Məhkəmə qərarları › İş №2-1(102)-1149/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1149/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1149/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin plan-ölçü sənədinin ləğv edilməsi, çıxarışın və plan-ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1946-cı il təvəllüdlü, FİN: 1YVFVT0) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi Şəxsin) 1 say lı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) “torpaq sahəsinin plan-ölçüsünün ləğv edilməsi, çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 4 oktyabr 2019-cu il tarixdə cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən, faktiki istifadəsində və sahibliyində olan, sahəsi 0,12 ha olan 1213 saylı bağ torpaq sahəsinə dair tərtib olunmuş plan-ölçünün ləğv edilməsini və həmin bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, bu barədə müv afiq çıxarışın və plan-ölçünün veilməsini xahiş etmişdir.

2. Cavabdehin **********12 nömrəli, 5 noyabr 2019-cu il tarixli imtina məktubunda bildirilmişdir ki, sözügedən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır.

3. İş materiallarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vi şnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 saylı, ümumi sahəsi 0.25 ha olan bağ sahəsi 1935 nömrəli,15 avqust 1969-cu il tarixli “bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqaviləyə əsasən X4 icarəsinə verilmiş, həmin müqavilə 20 noyabr 1981-ci il tarixdə yenilənmiş, 16 oktyabr 1990-cı il tarixində 0.12 ha ölçüdə 1213 saylı bağ sahəsinə dair X12 ilə bağın icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən 1213 saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə torpaq sahəsinin A seriyalı, 512314 nömrəli plan və ölçü sənədi tərtib olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 9 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi şöbəsinə müraciət ünvanlanaraq, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarışın X4 vərəsəsi X7 verilməsi xahiş edilmişdir.

4. Sabunçu Rayon Məhkəməsinin 2(008)-8979/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə (hakim G.Əsədova) iddiaçılar X1 və İddiaçı cavabdeh X10 və üçüncü şəxs DƏDRX- nin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iş üzrə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka -1 bağlar massivində yerləşən 1213 saylı bağa və torpaq sahəsinə dair hər hansı bir hərəkətin edilməsinin cavabdehlərə və başqa şəxslərə qadağan olunması barədə ərizəsi qismən təmin edilmiş, Bakı şəhər i, Sabunçu rayonu, Vişnyovka -1 qəsəbəsində yerləşən 1213 saylı bağa və torpaq sahəsinin üzərinə həbs qoyulmuş, qərardadın icrası DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.

5. Sabunçu Rayon Məhkəməsinin 8(008)-2178/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə (hakim A.Rzayev) ərizəçilər X1 və İddiaçı Sabunçu Rayon Məhkəməsinin 2(008)-8979/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağlar massivində yerləşən 1213 saylı bağın və torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır.

6. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2400/2015 saylı, 19 may 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayon u, Vişnyovka-1 bağlar massivində yerləşən 0.25 ha ölçüdə 1213 saylı bağ torpaq sahəsi 20 noyabr 1981-ci il tarixli icarə müqaviləsi əsasında mərhum X4 istifadəsinə verilmişdir. 1990-cı ildə Rafiq Kazımov bağ sahəsini İddiaçı satmaq barədə razılığa gəlmiş və bağın dəyəri ilə əlaqədar razılaşdıqları məbləği alaraq bağ sahəsini sonuncunun istifadəsinə vermişdir. Tərəflərin razılaşdıqları vaxt qüvvədə olan Bakı şəhər İcra Hakimiyyətinin Bağ təsərrüfatı məsələləri üzrə komissiyasının 25 sentyabr 1990-cı il tarixli sərəncamının tələblərinə əsasən, həmin vaxt hər adam üçün 0.12 hektardan artıq bağ sahəsinə icarə müqaviləsinin bağlanmasına icazə verilmədiyi üçün tərəflər belə razılığa gəlmişdir ki, 0.24 ha sahəsinin 0.12 ha hissəsinə İddiaçı ilə, 0.12 ha digər hissəsinə sonradan İddiaçı adına rəsm iləşdirilməsi şərti ilə Rafiq Kazımovla icarə müqaviləsi bağlanılsın. Tərəflər razılaşdıqları qaydada bağ sahəsinin 0.12 ha hissəsinə İddiaçılə icarə müqaviləsi bağlanmış, qalan 0.12 ha hissəyə Rafiq Kazımovla yeni müqavilə bağlanmış, həmin icarə müqaviləsindən əvvəlki müqavilədən fərqli olaraq Rafiq Kazımovun ailə üzvlərinin adı çıxarılmışdır. 0.24 ha bağ sahəsi həmin vaxtdan bütövlükdə İddiaçı və X1 istifadəsində olmuşdur. 20 aprel 2011-ci il tarixdə bağ sahəsinin İddiaçı adına rəsmiləşdirməsini həyata keçirmədən Rafiq Kazımov vəfat etmişdir. Bundan sonra Rafiq Kazımovun vərəsələri bağ sahəsinin Rafiq Kazımovun adında qalan hissəsini X1 adına rəsmiləşdirməkdən imtina etmiş və bununla bağlı tərəflər arasında mübahisə yaranmışdır. Eləcə də, həmin qətnamədən görünür ki, iddiaçılar X6 və İdd iaçı mərhum Rafiq Kazımovun keçmiş arvadı cavabdeh X10 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbi irəli sürərək, X3 Samirə Rafiq qızının müraciəti əsasında mübahisəli bağ sahəsinə dair tərtib edilmiş “torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, bağ sahəsinin yeganə qanuni istifadəçisi və sahibi olmalarının tanınması, Rafiq Kazımovun vəfat etdiyi andan onunla bağlanmış icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi, bağa dair icarə müqaviləsinin həmin vaxtdan X6 ilə bağlanmalı olması” barədə iddia tələbi irəli sürmüşdür.

7. Müstəqil tələb irəli sürən 3-cü şəxs kimi tanınmış mərhum X3 Samirə Rafiq qızı cavabdeh X2 və İddiaçı qarşı iddia tələbi irəli sürərək, mərhum atasının adına icarə müqaviləsi bağlanmış bağ s ahəsindən cavabdehlərin çıxarılması, bağ sahəsinin sərhədinin bərpa edilməsi və bağ sahəsinə giriş-çıxışın məhdudlaşdırılmasının aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2015-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbləri təmin edilməmiş, 3-cü şəxs X5 iddiası təmin olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv olunaraq ilk iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya məhkəməsi hesab etmişdir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmadığından qətnamə ləğv olunmalı, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi sübutlara düz gün qiymət verməmişdir. 1213 nömrəli bağ sahəsinin iddiaçılar tərəfindən mərhum Rafiq Kazımovla şifahi olaraq razılaşaraq dəyərini ödəməklə satın almaları işin sübuta yetirilmiş halıdır. 16 oktyabr 1990-cı il tarixdən 1213 və 1213 a saylı bağ sahələrinin əvvəlki qaydada bölünməz olaraq istifadələrində olması halını qonşuluqda yaşayan, iddiaçılar və mərhum Rafiq Kazımovu tanıyan şahidlər təsdiq etmişlər. Hazırkı iş üzrə şahidlərin verdikləri ifadələrin doğruluğunu şübhə altına almağa əsaslar yoxdur. Bu halı qarşı tərəf də mübahisələndirməmiş, birinci instansiya məhkəməsi də şahid ifadələrinin doğruluğunu şübhə altına almamışdır. Hər iki bağ sahəsinə dair istifadə haqlarının ödənilməsinə dair mədaxil qəbzləri bağdan iddiaçıların istifadə etdiklərini, istifadə haqlarının onlar tərəfindən ödən ilməsini təsdiq edən şəksiz sübutdur. Bağ sahəsinin bir hissəsinə dair Rafiq Kazımovun və onun ailə üzvlərinin razılığı ilə İddiaçılə icarə müqaviləsi bağlanması, həmin gün Rafiq Kazımovla qalan hissəyə dair icarə müqaviləsi bağlanması, müqaviləyə Rafiq Kazımovun ailə üzvlərinin adlarının salınmaması, müqavilə bağlanan vaxt 0.12 ha sahədən artıq bağ sahəsinə icarə müqaviləsinin bağlanmasının qadağan olunmasına dair Bakı şəhər İcra Hakimiyyətinin müvafiq normativ aktının olması halları da iddiaçıların dediklərinin həqiqi olmasına dəlalət edən sübutlardır. Qarşı tərəf 1990-cı ildən sonra hazırkı mübahisə başlayana qədər 1213 nömrəli bağ sahəsindən Rafiq Kazımovun və yaxud onun vərəsələrinin istifadə etməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası 1213 s aylı bağ sahəsinin mərhum Rafiq Kazımov tərəfindən qeyri-rəsmi olaraq iddiaçılara satılması faktını sübuta yetirilmiş fakt kimi qəbul edir. Rafiq Kazımovla bağlanmış 16 oktyabr 1990-cı il tarixli icarə müqaviləsinin 7.4-cü bəndinə əsasən “Birliyin” razılığı olmadan bağın başqa şəxslərin istifadəsinə verilməsi qadağandır. Rafiq Kazımov 16 oktyabr 1990-cı ildən sonra bağ sahəsindən nəinki istifadə etməmiş, hətta müqavilə şərtləri ilə nəzərdə tutulmamış qaydada ona sərəncam verərək qeyri-rəsmi olaraq bağ sahəsini özgəninkiləşdirmişdir. Halbuki, Rafiq Kazımovun dövlətin mülkiyyətində olan əmlakı özgəninkiləşdirmək hüququ olmamışdır. Mübahisə yarandığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. R.Kazımovla bağlanmış icarə müq aviləsinin 4-cü bəndinə əsasən icarədar bağdan istifadə haqqı ödəməlidir. İcarədar ödəniş müddətini 3 ayadək gecikdirdikdə icarədar bağdan istifadə etmək hüququndan məhrum edilir. R.Kazımov 16 oktyabr 1990-cı ildən sonra mübahisəli bağ sahəsindən istifadə etməyərək kirayə müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyindən, gələcəkdə də, həmin bağ sahəsindən istifadə etmək niyyətində olmadığını aşkar surətdə nümayiş etdirərək dövlət mülkiyyətində olan əmlakın müqəddəratını qeyri-rəsmi həll etdiyindən onun həmin bağ sahəsinə 3-cü şəxsin istinad etdiyi əsaslarla mülkiyyət hüququ yaranmamışdır. R.Kazımov bağ sahəsini qeyri-rəsmi iddiaçılara sataraq vəfat edənədək bağ sahəsinin özəlləşdirilməsi barədə Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinə müraciət etməmiş, torpaq sahə sini özəlləşdirməmiş, bağa mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına təşəbbüs göstərməmişdir. Bağdan istifadə haqlarının iddiaçılar tərəfindən ödənilməsi işin sübuta yetirilmiş hallarındadır. X15 1990-cı ildən vəfat edənədək bağın sənədləşdirilməsi ilə bağlı heç bir təşəbbüs göstərməməsi halı onun bağı qarşı tərəfə satması və bağa artıq marağının olmaması anlamına gəlməyə əsas verir. Ona görə, Rafiq Kazımovun bağ sahəsinə 3-cü şəxsin istinad etdiyi əsaslarla mülkiyyət hüququ əldə etməsinə dair dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, mərhum Rafiq Kazımovun bağ sahəsinə mülkiyyət hüquqları yaranmadığına görə 3-cü şəxsin vərəsə kimi bağ sahəsinə dair tələbləri əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası ilk iddianın təmin olunması üçün də ə saslar görməmişdir. Belə ki, iddia tələbində cavabdeh kimi qeyd olunan X14 iddiaya cavab verməli olan şəxs deyil. Təqdim edilmiş sənədlərdən görünmüşdür ki, cavabdeh mərhum R.Kazımovun arvadı olmuş və bağ sahəsi iddiaçılara satılan vaxt artıq onların nikahları rəsmi qaydada pozulmuşdur. Mübahisəli bağ sahəsinə heç bir hüququ olmayan şəxsin iddia tələbinə cavab verməsi absurddur. İzah olunmuşdur ki, iddiaçılar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Şöbəsinə torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi, bağ sahəsinin icarə müqaviləsinin X6 ilə bağlanması barədə həmin orqana müraciət etmədiklərinə görə onların birbaşa məhkəməyə müraciət etmələri əsassızdır. İddiaçılar qeyd olunan orqana ümumi qaydada müraciət edərək, bağa dair hüquqlarını tələb edə bilərlə r. Həmin orqan müraciətin təmin olunmasından imtina etdiyi təqdirdə, onunn hərəkətləri məhkəmə qaydasında mübahisələndirilə bilər.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən, 2(103)2400/2015 saylı, 19 may 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov, A.Abdullayeva və A.Hüseynov) iddiaçılar X1, İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********93 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla təqdim edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka- 1 bağ massivi ünvanında yerləşən 1213 və 1213 a saylı bağ sahələrinə dair sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi ünvanında yerləşən 452/1213 saylı, ümumi sahəsi 0.25 ha olan bağ sahəsi 1935 nömrəli, 15 avqust 1969-cu il tarixli “bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqaviləyə əsasən X4 icarəsinə verilmişdir. Həmin müqavilə 20 noyabr 1981-ci il tarixdə yenilənmişdir. X12 xx.xx.1990-cı il tarixdə ərizə ilə Bakı şəhəri Bağlar Birliyinə müraciət edərək bildirmişdir ki, Vişnyovka sahəsində 1935 saylı müqaviləyə əsasən 1213 saylı bağ onun icarəsinə verilmişdir. Bu bağı götürərək halhazıra kimi qohumu İddiaçı ilə birlikdə ev tikmiş, hasar çəkib abadlaşdırmışdır. Bir ailə kimi istifadə etmişlər. Bu evin tikintisin də onun zəhməti çox olduğu üçün bağların bölünməsi ilə əlaqədar olaraq, ev tərəfdən 0.12 ha bölüb, onlarla təzə müqavilə bağlanmasını xahiş edir. Bağ sahəsi ayrılmasına dair İddiaçı tərəfindən də xx.xx.1990-cı il tarixdə Bağlar Birliyinə müraciət edilmişdir. X4 və İddiaçı ərizələri nəzərə alınaraq, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən, 0.12 ha ölçüdə 1213 saylı bağ sahəsinə dair X12 ilə, 16 oktyabr 1990-cı il tarixli müqaviləyə əsasən isə 0.12 ha ölçüdə 1213 a saylı bağ sahəsinə dair İddiaçı ilə bağın icarəyə verilməsi haqqında müqavilələr bağlanmışdır. 11. “Bağların icarəyə verilməsi haqqında” 20270 nömrəli, 22 iyun 2001-ci il tarixli müqaviləyə əsasən Vişnyovka qəsəbəsində 0.12 ha ölçüdə, 1213 a saylı bağ sahəsinə dair İddiaçı ilə yeni müqavilə bağlanmışdır.

12. Sözügedən 1213 a saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına A seriyalı, 359813 nömrəli, xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.

13. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 626 nömrəli, 21 noyabr 2013-cü il tarixli sərəncamına əsasən, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 1213 a saylı, 1200 kv.m bağ sahəsində tikilmiş bir mərtəbəli, üç yaşayış otağı, yaşayış sahəsi – 45.5 kv.m, köməkçi sahəsi - 33.9 kv.m-dən ibarət olan bağ evi İddiaçı adına hüquqi qeydiyyata alınmışdır.

14. Sözügedən 1213 a saylı bağ sahəsinə və bağ sahəsi üzərində yerləşən bağ evinə dair İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat nömr əsi, **********52-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.

15. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən bağ evinə dair xx.xx.2013-cü il tarixdə texniki pasport tərtib edilmişdir.

16. Cavabdeh tərəfindən **********51 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Vişnyovka1 bağ massivi, 1200 kv.m torpaq sahəsi olan 1213 saylı bağ sahəsinə dair xx.xx.2014-cü il tarixdə X4 adına tərtib edilmiş, 39473 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və onun verilməsinə əsas olmuş 1935 saylı müqavilənin təsdiq e dilmiş surətindən görünür ki, 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən 1213 saylı bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə, A seriyalı, 512314 nömrəli torpaq sahəsinin plan və ölçüsü verilmişdir.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən qeyd edilmişdir ki, xx.xx.1937-ci il təvəllüdlü və xx.xx.2011-ci il tarixdə vəfat etmiş, ünvan 3 ünvanında qeydiyyatda olmuş X4 vərəsəlik işi ilə əlaqədar olaraq vərəsəsi X13 notariat ofisinə müraciət etmişdir. Bununla əlaqədar müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi (müqavilə 1935, xx.xx.1190-cı il) X4 adın adır. Notariat ofisi tərəfindən Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarışın vərəsəsi X8 verilməsi cavabdehdən xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

18. İddiaçı 18 noyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən, faktiki istifadəsində və sahibliyində olan 0,12 hektardan ibarət 1213 saylı bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı iddia təl əbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən 0.25 ha-dan ibarət 1213 saylı bağ sahəsi 1935 saylı icarə müqaviləsi əsasında mərhum X9 məxsus olmuşdur. xx.xx.1990-cı il tarixli, 1935 saylı müqavilə əsasında həmin bağ sahəsinin 0.12 ha hissəsinə dair mərhum X12, 012 ha hissəsinə dair isə İddiaçı ilə icarə müqavilələri bağlanmışdır. Bağın digər hissəsinə sahiblik və istifadə hüquqlarına dair X12 ilə onun arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış və tərəfindən ona 25 000 (iyirmi beş min) rubl məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd edilənlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2400/15 saylı, 19 may 2015-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Sözügedən bağ sahəsinin 0.12 ha hissəsi üzərində bağ evi daşınmaz əmlakın dövlət rey estrində xüsusi mülkiyyət kimi 13 dekabr 2013-cü il tarixdə, ********** nömrə ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi dörd tərəfdən hasar içərisində yerləşir və orada bir sıra abadlıq və ağacəkmə işləri aparmış və faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Bağ sahəsinin faktiki istifadəsində olan digər 0.12 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Adıçəkilən İdarənin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, arxiv əsaslarına və elektron kadastr məlumatlarına əsasən “1213” saylı bağ digər fiziki şəxsin adınadır və həmin sahəyə ləğv olunmuş DTXK tərəfindən kadastr planı verilmişdir. Cavabdeh tərəfindən ona bildirilmişdir ki, 1213 saylı bağ sahəsinin onun adına hüquqi qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) əsillərinin təqdim edilməsi zəruridir. Hesab edir ki, cavabdhein imtinası qanunsuz və hüquqaziddir. O, 4 oktyabr 2019-cu il tarixdə yenidən sözügedən sahibliyində və istifadəsində olan bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün poçt vasi təsi ilə sənədlərini cavabdeh inzibati orqana göndərmişdir. Göndərdiyi sənədlər 4 oktyabr 2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. Lakin, təqdim olunmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2400/15 saylı, 19 may 2015-ci il tarixli qətnaməsində məhkəmənin gəldiyi qənaətləri nəzərə almayaraq, ondan icarə müqaviləsi və digər sənədlər tələb olunmuşdur. Hesab edir ki, cavabdehin həmin tələbləri qanunsuz və əsassızdır.

20. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən, faktiki istifadəsində və sahibliyində olan 0.12 ha-dan ibarət 1213 saylı bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və sözügedən bağ sahəsinin onun adına da şınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.

22. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

23. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən, faktiki istifadəsində və sahibliyində olan 0.12 ha-dan ibarət 1213 saylı bağ sa həsinə dair tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2021 nömrəli, 2 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş qeyd olunan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

25. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər-hansı bir münasibət bildirilməmişdir.

26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyov ka-1 bağ massivində yerləşən, iddiaçının faktiki istifadəsində və sahibliyində olan 0.12 ha-dan ibarət 1213 saylı bağ sahəsinə dair R.Kazımovun adına tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

27. Məhkəmə qeyd etmişdir ki, mübahisəli 1213 saylı bağ sahəsinin mərhum Rafiq Kazımov tərəfindən iddiaçıya satılması, iddiaçının birbaşa inzibati orqana müraciət edərək, bağa dair hüquqlarını tələb edə bilməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Bu səbəbdən də, R.Kazımovun adına qanunvericiliyin normalarının pozulması ilə verilmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilməklə, sözügedən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. İddiaçının bağ sahəsinə dair hüquqlarını təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur ki, həmin sənədlə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən iddiaçının mübahisəli bağ sahəsi üzərində qanuni hüquqları yaranmışdır.

28. Cavabdeh və üçüncü şəxs qərardan apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsində icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə (haki mlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-371/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının cavabdehə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsində yerləşən, faktiki istifadəsində və sahibliyində olan 0.12 ha-dan ibarət 1213 saylı bağ sahəsinə dair tərtib olunmuş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

30. Apellyasiya instansiya sı məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən 2(103)- 2400/2015 saylı, 19 may 2015-ci il tarixli qətnaməsinə istinad edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlsə də, qeyd edilən qətnamənin nəticə hissəsinə əsasən iddiaçılar X1, İddiaçı apellyasiya şikayətləri qismən təmin edilmiş, həmin iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun olması qət edilməmiş, əksinə ilkin iddiaçılar X1, İddiaçı ilkin iddia tələbi təmin edilməmişdir.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanuni qüvv əyə minmiş müvafiq məhkəmə qətnaməsi ilə iddiaçının sözügedən bağ sahəsinə mülkiyyət hüququnun olması qət edilmədiyindən, eyni zamanda iş materiallarında iddiaçının ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini almasını və ondan daimi istifadə etməsini müəyyən edən hüquqi faktın təsdiq edilməsi barədə məhkəmə qətnaməsi olmadığından hazırkı iddia tələbi əsassızdır.

32. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı sözügedən bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və plan-ölçünün verilməsini xahiş etsə də, qanunvericiliklə nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış) cavabdeh inzibati orqana və məhkəməyə təqdim etməmişdir.

33. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

34. Kassasiya şikayətində işin halları və iddia tələbinin dəlilləri təkrar sadalanmışdır b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

36. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu... -2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... -8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;... -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idar ələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əld ə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanını n aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. -15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir...

37. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şika yəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (hə cmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

39. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyas ı məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

43. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından hazırkı iş üzrə X4 adına tərtib olunmuş torpaq sahəsinin plan-ölçü sənədinin ləğv edilməsi, iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınaraq bu barədə ona müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

44. Apellyasiya məhkəmə si mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır

45. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

46. Nəzərə almaq lazımdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 0.12 ha ölçüdə bağ torpaq sahəsi 16 oktyabr 1990-cı il tarixli, 1935 saylı müqavilə ilə X9 icarəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixli, A seriyalı, 512314 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi məhz həmin 1935 nömrəli, 16 oktyabr 1990-cı il tarixli “bağın icarəyə verilməsi haqqında” müqaviləyə əsasən tərtib edilmişdir. Həmin müqavilə bu Qərarın 36-cı bəndində istinad olunan normada nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalıdır.

47. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün onun hüququnun yarandığını və ya mövcudluğunu ehtiva edən, bu Qərarın 36-cı bəndində istinad olunan normada təsbit edilmiş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri reyestr xidmətinə təqdim olunmalıdır. Yalnız bu halda reyestr orqanı həmin əmlak üzərində şəxsin hüququnu qeydiyyata almağa və bu barədə çıxarış verməyə haqlıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçı iddia etdiyi torpaq sahəsi üzərində onun hüququnun mövcud olduğunu təsdiq edən və yuxarıda istinad olunan normada nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi nə cavabdehə, nə də məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddiaçı həmin torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınaraq ona çıxarışın, eləcə də iddia etdiyi torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, hüququn qeydiyyata alınmasını tələb etmək üçün şəxs ən azından həmin hüququn ona mənsub olduğunu müvafiq hüquqmüəyyənedici sənəd əsasında sübut etməlidir.

48. Digər tərəfdən, nəzərə alınmalıdır ki, X4 adına verilmiş plan-ölçü sənədinin ləğv olunmasını iddiaçı yalnız həmin torpaq sahəsi üzərində bu Qərarın 36-cı bəndində istinad olunan normada təsbit edilmiş və 47-ci bəndində qeyd olunan əsaslardan hər hansı birinə istinad etməklə tələb edə bilərdi. İddiaçının belə tələb hü ququna malik olduğu mübahisəyə dair işin müəyyən olunmuş halları ilə ilə təsdiq olunmur.

49. Beləliklə, yuxarıda istinad olunan normanın tələbləri baxımından və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə 1213 saylı torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini, eləcə də X4 adına verilmiş plan-ölçü sənədinin ləğv olunmasını tələb etməkdə iddiaçı haqlı sayıla bilməz. Bu mənada iddiaçının tələbinin təmin olunmasından cavabdehin imtinası qanunauyğun və əsaslı olmuşdur. Nəzərə almaq lazımdır ki, dövlət reyestrində daşınmaz əmlak üzərində hüququn müvafiq qeydiyyatı cavabdeh tərəfindən yuxarıda istinad olunan normada təsbit edilmiş hüquqmüəyyənedici sənəd əsasında aparılmalıdır.

50. Nəticə etibarı ilə, məhkəmə kolle giyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-220/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar