Məhkəmə qərarları › İş №2-1(102)-1149/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1149/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1149/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə Açar sözlər: kompensasiyanın ödənilməsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, iddiaçı İddiaçı Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-67/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə İşin halları: Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş texniki pasporta görə Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti, 518-ci məhəllədə yerləşən 27,4 kv.m-lik qeyri-yaşayış sahəsi (qaraj), Yasamal Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinə əsasən X3 məxsus olmuşdur. X5 həmin qarajı, 3 saylı ASAN Xidmət mərkəzində tərtib edilərək təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. İddiaçı məxsus olan həmin qaraj 2018-ci ildə Yasamal rayonu ərazisində aparılmış abadlıq işləri ilə əlaqədar olaraq Cavabdeh tərəfindən sökülmüşdür. İddiaçı Cavabdehnə müraciət edərək, qarajın sökülməsi nəticəsində ona vurulmuş zərərin ödənilməsini tələb etmiş, lakin onun xahişi təmin olunmamışdır. Bundan sonra İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər Yasamal rayonu H.Cavid prospekti, 518-ci məhəllənin həyətində yerləşən, mülkiyyətində olmuş 27,4 kv.m-lik qeyri-yaşayış sahəsinə (qaraja) görə maddi zərər 68500 manat olmaqla, mənəvi zərərlə birlikdə ümumilikdə 70000 manat məbləğdə pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsasl andırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş texniki pasporta əsasən, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 518-ci məhəllənin həyətində yerləşən 27,4 kv.m-lik qaraj atası X2 mülkiyyətində olmuşdur. Atası həmin qeyri-yaşayış sahəsini notariat qaydasında xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən ona hədiyyə etmişdir və həmin vaxtdan qarajın mülkiyyətçisidir. Lakin ona məxsus olan qaraj Yasamal RİH-nin başçısının şifahi tapşırığını yerinə yetirən məsul əməkdaşların iştirakı ilə sökülmüş və ona dəymiş zərərə görə nə söküntüdən əvvəl, nə də söküntüdən sonra müvafiq pul məbləğini ödəməmişlər. Cavabdehin etirazları: Cavabdehin nümayəndəsi iddia tələbi ilə razıla şmamış və bildirmişdir ki, Cavabdeh tərəfindən Yasamal rayon sakinlərinin rahat həyat şəraitinin və istirahətinin təmin edilməsi məqsədi ilə 2018-ci ilin may ayında Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllə ünvanında abadlıq işləri aparılmış, özbaşına inşa edilmiş tikililər ərazidən götürülmüş və həmin ünvanda park salınmışdır. Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli texniki pasport qeyri-yaşayış sahələri üçün mülkiyyət hüququnu təsdiq edən sənəd hesab olunmamalıdır. Texniki pasport sadəcə qarajın texniki vəziyyətini müəyyən etmək üçün sənəddir. Odur ki, qeyd edilən qarajların götürülməsi, ərazinin təmizlənməsi İcra Hakimiyyətinə əlavə maddi yük gətirməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 2-1(81)-995/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim Ş.Süleymanova) iddia qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 518-ci məhəllədə yerləşən iddaçı İddiaçı məxsus olmuş 27,4 kv.m-lik qanunsuz sökülmüş qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsi nəticəsində vurulmuş 30410 manat məbləğində ziyanın İddiaçı ödənilməsi vəzifəsinin Bakı şəhər Cavabdehnə həvalə edilməsi qərar alınmış, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq maddi hüquq normalarının mahiyyətindən irəli gələrək, hüquq pozuntusunun baş verməsini, habelə zərər vuranın təqsirliliyi və zərər vuranın əməli ilə zərər arasında səbəbli əlaqənin olmasını sübuta yetirmişdir. Mübahisəli sözügedə n qeyri-yaşayış sahəsi (qaraj) iddiaçının qanuni istifadəsində olduğundan həmin qarajın sökülməsi ilə əlaqədar maddi zərərin ödənilməsi üzrə onun maraqları müdafiə olunmalıdır. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-67/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər M.Tağızadə (sədrlik edən və məruzəçi), Ü.Mayılov və K.Abıyeva) cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)-995/2019 saylı qərarının vurulmuş ziyanın tutulması hissəsində d əyişdirilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllədə yerləşən İddiaçı məxsus olmuş 27,4 kv.metrlik qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsi nəticəsində 19180 manat məbləğində ziyanın İddiaçı ödənilməsi vəzifəsinin Bakı şəhər Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, sökülmüş qarajla bağlı ziyanın dəyəri hesablanarkən, mübahisəli qarajın yerləşmə yeri nəzərə alınaraq, onun hər kv.metrinin qiyməti 700 manatdan hesablanmaqla sökülmə yeri ilə bağlı vurulmuş ziyanın dəyəri 19180 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassatorun möqeyinə görə apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüqu q normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçının istifadəsində olan qarajın üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadığına görə həmin qaraj abadlıq işləri ilə əlaqədar götürülmüşdür. Qaraj üçün verilmiş texniki pasport mülkiyyət hüququnu təsdiq edən sənədlər hesab olunmur. Apellyasiya məhkəməsi işi hər tərəfli araşdırmamış, eyni zamanda qərar qəbul edərkən maddi və prosessual qanunvericiliyinin tələblərini pozaraq səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci bəndinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qeyd olunan ünvan üzrə mülkiyyətçi və orada qeydiyyatda olaraq yaşayan şəxslər arasında mübahisə olduğunu da nəzərə almamışdır. Tərəflərin izahatları: Tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Əsaslandırıcı hissə Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPMin 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin (qarajın) sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi üzrə yaranmış mübahisədir. Kassator əmlakın dəyəri ilə bağlı mübahisə etmir, sadəcə iddiaçının əmlakın mülkiyyətçisi kimi huququnun təsdiq edilmədiyini, habelə özünün cavabdehliyinin olmamasını əsaslandıran dəlillər irəli sürür. Bu dəlillər isə qəbul edilən deyil. Çünki apelyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasının İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsində deyilir k i, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi). Göründüyü kimi vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Lakin qeyd olunan hüququn əhəmiyyətinə bax mayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 2 9-cu maddəsinin İV hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunaraq göstərilir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 sayl ı Protokolunun 1-ci maddəsində də mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas verən analoji əsaslar müəyyən edilərək göstərilir ki, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üs tün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Milli qanunvericiliyin və beynəlxalq hüququn qeyd olunan müddəları əsasında işin faktik halları təhlil olunduqda müəyyən olunur ki, iddiaçının sahibliyində olan qeyri-yaşayış sahəsinin sökülməsində ifadə olunan mülkiyyət hüququnun məhdudlaşdırılması, qanunilik tələbinə cavab verməmişdir. Çünki həmin tikililərin sökülməsi üçün əsas ola biləcək, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun nəzərdə tutulan şərtlər mövcüd olmamışdır. Həmin Qanunun 3-cü maddəsində «dövlət ehtiyacları» anlayışının izahı verilərək göstərilmişdir ki, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magis tral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; dəniz limanının ərazisinin artırılması. Cavabdeh tikililərin sökülməsini zəruri edən ictimai ehtiyac kimi ərazidə abadlaşdırma işlərinin aparıldığını göstərir ki, bu da qanunla dövlət ehtiyacları kimi müəyyən edilmiş məqsədlərə uyğun gəlmir. İddiaçıya məxsus olan tikililər onun iradəsinə və qanuna zidd olaraq cavabdeh tərəfindən sökülmüş, iddiaçı mülkiyyətindən məhrum edilmişdir. Bu fakt cavabdeh üçün zərərin ödənilməsi öhdəliyi kimi hüquqi nəticə tör ədir. Çünki «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki ş əxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsində zərərin anlayışı müəyyən edilərək göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərai t yaratması nəzərə alınmalıdır. İddiaçıya vurulmuş maddi zərərin miqdarı ekspert rəyləri əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir və ağlabatandır. Texniki pasportun tikili üzərində hüquq müəyyənedici sənəd olmadığı barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil əsassızdır. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılanadək, texniki pasportları tərtib etmiş Texiki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələri daşımaz əmlak üzərində hüquqların qeydiyyatını aparmağa səlahiyyətli olan orqan idi. Həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10-cu maddəsində hüquqların dövlət qeydiyyatı üçün təqdim olunmalı sənədlərdən biri kimi torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tə rkib hissələrinin) texniki pasportu nəzərdə tutulmuşdur. Kassatorun «məhkəmə qeyd olunan ünvan üzrə mülkiyyətçi və orada qeydiyyatda olaraq yaşayan şəxslər arasında mübahisə olduğunu da nəzərə almamışdır» dəlili ilə bağlı da kollegiya qeyd edir ki, iş materiallarında bu cür mübahisə olmasını təsdiq edən hər hansı düzünə və ya yanakı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası o nticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin etməməkdə haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cumaddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-67/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar