Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1146/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2-ci dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1978-ci il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabi litasiya Agentliyinə qarşı iş üzrə “18 fevral 2021-ci il tarixindən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(103)-628/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası FHN DYMX-nin ARDYMH tərəfindən tərtib olunmuş 5 may 2017-ci il tarixli aktda qeyd edilmişdir ki, 4 aprel 2016-cı ildə hissənin dispetçer məntəqəsinə erməni silahlı qüvvələrinin atdığı mərminin partlaması zamanı güclü dalğa digərləri ilə yanaşı yanğınsöndürən daxili xidmət çavuşu İddiaçı yaşayış evinin həyətinin daş hasarı və dəmir darvazasına, eləcə də yanğ ınsöndürmə avtomobilinə çırpıb. Bu zaman böyük sürətlə ətrafa yayılan mina qəlpələri digərləri ilə yanaşı, yanğınsöndürən daxili xidmət çavuşu İddiaçı döyüş dəbilqəsinin ön tərəfini qəlpə deşdi, xoşbəxtlikdən qəlpə qırıntısı dəbilqəyə pərçimlənərək orada qaldığı üçün İddiaçı başına girmədi, yanğınsöndürmə avtomobilinin şüşələrini və kabinə hissəsini deşərək yararsız hala saldı.
2. Azərbaycan Respublikası FHN DYMX-nin ARDYMH tərəfindən tərtib olunmuş 27 aprel 2017-ci il tarixli akta əsasən, 26 aprel 2017-ci il tarixdə növbədə olarkən saat 19:28 radələrində növbənin yanğınsöndürəni daxili xidmət cavuşu İddiaçı qəfildən halı pisləşmiş və onda qıcolma hadisəsi baş vermiş, dərhal təcili yardım stansiyasına məlumat verilmiş, qaşıq vasitəsi ilə onun dişlərini çətinliklə də olsa aralayıb nəfəs ala bilməsinə şərait yaradılmış, bu zaman onun ağzında olan qızıl dişlərdən biri də qırılaraq düşmüşdür, təcili tibbi yardım stansiyasının həkim briqadası gəlib çatan kimi dərhal İddiaçı ilk tibbi yardım göstərilmiş və əlavə tədbirlər görülməsı üçün xəstəxanaya aparılmışdır.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti Xüsusi həkim ekspertiza komissiyası tərəfindən tərtib edilmiş 16 may 2018-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri (Beyin MRT müayinəsinin və EEQ müayinəsinin nəticəsi) qeyd edilməklə XHEK komissiyyası tərəfindən keçirilmiş qapalı kəllə-beyin travmasının (4 aprel 2016) qalıq əlamətləri, epileptiform qıcolma tutmaları ilə. Travmadır, xidməti vəzifələrini yerinə yetir ərkən alınmışdır. Baş beynin çoxsaylı tuberkuloması, sorulma mərhələsi. Ağciyərlərin ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsi diaqnozu qoyulmuşdur. Xəstəlikdir, xidmət dövründə alınmışdır.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Rayonlararası X2 Dispanseri tərəfindən verilən 12 sentyabr 2019-cu il tarixli arayışın surətindən görünür ki, iddiaçı 11 avqust 2018-ci il tarixdən “Keçilmiş Kəllə-Beyin Travmasının qalıq əlamətləri, travmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik tipli qıcolma tutmaları, kəskin ifadəli davranış pozuntusu ilə” Ağdam Rayonlararası Ruhi X1 dispanser müşahidəsindədir.
5. İddiaçının əlilliyi sonuncu dəfə X3 Dispanserinin göndərişi əsasında 18 may 2021-ci il tarixində qiymətləndirilmiş, iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş, səbəb kim i diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, travmatik ensefolopatiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 5-7 dəfə) kəskin vəziyyətə çarpan şəxsiyyət və davranış pozuntusu. Baş beynin çoxsaylı tuberkuloması, sorulma mərhələsi. Ağciyərlərin ocaqlı vərəmi sorulma və bərkimə mərhələsi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına qarşı hərbi əməliyyatlar zamanı almış olduğu “partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, keçi rilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 5-7 dəfə) kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu, baş beynin çoxsaylı tuberkuloması, ağciyərin ocaqlı vərəmi” diaqnozu üzrə ona müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2001-ci ildən 2018-ci ilədək əvvəlcə Daxili İşlər Nazirliyinin, sonradan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində yanğınsöndürən vəzifəsində işləyib. Ağdam rayonu Evoğlu kəndində xidmətdə olarkən erməni işğalçıları nın atdığı mərminin yaşayış evinə düşməsi nəticəsində baş vermiş yanğını söndürərkən yaxınlıqda daha 11 mərmi partlaması nəticəsində ağır xəsarətlər alıb. 21 yanvar 2020-ci il tarixli 46 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən Müdafiə Nazirliyi Tibbi Baş İdarəsi Mərkəzi Hərbi Həkim Komissiyasının 23 yanvar 2020-ci il tarixli rəyi ilə ona “Kəskin şizofrenəbənzər psixotik pozuntu” diaqnozu qoyulmuş, həmin xəstəliyin hərbi xidmət dövründə alındığı qeyd edilərək sülh dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası 12 aprel 2021-ci il tarixli Qiymətləndirmə rəyi ilə ona əllik dərəcəsinin verilməsindən imtina edilmiş, imtinaya əsas kimi əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. İmtinada h abelə göstərilir ki, psixiatriya xəstəxanasında ətraflı müayinə və müalicə olunmalıdır. Halbuki həmin ərizəyə əlavə edilmiş tibbi sənədlər bu imtinanın əsassız olduğunu sübut edir. Göründüyü kimi cavabdeh təşkilatın əllik dərəcəsindən verilməsinə dair imtinasında göstərilən dəlilləri məhkəməyə təqdim edilən sənədlərlə tam təkzib olunur.
8. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə iddia tələbi İddiaçı 18 may 2021ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agen tliyinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.
9. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” və 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na istinad etmiş və bildirmişdir ki, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyyə edilir.
10. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1 (112)-7362/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya qiymətləndirildiyi 18 may 2021-ci il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qərarında iş üzrə təqdim edilmiş ekspert rəyinə tənqidi yanaşaraq qeyd etmişdir ki, ekspert rəyində qeyd edilən qıcolma tutmalarının ayda 6-7 dəfə təkrarlanması tibbi sənədlərdə və instrumental müayinə metodları ilə öz təsdiqini tapmadığı qeyd edilsə də, şəxs barəsində hər hansı instrumental müayinə metodlarının aparılması rəydə göstərilməmiş, iddiaçı tərəfindən məhkəmə iclasında verilən izahatda ekspertlər tərəfindən instrumental müayinə olunmadığını, lakin buna qədər dəfələrlə MRT və EEQ müayinəsindən keçdiyini (qeyd edilən müayinələrin nəticələri həm də F orma 88 arayışında qeyd edilmişdir) və barəsində müvafiq diaqnoz qoyulduğunu bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə 16 iyun 2021-ci il tarixində TSEK-ə 6-cı dəfə tərtib edilərək göndərilmiş forma 88 arayışı təqdim edilmişdir. Həmin göndərişdə də nevropatoloq və psixiatr tərəfindən instrumental (MRT və EEQ) müayinənin nəticələrinə əsasən digərləri ilə yanaşı əlillik müəyyən edən diaqnoz müəyyən edilmişdir. Cavabdeh qurumun imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilir. Belə ki, TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində (Forma 88№ xxxxxxx0014) Əsasnamənin 2.2.11-ci bəndinə əsasən, əlillik əlaməti təyin edən diaqnoz (G40 Epilepsiya, keçirilmiş qapalı kəllə-beyin trafmasının davamlı qalıq əlamətləri, travmatik ensefolopatiya tez-tez təkrarlanan qı colma tutmaları (ayda 5-7 dəfə) kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu) göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən 18 may 2021-ci il tarixdə aparılan qiymətləndirmədə diaqnozun əlillik əlaməti təyin etmədiyi göstərilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçının xəstəliyinin başlama tarixi 4 aprel 2016-cı il olmaqla ən azı 5 ildir ki, ambulator və stasionar müalicə olmuş və Forma 88 №xxxxxxx0014 arayışda instrumental müayinə metodlarının nəticəsi (MRT və EEQ) diaqnozu təsdiq etməklə əlillik müəyyən edilmişdir.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(103)-628/2022 nömrəli qərarı ilə (sədrlik edən – A.Ə.Hüseyn, hakimlər – S.İ.Bəktaşi və A.S.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7362/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin əsasını imtina məktubu və iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, c avabdeh tərəfindən əlilliyin qiymətləndirilməsinin düzgün həyata keçirilməsi ekspert rəyi ilə də təsdiqlənməsinə baxmayaraq, məhkəmələr bu halı nəzərə almamışdır. İddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ər zində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 19. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğ unun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-).
4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu hald a əlillik müddətsiz müəyyən edilir. (-).
6. Keçid müddəalar 6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. (-). 20. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu z aman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-so sial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
22. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandı rma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab ed ilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkə mələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Kassasiya şikayətində cavabdeh tərəfindən əlilliyin qiymətləndirilməsinin düzgün həyata keçirilməsinin ekspert rə yi ilə də təsdiqləndiyi qeyd edilsə də, məhkəmə həmin rəyə tənqidi yanaşmış və qərarda bununla bağlı hüquqi mövqeyini belə əsaslandırmışdır ki, ekspert rəyində qeyd edilən qıcolma tutmalarının ayda 6-7 dəfə təkrarlanması tibbi sənədlərdə və instrumental müayinə metodları ilə öz təsdiqini tapmadığı qeyd edilsə də, şəxs barəsində hər hansı instrumental müayinə metodlarının aparılması rəydə göstərilməmişdir. Həmçinin, iddiaçı birinci instansiya məhkəməsinə verdiyi izahatda ekspertlər tərəfindən instrumental müayinə olunmadığını, lakin buna qədər dəfələrlə MRT və EEQ müayinəsindən keçdiyini (qeyd edilən müayinələrin nəticələri həm də Forma 88 arayışında qeyd edilmişdir) və barəsində müvafiq diaqnoz qoyulduğunu bildirmişdir.
29. Göründüyü kimi, kassatorun dəlilləri işin araşdırılmış halları ilə təkzib olunur. Məhkəmələr haqlı olaraq cavabdehin imtinasını qanunazidd olmaqla iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirmişdir. Belə ki, iş materialları ilə iddiaçının xəstəliyinin başlama tarixi 4 aprel 2016-cı il olmaqla ən azı 5 ildir ki, ambulator və statisonar müalicədə olması öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 2-1(103)628/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə ə sasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli, 21(103)-628/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.