Məhkəmə qərarları › İş №2-1(102)-1148/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1148/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1148/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: İPM ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardaddan şikayət verilməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1989-cu il təvəllü dlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2-1(107)-169/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair iddiaçının adına ilkin torpaq ayırma sənədlərinə (torpaq sahəsinin yerquruluşu v ə situasiya planına) uyğun torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1156/2022 nömrəli qərarı (hakim F.S.İsmayılzadə) ilə iddia təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********54 reyestr nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən 42 kv.m torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Cavabdeh həmin qə rardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2-1(107)-169/2023 nömrəli qərardadı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) ilə cavabdehin apellyasiya şikayəti mümkün hesab edilmiş, apellyasiya şikayəti üzrə işin baxılması 23 fevral 2023-cü il tarixə təyin edilmişdir.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və cavabdehin apellyasiya şikayətinin mümkünlüyünün əsaslarının yoxlanılması üçün işin təkrar olaraq apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) iddiaçının kassasiya şikayətinin dəlilləri

6. İddiaçı hesab edir ki, apellyasiya şikayəti verilmiş məhkəmə qərarından şikayətin verilməsi üçün İPM-də müəyyən edilmiş müddət ötürülməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən apellyasiyanın qeyrimümkünlüyü üçün əsasların olmaması qənaətinə gəlmiş, iddiaçı tərəfin müraciəti əsasında apellyasiyanın mümkünlüyü məsələsinə 23 fevral 2023-cü il tarixli məhkəmə baxışı iclasında hüquqi qiymət veriləcəyini göstərsə də, prosessual qanunvericiliyə uyğun apellyasiyanın mümkünlüyünü araşdırmamış, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85, 87.2 və 87.3-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 81.1.İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 83.3.6. Bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Maddə 83.4. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan yalnız məhkəmənin yekun qərarı ilə birlikdə şika yət verilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.

10. Belə ki, apellyasiya şikayətinin dəlilindən görünür ki, iddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2-1(107)-169/2023 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayətinin mümkün hesab edilməsi məsələsini mübahisələndirmişdir.

11. Qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərardadlarından yalnız o halda müstəqil qaydada, yəni ayrıca şikayət verilə bilər ki, onların müstəqil mübahisələndirilməsi İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş olsun. İnzibati Prosessual Məcəlləsi ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan yalnız məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər (İPM-in 83.1 və 83.4-cü maddələri).

12. Lakin iddiaçı hazırkı iş üzrə məhkəmə qərardaddan müstəqil qaydada kassasiya şikayəti vermişdir. Halbuki, qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, İPM-də bu qərardaddan müstəqil qaydada şikayətin verilməsi nəzərdə tutulmamışdır.

13. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.

14. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2023-cü il tarixli, 2-1(107)-169/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar