Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1149/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Həsənov İntiqam İsa oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X7, X2, X5, X6, X3, X8, X9) “dövlət aktının ləğv edilməsi və çıxarışın verilməsi” tələblərinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(107)-555/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Göyçay rayonu, Alpout kəndində yerləşən 0,80 ha torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 12 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Göyçay rayonu Nəsimi adına kolxozun 1996-cı il 11 aprel tarixli, 2 nömrəli və 1995-ci il 20 iyun tarixli, 4 nömrəli qərarları ilə ayrılmış torpaq sahəsinə digər şəxslərin adına, Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 17 aprel tarixli, 35 nömrəli Qərarı ilə JN-268 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, 0,33 ha həyətyanı torpaq sahəsinə isə iddiaçının adına JN-256A saylı to rpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir İddiaçı 2018-ci il 23 aprel tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 17 aprel tarixli, 35 nömrəli Qərarının və həmin qərar əsasında X4 və onun ailə üzvlərinə verilmiş torpağa mülkiyyət hüququna dair 1998-ci il 3 oktyabr tarixli, JN-268 saylı Dövlət Aktında göstərilən 3,27 ha torpaq sahəsindən iddiaçının istifadəsində olan 0,80 ha hissədə ləğv edilməsi və həmin hissəyə dair iddiaçının mülkiyyətinə verilməsi barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-268 saylı Dö vlət Aktında göstərilən 3,27 ha torpaq sahəsindən iddiaçının istifadəsində olan 0,80 ha hissədə ləğv edilməsi və həmin hissəyə dair iddiaçının mülkiyyətinə verilməsi barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, yaşadığı Alpout kəndindən həyətyanı torpaq sahəsi almaq üçün 21 nəfər digər kənd sakinləri ilə birlikdə Göyçay rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmiş, Göyçay rayon İcra Hakimiyyəti başçısının 1996-ci il 30 mart tarixli, 62 saylı Sərəncamı ilə 21 nəfərə, o cümlədən iddiaçıya Alpout kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı ona verilən həyətyanı torpaq sahəsinin yeri çox şoran və yarars ız olduğu üçün bu torpaq sahəsini şorandan təmizləməyə xeyli miqdarda vəsait xərcləmiş, lakin fərdi yaşayış evi tikə bilməmişdir. Bundan əlavə, iddiaçı Qarabağ müharibəsi veteranı olduğu üçün ona bir pay torpağı artıq, yəni 8+8=16 sot torpaq sahəsi ayrılmışdır. Torpaq islahatı başladığı zaman torpaqlar ölçülərkən onun qanuni istifadəsində olan 16 sot torpaq sahəsindən əlavə 64 sot artıq torpaq müəyyən edildi və beləliklə, 80 sot torpaq sahəsi iddiaçının istifadəsində qaldı. İddiaçı 22 ildən artıqdır ki, həmin torpaq sahəsindən istifadə edir. Belə ki, Göyçay rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Alpout kəndi üzrə pay hüququ olan vətəndaşların siyahısından görünür ki, 0,80 ha torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəmdə olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2017-ci i l 5 iyun tarixli, 2(046)-62/2017 nömrəli qətnaməsindən görünür ki, faktiki iddiaçının istifadəmdə olan torpaq sahəsindən X7 torpaq sahəsi şoran və yararsız olduğundan imtina etmiş, N.Y.Tağıyevə və onun ailə üzvlərinə verilmiş sözügedən pay torpaq sahəsi təkrar bölgüyə getdiyi üçün “Drenlər” adlanan sahədən Dövlət aktında göstərilmiş norma həddində 2, 31 ha 56x585 ölçüdə torpaq sahəsi verilməsi və qərardan çıxarışın rayon torpaq şöbəsinə təqdim edilməsi qərara alınmışdır. İddiaçı imtina edilmiş torpaq sahəsinin 0,80 ha hissəsindən istifadə edir və orada kənd təsərrüfatı məhsulları əkib-becərir. Lakin, N.Y.Tağıyev heç vaxt istifadə etmədiyi torpaq sahəsini qanunsuz olaraq ondan geri almaq istəyir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əs asını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, etirazda göstərilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi elektron kadastr məlumat bazasında kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 13 iyul tarixli 2-1(84)-835/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, 3,27 ha torpaq sahəsinə X1 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-268 saylı Dövlət Aktının iddiaçının istifadəsində olan 0,80 ha hissədə ləğv edilməsi, 0,80 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, JN se riyalı, 268 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X7 və onun ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin təkrar bölgüyə getməsi və Aqrar İslahat Komissiyası tərəfindən “Drenlər” adlanan sahədən Dövlət Aktında göstərilmiş norma həddində 2,31 ha torpaq sahəsi ilə 1998-ci ildə dəyişdirilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiqini tapır. Bundan əlavə, iddiaçının həmin dövlət aktında göstərilən torpaq sahəsinin bir hissəsindən istifadə etməsi Göyçay Rayon Alpout Bələdiyyəsinin 2017-ci il 16 oktyabr tarixli, 14 nömrəli arayışında öz təsdiqini tapır. Cavabdeh iddiaçının mülkiyyətində həyətyanı torpaq sahəsinin olduğunu bildirsə də, pay torpaq sahəsinin olması barədə hər hansı bir sübut təqdim edə bilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti ver ərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 23 oktyabr tarixli 2-1(107)-555/2018 nömrəli qərardadı ilə X2, X5, X6, X3, X8 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(107)-555/2018 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının faktiki istifadəsində olduğu 0,72 ha torpaq sahəsi onun qanuni istifadəsində olmamışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 4 yanvar tarixdə təqdim edilmişdir. İddiaçı hə min qərardan 2019-cu il 31 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının ata adı arxiv sənədlərində səhv getmişdir. Bu barədə məhkəməyə rəsmi sənəd təqdim edilməsi üçün o, bu sənədin və digər sənədlərin təqdim olunması vaxt tələb etdiyindən, teleqram göndərərək sənədlərin əldə olunması üçün məhkəmə iclasının bir həftə təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə buna əhəmiyyət verməmiş, iddiaçının üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməməyini qərarda göstərmiş, obyektiv həqiqətin müəyyən edilməsinə, işin tam, hərtərəfli və qərəzsiz araşdırılmas ına nail olmamış və iddiaçının səhv getmiş ata adının “Vaqif deyil “Qərib” olmasına istinad etmişdir. Göyçay Rayon Məhkəməsinin 2017-ci il 5 iyun tarixli qüvvəyə minmiş məhkəmə qətnaməsində JN seriyalı, 268 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X4 və onun ailə üzvlərinə verilmiş torpağın təkrar bölgüyə getdiyi və onlara “Drenlər” adlanan sahədən Dövlət Aktinda göstərilmiş norma həddində 2,31 ha torpaq sahəsinin verilməsi göstərilmişdir. Nəzərə alınsa ki, artıq bu barədə qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır və bu qətnamə preyudisial əhəmiyyət daşıyır, apellyasiya məhkəməsinin bu fakta başqa mövqedən yanaşması başa düşülən deyil və həmin qətnamə N.Y.Tağıyev tərəfindən mübahisələndirilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikay ətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəm əsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Şikayətin əsas dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının ata adı arxiv sənədlərində səhv göstərilmiş, bu barədə məhkəməyə rəsmi sənəd təqdim edilməsi üçün o, bu sənədin və digər sənədlərin təqdim olunması vaxt tələb etdiyindən, teleqram göndərərək sənədlərin əldə olunması üçün məhkəmə iclasının bir həftə təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə buna əhəmiyyət verməmiş, iddiaçının üzrsüz səbəbdən məhkəmə iclasında iştirak etməməyini qərarda göstərmiş, obyektiv həqiqətin müəyyən edilməsinə, işin tam, hərtərəfli və qərəzsiz araşdırılmasına nail olmamış və iddiaçının ata adının “Vaqif” deyil “Qərib” olmasına istinad etmişdir. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində icraat zamanı 2018-ci il 23 oktyabr və 27 noyabr tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş, ata adının səhv göstərilməsi ilə bağlı rəsmi sənədin təqdim edilməsi barədə hər hansı müraciəti və ya vəsatəti olmamış, 2018-ci il 27 noyabr tarixli məhkəmə iclası isə üçüncü şəxslərə təkrar məlumatın verilməsi üçün 2018-ci il 18 dekabr tarixə təxirə salınmış, iddiaçı buna etiraz etməmiş və təxirə salınma barədə məhkəmə iclasında bilavasitə xəbərdar edilmişdir. İddiaçının istinad etdiyi teleqram 2018ci il 18 dekabr tarixli məhkəmə iclasında müzakirə olunmuş, məhkəmə iclasının təxirə salınması üçün əsaslar olmadığından işə iddiaçının iştirakı olmadan baxılmışdır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, iddiaçının ata adının “Vaqif” deyil “Qərib” olmasına dair hər hansı sənədin təqdim olunması (belə bir sənəd kassasiya şikayətinə əlavə olunmuşdur) mübahisənin mahiyyətinə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə təsir etmir. Belə ki, istənilən halda, iddiaçı yalnız qanuni əsaslarla onun mülkiyyətinə verilmiş torpaq sahəsinə iddia edə bilər. Apellyasiya instansiyası məhkəməsinin də qənaəti məhz bundan ibarət olmuşdur. Göstərilən səbəblərə görə iddiaçının şikayətində ifadə etdiyi həmin dəlil apellyasiya instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan qərarının ləğvinə əsas vermir. Şikayətin digər dəlili ondan ibarət dir ki, apellyasiya instansiyası məhkəməsi Göyçay Rayon Məhkəməsinin 2017-ci il 5 iyun tarixli qətnaməsinin preyudisial əhəmiyyətini nəzərə almamışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki məhkəmə icraatı qaydasında qəbul edilmiş məhkəmə aktı inzibati məhkəmə icraatında baxılan iş üçün preyudisial əhəmiyyət kəsb edə bilər (İPM-in 7.2-ci maddəsi). Lakin iddiaçının istinad etdiyi və işə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin 2017-ci il 5 iyun tarixli, 2(046)-62/2017 №-li qətnaməsi iddiaçının hazırkı məzmunda tələbinin hüquqi həllinə təsir etmir. Belə ki, əvvəla, iddiaçı həmin iş üzrə icraatın iştirakçısı olmamış, həmin qətnamə ilə onun hüquq və vəzifələrinə dair məsələ həll edilməmişdir. Digər tərəfdən, həmin mülki iş üzrə mübahisə predmeti olmuş torpaq sahəsinə hazırkı iş üzrə üçüncü şəxslərin deyil, ilk növbədə iddiaçının subyektiv hüququnun olub-olmadığı iş üçün əhəmiyyət kəsb edir. Başqa sözlə, istinad edilən qətnamə iddiaçıya hazırkı məzmunda tələb hüququ vermir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 18 dekabr tarixli 2-1(107)-555/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1149/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1149/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver