx.1997-ci ildə sərəncama götürülmüşdür. Həmin tarixdə də Gəncə Telekommunikasiya İdarəsinin 2 saylı ATS xətt sahəsinə 5-ci dərəcəli kabel cilalayıcısı təyin edilmiş və xx.xx.2004-cü ilə kimi orada həmin işdə işləmiş və həmin tarixdə öz ərizəsilə işdən azad olunmuşdur. 6. 22.09.2006-cı ildə Gəncə Şəhər Elektrik şəbəkəsində enerji satış şöbəsinə nəzarətçi vəzifəsinə təyin edilmiş və xx.xx.2006-sı ildə öz ərizəsilə işdən azad olunmuşdur. 7. 01.11.2006-cı ildə "xxxx" MTK-da elektrik montyoru təyin edilmiş və xx.xx.2011-ci ilə kimi orada çalışmışdır. xx.xx.2014-cü ildə "xxxx" M MC-yə elektrik montyoru olaraq işə qəbul edilmiş və hal-hazırda da orada işləyir. Beləliklə, onun hərbi xidmətlə birlikdə ümumilikdə iş stajı 36-37 il təşkil edir və hazırda da işləyir.

8. Hazırda onun 61 yaşı var və 60 yaşından artıq yaşı olduğu üçün onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

9. Cavabdeh tərəfindən ona güzəştli şərtlərlə işləməyi ilə bağlı Gəncə Telekommunikasiya İdarəsindən arayış gətirməli olduğu bildirilmiş, o, "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsindən arayış alaraq təqdim etmişdir. Həmin arayışda onun güzəştli şərtlərlə 14 il 11 ay 13 gün işləməyi göstərilsə də, cavabdeh xx.xx.2022ci il tarixdə **********5 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsinə dair məktub vermişdir.

10. Beləliklə, onun ümumi iş stajı 36-37 ildən artıq olmaqla həmin iş stajının təxminən 15 il müddətini ağır əmək şəraitində işləməyi açıq-aşkar görünür. Bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə icazə verir, buna baxmayaraq cavabdeh güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edir. Cavabdehin etirazları:

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz vermişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1985-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının surətində onun xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsində kabel-cilalayıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. 12. "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsinin xx.xx.2022-ci il tarixli KŞ-12 nömrəl i arayışında iddiaçının işlədiyi vəzifə kabel-cilalayıcısı vəzifəsi göstərilmişdir. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilmiş sənədlərə əsasən, mübahisəsiz güzəştli iş stajı 7 il 4 ay 29 gün (xx.xx.1989-xx.xx.1997-ci il tarixləri arasındakı dövr) təşkil edir. İddiaçı bu dövrlərdə "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsində kabelçi-lehimləyici vəzifəsində işləmişdir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Rabitə bölməsində (30) qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər vəzifəsi n əzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda göstərilmiş qərarla təsdiq olunan qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər lehimləyicilər vəzifəsinə uyğun deyil. Belə olan halda, ona “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1124/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliy i cavabdehin üzərinə qoyulmuşdur.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir: 1) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Siyahısında göstərilən işlərə aid olmalı, 2) iddiaçının azı 25 il iş stajı olmal ı, bu müddətin azı 12 il 6 ayını siyahıda göstərilən işlərdə çalışmalıdır.

16. Birinci instansiya məhkəməsi birinci şərtlə bağlı hesab etmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının rabitə bölməsinin (30.0) birinci bəndində qeyd edilmiş “kabelçilər-lehimləyicilər” vəzifəsinin iş xüsusiyyətləri ilə eynilik təşkil edir və bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir.

17. İkinci şərtlə bağlı isə qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilməsi üçün qanunvericiliklə tələb olunan ümumi iş stajı mübahisələndirilməmişdir.

18. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının hüququ yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-551/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsin in xx.xx.2023-cü il tarixli, 2-1(114)-1124/2023 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, "xxxx" MMC Gəncə Telekommunikasiya İdarəsinin KŞ-12 nömrəli, xx.xx.2022-ci il tarixli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışına əsasən iddiaçı xx.xx.1997-ci il tarixdən Gəncə şəhər Telefon şəbəkəsinin ləğv edilməsi ilə əlaqədar Gəncə Telekommunikasiya İdarəsinin sərəncamına göndərilmiş, həmin tarixdən Gəncə Telekommunikasiya İdarəsinin 2 nömrəli ATS xətt sahəsinə 5-ci dərəcəli kabel-cilalayıcısı təyin edilmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 14 il 11 ay 13 gündür. İşlədiyi vəzif ənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvunul üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın

30. Rabitə bəndində kabelçi vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

22. Məhkəmə kollegiyası cavabdeh orqan tərəfindən qəbul edilməyən xx.xx.1997-xx.xx.2004-cü illərdə Gəncə Telekommunikasiya İdarəsinin 2 nömrəli ATS xətt sahəsində 5-ci dərəcəli kabel-cilalayıcısı vəzifəsində işləməsinə münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi vəzifə “Güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının rabitə bölməsinin (30.0) birinci bəndində qeyd edilmiş “kabelçilər-lehimləyicilər” vəzifəsinin iş xüsusiyyətləri ilə eynilik təşkil edir və bu səbəbdən də həmin dövr iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir.

23. Həmçinin məhkəmə kollegiyasının sorğusu əsasında "xxxx" MMC Gəncə Telekommunikasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Gəncə Telekommunikasiya İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 22/23 saylı əmrdən görünür ki, istehsalat zərurətini nəzərə alıb Gəncə KTİ-də zərərli iş hesab olunan akkumulyatorçu və kabel-cilalayıcılarına mövcud təlimata əsasən zərərli iş üçün 24% əlavə əmək haqqı verilmişdir. Bu bir daha onu təsdiq edir ki, iddiaçının çalışmış olduğu qeyd edilən vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aid olmuşdur.

24. Göründüyü kimi, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının güzəştli şərtlərlə peşələrdə olan iş stajına daxildir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş hüququ yarandığı vaxt dedikdə, xx.xx.2022-ci il tarixi kimi qəbul edilməlidir. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt, yəni xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün həmçinin pensiya kapitalı da tələb o lunurdu. İş materiallarından da göründüyü kimi iddiaçı tələb edilən pensiya kapitalına malik olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə edən dəyişikliklə (xx.xx.2022ci il tarixdən qüvvəyə minmişdir) əsasən sonradan həmin şərt aradan qalxdığından, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt dedikdə xx.xx.2022-ci il tarix kimi başa düşülməlidir.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

27. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd olunur ki, hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuşdur. Lakin iddiaçının işlədiyi peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələrin Siyahısında olmadığından onun güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. Beləliklə, hazırki işdə iddiaçının peşəsi (kabel-cilalayıcısı) Siyahıda müəyyən olunmuş peşələr ilə eyniləşdirilməmişdir.

28. Məhkəmənin yalnız iddiaçının təqdim etdiyi güzəştli arayışa əsaslanmaqla ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə mövqeyi yanlışdır. Məhkəmənin bu mövqeyi “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun deyildir. 29. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödə nilməsi Qaydaları”na, “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı” adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

30. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyy əti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.

31. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübut etmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan iş lərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 34. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

30. Rabitə qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər

35. İnzibati Prose ssual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları il ə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi haqla olaraq gəldiyi nəticənin faktiki əsası kimi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Gəncə Telekommunikasiya İdarəsinin KŞ-12 nömrəli, xx.xx.2022-ci il tarixli “Şəxsin güzəştli şərtlə pensiy a hüququ verən işdə çalışmasına dair” arayışına istinad etmişdir. Həmin arayışla təsdiq olunur ki, iddiaçının işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 14 il 11 ay 13 gündür, işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvunul üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın

30. Rabitə bəndində kabelçi vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

43. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 1 9.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

44. İddiaçı öz tələbinin əsası kimi əmək kitabçasına və iş yerindən verilmiş güzəştli iş stajına dair arayışa əsaslanır.

45. İddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

46. Beləliklə, iddiaçının yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

47. Apellyasiya instansiyası məhkəməsi, həmçinin haqlı olaraq hesab e tmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt, yəni xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün, digər şərtlərlə yanaşı, həmçinin pensiya kapitalı da tələb olunurdu. İddiaçı tələb edilən pensiya kapitalına malik olmamışdır. Həmin şərt xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş qanunla aradan qalxdığından, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt dedikdə, xx.xx.2022-ci il tarix başa düşülməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-551/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar