Məhkəmə qərarları › İş №2-1(102)-1148/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1148/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1148/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X4 Səbail rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müavinətlər və maddi yardım nəzərə alınmaqla sabiq prokurorluq işçisinin əmək pensiyasının yenidən hesablanması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X4 Səbail rayon Şöbəsinə qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Ko llegiyasının 2019-cu il 24 oktyabr tarixli 2-1(103)-2398/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək üzün müddət ərzində Azərbaycan Respublikası Prokurorluq orqanlarında çalışdığından, xx xxxx 2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aldığı əmək pensiyasının bütün əlavələri ilə yenidən hesablanmasını, həmçinin qeyd edilən Qanunun tətbiq edildiyi vaxtdan verilməli olan bütün əlavələrin birdəfəlik verilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il xx xxxxx 2019-cu tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi mükafat və maddi yardımların alınması barədə arayışın təqdim edilmədiyi göstərilmişdir. İddiaçı 2019-cu il 27 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi hər il məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar ildə bir dəfə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, hər il əmək haqqının 2 qat həcmindən az olmayaraq, lakin faktiki olaraq Azərbaycan Respublikası Baş Prokurorunun ümumi əmrlərinə əsasən hər ilin mart, oktyabr və dekabr aylarında, ümumilikdə 3 dəfə maddi yardım verilməsi ilə əlaqədar qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, xx xxxxxx 1960-cı il tarixdən xx x xxxxx 1968-ci il tarixədək, 7 ildən artıq müddətdə X6 Sosialist Respublikasının Orenburq, Ural vilayət prokurorluğunda, xx xxxxxx 1968-ci il tarixdən xx xxxx 1972-ci il tarixədək, 4 il müddətində Qazaxıstan SSR-nin prokurorluq orqanlarında xidmət edib, xidmət vəzifələrini lazımınca yerinə yetirmişdir. Bunun davamı olaraq köçürülmə qaydasında xx xxxx 1972-ci il tarixdən xx xxxx 2000-ci il tarixədək, yəni 28 il ərzində Azərbaycan SSR və Azərbaycan Respublikası prokurorluğu orqanlarında müxtəlif məsul vəzifələrdə, o cümlədən Bakı şəhər prokurorunun müavini-istintaq şöbəsinin rəisi, Bakı şəhər prokuroru, Sumqayıt şəhər prokurorunun müavini, Bakı şəhər 26 Bakı Komissarı adına (hazırki Səbail) rayon prokuroru vəzifələrində çalışmış, cinayətkarlıqla, qanun pozuntusu hallarına qarşı barışmaz mübar izə aparmış, baş ədliyyə müşaviri ədliyyə polkovniki rütbəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun xx xxxx 2000-ci il tarixli, 03/232-K nömrəli əmri ilə pensiya yaşına çatması ilə əlaqədar öz təqririnə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı bəndinə müvafiq olaraq tutduğu vəzifədən azad olunmuş prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmiş və hal-hazırda prokuror kimi əmək pensiyası alır. O, xx xxxxx 2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Səbail rayon Şöbəsinə müraciət edərək «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 167-İİQ nömrəli Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş pul təminatları, müavinətləri, 3 dəfə verilən maddi yardımlar nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını, yaranan fərqi birdəfəlik, artırılmış pensiya məbləğinin aybaay ödənilməsini xahiş etmişdir. Lakin, həmin xahiş təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 sayl Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyul tarixli 2-1(81)-2588/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara ödənilən iki aylıq əmək haqqı məbləğində pulun, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik müavinətin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın, Azərbaycan Respublikası Baş Prokurorunun ümumi əmrinə əsasən ma rt, oktyabr, dekabr aylarında ümumilikdə 3 qat əmək haqqı həcmində əlavələr nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Səbail rayon Şöbəsinə həvalə edilmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçıya pensiya təyin olunarkən əlavə və güzəştlər nəzərə alınmamış, bununla əlaqədar arayışlarla birlikdə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin olunmasından əsassız olaraq imtina etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianın dəqiqləşməsi ba rədə vəsatət verərək bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorunun ümumi əmrlərinə əsasən prokurorluq işçilərinə hər ilin mart, oktyabr və dekabr aylarında, ümumilikdə 3 dəfə verilən maddi yardımlardan onun əmək pensiyasına əlavələr hesablanıb, ödənilməsi barədə iddia tələbini müdafiə etmir və iddianın həmin hissədə təmin edilməməsinə etiraz etmir. Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli, 167-İİQ nömrəli Qanununun 20.8-ci maddəsinə uyğun olaraq hər il prokurorluq işçilərinə məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğində pul təminatı; 20.9cu maddəsində nəzərdə tutulmuş müalicə ilə bağlı ildə bir dəfə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul təminatı; 21.4-cü maddəsində göstərilən aylıq əmək haqqının ikiqat mislind ən az olmayaraq maddi yardım verilməsi nəzərə alınaraq, İddiaçı əmək pensiyasının 2006-ci ildən başlayaraq yenidən hesablanmasının, bu zaman yaranmış fərqin birdəfəlik ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin X4 Səbail rayon Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 oktyabr tarixli 2-1(103)-2398/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilərək «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan pul təminatı, müavinət və maddi yardım nəzərə alınmaqla, İddiaçı əmək pensiyasın ın 2006-cı il 1 yanvar tarixdən yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi cavabdehə həvalə olunmuş, iddia tələbləri qalan hissədə təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunan hissəsi ilə əlaqədar hesab etmişdir ki, iddiaçıya pensiyanın 2000-ci ildən təyin edilməsini nəzərə alaraq, yuxarıda göstərilən əlavələr nəzərə alınmaqla onun pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi 2006-cı ilin yanvarından yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbi əsaslıdır. Məhkəmə iddia tələbinin rədd olunan hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 iddianın dəqiqləşdirilməsi barədə təqdim etdiyi vəsatətində və verdiyi izahatında da iddiaçının Az ərbaycan Respublikası Baş Prokurorunun ümumi əmrlərinə əsasən prokurorluq işçilərinə hər ilin mart, oktyabr və dekabr aylarında, ümumilikdə 3 dəfə verilən maddi yardımlardan onun əmək pensiyasına əlavələr hesablanıb ödənilməsi barədə iddia tələbini müdafiə etmədiyini və iddianın həmin hissədə təmin edilməməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin qərarı cavabdehə 2020-ci il 10 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 10 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunun 20.8. 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin ona ödənilməsini təsdiqləyən müvafiq arayışı təqdim edə bilməmişdir. Ona görə də iddiaçının bu barədə tələbi əsaslı deyildir.“Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan əlavələr nəzərə alınmaqla yenidən hesablama hissəsində, iddiaçının adı çəkilən maddələrdə nəzərdə tutulmuş əlavələri almadığı şübhəsizdir. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunun 2001-ci il 29 iyun tarixdə qəbul edilib, 2001-ci il 31 iyul tarixdə dərc olunub. İddiaçı 2000-ci il 3 iyul tarixdən prokurorluq orqanlarından xaric edilmişdir. Göründüyü kimi, İddiaçının adı çəkilən qanunun 20.8. 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri alması obyektiv baxımdan mümkünsüz idi. Sözügedən əlavələrin əmək haqqının sonrakı artımı kimi qiymətləndirilməsi əsassızd ır. Əlavələri almamış İddiaçının yenidən hesablama tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonrakı artımı kimi nəzərə alınmalı olmasıdır. Cavabdehin qənaətinə görə, həmin əlavələr sonrakı artım deyildir. ƏPQ-nin 20.8-ci maddəsinə (hazırda qüvvədə olan mətninə) görə, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla nəzərə alınır. ƏPQnin 20.8-ci maddəsi pensiyanın "əmək haqqının orta aylıq məbləğindən" hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Demək ki, ƏPQ, “orta aylıq məbləğ" və “sonrakı artım" anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ" şəxsin pensiyaya çıxan andaki aylıq gəlirinin orta aylıq miqdarını, “sonrakı artım'’ isə, orta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Başqa sözlə, “orta aylıq əmək haqqı" anlayışı “əmək haqqının sonrakı artımı" anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqı "na sonradan artması mümkün olmayan gəlirlər də daxildir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandır ma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Prokur orluq haqqında” Qanunun 38-ci maddəsinə əsasən, prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbl əğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (burada və bundan sonra mətndə - Qanunun 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyası nəzərdə tutulur) 9.4-cü maddəsinə əsasən (2009-cu il 20 oktyabr tarixli, 895-İİİDQ №-li Qanunla edilmiş əlavə və dəyişikliklərlə. Əvvəlki redaksiyada deyilirdi: 9.4. Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.), prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən (2009-cu il 20 oktyabr tarixli, 895-İİİDQ №-li Qanunla edilmiş əlavə və dəyişikliklərlə), qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin e dilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçiləri... Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir... Həmin Qanunun 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1 - 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yuxarıda istinad edilən normaların məzmunundan göründüyü kimi: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulandigər ödənişlərdən ibarətdir (iddiaçının istinad etdiyi ödənişlər "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanunda nəzərdə tutulmuşdur); prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin, yaxud yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla.. müəyyən edilir; həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq “əmək haqqının tərkibi”nə və “sonrakı artımlar”a dair hissədə şikayətin dəlilləri ilə razılaşmır. Cavabdeh bəyan edir ki, iddiaçının işlədiyi dövrdə əmək haqqına ərizəsində qeyd edilmiş müavinət və maddi yardımla r hesablanmamışdır. Ona görə də artımlar ona şamil edilə bilməz. Cavabdehin həmin dəlilləri “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci və 29.3-cü maddələrinin yuxarıda qeyd olunan (əmək haqqındakı sonrakı artımların nəzərə alınması) tələblərinə zidd olduğundan əsaslı hesab edilə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 24 oktyabr tarixli 2-1(103)-2398/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik e dən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar