Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1146/2017 13.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı MMC-nin direktoru X1cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1146/2017) Bakı şəhəri 13 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin direktoru X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “yoxlamadan irəli gələn hər hansı hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-638/2017 saylı, 07 mart 2017-ci tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 13 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 19 yanvar 2017-ci il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək,cavabdehin 06 yanvar 2017-ci il tarixdə keçirdiyi reydin nəticələri barədə Respublika Baytarlıq Labaratoriyasının ekspertizasının nəticələri və iddiaçıya məxsus İddiaçı MMC-nin ərazisində “qanunsuz fəaliyyət göstərən əti sümükdən ayıran sexin aşkarlanmasına dair” tərtib olunmuş aktın ləğv edilməsi və cavabdehin yuxarıda qeyd olu nan hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə verərək mübahisə üzrə məhkəmə araşdırmasının yekununa kimi müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə ünvan 1 ünvanda yerləşən İddiaçı MMC-yə qarşı aparılan yoxlamadan irəli gələn hər hansı hərəkətlərin edilməsinə qadağan qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh tərəfdən hər bir vasitələrə əl atılır ki, hazırkı mübahisə üzrə qərar çıxarılanadək qanunsuz olaraq tərtib olunmuş rəyə əsaslanaraq bazarda sahibkarların ət satışına qadağalar qoyulsun, eyni zamanda hüquq mühafizə orqanlarına əsassız olaraq məktublar, təqdimatlar göndərilsin. Bu isə sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması ilə yanaşı hüqu qi şəxsin işgüzar nüfuzuna bərpası mümkün olmayan ziyan vurmaqla nəticələnə bilər. Həmin şöbəyə hazırkı mübahisənin mövcudluğunun bildirilməsi bu hərəkətlərin edilməsinin qarşısını almır. İnzibati Prosessual Məcəllənin 40-cı maddəsinin tələbinə görə hakim müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etməkdən çəkinmək barədə vəzifə qoya bilər. Cavabdehin üzərinə həmin vəzifənin qoyulmaması qəbul edilmiş qərarın gələcəkdə icrasını mümkünsüz edər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, MXMT(81)-35/17 saylı iş) 23 yanvar 2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək ünvan 1 ünvanda yerləşən iddiaçıya qarşı cavabdeh tərəfindən aparılan yoxlamadan irəli gələn hər hansı hərəkətlərin edilməsi cavabdehə qadağan edilmişdir. Birinci inst ansiya məhkəməsi ərizəni təmin etməsini onunla əsaslandırmışdır ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimlənmə zəruridir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli qərardadı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X5 və X7, 2-1(103)-638/2017 saylı iş) 07 mart 2017-ci tarixli qərardadla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. Cavabdeh 07 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin də lilləri: İddiaçı cavabdeh tərəfindən 06 yanvar 2017-ci il tarixdə İddiaçı MMC-nin ərazisində keçirdiyi yoxlamanın qanuniliyini mübahisələndirərək bildirir ki, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək bu yoxlamanın nəticələrinə əsasən hər hansı tədbirlərin görülməsi, iddiaçının məsuliyyətə cəlb edilməsi barədə hər hansı qərarların qəbulu iddiaçı üçün arzuolunan deyildir. Əks halda, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) mümkün olmayacaq və ya xeyli dərəcədə çətinləşəkdir. Cavabdeh apellyasiya şikayətində də bildirmişdir ki, həmin yoxlamanın nəticəsi ilə əlaqədar müvafiq materiallar aşkar olunmuş ciddi qanun pozuntularına hüquqi qiymət verilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə təqdim edilmiş, Kənd Təs ərrüfatı Nazirliyi tərəfindən 17.01.2014-ci il tarixli məktubla isə toplanmış sənədlər aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Bu fakt isə iş üzrə müvəqqəti xarakterli müdafiə üçün əsasların mövcud olduğunu və belə bir müdafiənin zəruri olduğunu təsdiq edir. Məhkəmələr tərəfindən xüsusilə diqqət yetirilməli olan əsas məqam ondan ibarət olmalıdır ki, məhz qeyd edilən tədbir çərçivəsində 06 yanvar 2017-ci il tarixdə gecə saatlarında, saat 04:00-05:00 radələrində daxil olmuş məlumat əsasında cavabdehin mütəxəssisləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin əməkdaşlarının iştirakı ilə mənşəyi məlum olmayan, insan qidası üçün yararlılığı şübhə doğuran ət və ət məhsulla rının satışının qarşısının alınması məqsədi ilə ünvan 2 ünvanında yerləşən sahibkar iddiaçıya məxsus İddiaçı MMC-nin ərazisində gecələr gizli fəaliyyət göstərən, X6ndən kənar, insanların həyat və sağlamlığına mühüm təhlükə yaradan antisanitar şəraitdə ətin sümükdən ayrılması sexi (obvalka sexi) və həmin sexdə 320 kq çəkidə hissələrə bölünmüş 14 ədəd bud və qol-qabırğadan ibarət heyvan əti şaqqaları, 65 kq çəkidə 5 ədəd ağ salafan torbalara qablaşdırılmış sümükdən ayrılmış ət və 5 ədəd heyvan içalatı aşkar edilmişdir. Eyni zamanda, məhkəmələr tərəfindən nəzərə alınmalı olan digər əsas məqamlardan biri də odur ki, 06.01.2016-cı il tarixdə keçirilmiş tədbir zamanı götürülən ət və ət məhsulları İddiaçı MMC-nin ərazisində qanuni surətdə pərakəndə ət satışı ticarət fəaliyyəti ilə məşğul olan qəs sablardan deyil, yalnız gecələr baytarlıq nəzarətindən kənar antisanitar şəraitdə, gizli şəkildə qanunsuz fəaliyyət göstərən ətin sümükdən ayrılması sexindən götürülmüş və aşkar olunmuş qanunsuz fəaliyyətlə bağlı Xidmətin mütəxəssisləri, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları və iddiaçıya məxsus ərazidə fəaliyyət göstərən sexdə qəssab işləyən Cümşüd Quliyevin iştirakı ilə müvafiq akt tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İnzibati iş üzrə işin təkzibedilməz faktiki halları bundan ibarətdir ki, cavabdeh orqana daxil olan məlumat əsasında həyata keçirilən baytarlıq nəzarəti tədbiri nəticəsində iddiaçının ərazisində qanunsuz fəaliyyət göstərən əti sümükdən ayıran sex aşkar edilmiş və məhz İddiaçı MMC-nin rəhbərliyinin verdiyi göstərişlərdən sonra həmin sexdə söküntü işl əri aparılmış və yüngül konstruksiyalardan müvəqqəti quraşdırılmış sexin ləğv olunması başa çatdırılmış, həmin sexdən aşkar edilmiş ətdən və daxili orqanlardan götürülmüş nümunələrin laboratoriya müayinəsinin nəticələrinə görə baytarlıq-sanitariya cəhətdən yararsız olması, insan həyatı üçün təhlükə yaratması müəyyən edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 9.1, 88-ci, 21.7-ci, İnzibati Prosessual Məcəllənin 48, 49, 57-ci maddələrinin tələblərini pozaraq, işin hallarının araşdırılması prinsipini, məhkəmənin yardım etmək vəzifəsi, sübutetmə vəzifəsi və s. prinsiplərinə əməl etmədən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə yalnız iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olamayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimlənmənin zəruri olması qənaətinə gəldiyindən ərizənin təmin edilməsi barədə qərardad qəbul etmişdir. İddiaçının 06.01.2017-ci il tarixdə Cavabdeh və Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi birgə reydin “yoxlama” aktı kimi qiymətləndirilməsi iddiasının da hüquqi əsası yoxdur. Apellyasiya instansiyası məhkəməsinin hazırkı qərardadı əsassız və qanunsuz olduğu, iş üzrə əhəmiyyətli olan hallara münasibət bildirilmədiyi, maddi və prosessual hüquq normaları pozulmaqla qəbul olunduğu, məhkəmənin qərardadında onun istinad etdiyi motivlərin əsası olmadığı üçün ləğv olunmalıdır. Şikayətin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 40, 43, 58, 59, 68-ci maddələrinə istinad edilmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçının iddia tələbi 3 hissədən i barətdir: 1) Cavabdeh Respublika Baytarlıq Labaratoriyasının ekspertizasının nəticələrinin ləğvi; 2) Onun ərazisində “qanunsuz fəaliyyət göstərən əti sümükdən ayıran sexin aşkarlanmasına dair” tərtib olunmuş aktın ləğvi; 3) Cavabdehin yuxarıda qeyd olunan hərəkətlərinin qanunsuz hesab edilməsi. Müvəqqəti xarakterli müdafiə barədə ərizədə isə iddiaçı iddia tələbi ilə bağlı məhkəmə araşdırmasının yekununa qədər cavabdehin üzərinə ona qarşı cavabdeh tərəfindən aparılan yoxlamadan irəli gələn hər hansı hərəkətlərin edilməsinə qadağa qoyulmasını xahiş edir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən hər vasitəyə əl atılır ki, hazırkı mübahisə üzrə qərar çıxarılanadək qanunsuz olaraq tərtib edilmiş rəyə əsaslanaraq hazırda sahibkarların ət satışına qadağalar qoyulsun, eyni z amanda hüquq mühafizə orqanlarına əsassız olaraq məktublar təqdimatlar göndərilsin. Bu isə sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması ilə yanaşı hüquqi şəxsin işgüzar nüfuzuna bərpası mümkün olmayan ziyan vurmaqla nəticələnə bilər. “Baytarlıq haqqında” Qanunun 8.1-ci maddəsinə görə dövlət baytarlıq xidmətinin heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) qanunla müəyyən edilmiş qaydada X6ni həyata keçirmək (8.1.4-cü maddə); heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya əleyhinə və baytarlıq (baytarlıq-sanitariya) tədbirlərinin apa rılması üçün icrası məcburi olan göstərişlər vermək, baytarlıq qaydalarının və normalarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada onların fəaliyyətini müvəqqəti dayandırmaq və ya qadağan etmək (8.1.6-cı maddə) hüququ vardır. Qanunun 13.1-ci maddəsində qeyd edilir ki, X6 orqanları baytarlıq nəzarətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər... Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh haq qında Əsasnamənin 8.5-ci bəndinə görə heyvan, heyvandarlıq məhsulları və xammal sahibləri tərəfindən Azərbaycan Respublikasının baytarlıq təbabəti qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək cavabdehin əsas vəzifələrinə aiddir. Cavabdeh ona həvalə olunmuş vəzifələrə uyğun olaraq bir sıra funksiyalarla yanaşı aşağıdakı funksiyanı da həyata keçirir: heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan mənşəli məhsul emal edən müəssisələrin, bazarların, xammal anbarlarının baytarlıq sanitariya nəzarətini həyata keçirir, həmin obyektlərin tikintisinin və yenidən qurulmasının, habelə yerqazma işlərinin baytarlıq ekspertizasının aparılmasını təmin edir (Əsasnamənin 9.16-cı bəndi). Cavabdeh bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək və funksiyaları həyata keçir mək üçün aşağıdakı hüquqlara malikdir: heyvan saxlayan, habelə heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanılması və onların ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə epizootiya əleyhinə və baytarlıq-sanitariya tədbirlərinin aparılması üçün icrası məcburi olan göstərişlər vermək (Əsasnamənin 10.4-cü bəndi). Bəhs olunan qanunvericilik aktlarına görə cavabdehin X6ni həyata keçirməkdə səlahiyyəti vardır və belə nəzarətin həyata keçirilməsinin nəticəsi olaraq müvafiq göstəriş və qərar vermək (inzibati akt qəbul etmək) hüququ vardır. “İnzibati icraat haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati şikayətin verilməsindən asılı olmayaraq, maraqlı şəxs müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəməyə müraciət edə bilər. Maraqlı şəxsin müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə müvafiq məhkəmələr tərəfindən baxılır (Qanunun müvafiq olaraq 77.1 və 77.2-ci maddələri). Qanunverici inzibati orqanın qəbul etdiyi inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilməsini, həmçinin müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəməyə müraciət edilməsini nəzərdə tutmuşdur. Lakin qanunverici inzibati icraatın gedişində, yaxud hər hansı mərhələsində inzibati orqana qarşı hər hansı hərəkətin edilməsini, o cümlədən qərar qəbul etməsini qadağan etməmişdir. Cavabdehin apardığı yoxlamanın nəticəsi olaraq hər hansı qərar, göstəriş (inzibati akt) qəbul etməsi işdən görünmür. Cavabdeh də şikayətlərində bu barədə hər hansı inzibati akt qəbul etməsini bildirməmişdir. Müvəqqəti xarakterli müdafiə haqqında ərizə inzibati aktın icrasının dayandırılması və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi ilə bağlı ola bilər. İddiaçı isə ərizəsində cavabdeh tərəfindən aparılan yoxlamadan irəli gələn hərəkətlərin qadağan edilməsini xahiş edir. Məhkəmə kollegiyası iddianın mümkünlük şərtlərinə və uğurluluq ehtimalına hüquqi qiymət vermədən hesab edir ki, cavabdeh tərəfindən aparılan inzibati icraatın hazırkı mərhələsində müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi istisna olunur. İddiaçı ərizənin hüquqi əsası kimi İPM-in 40-cı maddəsinə istinad etmişdir. M araqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər (İPM-in 40.1-ci maddəsi). Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər (İPM-in 40.2-ci maddəsi). Hazırkı işdə iddiaçı cavabdeh icra məmurunun inzibati aktını mübahisələndirmədiyindən, İPM-in 41-ci maddəsində müvəqqəti xarakterli müdafiə tədbiri kimi inzibati aktın icrasının dayandırılmasından bəhs olunduğundan bu normanın mübahisəyə tətbiq edilməsi istisna olunur. İddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi İPM-in 43-cü maddəsində əksini tapmışdır. İPM-in 43.1-ci maddəsində məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsaslar göstərilmişdir. İPM-in 43.2-ci maddəsində isə qeyd edilmişdir ki, ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İddiaçı ərizəsində həmin əsasların hər hansı birinə istinad etməmiş və ərizəni əsaslandırmamışdır. Bəhs edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir. Odur ki, kassasiya şikayəti təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin olunmamalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Re spublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-638/2017 saylı, 07 mart 2017-ci il tarixli qərardadı ləğv edilsin. “xxxx” MMC-nin müvəqqəti xarakterli müdafiə barədə ərizəsi təmin olunmasın. Qərar qətidir. Sədrlik edən: İmza var Hakimlər: İmza var İmza var “06” səhifə düzdür Hakim Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1146/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1146/2017
13.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver