Məhkəmə qərarları › İş №2-1(102)-1147/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1147/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1147/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” t ələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2022-ci il tarixli, 2-1(103)-972/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək texniki-peşə məktəbində çilingərelektroqaynaqçı ixtisası üzrə təhsil almış, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

2. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı: - xx.xx.1978-ci ildə 123 nömrəli əmr ilə 3 nömrəli Trestin 39 nömrəli Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli elektrik qaynaqçısı kimi qəbul edilmiş, xx.xx.1979-cu ildə 266 nömrəli əmr ilə hərbi xidmətə çağırıldığına görə öz ərizəsi əsasında işdən a zad edilmiş; - xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər “Xüsusi sənaye tikinti quraşdırma” trestinin 3 saylı Xüsusi tikinti quraşdırma İdarəsində sənaye binalarında polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə 4-cü dərəcəli qaynaqçı peşəsində işləmiş; - xx.xx.1982-ci ildə Qazanbulaq Teatr avadanlığı zavodunda əməyin işəmuzd ödənilməsi ilə 4-cü dərəcəli elektroqaynaqçı peşəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə 5-ci dərəcəli, xx.xx.1985-ci il tarixdə 6-cı dərəcəli elektroqaynaqçı ixtisası verilmiş, xx.xx.1989-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş; - xx.xx.1989-cu ildə “Qafqaz enerji quraşdırma” trestinin Mingəçevir quraşdırma İdarəsinə 3-cü dərəcəli elektroqaynaqçı peşəsinə qəbul edilmiş, xx.xx.1991-ci ildə “Gəncə” kiçik müəssisəsinə köçürülmə qaydası ilə işdə n azad edilmiş; - xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Gəncə” kiçik müəssisəsində 3-cü dərəcəli qaynaqçı peşəsində işləmiş; - xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək Goranboy rayonu Borsunlu kəndi Mikayıl Rəfinli adına Fermer Təsərrüfatda 5-ci dərəcəli qaynaqçı peşəsində işləmiş; - xx.xx.2005-ci ildən xx.xx.2017-ci ilədək "xxxx" ASC Gəncə “Gil Torpaq” X1 Xidmət və Təmir Departamentinə elektrik qaz qaynaqçısı peşəsində işləmiş; - xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC Elektroliz vannalarının və digər metallurgiya avadanlıqlarının əsaslı təmiri qrupuna əlvan metal qaynaqçısı peşəsində işləmişdir.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin 1 fevral 2021-ci il tarixli 440 nömrəli arayışına əsasə n iddiaçı 12 avqust 1993-cü ildən 3 iyun 1995-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmiş, Qarabağ müharibə veteranıdır.

4. İddiaçıya 18 sentyabr 1998-ci il tarixdə M/V 022943 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. 5. ”Azərbaycan Alüminium” ASC Sumqayıt “Alüminium” İstehsalat Sahəsinin 5 mart 2019-cu il tarixli, 08 nömrəli arayışında iddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) xx.xx.2005-ci ildən xx.xx.2007-ci il tarixədək elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir (2 nömrəli siyahı, bölmə XXXİİİ, yarımbölmə 33a Ümumi peşələr 23200000-19906 Elektrik qaz qaynaqçıları). 6. "xxxx" MMC tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli arayışa əsasən iddiaçı "xxxx" MMC-nin X4 zavodunda xx.xx.2017-xx. xx.2018-ci il tarixlərdə qaz qaynaqçısı peşəsində işləmişdir (Bölmə 35, ümumi peşələr Qaz qaynaqçıları). İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) işlədiyi dövrdə (xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək) ödənişsiz məzuniyyətlərdə olmuşdur. 7. "xxxx" MMC tərəfindən verilmiş 25 sentyabr 2020-ci il tarixli arayışa əsasən iddiaçı "xxxx" MMC-nin X2 xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək qaz qaynaqçısı vəzifəsində işləmişdir (Bölmə 35, ümumi peşələr Qaz qaynaqçıları). 8. “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin 12 nömrəli 21 iyun 2021-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.1989-cu ildə "Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir Quraşdırma İdarəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş, xx.xx.1991-ci ild ə köçürmə yolu ilə "Gəncə” kiçik müəssisəsinə göndərilmişdir.

9. Cavabdehin 15 dekabr 2020-ci il tarixli, **********0 nömrəli imtina məktubuna əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (18 il 11 ay 6 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23734,75 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı 29 dekabr 2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1961-ci il tarixdə Goranboy rayonu, Borsunlu kəndində doğulmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsi li Komitəsində elektroqaynaqçı ixtisası üzrə təhsil almışdır. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər “Xüsusi sənaye tikinti quraşdırma” trestinin 3 saylı Xüsusi tikinti quraşdırma İdarəsində sənaye binalarında polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə 4-cü dərəcəli qaynaqçı; xx.xx.1982-ci ildən Qazanbulaq Teatr avadanlığı zavodunda əməyin işəmuzd ödənilməsi ilə 4-cü dərəcəli elektroqaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə 5-ci dərəcəli elektroqaynaqçı ixtisası verilmiş, xx.xx.1985-ci il tarixdə 6-cı dərəcəli elektroqaynaqçı ixtisası verilmiş və xx.xx.1989-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Bundan sonra, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə qədər “Qafqaz enerji quraşdırma” trestinin Mingəçevir Quraşdırma İdarəsində 3-cü dərəcəli elektroqaynaqçı vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Gəncə” kiçik müəssisəsində 3-cü dərəcəli qaynaqçı vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilədək Goranboy rayonu Borsunlu kəndi Mikayıl Rəfinli adına Fermer Təsərrüfatında 5-ci dərəcəli qaynaqçı vəzifəsində, xx.xx.2005-ci ildən xx.xx.2017-ci ilədək "xxxx" ASC-də elektrik qaz qaynaqçısı vəzifəsində, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-də əlvan metal qaynaqçı vəzifəsində işləmişdir. 12. “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 3 nömrəli müəssisəsinin arayışından da göründüyü kimi, xx.xx.1978- ci ildən xx.xx.1979-cu ilə qədər 3 nömrəli trestin 39 saylı Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF Xüsusi Şərtlər Təyinat üzrə Mərkəz Filialına müraciət edərək ona güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh inzibati orqan müraciətinə verdiyi xx.xx.2020-ci il tarixli, **********0 nömrəli cavab məktubu ilə müraciətdə qeyd edilənlərin icrasından imtina etmişdir. Cavabdehin etirazları:

13. Cavabdehin yazılı etirazının dəlillərinin əsasını imtina məktubunda göstərilər təşkil edir.

14. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ve rilmiş 20 may 2021-ci il tarixli **********478800 nömrəli cavab məktubunda göstərilmişdir ki, elektron uçot məlumat bazasına əsasən aparılan araşdırmalar zamanı Baş İdarənin yurisdiksiyasına aid olan ərazi üzrə hüquqi şəxslərin dövlət reyestrində “Gəncə” kiçik müəssisəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə heç bir məlumat aşkar edilməmişdir.

15. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası X3 filialı tərəfindən 7 iyul 2021-ci il tarixli 736(216)3 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “Gəncə” kiçik müəssisəsinin arxiv sənədləri X3 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun cavablandırılması mümkün olmamışdır.

16. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 8 iyul 2021-ci il tarixli 01/3-1545 nö mrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Gəncə” kiçik müəssisəsi adı ilə 5 hüquqi şəxsin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 1-i 28 may, 1-i 26 iyun, 1-i 09 avqust 1996-cı il, 1-i 06 yanvar 1998-ci il, 1-i isə 03 fevral 1999-cu il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır.

17. Məhkəmə sorğusuna cavab olaraq Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatının 12 iyul 2021-ci il tarixli 03/734 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “Gəncə” kiçik müəssisəsinin hüquqi şəxs kimi qeydiyyata alınıb-alınmaması, hazırda fəaliyyət göstərib-göstərməməsi barədə Gəncə şəhər İcra Hakimiyyətində hər hansı bir məlumat mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldi yi nəticə:

18. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2-1(112)-4078/2021 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Gəncə” kiçik müəssisəsində işlədiyi dövrlər ona məxsus əmək kitabçasında qeyd olunmaqla, qanunvericiliyin tələblərinə uyğun (müəssisənin rəhbəri tərəfindən im zalanmış və möhürü ilə təsdiq olunmuşdur) rəsmiləşdirilmişdir. Bundan əlavə, iş materiallarında olan “Mingəçevir Enerjiquraşdırma” ATSC tərəfindən verilmiş 12 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan da göründüyü kimi, iddiaçı xx.xx.1989cu ildə “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir Quraşdırma İdarəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.1991-ci ildə köçürmə yolu ilə məhz “Gəncə” kiçik müəssisəsinə göndərilmişdir. İddiaçı Qarabağ müharibəsi veteranı statusuna və vəsiqəsinə malik olduğundan onun xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi dövr əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilməlidir. İddiaçının əmək kitabçasındakı qeydlər (xx.xx.1978-xx.xx.1979; xx.xx.19 82-xx.xx.1982; xx.xx.1982-xx.xx.1989; xx.xx.1989-xx.xx.1991; xx.xx.1991-xx.xx.1993; xx.xx.1995-xx.xx.1996; xx.xx.1996xx.xx.1999; xx.xx.2005-xx.xx.2006-17 il 6 ay 20 gün), təhsil (xx.xx.1976-xx.xx.1978 – 1 il 10 ay 20 gün), hərbi xidmət dövrü (xx.xx.1979 - xx.xx.1981 - 02 il 1 ay 3 gün) və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi dövr (ikiqat hesablanmaqla xx.xx.1993-xx.xx.1995 - 3 il 7 ay 12 gün) də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 25 il 1 ay 25 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının güzəştli şərtlərlə iş stajı işin mübahisələndirilməyən hallarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvv ədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Ümumi peşələr adlanan XXXİİİ fəsil 23200000-11620 kodu altında “Qaz qaynaqçıları” və 23200000—19906 kodu altında “Elektrik qaynaqçısı” qeyd olunmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.

20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellya siya instansiyası məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2022-ci il tarixli, 2-1(103)-972/2022 nömrəli qərarı (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) ilə Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 21(112)-4078/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh hesab edir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 2 5 ildən az (18 il 11 ay 6 gün) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23734,75 manat təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalış mışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə

24. Sığorta stajının hesablanmasında güzəştlər 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə;... 27. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzr ə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 – XXXİİİ. Ümumi peşələr. 23200000—11620 qaz qaynaqçıları; 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları 30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barəd ə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmı ş və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məs ələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetinin yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

36. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Cavabdehin mübahisələndirdiyi 1 iyul 1991 - 1 fevral 1996-cı il tarixlərə aid əmək fəaliyyətinə dair apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin müddətlə bağlı iddiaçının əmək kitabçasının məlumatlarının mötəbərliyini qəbul etmişdir. Belə ki, iddiaçının əmək kitabçasındakı həmin dövrə aid “Gəncə” kiçik müəssisəsinin rəhbəri tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq olunmuş qeydlərin qeyrimötəbərliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

39. Cavabdehin etirazının və şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirilən dövr üzrə müəssisədəki əmək fəaliyyətinə 1 iyul 1991-ci ildə başlamış və həmin müəssis əyə cavabdehin də mübahisələndirmədiyi “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir Quraşdırma İdarəsindən köçürmə yolu ilə göndərilmişdir.

40. Hazırkı qərarın 30-cu bəndində qeyd edilən normanın tələbinə əsasən sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

41. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

42. Qərarın 28-ci bəndində qeyd olunan, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqların ın nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur.

43. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının qanunvericiliyə uyğun olaraq müəyyən edilən aşağı həddindən az olması ilə bağlı təkrarlanan dəlili də əsaslı deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” şərti 1 iyul 2017-ci il tarixdən yaranmış münasibətlərə tətbiq olunur.

44. İddiaçı ümumi və güzəştli stajları 1 yanvar 2006-cı il tarixədək topladığından “Əmək pen siyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbinə görə iddiaçıya əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir.

45. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 mart 2022-ci il tarixli, 21(103)-972/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar