Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1148/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “faizlərin silinməsi, könüllü açıqlama”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “faizləri n silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-341/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********125447 nömrəli 13 noyabr 2017-ci il tarixli qərarına əsasən, "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2014 - sentyabr 2017-ci illər (vergi dövrü) üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. 2. **********131312 nömrəli 12 dekabr 2017-ci il tarixli “Sə yyar vergi yoxlaması” aktına əsasən, cavabdehin **********125447 nömrəli 13 noyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vegi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi vergi xidməti müşaviri X1 tərəfindən "xxxx" MMC (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır: Yol vergisi 2014-cü il; Mənfəət vergisi-2014-cü il -2016-cı il; Əlavə dəyər vergisioktyabr - 2014-cü il – sentyabr 2017-ci il; Əmlak vergisi 2014-cü il-2016-cı il; Torpaq vergisi 2015-ci il-2017-ci il; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi-2014cü il- 2016-cı il; Ödəmə mənbəyində tutulan vergi 4-cü rüb 2014-3-cü rüb 2017. Yoxlama xx.xx.2017-ci il tarixdə başlanmış və xx.xx.2017-ci il tarixdə başa çatmışdır.
3. Bundan başqa, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə” **********133087 nömrəli 14 dekabr 2017-ci il tarixli qərarı ilə **********131312 nömrəli 12 dekabr 2017-ci il tarixli “Səyyar vergi yoxlaması” aktı ilə keçirilmiş səyyar vergi yoxlaması aktına baxılaraq, iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilməsi qərara alınmışdır.
4. İddiaçının cavabdehə ünvanlanan 12 mart 2018-ci il tarixli məktubuna əsasən, iddiaçının təsisçilərinin qərarı əsasında "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq "xxxx" MMC-yə qoşulduğu və "xxxx" MMC-nin yenidən təşkil edildiyi, qoşulma prosesində qoşulan hüquqi şəxslərin xalis aktivlərinin dəqiqləşdirildiyi və onların hər birindən "xxxx" MMC-yə keçməli olan əmlakın, kapitalın və öhdəliklərin miqdarının müəyyənləşdirildiyi, bununla bağlı təhvil aktı tərtib olunduğu qeyd olunmuş, sonda isə qoşulma yolu ilə konsolidə olunmuş balans göstəricilərinin və mənfəət vergisi bəyannaməsinin düzgünlüyünə münasibət bildirmək məqsədilə vergi audit yoxlamasının keçirilməsi xahiş olunmuşdur.
5. Cavabdehin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” **********145480 №li 29 mart 2018-ci il tarixli qərarına əsasən, iddiaçıda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2017-yanvar 2018-ci illər (vergi dövrü) üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. 6. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********145618 №li 30 mart 2018-ci il tarixli tələbnaməsindən görünür ki, “iddiaçıya səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü. 36-cı. 37-ci və 42-ci maddələri əsas tutularaq, tələbnamədə göstərilən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması təklif olunmuşdur.
7. Cavabdehin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin direktoru tərəfindən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktorunun müavininə ünvanlanmış “Səyyar vergi yoxlaması qərarının ləğv olunması barədə” **********245700 №li 10 dekabr 2018-ci il tarixli “Xidməti məruzə”də “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29 mart 2018-ci il tarixli **********145480 nömrəli qərarın ləğv edilməsi məsələsinə baxılması xahiş olunmuşdur.
8. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərarın ləğv edilməsi barədə” **********171168 №li 11 dekabr 2018-ci il tarixli qərarı ilə "xxxx" MMC üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş 29 mart 2018-ci il ta rixli **********145480 №li qərarın ləğv edilməsi qərara alınmışdır.
9. İddiaçı tərəfindən 30 mart 2018-ci il tarixdə cavabdehə təqdim olunmuş 2017ci ilin mənfəət vergi bəyannaməsindəki məlumatlara əsasən cəmiyyətin əvvəlki illərin zərərinə görə mənfəət vergisi öhdəliyi yaranmamış, daha sonra Vergi Məcəlləsinin 85.5ci maddəsinin tələblərinə uyğun olaraq 07 fevral 2020-ci il tarixdə təqdim olunan 2017-ci ilin mənfəət vergisi bəyannaməsi ilə ödəniləcək mənfəət vergisinin məbləği 2.545.884,81 manat olaraq göstərilmişdir.
10. İddiaçı tərəfindən 8 iyun 2021-ci il tarixli məktubla cavabdehə müraciət olunaraq, səyyar vergi yoxlaması ilə əhatə olunmuş dövr üzrə, yəni 2017-ci ilin mənfəət vergisi üzrə könüllü şəkildə bəyan olunan vergi məbləğinə görə hesablanmış 936.909,00 manat faizlərin silinməsi xahiş olunmuşdur.
11. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08 iyun 2021-ci il tarixli müraciətə baxılması barədə cavab məktubunda göstərilmişdir ki, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə (Vergi Məcəlləsi) ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Vergi Məcəlləsinin 59.2-ci maddəsində müəyyən edilmiş faiz ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündə n tətbiq edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
12. Bundan sonra, iddiaçı cavabdehə qarşı “faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən könüllü şəkildə bəyan olunmuş 2017-ci ilin mənfəət vergisinə görə hesablanmış 936.909,0 manat məbləğində faizlərin silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cəmiyyət qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən və bütün icbari ödənişlərini vaxtında yerinə yetirən bir qurumdur. Buna baxmayaraq, cavabdeh tərəfindən Cəmiyyətə əsassız olaraq faiz məbləği hesablanmışdır. Belə ki, Cəmiyyət səyyar vergi yoxlaması ilə tam əhatə olunan 2017-ci ilin mənfə ət vergisinə könüllü açıqlama şəklində əlavə vergiləri bəyan etməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin məbləğə əsassız faiz məbləği hesablanmışdır. İddia ərizəsinə əlavə olunan 12 dekabr 2017-ci il tarixli səyyar vergi yoxlaması aktından və həmin akt üzrə qəbul olunan 14 dekabr 2017-ci il tarixli qərardan göründüyü kimi, 2017-ci ilin yanvar-sentyabr ayları həmin yoxlama ilə əhatə olunmuşdur. Həmçinin əlavə olunan 29 mart 2017-ci il tarixli qərardan və yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi, 2017-ci ilin oktyabr- dekabr aylarını da əhatə edən səyyar vergi yoxlaması keçirilmiş, lakin vergi orqanının öz iradəsi ilə 11 dekabr 2018-ci il tarixdə həmin qərar ləğv edilmişdir. Bu da təbii ki, vergi orqanının yoxlama zamanı hər hansı pozuntunu müəyyən etməməsi ilə əlaqədardır. Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsinə görə könüllü açıqlama – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir. Həmin Məcəllənin 72.5-2-ci maddəsinə görə, könüllü açıqlama edildiyi halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənilir. Əlavə olunan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən keçmiş illərin zərəri nəzərə alındıqdan sonra 2017-ci il üzrə əlavə olaraq 12.756.168,11 manat mənfəət bəyan olunmuş, faizlər üzrə ödəmə mənbəyində tutulmuş 5.349,01 manat vergilər nəzərə alınmaqla 2.545.884,61 manat məbləğində vergilər (12756168,11 x 20% = 2551233,62 - 5349,01) könüllü şəkildə dövlət büdcəsinə ödənilmişdir. Lakin cavabdeh Vergi Məcəlləsinin 72.5-2-ci maddəsinin tələblərini pozmaqla həmin məbləğə faiz hesablamışdır. Bununla bağlı olaraq, 08 iyun 2021-ci il tarixdə cavabdehə yazılı müraciət olunaraq, əsassız hesablanmış faizlərin silinməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilən 23 iyun 2021-ci il tarixli yazılı cavabda qanunvericiliyin ümumi müddəaları sadalanmaqla faizlərin silinməsindən imtina olunmuşdur.
14. Cavabdeh tərəfindən iddiaya qarşı verilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində cavabdeh tərəfindən hesalanmış faiz bor cunun silinməsi barədə mülahizələri tamamilə əsassızdır. Belə ki, iddiaçı öz iddia ərizəsini qeyd edilən faiz borcunun 2017-ci ilin mənfəət vergisi üzrə səyyar vergi yoxlaması ilə tam əhatə olunduğundan və könüllü açıqlama şəklində əlavə vergiləri bəyan etməsinə baxmayaraq faiz hesablanmasını qanunsuz olduğunu Vergi Məcəlləsinin 13.2.49-2-ci və 72.5-2-ci maddələri ilə əsaslandırmağa çalışmışdır. İddiaçı iddia ərizəsində 12 dekabr 2017-ci il tarixli səyyar vergi yoxlama aktına və 11 dekabr 2018-ci il tarixli “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərara istinad edərək 2017-ci ilin mənfəət vergisi üzrə səyyar vergi yoxlaması aparıldığını qeyd etmişdir. Lakin, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 13 noyabr 2017-ci il tarixli ****** ****125447 saylı qərarına əsasən iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. 12 dekabr 2017-ci il tarixli Səyyar vergi yoxlama aktından göründüyü kimi 2017-ci ilin mənfəət vergisi üzrə yoxlama aparılmamışdır. Həmçinin, cavabdehin xx.xx.2018-ci il tarixli “səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərardan göründüyü kimi həmin qərar 29 mart 2018-ci il tarixli **********145480 saylı qərara və 10 dekabr 2018-ci il tarixli **********245700 saylı xidməti məruzəyə əsasən ləğv edilmişdir. Həmin xidməti məruzədə isə X2 Metodikasının AVİS-də tətbiqi ilə ələqədar ap arılan səyyar vergi yoxlamasının keçirilməsi üzrə AVİS-də prosedur hərəkətlərin həyata keçirilməsi zamanı təxniki problemlərin yarandığından səyyar vergi yoxlaması keçirilməsi mümkün olmadığı qeyd olunmuşdur. Bu iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi “vergi orqanı yoxlama zamanı hər hansı pozuntunu müəyyən etməməsi ilə ələqələndirmək doğru deyildir. Həmçinin cavabdeh tərəfindən Vergi Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş hər hansı bir qərar da qəbul edilməmişdir.
15. Bundan başqa, iddiaçı “vergi yoxlamasının keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməsi haqqında” 30 mart 2018-ci il tarixli tələbnaməni həmin gün imza və möhürlə təsdiq edərək qəbul etmiş, lakin həmin gün vergi orqanına 2017-ci ilin mənfəət vergi bəyannaməsini təqdim edərək, ödəniləcək mənfəət vergisinin məbləğini 0.00 manat göstərmişdir. Diğər tərəfdən 29 mart 2018-ci il tarixli qərarla iddiaçının 2017-ci ilin mənfəət vergisi üzrə yoxlama aparılması nəzərdə tutulmamışdır. İddiaçı daha sonra Vergi Məcəlləsinin 85.5-ci maddəsində qeyd olunan hüququndan istifadə edərək vergi orqanına 07 fevral 2020-ci il tarixdə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi ilə ödəniləcək mənfəət vergisinin məbləğini 2.545.884,81 manat olaraq göstərmişdir. Lakin, iddiaçı ərizəsində Vergi Məcəlləsinin 72.5-ci maddəsinə istinad edərək bu bəyannamənin sanki könüllü açıqlama kimi qəbul edilməsini istəmişdir. O isə ki, bu əsasla iddianın təmin edilməsi əsassızdır. Belə ki, 13.2.49-2-ci maddəsinə əsasən könüllü açıqlama – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi kimi qeyd olunmuşdur. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Vergi Məcəlləsinin 59.2-ci maddəsinə əsasən bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qayd ada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəlləsinin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub- olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Cavabdeh inzibati orqan qeyd olunan hüquq normalarına və faktlara əsaslanaraq, məhkəmədən iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin əsassız olduğu üçün rədd ed ilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7932/2021 nömrəli iş üzrə 29 iyul 2021ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilərək, iddiaçı tərəfindən könüllü şəkildə bəyan olunmuş 2017-ci ilin mənfəət vergisinə görə hesablanmış 936.909,0 (doqquz yüz otuz altı min doqquz yüz doqquz) manat məbləğində faizlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq yoxlama aktının tərtib edilməməsi və məsuliyyətə cəlbetmə qərarının qəbul olunmaması qərarda əks olunan dövrün yoxlama ilə əhatə olunmaması anlamına gəlmir. Belə ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyy ən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmçinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli, **********011400 №li Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 31 nömrəli Əlavəsi ilə yoxlamanın keçirilməsi barədə Qərarın ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur. Göründüyü kimi, vergi orqanının bu hüququndan istifadə edərək yoxlamanın keçirilməsi barədə qərarı öz iradəsi ilə ləğv etməsini həmin dövrün səyyar vergi yoxlaması ilə əhatə olunmaması kimi qiymətləndirmək yolverilməzdir.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul e dilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-341/2022 nömrəli iş üzrə 10 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və E.E.Naöıyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qeyd olunan qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 7 fevral 2020-ci il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamə ilə 2017-ci il üzrə əlavə olaraq bəyan olunmuş 12.756.168,11 manat məbləğində mənfəətdən (cavabdeh tərəfindən faizlər üzrə ödəmə mənbəyində tutulmuş 5.349,01manat vergilər nəzərə alınmaqla), 2.545.884,61 (127561 68,11x20%)-5349,01) manat məbləğində vergilər könüllü şəkildə dövlət büdcəsinə ödənilməsi ilə yanaşı, cavabdeh tərəfindən iddiaçıya 936.909,00 manat məbləğində faizlər hesablanması vergi qanunuvericiliyinə uyğun olmuşdur.
21. Vergi Məcəlləsinin 59.1-ci maddəsinin tələbindən də görünür ki, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
22. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsin də aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
23. Beləliklə də, iddiaçının xx.xx.2020-ci il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi ilə 2017-ci il üzrə əlavə olaraq bəyan olunmuş mənfəətə görə cavabdeh tərəfindən ona 936.909,00 manat məbləğində faizlər hesablanıb şəxsi hesab vərəqinə işlənilməsi və tələbnamə ilə ödənilməsinin tələb olunmasını zəruri edən faktiki şərtlər sübuta yetirilir.
24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayətində işin halları və iddia ərizə sinin dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları ümumiyyətlə araşdırmamış, yalnız cavabdehin özünümüdafiə üçün gətirdiyi əsassız dəlillərə istinad etmişdir. Məhkəmə səyyar vergi yoxlaması qərarının ləğv olunması əsası kimi qeyd olunmuş X4 Metodikasının AVİS-də tətbiqi ilə əlaqədar yaranmış nasazlığın nədən ibarət olmasını, buna dair təsdiqedici sənədləri, Metodikanın özünü ilk iclasda cavabdehdən tələb etsə də, sonrakı iclaslarda qeyd olunan mühüm məsələni araşdırmamışdır. Bundan başqa, məhkəmə tərəfindən cavabdehin Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələblərini pozmasına diqqət edilməmişdir. Həmin normaya görə, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borc lu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Lakin Məhkəmə tərəfindən cavabdeh tərəfindən yol verilən nöqsanlar əksinə olaraq onun xeyrinə qiymətləndirilmişdir.
26. İnzibati Prosessual Məcəllənin 87.8-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Lakin qərardan göründüyü kimi, məhkəmə kollegiyası yalnız apellyasiya şikayətinin dəlillərini qiymətləndirmiş, apellyasiya şikayətinə qarşı təqdim olunmuş etirazın dəlillərinə ümumiyyətlə münasibət bildirməmişdir. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Vergi Məcəlləsi Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar (...) 13.2.49-2. könüllü açıqlama – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliyin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi; Maddə
23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə
24. Vergi orqanlarının vəzifələri 24.0.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; Maddə
72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası (...) 72.5-2. Könüllü açıqlama edildiyi halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödənilir. Maddə
39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibk ar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmay araq verilir və ya göndərilir. [272] 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: (...) 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.
29. Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları
48. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 48.1. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi Vergi Məcəlləsinin 39cu maddəsinə müvafiq olaraq aparılır. Səyyar vergi yoxlamasının nəticələri vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada “Səyyar vergi yoxlaması aktı” (Əlavə 24) ilə rəsmiləşdirilir. (...) 48.3. Səyyar vergi yoxlaması aktı tərtib edilərkən yoxlama prosesində aşkar olunmuş vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında, yaxud tibbi sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, habelə icbari tibbi sığorta haqlarının, habelə icbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması halları və yaxud vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında, yaxud tibbi sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim ed ilməsinə münasibətdə) pozulması hallarının olmaması göstərilməlidir.
50. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 50.1. Yoxlama materiallarına baxılması və müvafiq Qərar çıxarılması üçün nəzərdə tutulmuş müddət 10 gün müəyyən edilmişdir. 50.2. Akta və ona əlavə olunmuş materiallara baxılmasının nəticələri üzrə vergi orqanının rəhbəri (müavini) aşağıdakı qərarlardan birini qəbul edir: 50.2.1. “Vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının vergi qanunvericiliyinin və ya və ya tibbi sığorta sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar” (Əlavə 27); 50.2.2. “Vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının vergi qanunvericiliyinin və ya və ya tibbi sığorta sosial sığorta qanunvericiliyi nin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında Qərar” (Əlavə 28); 50.2.3. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar” (Əlavə 29). 50.2.4. “Əvvəlki səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi haqqında Qərar” (Əlavə 33); 50.2.5. “Əvvəlki səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması haqqında Qərar” (Əlavə 34); 50.2.6. “Səyyar vergi yoxlaması materiallarına baxılmanın nəticəsi üzrə Qərar” (Əlavə 35).
30. İnzibati Prosessual Məcəllə Maddə 12. 1 İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarl a kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. [44] 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (...) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. İş üzrə apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə Kollegiyası mübahisənin düzgün həlli üçün ilk olaraq aşağıdakılar ı bildirir: İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət edərək qoşulma yolu ilə konsolidə olunmuş balans göstəricilərinin və mənfəət vergisi bəyannaməsinin düzgünlüyünə münasibət bildirilməsi məqsədilə vergi audit yoxlamasının keçirilməsini xahiş etmişdir. İddiaçının bu müraciətinə əsasən cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli **********145480 nömrəli qərarla “oktyabr 2017 - yanvar 2018 dövrü üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi müəyyən edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək davam etmiş, həmin tarixdə isə yuxarı vergi orqanının **********171168 nömrəli qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli qərar ləğv edilmişdir. Bundan sonra, iddiaçı özü xx.xx.2020-ci il tarixdə 2017- ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim etmişdir. Həmin bəyannamə üzrə keçmiş illərin zərəri nəzərə alınmaqla 12756168,11 manat mənfəət, yekunda isə faizlər üzrə ödəmə mənbəyində tutulmuş 5349,01 manat vergilər çıxıldıqdan sonra 2545884,61 manat məbləğində vergilər (12756168,11 x 20% = 2551233,62 5349,01) könüllü şəkildə bəyan olunmuş, xx.xx.2020-ci il tarixdə 2515100,0 manat məbləğində, xx.xx.2020-ci ildə isə 158800,0 manat məbləğində mənfəət vergisi üzrə ödənişlər həyata keçirilmişdir. Cavabdeh tərəfindən iddiaçının mənfəət vergisi üzrə təqdim etdiyi bəyannamə könüllü açıqlama olaraq nəzərə alınmamış və hər ötmüş gün üzrə 0,1 faiz olmaqla ümumilikdə 936909,0 manat məbləğində faizlər hesablanmışdır. Bundan sonra, iddiaçı həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsi üçün xx.xx.2 021-ci il tarixdə cavabdehə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə cavabdehin təqdim etdiyi imtina cavabından sonra məhkəmədə eyni tələb üzrə iddia qaldırmışdır.
34. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh qeyd olunan iddia tələbinə qarşı imtinasını mənfəət vergisi bəyannaməsinin verildiyi 2017-ci ilin səyyar vergi yoxlaması ilə əhatə olunmaması və səyyar vergi yoxlamasının başa çatmaması ilə əsaslandırmağa çalışmışdır.
35. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin ilk yanaşmasına dair iş materiallarında mövcud olan xx.xx.2018-ci il tarixli iddiaçıya ünvanlanan məktubla təyin olunmuş səyyar vergi yoxlaması ilə 2017-ci ilin mənfəət və əmlak vergisi bəyannamələrinin əhatə olunduğu qeyd olunmuşdur. Məhkəmə kollegiyası bundan əlavə bildirir ki, mənfəət vergisi üzrə dövr təqvim ili olduğu üçün yoxlamanın keçirilməsi barədə qərarda yoxlama ilə əhatə olunan vergi dövrünün tərkibində hər hansı təqvim ili başa çatırsa, demək ki, həmin il üzrə mənfəət vergisi üzrə də yoxlamanın nəticəsi rəsmiləşdirilməlidir. Hazırki mübahisə üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarda yoxlama ilə əhatə olunan vergi dövrü oktyabr/2017-yanvar/2018 olaraq göstərilmişdir. Göründüyü kimi, yoxlama ilə əhatə olunan vergi dövründə 2017-ci il üzrə təqvim ili başa çatmışdır və baxmayaraq ki, ilin yalnız son üç ayı yoxlama ilə əhatə olunan vergi dövrünə daxildir, vergi orqanı mənfəət vergisi üzrə xx.xx.2017-xx.xx.2017-ci il tarixini yoxlamaq hüququna malikdir. Təsadüfi deyildir ki, iş materiallarında mövcud olan xx.xx.2018-ci il tarixli **********145618 nömrəli tələbnamə ilə cav abdeh iddiaçıdan məhz xx.xx.2017-xx.xx.2017-ci il dövrü üzrə sənədləri tələb etmişdir.
36. Cavabdehin digər əsası isə ondan ibarət olmuşdur ki, səyyar vergi yoxlaması başa çatmadığına görə iddiaçının təqdim etdiyi mənfəət vergisi bəyannaməsi könüllü açıqlama hesab olunmamalıdır. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı aşağıdakıları bildirir:
37. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə görə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifəsidir. Eyni zamanda, həmin Məcəllənin 38-49-cu mad dələri səyyar vergi yoxlamasının həyata keçirilməsi və hansı qaydada rəsmiləşdirilməsi qaydalarını tənzimləyir. Vergi Məcəlləsinin 39-cu maddəsinə görə, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır (39.1). Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konk ret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir (39.2). Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir (39.4). Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim e tməyə hüququ vardır (39.5). Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır (39.6). Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vax tı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır (39.7).
38. Həmin Məcəllənin 49-cu maddəsinə görə, səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqq ında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi (49.1).
39. Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixdə Hüquqi aktların dövlət reyestrinə daxil edilmişdir) 48.1-ci bəndi ilə səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsinin Vergi Məcəlləsinin 39-cu maddəsinə müvafiq olaraq aparılması və vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada “Səyyar vergi yoxlaması aktı” (Əlavə 24) ilə rəsmiləşdirilməsi müəyyən edilmişdir. Qaydaların 48.3-cü bəndinə görə, səyyar vergi yoxlaması aktı tərtib edilərkən yoxlama prosesində aşkar olunmuş vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında, yaxud tibbi sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, habelə icbari tibbi sığorta haqlarının, habelə icbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması halları və yaxud vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında, yaxud tibbi sığorta haqqında qanunvericiliyin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması halların ın olmaması göstərilməlidir.
40. Həmçinin, Qaydaların 50.1-ci bəndi ilə yoxlama materiallarına baxılması və müvafiq Qərar çıxarılması üçün nəzərdə tutulmuş müddət 10 gün müəyyən edilmişdir. Qaydaların 50.6-cı bəndi ilə səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi və ya sığortaedən, yaxud sığortalı tərəfindən vergi qanunvericiliyinin və ya sosial sığorta, yaxud tibbi sığorta qanunvericiliyinin (məcburi dövlət sosial sığorta və ya icbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması halları aşkar edilmədikdə “Vergi ödəyicisinin və ya sığortaedənin, yaxud sığortalının vergi qanunvericiliyinin və ya sosial sığorta, yaxud tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması haqqında Qərar” (Ə lavə 28) çıxarılması müəyyən olunmuşdur.
41. Məhkəmə kollegiyası bildirir ki, sadalanan normalardan göründüyü kimi, qanunverici vergi orqanlarına səyyar vergi yoxlamasını başlamaq hüququ versə də, onu hansı qaydada rəsmiləşdirməsini və yekunlaşdırmasını konkret normalarla müəyyən etmişdir. Başqa sözlə desək, təqvim ili ərzində bir dəfədən artıq olmayaraq növbəti səyyar vergi yoxlamasını, Vergi Məcəlləsinin 38.3-cü maddəsində sadalanan əsaslar olduğu halda isə növbədənkənar səyyar vergi yoxlamasını həyata keçirmək vergi orqanlarının hüququ olsa da, həmin yoxlamaları Vergi Məcəlləsinin 38-49-cu maddələrinə və “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nın 48-ci və 50-ci bəndlərinə uyğun şəkildə rəsmiləşdirmək vergi orqanlarının vəzifəsidir.
42. İş materiallarından müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli qərar əsasında başlanmış səyyar vergi yoxlaması qeyd olunan normaların tələblərinə uyğun olaraq rəsmiləşdirilməmiş və vergi orqanının qərarı ilə yoxlamanın keçirilməsindən 8 (səkkiz) aydan artıq vaxt keçdikdən sonra ləğv edilmişdir. Həmin müddət ərzində isə cavabdeh tərəfindən yoxlamaya mütəxəssis cəlb olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh səyyar vergi yoxlamasını formal olaraq həyata keçirməmiş, vergilərin düzgünlüyünün müəyyən olunması istiqamətində qanunla verilmiş hüquqlardan istifadə etməyə çalışmışdır. Lakin sonradan yoxlamanın keçirilməsi barədə qərar ləğv olunmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh yoxlamanın ləğv olunması ilə əlaqədar bildirmişdir ki, X3 Metodikasının AVİS-də tətbiqi ilə əlaqədar aparılan səyyar vergi yox lamasının keçirilməsi üzrə AVİS-də prosedur hərəkətlərin həyata keçirilməsi zamanı texniki problemlər yarandığından yoxlamanın keçirilməsi mümkün olmamışdır.
43. Məhkəmə kollegiyası bildirir ki, nə cavabdehin istinad etdiyi, nə də başqa hər hansı digər əsasla səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi orqanı hər bir halda keçirilmiş yoxlamanın nəticəsini səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirməli və Vergi Məcəlləsinin 49.1.1 49.1.6-cı maddələrinə uyğun olan qərarlardan birini qəbul etməlidir.
44. İş materiallarında mövcud olan cavabdehin iddiaçı barəsində əvvəlki səyyar vergi yoxlamasına dair sənədlərdən görünür ki, yoxlama nəticəsində hər hansı pozuntu müəyyən olunmadığı üçün cavabdeh tərəfindən Vergi Məcəlləsini n 49.1.2-ci maddəsi ilə müəyyən olunan qərar qəbul edilmişdir. Hazırki mübahisə üzrə də əgər cavabdeh yoxlama zamanı hər hansı pozuntu aşkar etməmişdirsə, bunu yoxlamanın keçirilməsi haqqında qərarı ləğv etmək şəklində deyil, müvafiq akt tərtib edərək qərar qəbul etməklə rəsmiləşdirməli idi.
45. İşə baxan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd olunan imperativ normalarını qərarda əks etdirsə də, cavabdeh tərəfindən həmin normalara uyğun şəkildə rəsmiləşdirmə aparılmamasını yanlış şərh etmişdir.
46. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən səyyar vergi yoxlaması aktının tərtib olunmaması və müvafiq qərarlardan birinin qəbul edilməməsini yoxlamanın başa çatmaması kimi qiymətləndirmişdir. Halbuki, yoxlamanın texniki olaraq başa çatmaması cavabdehin qan unla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində baş vermişdir və bu hal vergi ödəyicisinin ziyanına şərh oluna bilməz. Vergi orqanının yoxlama aktını tərtib etmək və müvafiq qərar qəbul etmək vəzifəsi olduğu halda, qanundankənar davranışı nəticəsində həmin rəsmiləşdirmələrin mövcud olmaması yoxlamanın başa çatmaması kimi qəbul edilməməlidir. Bu o halda mümkün olardı ki, cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı texniki yanlışlıqla qəbul edilmiş olsun və qısa müddətdə ləğv edilsin. Hazırki mübahisə üzrə isə cavabdeh səyyar vergi yoxlamasını iddiaçının müraciəti əsasında başlamış, bu haqda ona yazılı məlumat vermiş, yoxlamanı hansı vergilər üzrə həyata keçirdiyini yazılı şəkildə açıqlamış, yoxlamaya mütəxəssis cəlb etmiş, ümumilikdə 8(səkkiz) aydan art ıq müddətə səyyar vergi yoxlaması aparmışdır. Belə olan halda isə səyyar vergi yoxlaması başa çatdığı üçün Vergi Məcəlləsinin 72.5-2-ci maddəsi ilə müəyyən olunan qayda iddiaçıya münasibətdə tətbiq edilməlidir.
47. Apellyasiya instansiyası məhkəməsi həmçinin bildirmişdir ki, iddiaçı cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarını mübahisələndirməmiş, sözügedən qərar maraqlı şəxs kimi onun qanunla qorunan hüquqlarını məhdudlaşdırdığı (əlverişsiz inzibati akt) halda, əlverişsiz inzibati akt kimi həmin qərarı mübahisələndirmək hüququna malik olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, xx.xx.2018-ci il tarixli qərar həmin qərarın qəbul olunduğu zaman kəsiyində iddiaçını hər hansı hüququndan məhrum etmədiyi və ya onun hüququnu məhdudlaşdırmadığı, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt olmadığı üçün əlverişsiz inzibati akt sayılmır. Cavabdeh səyyar vergi yoxlamasının nəticələrini qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirmədiyi üçün xx.xx.2018-ci il tarixli qərara əsassız olaraq istinad etmişdir. Həmin qərarla yoxlamanın qanunazidd qaydada yekunlaşdırılması Vergi Məcəlləsinin 13.2.49-2-ci maddəsində əksini tapan “səyyar vergi yoxlaması başa çatdıqdan sonra” ifadəsinin mahiyyətini dəyişmir və iddiaçını Vergi Məcəlləsinin 72.5-2-ci maddələri ilə müəyyən olunan yalnız vergiləri, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəmək hüququndan məhrum edə bilməz.
48. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-341/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiası təmin edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-341/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin iddiası təmin edilsin. İddiaçı tərəfindən könüllü şəkildə bəyan olunmuş 2017-ci ilin mənfəət vergisinə görə hesablanmış 936.909,0 (doqquz yüz otuz altı min doqquz yüz doqquz) manat məbləğində faizlərin silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ba kı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.