Məhkəmə qərarları › İş №2-1(102)-1145/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1145/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1145/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğvi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik h üquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(106)-54/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ATSC-nin ümumi yığıncağının 04 yanvar 2000-ci il tarixli iclas protokolundan çıxarışı, 05 yanvar 2000-ci il tarixli, 1 nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2000-ci il tarixli, 4 nömrəli mədaxil kassa orderi ilə müəyyən edilir ki, bazarın balansında olan gün çıxan tərəfində yerləşən, əsas sahəsi 15,4 kv.metr, köməkçi sahəsi 16 kv.metr olan otaqların ******* manata İddiaçı satılması qərara alınm ış, bununla bağlı "xxxx" ATSC ilə İddiaçı arasında 05 yanvar 2000-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və alqı-satqı predmeti olan daşınmaz əmlakın 04 yanvar 2000-ci il tarixli iclas protokolunda və 05 yanvar 2000-ci il tarixli 1 nömrəli alqı-satqı müqaviləsində qeyd olunmuş ******* manat dəyəri İddiaçı tərəfindən "xxxx" ATSC-nin kassasına ödənilmişdir.

2. Daha sonra Masallı rayon DTİ və MHQİ tərəfindən həmin əmlaka dair İddiaçı adına yanvar 2000-ci il tarixli “Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin” texniki pasportu verilmişdir.

3. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müra ciət edərək "xxxx" ASC-in adına tərtib edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışa dair texniki pasportun qismən, yəni xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsi ilə almaqla adına tərtib edilmiş 333 inventar nömrəli Texniki Pasportla üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, daşınmaz əmlak üzərində yaranmış mübahisənin həlli ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədə müvafiqdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və həmin Çıxarışa dair “Texniki Pasportun qismən, yəni 05 yanvar 2000-ci il tarixli alqı-satqı müqaviləsi ilə almaqla adına tərtib edilmiş 333 inventar nömrəli Texniki pasportla üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş et mişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin ümumi yığıncağının 04 yanvar 2000-ci il tarixli iclas protokolu ilə bazarın balansında olan gün çıxan tərəfində yerləşən əsas sahəsi 15,4 kv.metr, köməkçi sahəsi 16 kv.metr olan otaqların ona ******* manata satılması qərara alınmışdır. Bununla bağlı "xxxx" ASC ilə 05 yanvar 2000-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqavilədə də "xxxx" ASC-nin balansında olan yığıncağın protokolunda göstərilən hissəni ona ******* manata satması əks olunmuşdur. Həmin gün müqavilədə nəzərdə tutulmuş ******* manat pulu Cəmiyyətin kassasına ödəmişdir. Cəmiyyətin sədri olan Sərhəng Nadirov 07 yanvar 2000-ci il tarixdə Masallı rayon DTİ və MHQİ-nə ərizə ilə müraciət edərək, Bazarın balansında olan ticarət sahəsindən ona satd ığı mağazaya dair adına texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Həmin ay sözügedən tikiliyə dair adına texniki pasport tərtib edilmişdir. Qeyd olunan qeyri-yaşayış obyektindən bir neçə il istifadə etdikdən sonra işlə bağlı Rusiya Federasiyasına getməli olduğundan qeyd olunan obyektdən razılığı ilə tanışları tərəfindən istifadə edilmişdir. Ötən il həmin qeyri-yaşayış obyektinin qapısı və pəncərəsi çıxarılaraq yeri hörülmüş və arxa divar sökülərək Bazara birləşdirilmişdir. Bununla bağlı Bazarla aralarında yaranmış məhkəmə mübahisəsi zamanı isə ötən ilin may aynda Bazarın adına Çıxarışla texniki pasport tərtib edilərkən onun adına olan texniki pasport tərtib edilmiş ərazinin də həmin çıxarışla Texniki Pasportun tərkibinə daxil edilməsi məlum olmuşdur.

7. Cavabdeh iddia ərizəsinə e tiraz edərək bildirmişdir ki, "xxxx" ASC-nin balansında olan qeyri yaşayış binalarının səhmlərinin özəlləşməsi barədə Milli Depozit Mərkəzi QSCnin Qiymətli Kağız Mülkiyyətçilərinin 11 iyun 2020-ci il tarixli Reyestrdən çıxarışı, Milli Depozit Mərkəzinin Səhmlərinin Sertifikatı, Emissiya prospekti, Nizamnamə, Dövlət qeydiyyatı haqqında şəhadətnamə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 30 dekabr 1998-ci il tarixli, 1626 saylı sərəncamı və 14 mart 1998-ci il tarixli texniki pasportu əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 9 və 10-cu maddələrinin tələblərinə uyğun olaraq “ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 2746.7 kv.metrdən ibarət qeyri-yaşayış binasına 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 20 may 2021-ci il tarixdə **********82-06301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Hal-hazırda həmin qeyri-yaşayış binasına 22 iyun 2021-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin adına 14 oktyabr 2021-ci il tarixdə **********82-06301 reyestr nömrəli yüklülük çıxarışı verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas kimi həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas sayılır. “Daş ınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

8. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1553/2022 saylı, 05 iyul 2022-ci il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-474/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı ilə (hakim X5) iddia təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, "xxxx" ATSC ilə İddiaçı arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2000-ci il tarixli, 1 nömrəli müqavilə notariat qaydada t əsdiq olunmadığından və qeydə alınmadığından, həmin müqavilənin bağlandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən etibarsızdır. "xxxx" ATSC 2746,7 kv.metr, o cümlədən əsas sahəsi 1886,8 kv.metr, köməkçi sahəsi 859,9 kv.metr olan tikililərə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ı qanuni əsaslarla əldə etmişdir və həmin çıxarışın "xxxx" ATSC-dən 05 yanvar 2000-ci il tarixli, 1 nömrəli alqısatqı müqaviləsi əsasında əldə etdiyi qeyri-yaşayış sahəsi hissəsində ləğv edilməsi barədə İddiaçı ərizəsinin təmin olunmasından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna müvafiq olmaqla, iddiaçının hüquql arının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

11. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(106)-54/2024 nömrəli qərarı ilə (hakimlər X2 (məruzəçi), X6 və X3) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-474/2023 saylı, 02 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə Konstitusiyanın 13 və 29-cu maddələrinə, eləcə də Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

16. Belə ki, MPM-nın 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıхаrılmаlıdır. İşə baxan məhkəmələr 3-cü şəхslə iddiaçının arasında olan müqavilənin notarial qaydada təsdiq еdilməməsini qeyd еtmişdir. Hаlbuki hüquq münasibəti yarandığı z aman qüvvədə olan qanunvericilikdə belə bir tələb yox idi. İşə baxan məhkəmələrin istinad etdiyi 1964-cü il tarixli Mülki Məcəllənin 230-cu maddəsi yaşayış evinin аlqı-sаtqı müqaviləsini nəzərdə tutur. Hazırkı işdə isə alqı-satqının predmeti yaşayış evi deyil, qeyri-yaşayış obyektidir. Qeyri yaşayış obyekti ilə bağlı müqavilənin notarial qaydada təsdiqini tələb edən norma isə həmin Məcəllədə yoxdur. Bu isə işə baxan məhkəmələrin qeyd olunan məsələdə səhvə yol verməsini göstərir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. Üçüncü şəxs "xxxx" ASC-in sədri kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Azərbaycan SSR Mülki Məcəlləsi: Maddə

149. Öhdəlik anlayışı Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi yerinə yetirməli, pulu verməli və sairə, yaxud müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Maddə

228. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edil miş pul məbləğini ödəməyi öhdəsinə götürür. Maddə

230. Yaşayış evinin alqı-satqı müqaviləsinin forması Tərəflərdən heç olmasa biri vətəndaş olduqda yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən on gün gec olmayaraq qeydə alınmalıdır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prin siplərini və qaydalarını müəyyən edir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsa sən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. İddi açının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və həmin Çıxarışa dair “Texniki Pasportun” qismən, yəni 05 yanvar 2000-ci il tarixli alqı-satqı müqaviləsi əsasında adına tərtib edilmiş 333 inventar nömrəli Texniki pasportla üst-üstə düşən hissədə ləğv edilməsinə yönəlmişdir.

24. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən bu qənaətə gəlmişlər ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2000-ci il tarixli, 1 nömrəli müqavilə notariat qaydada təsdiq olunmadığından və qeydə alınmadığından, həmin müqavilənin b ağlandığı vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən etibarsızdır.

25. Eyni zamanda iddiaçının adına tərtib edilmiş texniki pasportun adından da göründüyü kimi həmin sənəd yalnız “lisenziya haqqının hesablanmasına dair” olmaqla, istifadə hüququ ilə bağlı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda da sözügedən tərtibatda və məzmunda texniki pasportların hüquqların əldə edilməsi üçün əsas hesab edilməsi öz əksini tapmamışdır. Odur ki, mübahisəli qeyri-yaşayış binasına dair üçüncü şəxsin hüquqla rı qeydə alındığı zaman həmin texniki pasportun mövcudluğu qeydiyyat hərəkətlərinin aparılmasına maneə kimi qiymətləndirilə bilməzdi və cavabdeh tərəfindən qeydə alınma zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Həmçinin qeyd edilməlidir ki, ekspert tədqiqatı ilə də iddia olunan sahənin üçüncü şəxsin adına qeydə alınmış qeyri-yaşayış binası ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır.

26. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni yuxarıda bəhs olunan qanunvericiliyin müddəalarına zidd hesab edərək həmin qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını lazım bilir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır.

27. İlkin olaraq iş materiallarına mövcud sənədlərin təhlil edilməsi mə qsədə müvafiqdir. Üçüncü şəxsə aid olan məlumatlar Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən ümumi sahəsi 2746,7 kv.metr, o cümlədən əsas sahəsi 1886,8 kv.metr, köməkçi sahəsi 859,9 kv.metr olan tikililərə dair xx.xx.1998-ci il tarixdə Masallı rayon Mərkəzi Bazarın adına texniki pasport tərtib olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli Sərəncamı ilə ünvan 2 ünvanında yerləşən Masallı Mərkəzi Bazarı "xxxx" X13 cəmiyyətinə çevrilmişdir. Qiymətli kağız mülkiyyətçilərinin reyestrindən müəyyən edilir ki, Mərkəzi Bazarın səhmdarları xx.xx.2020-ci il tarixdə X4 "xxxx" ATSC-ni sədri seçmişlər (cild 1, iş vər 60). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarı şda ümumi sahəsi 2746,7 kv.metr olan qeyri-yaşayış binasının tam xüsusi mülkiyyət hüququ əsasında "xxxx" ASC-yə məxsus olduğu qeyd edilmişdir. "xxxx" ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə 15 il müddətində icarə müqaviləsi bağlanmışdır. İddiaçıya aid olan məlumatlar "xxxx" ATSC-nin ümumi yığıncağının 04 yanvar 2000-ci il tarixli iclas protokolundan çıxarışla müəyyən edilir ki, bazarın balansında olan gün çıxan tərəfində yerləşən, əsas sahəsi 15,4 kv.metr, köməkçi sahəsi 16 kv.metr olan otaqların ******* manata İddiaçı satılması qərara alınmışdır (cild 1, iş vər 7). "xxxx" ATSC ilə İddiaçı arasında 05 yanvar 2000-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə "xxxx" ATSC 04 yanvar 2000-ci il tarixli iclas protokoluna əsasən ATSC-in balansında olan əsas sahəsi 2.7x5.7+15.4 m2 hər metri 147 min manatdan (15.4x147.000)+2263800 manat, köməkçi sahəsi 2.8x5.4 m2 hər metri 105000 manatdan ******* manat cəmi ******* SC-in kassasına ödədikdən sonra İddiaçı satılır və lazım olan sənədlər ona təqdim edilir. Alıcı İddiaçı otaqların pulunu ******* manat 100% kassaya ödədikdən sonra öz vəsaiti kimi istifadə edir. İddiaçı ******* manat pulu "xxxx" ATSC-yə ödəmiş və bu barədə ona xx.xx.2000-ci il tarixli, 4 nömrəli mədaxil kassa orderi verilmişdir (cild 1, iş vər 9). "xxxx" ATSC-nin sədri X7 xx.xx.2000-ci il tarixli ərizə ilə Masallı rayon X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edərək, İddiaçı satılmış ticarət sahəsi 15,4 kv.metr, ümumi sahəsi 16 kv.metr olan mağazaya dair onun adına texniki pasportun ve rilməsini xahiş etmişdir. Yanvar 2000-ci il tarixdə İddiaçı “Lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin” texniki pasportu verilmişdir.

28. Məhkəmə kollegiyası hazırkı işə hüquqi qiymət verilməsi ilə əlaqədar bildirir ki, hüquq münasibətləri Azərbaycan SSR Mülki Məcəlləsi qüvvədə olduğu zaman yarandığından MPM-in 217.2-ci maddəsinin tələbinə əsasın hüquqi dəyərləndirmə həmin qanunvericiliyin müddəalarına uyğun şəkildə aparılmalıdır.

29. Həm iddiaçıya, həm də üçüncü şəxsə məxsus olan və iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi üçüncü şəxslə iddiaçı arasında əsas sahəsi 15,4 kv.metr, köməkçi sahəsi 16 kv.metr olan otaqların satılmasına dair alqı-satqı müqaviləsi olmuşdur.

30. Müqavilə bağlanan zaman qüvvədə olan mülki qanunvericiliyin tələbi nə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

31. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsi ikitərəfli müqavilə olmaqla alıcı və satıcının qarşılıqlı öhdəliklərini müəyyən edilir. Hüquq nəzəriyyəsinə əsasən müqavilə iştirakçıları müqavilə şərtlərinə bağlıdır və həmin şərtlərdən bir qayda olaraq kənara çıxmağa yol verilmir.

32. Yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi iddiaçı müqavilə şərtlərində irəli gələn öhdəliyini tam icra etmiş, satılmış əmlakın dəyərini razılaşdırılmış məbləğdə satıcıya ödəmişdir. Yəni alıcı, İddiaçı tərəfindən müqavilə şərtləri qeyd şərtsiz icra edilmişdir ki, bu halı üçüncü şəxs də mübahisə etmir.

33. Məhkəmələr id dianı rədd edərkən əsas kimi tərəflər arasında daşınmaz əmlakla bağlı bağlanmış alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmədiyini göstərmiş və hüquqi əsaslandırma zamanı 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin 230-cü maddəsinin tələblərini rəhbər tutmuşlar.

34. Məhkəmə kollegiyası məhkəmələrin bu yanaşmasını düzgün qəbul etmir. Belə ki, istinad edilən normada yaşayış evinin alqı-satqısı ilə bağlı məsələlər tənzimlənir. Mübahisə predmeti olan sahə isə qeyri-yaşayış sahəsi olduğundan istinad edilən normada göstərilən müddəalar analoji olaraq hazırkı hüquq münasibətlərinə tətbiq edilə bilməz.

35. Eyni zamanda bir məqamı da diqqətdən qaçırmaq olmaz ki, tərəflər, yəni iddiaçı ilə üçüncü şəxs arasında bağlanan alqı-satqı müqaviləsi qüvvədədir, hər hansı formada lə ğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Həmçinin üçüncü şəxs də müqavilənin qanunsuzluğunu və etibarsızlığını mübahisələndirməmişdir.

36. Bundan əlavə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə araşdırmasının kifayət qədər dolğun olmadığı qənaətindədir.

37. Yuxarıda da qeyd edildiyi kimi iddia tələbinin əsasında üçüncü şəxsə verilmiş çıxarışın və texniki pasportun qismən, yəni 05 yanvar 2000-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçının adına tərtib edilmiş 333 inventar nömrəli Texniki pasportla üst-üstə düşən hissədə ləğv edilməsi dayanır.

38. Növbəti apelyasiya baxışı zamanı iddiaçıya satılmış sahənin üçüncü şəxsə məxsus çıxarış və texniki pasportda mövcud olub olmaması apellyasiya instansiya məhkəməsinin araşdırmasının əsas istiq aməti olmalıdır. Məhkəmə üçüncü şəxsə məxsus olan çıxarışda öz əksini tapmış 2746,7 kv.m daxilində iddiaçıya alqı satqı müqaviləsi əsasında satılmış sahələrin olub olmadığını müəyyən etməlidir (əsas sahəsi 15,4 kv.metr, köməkçi sahəsi 16 kv.metr).

39. Eyni zamanda iddia predmeti olan və qismən ləğvi tələb edilən çıxarışın və texniki pasportun verilmə əsası, başqa sözlə çıxarışın verilməsi üçün ilkin hüquqmüəyyənedici sənədlər də apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Həmin sənədlərə baxış keçirilərkən iddiaçıya verilmiş qeyri-yaşayış sahəsinin ölçülərinə diqqət yetirilməli, iddiaçıya ayrılan sahənin üçüncü şəxsə məxsus sənədlərdə mövcudluğu yoxlanılmalıdır.

40. Bu obyektiv araşdırma prinsipi baxımından mühüm əhəmiyyət kəsb edir. Obyektiv araşdırma prinsipinin tələblə rinə uyğun olaraq, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

41. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

42. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilmə li, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2-1(106)-54/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar