Məhkəmə qərarları › İş №2-1(102)-1146/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1146/2024

12.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1146/2024 12.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının hərtərəfli araşdırılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan koordinatların iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdıraraq 578 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-429/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İcra Hakimiyyəti başçısı M.Qarabağlıya xx.xx.2004-cü il tarixli məlumat ünvanlay araq bildirmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələri və “Bələdiyyələrin əraziləri və torpaqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Fərmanının icrası ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri şəhər ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin inventarlaşdırılmasını başa çatdırmaq üzrədir. Mövcud torpaq qanunvericiliyinə əsasən, qanuni istifadədə olan yaşayış evlərinin həyətyanı sahələri əvəzsiz olaraq həmin evlərin mülkiyyətçilərinə bağışlanır. Şəhər ərazisində əvvəllər dövlət mülkiyyətində olmuş, sonralar özəlləşdirilmiş yaşayış evlərinin həyətyanı sahələrinin ayrılması barədə aidiyyəti orqanların qərarları yoxdur. Həmin evlərin mülkiyyətçilərinə veriləcək torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə torpaq sahəsinin ayrılması barədə qərarın tarixi və nömrəsi yazılmalıdır. Qeyd edilənlərə əsasən və istinad olunan hüquqi aktların icrasına nəzarəti həyata keçirmək məqsədilə xüsusi sərəncam verilməsi təklif edilmişdir.

2. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli, 293 saylı sərəncamı ilə şəhər ərazisində qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə vətəndaşların mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinin təmin olunması qərara alınmışdır.

3. Həmin sərəncama əsasən, iddiaçıya 599.39 kv. metr həyətyanı torpaq sahəsinə dair A seriyalı 245274 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir.

4. İddiaçı Mingəçevir şəhəri, 2-ci Gün əşli küçəsində yerləşən 599.39 kv.m torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi tələbi ilə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətinin müsbət həllindən imtina edərək bildirmişdir ki, ləğv edilmiş DT və XK-nın Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş, 599.39 kv.m həyətyanı sahəyə dair torpaq sahəsinin planı və ölçüsü torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin vəziyyətini şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyatı, çıxarışın və texniki pasportun verilməsi qanunvericiliyin tələblərinə ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan koordinatların onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılmaqla 578 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini əsaslandırmaq üçün bu qərarın 1-5-ci bəndlərində qeyd edilmiş işin hallarına istinad etmiş, cavabdehin imtinasının qanunsuz olduğunu bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir.

8. Cavabdehin iddiaya qarşı təqdim etdiyi etirazın əsasını imtina m əktubunda qeyd olunanlar təşkil edir.

9. Birinci instansiya məhkəməsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanladığı 02 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1715/2022 saylı məktubuna cavab olaraq verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı naturada göstərdiyi 578 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, islahat uqodiyası meyvə bağları, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsi digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçı naturada göstərdiyi 578 kv.m torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəziyyəti, tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddia olunan və İddiaçı naturada göstərdiyi 578 kv.m torpaq sahəsi A seriyalı 245274 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən 599.39 kv.m torpaq sahəsi ilə üst-üstə düşmür (rəyə əlavə edilmiş yerquruluşu planına əsasən aralarında 71.3 m məsafə mövcuddur).

10. Birinci instansiya məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1715/2022 saylı sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022ci il tarixli məktubuna əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı və Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinə aid subyektlər siyahısından çıxarışdan görünür k i, Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə İddiaçı adı qeyd olunmuşdur.

11. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Dövlət X2 ünvanlanmış 02 dekabr 2022-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, Mingəçevir şəhəri üzrə təsərrüfatbaşına kitablar filiala mühafizə edilmək üçün təhvil verilməmişdir.

12. Birinci instansiya məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2-1(116)-227/2023 saylı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış məktubuna cavab olaraq bildirilmişdir ki, Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin xəritə materialları (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) və “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X4 X6nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış Mingəçevir şəhər, Mingəçevir bələdiyyəsinin (X4 X6) xəritəsində sözügedən torpaq sahəsi kənd təsərrüfatına yararlı (keyfiyyət qrupu İİİ, bonitet balı 44) torpaq sahəsidir.

13. Şəki İnzibati Məhkəməsinin (hakim: F. Hacızadə) xx.xx.2023-cü il tarixli, 2-1(116)227/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

14. Birinci instansiya məhkəməsinin əsaslandırması: 14.1.İşin hallarından göründüyü kimi, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə iddiaçıya 599.39 torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinə aid subyektlər siyahısından çıxarışdan görünür ki, iddiaçının qanuni istifadəsində 0.06 ha torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Odur ki, iddiaçı, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlıdır. İddiaçını n faktiki istifadəsində olan torpaq sahəsinə bitişik torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınmış, plan və ölçü sənədləri tərtib edilmişdir. Həmin plan və ölçü sənədlərində torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi torpaqları kimi göstərilmişdir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.Cavadova) xx.xx.2023-cü il tarixli, 2-1(107)429/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 16 may 2023-cü il tarixli 2-1(116)-227/2023 nömrəli qərarı ləğv edilmişdir.

17. Apellyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamına əsasən, Mingəçevir şəhərində qanuni istifadədə olan həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qərara alınsa da, şəhər ərazisində qanuni istifadədə olan mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda iddiaçının adı qeyd edilməmişdir. Belə ki, qeyd edilən sərəncam ümumi xarakter daşıdığından, həmin sərəncama əsasən iddiaçının şəhər ərazisində qanuni istifadədə olan mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda adının olmaması mübahisə predmeti olan torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsasdır. Belə liklə, iddiaçının hüququnun dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsaslar olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

18. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. İş materiallarında olan Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Mingəçevir şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda 2167-ci sırada İddiaçı adı qeyd edil sə də, iddia tələbində iddiaçının hüquqi marağı “A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində qeyd olunan koordinatların faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdırmaqla, 578 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Bununla bağlı, iddiaçı cavabdehə A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində göstərilən 599.39 kv.m torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması barədə müraciət etmişdir. Cavabdeh inzibati orqan da A seriyalı 245274 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasının qanunvericiliyə zidd olması əsası ilə haqlı olaraq imtina etmişdir.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunan “qərara adlı siyahının əlavə edilməməsi” siyahıda onun adının olmaması deyil, siyahının ümumiyyətlə olmaması anlamına gəlir. Bunun əksinə olaraq, Azərbaycan Re spublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022ci il tarixli məktubuna əlavə edilmiş Mingəçevir şəhəri üzrə həyətyanı torpaq sahələrinə aid subyektlər siyahısından çıxarışdan görünür ki, onun qanuni istifadəsində 0.06 ha torpaq sahəsi mövcuddur.

21. Həmçinin kassator qeyd edir ki, onun faktiki istifadəsində olan torpaq sahəsinə bitişik torpaq sahələri üzərində mülkiyyət hüquqları cavabdeh orqan tərəfindən qeydə alınmış, plan-ölçü sənədləri tərtib edilmişdir. Həmin plan-ölçü sənədlərində torpaq sahəsinin təyinatı yaşayış məntəqəsi torpaqları kimi göstərilmişdir. Xüsusilə, həmin sənədlərin verilməsi üçün əsas olmuş plan-ölçü sənədləri də məhz, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı əsasında verilmişdir.

22. Göründüyü kimi, cavabdeh tərəfindən onun hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunmasına baxmayaraq, qonşuluqdakı torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış və müvafiq çıxarışlar verilmişdir. Bu isə cavabdehin bu qəbildən olan işlər üzrə praktikasının olmasını göstərir. Cavabdeh başqa şəxslərin eyni müraciətlərini müsbət həll etsə də, iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdehin inzibati praktikası artıq fomalaşdığına, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunduğuna və inzibati orqan mövcud inzibati praktikaya uy ğun hərəkət etməyə borclu olduğuna görə cavabdehin imtina dəlilləri əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşın maz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnı z apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydası nda baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apel lyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məh kəməsinin qərarı ləğv edilməklə, iş təkrar apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan və ona ayrıldığını iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmağa yönəlmişdir.

30. Məhkəmə kollegiyası razılaşır ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və bu hüquqa xitam verilməsinin dövlət qeydiyyatı üçün hüquqi əsaslar, yəni hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda öz əksini tapmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən veril miş plan və ölçü sənədləri həmin maddədə təsbit edilmiş hüquqmüəyyənedici sənədlər siyahısına daxil deyildir və yalnız plan və ölçü sənədi əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.

31. Lakin plan və ölçü sənədinin verilməsinin əsasını təşkil edən icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və istifadəsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsas hesab oluna bilər.

32. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş A seriyalı 245274 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə 599.39 kv. metr həyətyanı torpaq sahəsinin iddiaçıya Mingəçevir şəhər İcra Hakimiyyəti başçısını n 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı əsasında verildiyi qeyd olunsa da, iş materiallarında olan həmin sərəncamın məzmunundan onun ümumi xarakterli olduğu, konkret hər hansı şəxsə torpaq sahəsinin verilməsini nəzərdə tutmadığı müəyyən edilir.

33. İşə baxan aşağı instansiya məhkəmələri həmin sərəncamın aid olduğu şəxslərin siyahısının əldə edilməsi istiqamətində müvafiq sorğular versə də, arxivdən verilən məlumatda sərəncama adlı siyahının əlavə olunmadığı qeyd edilmişdir (iş v.180).

34. İşə baxan apellyasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamına əsasən, Mingəçevir şəhərində qanuni istifadədə olan həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qərara alı nsa da, şəhər ərazisində qanuni istifadədə olan mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda iddiaçının adı qeyd edilməmişdir.

35. Lakin iş materiallarında sözügedən sərəncamın aid olduğu şəxslərin adlı siyahı yoxdur və kassatorun bununla bağlı dəlilləri (“qərara adlı siyahının əlavə edilməməsi” siyahıda onun adının olmaması deyil, siyahının ümumiyyətlə olmaması anlamına gəlir) əsaslıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi tərəfindən sərəncamın ünvanlandığı şəxslərə dair siyahıda iddiaçının adının qeyd olunmaması qənaətinə gəlinməsi işin hazırkı halları ilə ziddiyyət təşkil edir. Belə ki, iş materiallarının təhlili zamanı məhkəmə kollegiyasının gəldiyi qənaət ondan ibarətdir ki, apelyasiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023- cü il tarixli arxiv arayışı iddiaçının adının həmin siyahıda olmaması qənaətinə gəlmək üçün əsas qismində çıxış edə bilməz, çünki, arayışın məzmunu arxivə ümumiyyətlə belə bir siyahının təqdim olunmaması barədədir.

35. Digər tərəfdən, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, plan və ölçü sənədində əks olunan sərəncamın sadəcə mövcudluğu hüququn reyestrdə qeydiyyata alınması üçün kifayət etməyəcəkdir. Belə ki, qanunvericiliyin yanaşmasına əsasən, sərəncamın etibarlı və qanuni olmasından başqa, bu sərəncamın iddiaçıya aidiyyətinin olub-olmamasının müəyyən edilməsi zəruridir.

36. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu istiqamətdə işin hallarının araşdırılması apellyasiya instansiyası məhkəməsi tərəfindən natamam aparılmışdır.

37. Belə ki, arxivdən təqdim edilmiş məlumatda sərəncama ad lı siyahının əlavə olunmadığı qeyd edilsə də, iş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(84)513/2024 saylı qərarının (iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi X5 barəsindədir) məzmununda qeyd edilmişdir ki, “Məhkəmənin sorğusuna əsasən, DTXK-nin Mingəçevir şəhər şöbəsinin məhkəməyə faks vasitəsi ilə göndərdiyi Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 saylı sərəncamına əlavə edilmiş siyahıdan görünür ki, X3 faktiki istifadəsində 599,39 m2 torpaq sahəsi vardır”.

38. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sözügedən adlı siyahının əldə edilməsi istiqamətində araşdırma aparmaq məqsədilə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılmış 2-1(84)-513/2014 saylı inzibati işin materialları tələb o lunaraq tədqiq edilməli, adlı siyahının mövcudluğu və iddiaçının adının həmin siyahıda olub-olmaması müəyyən edilməli, bundan sonra iş üzrə müvafiq qərar qəbul edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-429/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar