Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1146/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, iddia müddəti 1 yanvar 2011-ci ilə qədər inzibati orqanın hərəkətindən şikayər verilməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1955, FİN:xxxxxxx) ca vabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X14, X12, X9 və X1 adına səhv verilmiş JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilərək, həmin şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qax AİK-nın xx.xx.1998-ci il tarixli qərarına və subyektlər siyahısına əsasən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində iddiaçının subyektlər siyahısında adları göstərilən X6, X10, X7 və X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(107)134/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək JN-332H, KOD 40304018 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin öz adına işlənməsini xahiş etmişdir.
2. Cavabdeh 16 aprel 2021-ci il tarixli, **********71 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Qax rayonu, Qaysarlı kəndində yerləşən 3,35 ha torpaq sahəsinə X24, X26, X27 və X15 adlarına 07 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 06 noyabr 2017-ci il tarixli A№ 201114 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2-1(116)-130/2020 saylı qərarı ilə X11 və ailə üzvlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, üçüncü şəxslər X24 və digərlərinə qarşı “cavabdeh tərəfindən verilmiş RX ******* nömrəli, 07 noyabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi təmin edilərək cavabdeh Əmlak Məsələləri Dövlət 12 saylı Şəki Ərazi İdarəsi üzərinə RX ******* nömrəli, 07 noyabr 2017 -ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2-1(116)-130/2020 saylı qərarından apellyasiya şikayəti verildiyindən və qanuni qüvvəsini almadığından 07 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməmiş və sözügedən çıxarış qüvvədə olduğundan müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X14, X12, X9, X1 adına səhv verilmiş JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilərək, həmin şəhadətnamənin tərtib edilməsinə əsas olmuş Qax AİK-nın xx.xx.1998-ci il tarixli qərarına və subyektlər siyahısına əsasən şəhadətnamədə göstərilən torpaq sahəsi üzərində iddiaçının subyektlər siyahısında adları göstərilən X6, X10, X7 və X5 ilə birlikdə ümumi birgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi AİK-dan əvvəlki vaxtdan hal-hazıradək iddiaçının istifadəsindədir. AİK-nın səhvi üzündən torpaq sahəsi səhvən X14, X12, X9, X1 ad ına sənədləşdirilmişdir. Lakin Qax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə həmin səhv düzəldilmiş və icrası 2015-ci ildə ləğv edilmiş Qax rayon DT və XK- ya həvalə edilmişdir. Hazırkı vaxtadək AİK-nın qərarı icra edilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
5. Cavabdeh 07 iyun 2021-ci il tarixli, **********19 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv materiallarında X14 və onun ailə üzvləri X2, X12, X9 və X1 adları qeyd olunan JN-332B, KOD 40304018 (0,08 ha), JN-332F, KOD 40304018 (0,29 ha), JN- 332H, KOD 40304018 (0,12 ha), JN-332G, KOD 40304018 (0,39 ha) və JN-332A, KOD 40304018 (0,12 ha) nömrəli torpağın mülkiyyətə verilməsinə dair 5 ədəd şəhadətnamə mövcuddur. Lakin sözügedən şəhadətnamələrin hansı əsaslarla verilməsi haqqında sənədlər mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. İddiaçının müraciətə əlavə etdiyi Almalı Bələdiyyəsinin 26 yanvar 2007-ci il tarixli 01 saylı qərarı və Qax rayon Aqrar İslahat Komissiyasının 26 may 2006-cı il tarixli, 01 saylı qərarı ilə müraciətin məzmunu uyğunsuzluq təşkil etdiyindən, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qü vvəsini saxladığından Qax rayonu, Almalı kəndində yerləşən və JN-332H, kod 40304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X14 və ailə üzvlərinin adına verilmiş 0,12 ha torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınması mümkün olmamış və bu səbəbdən aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur.
6. X14, X12, X9 və X8 11 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində qeyd etmişlər ki, həqiqətən də, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən onlara 0,12 ha həyətyanı torpaq sahəsi səhvən verilmişdir. Lakin həmin torpaq sahəsi İddiaçı verilməli idi. Belə olan halda, onlar həmin torpaq sahəsinin hüquqi sənədinin əslini almaqdan imtina etmiş və həmin sənədi iddiaçıya qaytarmışlar. Bundan əlavə, Qax rayon AİK-nın xx.xx.2006-cı il tarixl i 01 saylı qərarı ilə həmin səhv düzəldilmiş və icrası 2015-ci ildə ləğv edilmiş Qax rayon DT və XK-ya həvalə edilmişdir. Hazırkı vaxtadək AİK-nın qərarı icra edilməmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-97/2022 nömrəli qərardadı ilə X14, X12, Mustafayeva (İsayeva) Aynur Məhəmməd qızı və Mustafayeva (Oruczadə) Nərgiz Məhəmməd qızı hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
8. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-97/2022 nömrəli qərardadı ilə X6, X10, X7 və X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-97/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddia rədd ed ilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı üçüncü şəxslərin adına verilmiş JN 332H nömrəli çıxarışın ləğv edilərək həmin torpaq sahəsinin öz adına qeydə alınmasından ibarətdir. İddiaçı özü ilə bərabər üçüncü şəxslərə də eyni ölçüdə torpaq sahəsinin ayrılmasının AİK tərəfindən qərara alındığını, lakin onun istifadəsində olan torpaq sahəsinə üçüncü şəxslərin adına şəhadətnamə işlənildiyini bildirərək, göstərilən əsasla 0,12 ha torpaq sahəsinin ayrılmasına dair şəhadətnamənin ləğv olunmasını xahiş etmişdir. Üçüncü şəxslərin iddia tələbinə etiraz etməməsinə baxmayaraq məhkəmə araşdırması ilə AİK qərarı ilə iddiaçıya ayrılmalı olan torpaq sahəsinin məhz üçüncü şəxslərin adına şəhadətnamə işlənmiş torpaq sahəsi olması müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati məhkəmələrdə bu kimi tələblərin irəli sürülməsi mülki hüquqi əqdlərin bağlanmasından yayınma məqsədi kimi də qiymətləndirilə bilər. Məhkəmə araşdırması ilə iddiaçıya AİK qərarı ilə məhz üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsinin ayrılmalı olduğunu təsdiq edən sənədlər aşkar edilməmiş, iddiaçı bununla bağlı onun adına tərtib edilmiş texniki pasport, plan-ölçü sənədi və ya torpaq sahəsinin koordinatlarını müəyyən etməyə imkan verən hər hansı sənəd təqdim etməmişdir. İddiaçının faktiki olaraq torpaq sahəsindən istifadə etməsi isə üçüncü şəxslərin adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğvi ücün əsas deyil.
11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-134/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-97/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, X14, X2, X12, X9 və X1 adına 0,12 ha həyətyanı torpaq sahəsi ilə bağlı JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” ş əhadətnamə verilmişdir. Nə qədər ki, torpaq sahəsinin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qüvvədədir, həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi mümkün deyildir. Belə olan halda, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarının hazırda qüvvədə olmasını nəzərə almadan iddia tələbini mümkün saymış və iddianı təmin etməmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60-cı, Mülki Məcəllənin 152-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci, “İnsan Hüquqlarının və X3" Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin “Marks Belçikaya qarşı" 13 iyun 1979-cu tarixli qərarındakı hüquqi mövqeyə istinadla qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarının qüvvədə olduğunu bildirmiş və bu cür hüquqi nəticəyə gəlmişdir. Eyni zamanda Qax rayon AİK-nın xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə həmin səhv düzəldilmiş və icrası 2015-ci ildə ləğv edilmiş Qax rayon DT və XK-nə həvalə edilmişdir. Bu fakt da iş materialları ilə tam sübuta yetirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kas sasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati ak tın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələ ri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla belə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa i mkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd);
26. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
27. Hazırkı işin faktiki hallarına əsasən isə müəyyən olunur ki, Qax Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarına əsasən, X14, X2, X12, X9 və X1 adına 0,12 ha həyətyanı torpaq sahəsi ilə bağlı JN-332H kod 40304018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ver ilmişdir.
28. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, nə qədər ki, torpaq sahəsinin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qüvvədədir, həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv edilməsi mümkün deyildir.
29. Eyni zamanda əlavə olaraq qeyd olunmalıdır ki, işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bi lər.
30. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mü bahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 31. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
32. Müvafiq icra h akimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.
33. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməs indən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).
35. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledi ci əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).
36. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.
37. İPM-in 96.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə düzgün olduğundan, Ali Məhkəmə şikayəti təmin etmədən, qərardadı dəyişdirmədən saxlayır.
38. Apellyasiya məhkəməsi torpaq sahəsinin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qüvvədə ola-ola həmin qərar əsasında verilmiş şəhadətnamənin ləğv e dilməsinin mümkün olmaması əsası ilə iddianın qeyri-mümkün olması qənaətinə gəlsə də, iddia digər əsasa görə də mümkün olmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-134/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.