Məhkəmə qərarları › İş №2-1(102)-1146/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1146/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1146/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya GİRİŞ HİSSƏ5 Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili iştirakı ilə, İddiаçı Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2-1(103)-409/2020 saylı, 05.02.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı Iddiaçı **.**.1956-cı ildə Hacıqabul rayonunda doğulmuş, 21.04.1980-cı ildən 18.01.1983-cü ilə qədər Əli-Bayramlı Təmir-Tikinti İdarəsində usta, 02.01.1986-cı ildən 02.06.1991ci ilə kimi həmin idarədə iş icraçısı, 15.05.1995-ci ildən 02.09.2003-cü ilə qədər «X» Birliyinin ** №-li Təmir-Tikinti İdarəsində iş icraçısı, 02.09.2003-cü ildən 30.04.2007-ci ilə qədər «X» İstesalat Müəssisəsində iş icraçısı, 01.05.2007-ci ildən 10.01.2009-cu ilə qədər Hacıqabul rayon İcra Hakimiyyətinin 1 saylı Tikinti-Təmir İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, cavabdeh isə 18.07.2019-cu il tarixli, ******* nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının təqdim etdiyi sənədlərdə isə güzəştli şərtlə pensiya hüququ verən peşələrdə onun işləməsinə dair arayış olmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı 16.03.2013-cü il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, onun işlədiyi vəzifələr Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarxili 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”na uyğundur. Odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən o, güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2019-cu il tarixli, 2-1(81)4456/2019 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı 16.03.2013-cü il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilmə miş pensiya məbləğinin birdəfəyə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2019-cu il tarixli, 2-1(81)4456/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2020-ci il tarixli, 2-1(103)409/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.11.2019-cu il tarixli, 2-1(81)4456/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 01.07.2017-ci il tarixinədək azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayını əmək şərai ti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 57 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırkı iş üzrə iddiaçıya münasibətdə ödənilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2020-ci il tarixli, 2-1(103)409/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmal ıdır. Həmin Qaydaların 3.2-ci bəndinə görə 01.01.2006-cı il tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. İddiaçı tərəfindən isə belə bir arayış təqdim edilmədiyindən və əmək kitabçasında iddiaçının işlədiyi sahə qeyd olunmadığından iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququna malik olub-olmadığını müəyyənləşdirmək mümkün deyil. Kassator, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3 və 96-cı maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2 020ci il tarixli, 2-1(103)-409/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (mad də 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2020-ci il tarixli, 2-1(103)-409/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçının 21.04.1980-cı ildən 18.01.1983-cü ilə qədər Əli-Bayramlı Təmir-Tikinti İdarəsində usta, 02.01.1986cı ildən 02.06.1991-ci ilə kimi həmin idarədə iş icraçısı, 15.05.1995-ci ildən 02.09.2003-cü ilə qədər «X» Birliyinin ** №-li Təmir-Tikinti İdarəsində iş icraçısı, 02.09.2003-cü ildən 30.04.2007-ci ilə qədər «X» İstehsalat Müəssisəsində işlədiyi iş icraçısı vəzifələri AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli Siyahısının XXVII «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» Bölməsinin iş icraçısı 229010OB24441 koduna, 01.05.2007-ci ildən 10.01.2009-cu ilə qədər «X» MMC-də işlədiyi iş icraçısı vəzifəsi həmin Siyahının XXVII «Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» Bölməsinin iş icraçısı - 2290100B-24441 koduna, 11.01.2009cu ildən 01.12.2010-cu ilə qədər «X» MMC-də işlədiyi iş icraçısı vəzifəsi həmin Siyahının XXVII «Bina, qu rğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri» Bölməsinin iş icraçısı - 2290100B-24441 koduna uyğundur və iddiaçı 57 yaşı tamam olduğu 16.03.2013-cü il tarixinə qədər qanunla tələb olunan 12 il 06 aydan çox zərərli iş stajı toplamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Odur ki, hazırda tərəflər arasında mövcud olan mübahisə adıçəkilən Qanun qüvvəyə minməmişdən əvvəl yarandığından mübahisə üzrə 01.07. 2017-ci il tarixinə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normaları tətbiq olunmalıdır. 01.07.2017-ci il tarixinə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalı şmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) İddiaçının 01.07.2017-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.07.2017-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 3) İddiaçının 01.07.2017-ci ilə qədər 57 yaşının tamam olması. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüq uqu vardır. Həmin Qanunun 67-ci maddəsinin III hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Beləliklə, işin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından da görünür ki, iddiaçının 16.03.2013-cü ilə qədər təhsil müddəti də daxil olmaqla 38 il 5 ay 10 gün ümumi və 23 il 8 ay 11 gün güzəştli, o cümlədən 01.01.2006-cı ilədək 31 il 6 ay 19 gün ümumi və 12,5 il güzəştli iş stajı mövcuddur və yuxarıda qeyd olunan hər üç hal iddiaçıya münasibətdə mövcud olduğundan iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 16.03.2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh kassasiya şikayətinin dəlillərində iddiaçıya pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndində nəzərdə tutulan iş yerinin arayışını təqdim etmədiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”n 1.3-cü bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Həmin Qaydaların 2 nömrəli Əlavəsinə əsasən, pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güz əştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Göründüyü kimi, güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməyə dair arayışın təqdim edilməli olması 11.12.2017-ci il tarixli Qaydalarda öz əksini tapmışdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ isə bu Qaydalar qəbul olunmazdan öncə-2013-cü il tarixində yarandığından ona münasibətdə həmin Qaydalar tətbiq oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin möv cudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya i nstansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.02.2020-ci il tarixli, 2-1(103)409/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar