Məhkəmə qərarları › İş №2-1(102)-1148/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1148/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1148/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı QƏRARİ (Açar sözlər: sökülmüş qarajlara görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3258/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı qarajın sökülməsi ilə əlaqədar, əvəzi kimi, ona 12.000, 0 manat məbləğində pul ödənilməsinə dair ərizə ilə cavabdehin üst qurumu - Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu həmin ərizəni İnzibati icraat haqqında Qanunun 33.1-ci maddəsinə müvafiq olaraq aidiyyəti üzrə baxılması üçün cavabdeh Xətai rayon İcra Hakimiyyətinə göndərmiş, lakin sonuncu tərəfindən isə iddiaçıya cavab verilməmişdir (İPM m. 33.4. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır.). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cava bdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus olan Xətai rayonu, Qədir Məmmədov küçəsi 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 12.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “...Xətai rayon İcra Hakimiyyəti başçısının 18 mart 2016-cı il tarixdə tərtib olunmuş 69 saylı sərəncamından çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qaraj onun adına rəsmiləşdirilmişdir. Hal-hazırda Xətai rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işlərinin aparılması əsası ilə həmi n qaraj sökülmüşdür. Qaraj sökülməmişdən əvvəl ona Xətai rayon İcra Hakimiyyəti tərəfindən hər hansısa bir məlumat verilməmiş, qarajın dəyəri isə ödənilməmişdir. Lakin həmin qaraj ona məxsus idi və orada şəxsi əşyaları saxlanılırdı, buna görə də qarajın sökülməsinə görə Xətai rayon İcra Hakimiyyəti məsuliyyət daşıyır. Həmçinin, qaraj söküldüyü üçün qanunvericilik normalarına əsasən ona həmin qarajın əvəzi olaraq pul məbləği ödənilməlidir. Qarajlar söküldükdən sonra ona dəfələrlə Xətai rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, К-116-126 nömrəli cavab məktubuna əsasən ona bildirilmişdir ki, müraciəti ətraflı araşdırılması üçün aidiyyəti üzrə Xətai rayon İcra Hakimiyyətinə K-116-126 qeydiyyat nömrəli m əktub ilə göndərilmişdir. Lakin Xətai rayon İcra Hakimiyyətindən ona heç bir cavab verilməmişdir. Göründüyü kimi onunla qarşılıqlı razılaşma əldə edilməklə söküntü işləri görülməli olduğu halda cavabdeh tərəfin əməkdaşları onunla hər hansısa bir razılığa gəlmədən mülkiyyətində olan qarajı sökmüşlər. "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ona məxsus olan Bakı şəhəri Xətai rayonu Qədir Məmmədov küçəsi 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın bazar dəyəri hal-hazırda 12.000 manat təşkil edir. Odur ki, hesab edir ki, 12 000 manat pul məbləği cavabdehdən tutularaq ona ödənilməlidir...”

4. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, "Xətai rayon ərazisində aparılan abadlıq-qur uculuq işləri çərçivəsində bir çox ünvanlarda, o cümlədən Qədir Məmmədov küçəsində yerləşən 3 “C” nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən zəbt olunmuş torpaq sahələrində inşa edilmiş müvəqqəti xarakter daşıyan dəmir konstruktiv qarajlarının söküntüsü nəzərdə tutulmuşdur. Qeyd olunan ünvanda vətəndaş İddiaçı məxsus dəmir konstruktiv qarajın sənədləşdirilməsinə Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 69 saylı sərəncamına əsasən icazə verilmişdir. Yuxarıda qeyd olunan sərəncamın 3-cü bəndinə əsasən ətrafyanı ərazinin abadlığına və sanitariya qaydalarına riayət edilməsi, eyni zamanda 4-cü bəndinə əsasən qarajın yerləşdiyi torpaq sahəsindən istifadəyə görə vergi ödənilməsi üçün Xətai rayon Bələdiyyəsinə müraciət etməsi vətəndaşa həvalə olunmuşdur. Qarajı n yerləşdiyi əraziyə baxış keçirilən zaman müəyyən olmuşdur ki, vətəndaş İddiaçı ərazinin abadlığına, sanitariya qaydalarına riayət etməmiş və 2016-cı il tarixdən 2022-ci il tarixədək torpaqdan istifadəyə görə vergi ödəməmiş, eyni zamanda sərəncamda qeyd olunan öhdəliklərə əməl olunmadığından mövcud dəmir konstruktiv qaraj götürülmüş və həmin ərazidə abadlıq işləri aparılaraq gələcəkdə vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulmuşdur”.

5. Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-48-2F/2-01414/2023 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş - Bakı şəhəri Cavabdeh xx.xx.2016cı il tarixli 69 nömrəli sərəncamının arxiv surətindən görünür ki, Bakı şəhəri Cavabdeh başçısı tərəfindən qeyd edilən sərəncam verilmişdir ki, Xətai rayonu Qədir Məmmədov küçəsi 3 c saylı binan ın yaxınlığında quraşdırılmış, mövcud 15 kv.metr ölçüdə qaraj vətəndaş İddiaçı adına rəsmiləşdirilsin.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 739/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, İddiaçı məxsus olan Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 11.500 (on bir min beş yüz) manat cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsind ə icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3258/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, A.Oruczadə və G.Abbasova) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “cavabdeh yerli icra hakimiyyəti orqanı qaraj sökülərkən maraqlarına toxunan iddiaçının mənafeyini nəzərə almamış, onu inzibati icraata cəlb etmədən, kompensasiya ödənilmədən, qanuni istifadəsində olan qarajı sökərək ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 1097.1-ci maddəsi isə nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən isə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə tərəfindən, xx.xx.2024-cü il tarixli 2-1(112)-739/2024 nömrəli qərardadı ilə sökülmüş qarajın iş materialları üzrə (cizgisi, sökülməzdən əvvəlki fotoşəkillər və s.) Əmlak Ekspert Mərkəzinə qiymətləndirilmə təyin olunmuş və sonuncu tərəfindən 04 aprel 2024-cü il tarixdə ƏEM/A 26-240/24 saylı mütəxəssis rəyi verilmişdir. Həmin mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3C saylı binanın yaxınlığında yerləşən, sahəsi 15,0 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin (qarajın) xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 11.500 manat məbləğində qiymətləndirilmiş dir”.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin po zulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törə mə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə

159. Əşyaya sahiblik Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əld ə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu o rqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

14. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunu: 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

15. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası mə hkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab ed ir.

22. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, Bakı şəhəri Cavabdeh xx.xx.2016-cı il tarixli, 69 nömrəli sərəncamı ilə Qədir Məmmədov küçəsi 3 c saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.metr ölçüdə qaraj vətəndaş İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işlərinin aparılması əsası ilə qaraj sökülmüşdür. Sözügedən qarajın sökülməsindən əvvəl iddiaçıya Xətai rayon İcra Hakimiyyəti tərəfindən hər hansısa bir məlumat verilməmiş, qarajın dəyəri isə ödənilməmişdir.

23. Daha sonra cavabdeh tərəfindən İddiaçı sərəncam əsasında 2016-cı il tarixdən 2022-ci il tarixədək istifadə etdiyi Xətai rayon ərazisində aparılan abadlıqquruculuq işləri çərçivəsində Qədir Məmmədov küçəsində yerləşən 3 “C” nömrəli binanın ətrafında y erləşən dəmir konstruktiv qaraj, ərazinin abadlığına, sanitariya qaydalarına xələl gətirdiyindən, gələcəkdə vətəndaşların istifadəsinə verilməsi üçün abadlıq işləri aparılaraq sökülmüşdür.

24. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

25. Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

26. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq, mütləq xara kter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində, həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

27. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə, həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həmçinin nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən mü daxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

28. Hazırkı mübahisəyə münasibətdə cavabdeh yerli icra hakimiyyəti orqanı qaraj sökülərkən maraqlarına toxunan iddiaçının mənafeyini nəzərə almamış, onu inzibati icraata cəlb etmədən, kompensasiya ödənilmədən, qanuni istifadəsində olan qarajı sökərək ona xeyli miqdarda maddi ziyan vurmuşdur.

29. Məhkəmə kollegiyası bildirir ki, işə aşağı məhkəmələr tərəfindən baxılan zaman xx.xx.2024-cü il tarixli 2-1(112)-739/2024 nömrəli qərardadı ilə sökülmüş qarajın iş materialları üzrə (cizgisi, sökülməzdən əvvəlki fotoşəkillər və s.) Əmlak Ekspert Mərkəzinə qiymətləndirilmə təyin olunmuş və sonuncu tərəfindən 04 aprel 2024-cü il tarixdə ƏEM/A 26-240/24 saylı mütəxəssis rəyi verilmiş və həmin mü təxəssis rəyinə görə, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3C saylı binanın yaxınlığında yerləşən, sahəsi 15,0 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin (qarajın) xx.xx.2024-cü il tarixə olan bazar dəyəri 11.500 manat məbləğində qiymətləndirilmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan normalara əsasən hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız sayılmalıdır. İddiaçı onlara məxsus qarajın sökülməsi nəticəsində vurulmuş maddi ziyana görə əvəz ödənilməsini tələb etməkdə haqlıdır.

31. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı və işin müəyyən olunmuş hallarına uyğun hesab edir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmi şdir.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3258/2024 nömrəli, 5 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar